Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-41/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-1931/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək peşə təhsili almışdır. 2. xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir (xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarına və Azərbaycan Respublikası M üdafiə Nazirliyinin xx.xx.1993-cü il tarixli, 191 nömrəli əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan xidmət müddətinin 1 günü 3 gün sayılır. “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.1996-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsində hərbi qeydiyyatdadır.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, “Bibiheybətneft” NQÇİ-nin arxivində saxlanılan sənədlərə əsasən iddiaçı xx.xx.1980-ci il tarixdə 26 Bakı Komissarla rı adına NQÇİ-nin (indiki “Bibiheybətneft” NQÇİ) İstehsalata xidmət bazasının İstismar avadanlıqlarının kirayə təmir sexində 2-ci dərəcə üzrə elektrik-qaz qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-ci il tarixdə həmin sexdə 3-cü dərəcə üzrə elektrik-qaz qaynaqçısı (əl ilə) peşəsinə keçirilmişdir. xx.xx.1982-ci il tarixdə həmin sexdə 4-cü dərəcə üzrə elektrik-qaz qaynaqçısı (əl ilə) peşəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddənin 5-ci bəndinə əsasən işdən azad edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Baş Ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, SOCAR Baş Ofisinin Mərkəzi Arxivində saxlanılan “Azneftikinti” Trestinin Səyyar Mexanikləşdirmə Dəstəsini n haqq-hesab cədvəllərində olan qeydə əsasən iddiaçı 1988-ci ilin yanvar ayından dekabr ayına kimi 5-ci dərəcəli elektrik qaynaqçısı, 1989-cu ilin yanvar ayından noyabr ayına kimi 4-cü dərəcəli elektrik qaynaqçısı, 1989-cu ilin dekabr ayından 1990-cı ilin dekabr ayına kimi 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. “Azərneftlayihətikinti” Birliyinin 5 saylı Tikinti-Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərində olan qeydə əsasən 1991-ci ilin yanvar ayından 1996-cı ilin mart ayına kimi 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. “Azərneftlayihətikinti” Birliyinin 5 saylı Tikinti-Quraşdırma İdarəsinin haqq-hesab cədvəllərində olan qeydə əsasən 1997-ci ilin aprel ayından 1998-ci ilin iyun ayına kimi 5-ci dərəcəli qaynaqçı, 1998-ci ilin iyul ayından 6-cı dərəcəli q aynaqçı peşəsində çalışmış, 2001-ci ilin may ayında işdən azad olunmuşdur. SOCAR Baş Ofisinin Mərkəzi Arxivində saxlanılan “Azneftikinti” Trestinin Səyyar Mexanikləşdirmə Dəstəsinin kadr sənədlərində işə qəbul və işdən azad olunma barədə əmrlər aşkar olunmadığından, “Azərneftlayihətikinti” Birliyinin 5 saylı TikintiQuraşdırma İdarəsinin 1997-ci ilə dair kadr əmrləri natamam olduğundan, 2001-ci ilə dair əmr və şəxsi vərəqələr (T-2) saxlanılmadığından, işə qəbul və işdən azad olunma barədə əmrlərə istinad etmək mümkün deyildir. Bu səbəbdən həmin dövr üzrə iş stajı mövcud haqq-hesab cədvəllərinə istinadən yazılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2001-ci il tarixli, 651 nömrəli Sərəncamı ilə ARDNŞ-nin xx.x x.2001-ci il tarixli, 177 nömrəli və Quruda NQÇ İB-nin xx.xx.2001-ci il tarixli, 124 nömrəli əmrlərinə əsasən “Azərneftlayihətikinti” Birliyi (keçmiş “Aznefttikinti” Tresti) "xxxx" ASC-yə çevrilmiş, Quruda NQÇ İB-nin struktur tərkibindən çıxarılmışdır. Müəssisənin fəaliyyəti zamanı yaranmış sənədlər Mərkəzi Arxivə təhvil verilməmişdir. Arayışın hazırlanmasında sənədlərin yalnız bir hissəsinin 2019-cu ildə aşkarlanaraq natamam fondlaşdırılmasının nəzərə alınması xahiş olunur.
6. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, id diaçının ümumi iş stajı 25 ildən az (24 il 10 ay 19 gün xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə), xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh tərəfindən onun əmək stajının müddəti düzgün hesablanmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarına və Azərbaycan Respublika sı Müdafiə Nazirliyinin 1993-cü il tarixli 191 nömrəli əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan xidmət müddətinin 1 günü 3 gün sayılsa da, cavabdeh tərəfindən həmin müddətin yalnız xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan hissəsi ikiqat hesablanmış, qalan hissəsi isə 1 günə 1 gün hesabı ilə hesablanmışdır. Hansı ki, həmin müddətin 1 günü 3 gün hesablanacağı halda onun ümumi əmək stajı 25 ildən çox olur. Göründüyü kimi, cavabdeh tərəfindən müddətin hesablanması zamanı pozuntulara yol verilmiş və əsassız olaraq iddiaçının guya 25 ildən az iş stajının olduğu göstərilmişdir.
10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının t əyin edilməsini xahiş etmiş, lakin ona ümumi iş stajının 25 ildən az olması səbəbindən müraciətinin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 10 ay 19 gün (xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə), xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər) təşkil edir. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan xidmət müddətinin 1 gününün 3 gün sayılmalı olduğunu, belə olan təqdirdə tələb olunan ümumi sosial sığorta stajının (25 il) tamamlanacağını iddia edir. Lakin qeyd etmək zəruridir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 162 nömrəli arayışında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonu ərazisində gedən döyüşlərdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixlərdə iştirak etdiyi qeyd edilmişdir. Bu səbəbdən həmin müddət ikiqat ölçüdə hesablanmışdır. Həmçinin xx.xx.2022-ci il tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı pens iya kapitalının aşağı həddi iddiaçıya münasibətdə 34560 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı həmin tarixə cəmi 20245,97 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 26 dekabr 2022-ci il tarixli, 2-1(112)-7254/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarının 2-ci bəndinin xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçu kimi iddiaçının xidmət dövrünün xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan hissəsi ikiqat deyil, üçqat ölçüdə hesablanmalıdır. Həmin q aydada hesablama ilə iddiaçının 25 il sığorta stajı toplanmış olur. Həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağı cavabdeh inzibati orqana müraciətindən imtina edildikdə, “müvafiq məbləğdə sığorta kapitalını toplamaq” şərtinə riayət olunmadığı əsas gətirilsə də, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən hazırda, daha dəqiq desək xx.xx.2022-ci il tarixdən belə xüsusat imtina üçün əsas kimi çıxış edə bilməz. Beləliklə, 25 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan artıq staja malik olduğu müəyyən edildiyindən, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə n güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 02 iyun 2023cü il tarixli, 2-1(103)-1931/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 5 ay 1 gün xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə), xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci i l tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər və 2022-ci il üzrə cəmi 2 ay) təşkil edir. Həmçinin iddiaçının ali təhsil aldığı 1980-1984-cü illər üzrə müddət məhkəmə tərəfindən iddiaçının iş dövrü ilə birlikdə təkrar hesablanmışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. M addə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.1 (iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyada). Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı ü zrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 24.0.1. Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hü ququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 68 (xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti pensiya almaq hüququ verən iş stajına üçqat ölçüdə daxil edilir. 21. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gö mrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarı
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) (xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyada) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliy yatlarında iştirak dövrləri;
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı
35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları qaz qaynaqçıları
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zər uri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanuna əsasən 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi ümumi əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi i lə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, ob yektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
33. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inz ibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
34. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə mə hkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
35. Belə ki, hazırkı mübahisəyə dair iş üzrə materiallardan iddiaçının əmək stajı ilə bağlı cavabdehin iddiaya qarşı etirazında qeyd olunmuş və nəzərə alınmış dövrlərin kassasiya şikayətində qeyd olunmuş dövrlərdən fərqləndiyi görünür. Etiraza görə (i.v.20) cavabdeh tərəfindən iddiaçının peşə təhsili müddətinin (xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan müddət) nəzərə alındığı və iddiaçının ümumi iş stajının 24 il 10 ay 19 gün olduğu qeyd edilmişdir. Kassasiya şikayətində isə cavabdeh bununla bağlı yeni mü bahisə açmış, iddiaya qarşı etirazında qəbul etdiyi xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan dövrü iddiaçının ümumi iş stajının hesablanmasında nəzərə almamış, onun stajını xx.xx.1978-ci ildən hesablamış və iddiaçının 24 il 5 ay 1 gün ümumi iş stajının olduğunu qeyd etmişdir. Halbuki iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək peşə təhsili müddəti 7 ay 1 gün təşkil edir və nəzərə alınmalıdır.
36. Bundan başqa, cavabdeh kassasiya şikayətində iddiaçının ali təhsil aldığı 19801984-cü illər üzrə müddətin məhkəmə tərəfindən iddiaçının iş dövrü ilə birlikdə təkrar hesablandığını qeyd etmişdir. Lakin məhkəmə həmin dövrü yalnız 1980-1986-cı illəri əhatə edən iş dövrü kimi nəzərə almışdır və bu xüsusat mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Bu baxı mdan cavabdehin həmin dəlili də əsassız sayılmalıdır.
37. Beləliklə, hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
39. Beləliklə, yuxarıda istinad olunan normalara gör ə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 21(103)-1931/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.