Məhkəmə qərarları › İş №2-1(102)-41/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-41/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-41/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1984, FİN:xxxxxxx) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəl i Şəxslərlə İş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlərin qanuna zidd hesab edilməsi, iddiaçının əlilliyinin cəbhədə olmaqla bağlı xəstəlik nəticəsində üz verdiyindən müharibə əlilləri kateqoriyasına aid edilərək İİ qrup müharibə əlili hesab edilməsi vəzifəsinin Xidmətə həvalə edilməsi və İİ qrup müharibə əlili kimi pensiyasının yenidən hesablanması, hərbi qulluqçu kimi xidmətdən buraxıldığı günə aldığı aylıq vəzifə və rütbə maaşından hesablanan əlavə kimi döyüş bölgəsinə görə pul təminatının təminat xərcliyinin tərkibində yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı ilə (hakim M.S.Bayramov) iddia tələbi təmin edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırkı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) apellyasiya şikayət verərək 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2-1(81)-3445/2017 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(103)-05/2018 nömrəli qərardadı ilə (hakimlər V.M.Məm mədov /sədrlik edən və məruzəçi/, S.S.Seyidova, S.Q.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, iddia cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə aid hissədə mümkün sayılmamış, İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi hissəsində isə qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 5. 01 fevral 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi tərəfindən 23 avqust 2017-il tarixli, 2-1 (81)-3445/2017 nömrəli iş üzrə icra vərəqəsi verilmişdir.

6. Binəqədi rayon İcra və Probasiya şöbəsinin 27 fevral 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2-1 (81)3445/2017 nömrəli icra sənədi üzrə icraat dayandırılmışdır.

7. Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin 02 de kabr 2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 01 fevral 2019-cu il tarixli icra vərəqəsi üzrə icraat təzələnmişdir.

8. Daha sonra cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (hazırkı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1 (81)-3445/2017 nömrəli, 01 fevral 2019-cu il tarixli icra vərəqəsindən apellyasiya şikayəti verərək, icra vərəqəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüse yn) apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

11. Həmin apellyasiya şikayətinə əvvəl baxılaraq hüquqi qiymət verilmiş və qərardad qəbul edilmişdir. Həmin qərardad qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.

12. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı MPM-in tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərardadının 43-cü bə ndinə əsasən verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından apellyasiya şikayəti mümkün sayılmamalıdır.

13. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və icra vərəqəsindən verilən şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Bakı Apellyasiya Məhkəməsinin öz qərardadının əsaslandırılmasında istinad etdiyi 129-cu maddənin İİİ bəndində göstərildiyi kimi, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi şikayəti mümkün hesab et məmiş və şikayətin qəbulundan imtina etmişdir. Bu hal isə Konstitusiyanın, İnzibati Prosessual Məcəllənin və digər normativ hüquqi aktların kobud pozuntusu sayılmalıdır, çünki hər kəsin öz mənafeyinə uyğun olmayan məhkəmə aktından şikayət vermək, onu mübahisələndirmək hüququ mövcuddur.

15. Həmçinin diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinin mümkün sayılmaması barədə vəsatət təqdim edərək qeyd etmişdir ki, qərardad 17 avqust 2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, cavabdeh kassasiya şikayətini 28 avqust 2022-ci il tarixədək deyil, 09 sentyabr 2022-ci il tarixdə vermişdir. Bununla da, cavabdeh kassasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayıl madıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

121. İcranın mübahisələndirilməsi 121.1. Barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. 121.2. Mübahisəyə müvafiq apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Şikayət təmin edilmədikdə və ya qismən təmin edildikdə, bu barədə məhkəmə qərardadı Ali Məhkəmədə mübahisələndirilə bilər. 121.3. Mübahisəyə Ali Məhkəmə tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Ali Məhkəmənin qərardadı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şika yət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozun tusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. İnzibati Prosessual Məcəllənin 117-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının cavabdehə qarşı iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3445/2017 nömrəli, 23 avqust 2017-ci il tarixli qərarı ilə təmin edilmiş, həmin qərar qanuni qüvvəsini almışdır.

25. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hü quqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə 01 fevral 2019-cu il tarixli icra vərəqəsi 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1 (81)-3445/2017 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 23 avqust 2017-ci il tarixli qərarının icrası ilə bağlı verilmişdir.

26. Nəzərə almaq lazımdır ki, icra vərəqi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədlərinə xidmət edir və həmin qərara bağlıdır. Bu baxımdan icra vərəqəsindən müstəqil şəkildə şikayət v erilə bilməz.

27. İnzibati Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə, barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər.

28. Lakin hazırkı iş üzrə mübahisələndirilən icra vərəqində cavabdehə münasibətdə hər hansı məcburi icra tədbiri müəyyən olunmamışdır.

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin “diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmamasının Agentliyin diskresion səlahiyyətinə aid olması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlillər mübahisənin mahiyyəti ilə bağlıdır və işə mahiyyəti üzrə baxılarkən həmin dəlillər artıq araşdırılmış və onlara qanuni qüvvəyə minmiş məhkəmə qərarında qiymət verilmişdir. Bu baxımdan həmin dəlillər hazırkı icraat çərçivəsində yenidən araşdırma predmeti ola, onlara yenidən baxıla və qiymət verilə bilməz.

30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya şikayətinin mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və düzgün sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2 586/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar