Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-41/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edi lməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-298/2024 saylı, 23 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. xx.xx.2023-cü il tarixli, **********0305 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-yə məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyekti ndən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. 2. xx.xx.2023-cü il tarixli, **********0326 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-yə məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2023 il tarixdən xx.xx.2023 tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. 3. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2023-cü il tarixli, Seriya DVX 003910 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinə məxsus Qusar rayonu, Yeni Həyat kəndində yerləşən anbar binasında mal və materialların saxlanılması faktı aşkar edilməmişdir. 4. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüf at subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2023-cü il tarixli, Seriya DVX 010017 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 10:25-də Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi anbarda heç bir mal qalığının olmadığı aşkar olunmuşdur. 5. “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların ” xx.xx.2023-cü il tarixli, seriya DVX 000116 nömrəli siyahısından görünür ki, malların adı qrafasında “meyvə-tərəvəz”, malların alışı cəmi məbləğ qrafasında “57247548,55”, elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilmiş malın məbləği qrafasında da “57247548,55” məbləği qeyd edilmişdir. 6. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktdan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57248548,65 manat dəyərində meyvə-tərəvəzin elektron-qaimə faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim etmədən satış olduğu müəyyən olunmuş və sözügedən akt müəssisənin rəhbəri X10 tərəfindən imza edilməkdən imtina olunmuşdur. 7. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərardan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktu ra təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 5724754,86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2023-cü il tarixədək həmin məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. 8. 11.05.2023-cü il tarixli, **********618600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədləri (məlumatları) beş gün ərzində əsaslandırılmış yazılı izahatla birlikdə vergi orqanına təqdim etməsi tələb olunmuşdur. 9. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********998500 nömrəli qərarından görünür ki, "xxxx" MMC vergi qanunvericiliyinin pozulmasına görə 1.446.658,67 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5435 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarına əsasən, müəssisə tərəfindən mallar (meyvə və tərəvəz) elektron alış aktları və elektron qaimə-fakturalar (çox az hissəsi) əsasında alınmış və ixrac edilmişdir. Yəni müəssisənin satışı ixracdan ibarət olmuşdur. Həmçinin qeyd edilir ki, təqdim edilm iş iş materiallarından göründüyü kimi, həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində olan 102 kv.m. sahəsi olan anbarında 57247548,65 manat dəyərində satışın 1 gündə və ya 1 saat ərzində təqdim edilməsinin mümkünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir. Belə ki, 57247548,65 manat dəyərində satışın (meyvə və tərəvəz üzrə) 1 gündə və ya 1 saat ərzində həyata keçirilməsi üçün kifayət qədər geniş anbar sahəsi və çoxlu sayda işçi qüvvəsi lazımdır ki, təqdim edilmiş iş materiallarında qeyd edilənlər (kifayət qədər anbar sahəsi və işçi qüvvəsi ) müəyyən olunmur. Həmçinin qeyd edilir ki, məhkəmə mühasibat ekspertizası mühasibat sənədləri, hes abatları və s. sənədlər əsasında aparılan tədqiqatdır ki, təqdim edilmiş iş materiallarında xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 57247548,65 manat dəyərində satışın həyata keçirilməsinə dair sənədlər mövcud deyildir. Göstərilənlərdən əlavə qeyd edilir ki, iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57247548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda, elektron qaimə-faktura təqdim edilmədən satışının olması müəyyən edilərkən həmin meyvə-tərəvəzin miqdarı, çeşidi, növü və itki normalarının və s. halların nəzərə alınması müəyyən edilmir. Bununla yanaşı qeyd edilir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsə də, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı Aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir. Həmçinin qeyd edilir ki, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı məhkəməyə 20 iyul 2022-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab ol araq xx.xx.2023-cü il tarixdə (1 ədəd disk və xx.xx.2023-cü il tarixli məktubun əsli) əlavə sənədlər Mərkəzə təqdim edilmişdir. Həmin sənədlər və yuxarıda göstərilənlər nəzərə alınmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il üzrə gəlir və xərcində kənarlaşmanın (alış aktlarına və s. dair) olmadığı müəyyən olunur. Beləliklə, bütün yuxarıda göstərilənlər və təqdim edilmiş iş materialları nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixli **********1064 saylı və xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarlarla müəyyən olunan halların (hesablamalar və s.) düzgün olması müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, hazırkı tədqiqatla bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur: ********.65 manat məbləğdə malların, yəni meyvə -tərəvəzin əskik gəlməsi müəyyən olunmadı; ********.65 manat dəyərində malların e-qaimə faktura üzrə satışı və nəqliyyat vasitələrinə yüklənməsi (təsdiq edən sənədlər olmadığından və s.) müəyyən edilmir. Həmçinin qeyd edilir ki, müəssisə ixrac fəaliyyəti ilə məşğul olmuşdur; Təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tətbiq edilməsi lazım olan əməliyyatların mövcudluğu müəyyən edilmir; 5724754.86 manat maliyyə sanksiyası tətbiq edilmiş olan ********.65 manat vergi ödəyicilərinə elektron qaiməfaktura meyvə tərəvəzin vergi ödəyicisinə və ya olmadan satışı və ümumiyyətlə ********.65 dəyərdə malların satışının olması müəyyən edilmədi; Tədqiq olunan dövr üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin meyvə tərəvəz ixracından başqa fəaliyyəti müəyyən edilmir; Vergi ödəyicisinin 2022-ci il üzrə he sabladığı 5206,75 manat mənfəət vergisinin düzgünlüyü müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC barəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 010024 seriya nömrəli akta əsasən hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh orqanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsin də çıxarılmış xx.xx.2023-cü il tarixli **********1064 saylı və xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarların ləğv edilməsini xahiş etmişdir, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəssisədə xx.xx.2023-cü il tarixli əldə edilmiş çıxarışa və xx.xx.2023-cü il tarixli **********0326 saylı qərara əsasən operativ vergi nəzarəti həyata keçirilmişdir. Vergi yoxlamasına əsasən xx.xx.2023-cü il tarixli 010024 seriya nömrəli akt tərtib edilmiş və həmin aktın nəticə hissəsində "xxxx" MMC operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57247548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim edilmədən satış olduğu müəyyən olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 5724754,86 manat məbləğində maliyyə sanksiyasının, tətbiq edilməsi təklif olunur. Cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş aktda qeyd edilən məlumatlar tamamilə əsassız məlumatlardan ibarətdir. Vergi orqanı tərəfindən tərtib edilmiş akt tamamilə əsassız və qanunsuz olduğu üçün akta əsasən hər hansı qanunsuz hərəkət qadağan edilməlidir. Belə ki, operativ vergi nəzarəti aparan vergi orqanı əməkdaşları tərəfindən yoxlama düzgün aparılmamış və miqdarı, çeşidi, növü bilinməyən 57247548,65 manat məbləğdə meyvə və tərəvəz е-qaimə olmadan satıldığı qeyd edilmiş, lakin müəssisə ixracla məşğuldur. Meyə tərəvəz xarab olan məhsul olduğu üçün onlar saxlanılmadan ölkə xaricinə ixrac edilir. İxrac qanuni olaraq gömrük nəzarətində yük gömrük bəyannamələri ilə rəsmiləşdirilir. Yoxlama iki nəfər şəxs tərəfindən aparılmışdır. X5 və Yaşar Qasımov adlı müfəttişlər 57 milyon məbləğdə meyvə-tərəvəzi necə hesablamış, bu məhsul satışı nə vaxt başlamış, necə başa çatmışdır? Müəssisənin aylıq dövriyyəsi ixrac bəyannamələrində öz əksini tapmışdır. Müəssisə yerli bazardan meyvə-tərəvəzi alır və ixrac edir. Bu aktda isə guya 57247548,65 manat dəyərində meyvə-tərəvəzin bir günə satışı həyata keçirilmişdir. Bu tamamilə qanunsuz və heç bir əsası olmayan bir aktdır. Ümumiyyətlə bu qədər miqdarda və məbləğdə meyvəni q ablaşdırmaq üçün hansı sahə lazımdır? Bu məhsul yığımı, qablaşdırılması saxlanması və satışı bir gün içərisində mümkün deyil. Qeyd edilənlərdən əlavə olaraq meyvə tərəvəz 57247548,65 manat dəyərində qeyd edilmiş bu aktda hansı meyvələr, tərəvəzlərdir? Qeyd edilənlər heç bir məntiqi və qanuni əsası olmayan akt yazıldığını göstərir. Yoxlama zamanı meyvə və tərəvəz olaraq növlərinin və miqdarının müəyyən edilməsi zamanı hər hansı ekspert və mütəxəssis cəlb edilməmiş, yoxlama keçirilməsi qaydalarına əməl edilməmişdir.
14. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək 581.670,5 manat (ƏDV-siz) dəyərində kənd təsərrüfatı mallarını elektron qaimə-faktura əsasında, 100.354.567,74 manat dəyərində kənd təsərrüfatı mallarını alı ş aktı əsasında aldığını və 43.688.689,59 manat dəyərində kənd təsərrüfatı mallarını isə ixrac etdiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********0326 saylı və 3 s aylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023cü il tarixli **********0305 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar”larına əsasən Qazax rayonu, Yuxarı Salahlı kəndində və Qusar rayonu, Yeni Həyat kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektlərdə operativ vergi nəzarəti keçirilmişdir. "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı cəmiyyətin rəhbəri Habil Həbilovun yoxlamaya təqdim etdiyi arayışda qeyd edilən ticarət əlavəsi 10-12% nəzərə alınaraq 581.670,50 + 100.354.567,74 – 43.688.689,59 = 57.247.548,65 manat kənd təsərrüfatı malları əskik gəldiyi müəyyən edilmişdir. Aparılmış yoxlama zamanı əskik gələn 57.247.548,65 manat dəyərində kənd təsərrüfatı mallarının cəmiyyətə məxsus obyektlərdə olmadığı və saxlanca verilmədiyinə görə Ver gi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilmədən satış edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixdə DVX seriyalı 010024 saylı akt tərtib edilmişdir. "xxxx" MMC-nin rəhbəri Habil Həbilov tərtib edilmiş aktı imzalamaqdan və surətini almaqdan imtina etmişdir. Bu səbəbdən "xxxx" MMC-yə məxsus obyektlərdə vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim e dilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” tərtib edilmiş aktlar, xx.xx.2023-cü il tarixli **********114700 saylı OVN materiallarına baxılma barədə bildiriş, alış sənədləri və digər sənədlər vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi ü çün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 17 aprel 2023-cü il tarixli **********1064 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”la "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 5.724.754.86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il və 2023-cü ilin yanvar-mart aylarında aparılmış əməliyyatları üzrə müvafiq araşdırmalar aparılan zaman 2022-ci il ərzində 38.923.477,0 manat dəyərində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 10.104.118,0 manat dəyərində kənd təsərrüfatı mallarının ixracının olduğu müəyyən edilmişdir. 14 saylı Ərazi Vergilə r İdarəsi tərəfindən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci ildə e-qaimə faktura əsasında 518.766,0 manat, vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən alış aktı əsasında 20.789.135,0 manat, 2023-cü il ərzində e-qaimə faktura əsasında 24.516.832,0 manat, alış aktı əsasında 79.565.432,0 manat dəyərində kənd təsərrüfatı malları alındığı, Qazax rayonu yuxarı Salahlı kəndində 102 kv.metr sahəsi olan icarə obyekti və Qusar rayonu Yeni Həyat kəndində 400 kv.metr sahəsi olan anbar binasının təsərrüfat subyekti kimi qeydiyyatda olduğu aşkar edilərək **********583900 saylı xidməti məktubla "xxxx" MMC-yə 2022-ci və 2023-cü il tarixlərdə elektron alış aktı əsasında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslər tərəfindən müxtəlif növ kənd təsərrüfatı məhsullarının təqdim edilibedilməməsinin, təqdim edildiyi təqdirdə malların həcmi və məbləği nəzərə alınmaqla malların mənbəyinin araşdırılması, malların sahibkarlıq məqsədilə təqdim edildiyi hallarda qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatların verilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinin 3 saylı, 6 saylı və 9 saylı Ərazi Vergilər İdarələrinə müraciətlər edilmişdir. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş cavab məktubuna əsasən Xaçmaz rayon sakinləri Ağayev Şahbala, Tağıyev Rəsul, Babayeva Turanə tərəfindən "xxxx" MMC-ni tanımadıqlarını və heç bir mal satmadıqlarını bildirmişlər. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş cavab məktubuna əsasən Lənkəran rayonu Xurxatan kənd sakini Əliyev Xudayar və Lənkəran şəhər sakini Məmməd ova Südabə tərəfindən təqdim edilmiş izahat məktublarına əsasən "xxxx" MMCni və tanımadıqlarını mal satmadıqlarını bildirmişlər. Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş cavab məktubuna əsasən Göyçay rayon sakinləri fiziki şəxs X7 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yalnız 1200 manatlıq xurma satıldığını, X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mal satmadığını, X3 isə Göyçay rayonunda qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq Bakı şəhərində yaşadığı üçün əlaqə saxlamaq mümkün olmadığı bildirilmişdir. "xxxx" MMC tərəfindən 14 saylı Ərazi Vergilər İdarəsinin nəzarət əhatəsinə aid olan Qazax rayon sakini X4 alış aktı əsasında 96.146.782,64 manat dəyərində kənd təsərrüfatı məhsullarının əldə edildiyi müəyyən edilmişdir. Malların mənbəyinin ara şdırılması məqsədilə fiziki şəxsə X8 xx.xx.2023-cü il tarixli **********930300 saylı məktub göndərilmişdir. Fiziki şəxs X6 etibarnamə üzrə nümayəndəsi təqdim etdiyi izahat məktubuna əsasən X6 "xxxx" MMC-yə mal satmadığını və M.Mansurovun xəstə olması ilə əlaqədar tibbi arayış təqdim etdiyini bildirmişdir. "xxxx" MMC təqdim etdiyi 2022-ci il üzrə Mənfəət vergisi bəyannaməsinin Xərclər hissəsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi 38.725.834,19 manat göstərilməsinə baxmayaraq alış aktı vasitəsilə mal əldə edilmiş vətəndaşlardan alınmış izahatlara əsasən heç bir alış aktı tərtib edilmədiyi və mal satılmadığı bildirilmişdir. Bundan başqa 221,13-cü və 233,5-ci sətrlər üzrə cəmi 215.732,79 manat xərc əks etdirilməsinə baxmayaraq zəruri sənədlər və bank çıxarışları təqdim edilməmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar "xxxx" MMC-yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 11 may 2023-cü İl tarixli **********618600 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022ci ilin mənfəət vergisi üzrə 1.446.658.67 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli **********998500 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndə rilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli, 2-1(114)-2445/2023 nömrəli qərarı ilə (hakim E.T.Axundov) iddia tələbinin qismən təmin edilməsi, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1064 nömrəli qərarının ləğv edilməsi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********998500 nömrəli qərarının qismən, yəni 5.206,75 manat mənfəət vergisi istisna olmaqla qalan hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, xx.xx.2022-ci il tarixli, 9/2182 nömrəli ekspert rəyi üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərcinin cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsindən t utularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0326 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman hə m də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tari xli, Seriya DVX 010024 nömrəli aktda “xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57248548,65 manat dəyərində meyvə-tərəvəzin elektron-qaimə faktura təqdim etməli olduğu halda elektron qaimə-faktura təqdim etmədən satış olduğu müəyyən olunmuş” qeyd edilmiş, digər tərəfdən isə iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5435 nömrəli ekspert rəyinə dair cavabdehin xx.xx.2023-cü il tarixli mülahizəsində xx.xx.2023-cü il tarixli, Seriya DVX 010024 nömrəli aktda yuxarıda qeyd olunmuş ifadənin vergi ödəyicisinin 2022-2023-cü il ərzində olan dövrlər üzrə elektron qaimə-faktura təqdim etmədən topdan satış etdiyinin nəzərdə tutulduğu göstərilmişdir. Bu isə öz-özlüyündə əhəmiyyətli ziddiyyət yaratmaqla bir növ operativ vergi nəzarətinin məqsədlərindən yayınmaqdır. Müəssisə tərəfindən mallar (meyvə və tərəvəz) elektron alış aktları və elektron qaimə-fakturalar (çox az hissəsi) əsasında alınmış və ixrac edilmişdir. Yəni müəssisənin satışı ixracdan ibarət olmuşdur. Həmçinin iş materiallarından göründüyü kimi, həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində 102 kv.m. sahəsi olan anbarında 57.247.548,65 manat dəyərində satışın 1 gündə və ya 1 saat ərzində təqdim edilməsini məhkəmə mümkün hesab etmir. Belə ki, 57.247.548,65 manat dəyərində satışın (meyvə və tərəvəz üzrə) 1 gündə və ya 1 saat ərzində həyata keçirilməsi üçün kifayət qədər geniş anbar sahəsi və çoxlu sayda işçi qüv vəsi lazımdır ki, araşdırma zamanı kifayət qədər anbar sahəsi və işçi qüvvəsi aşkar olunmamışdır. Həmçinin iş materillarında xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 57.247.548,65 manat dəyərində satışın həyata keçirilməsinə dair sənədlər mövcud deyildir və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən sözügedən faktı təsdiq edən sənədlər təqdim edilməmişdir. İş materiallarında operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57.247.548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda, elektron qaimə-faktura təqdim edilmədən satışının olması müəyyən edilərkən “Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların” xx.xx.2023-cü il tarixli, seriya DVX 000116 nömrəli siyahısından görünür ki, malların adı qrafasında yalnız ümumi olaraq “meyvə-tərəvəz” ifadəsi qeyd edilmiş, həmin meyvə-tərəvəzin miqdarı, çeşidi, növü və itki normalarının və s. halların nəzərə alınması müəyyən edilməmişdir ki, bu hal da sözügedən qərarın qanuniliyini əsaslı şübhə altına alan hallardan biridir.
17. Məhkəmə xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarın qanuniliyi ilə bağlı qeyd etmişdir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesab lanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsə də, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir.
18. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-298/2024 saylı, 23 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.V.Bayramov və M.Ə.Musatafev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2445/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)298/2024 saylı, 23 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyic isinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim ed ilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər ba rədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativvergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarət ə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.8. Səyyar vergi yo xlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. ma lların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün ma lların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə-malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim ol unduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərin ə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsinin əsaslar ının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xx xx" MMC vergi qanunvericiliyinin pozulmasına görə 1.446.658,67 manat məbləğində və elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 5.724.754,86 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müvafiq olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********998500 nömrəli və “Vergi ödəyicisinin vergi qanunv ericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərarlar tərtib edilmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərarına münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Qeyd olunan qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (yalnız reyestrdən çıxarışda 50.2.2-ci maddə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd edilmiş, lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir).
34. Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarət inin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
35. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
36. Əlavə olaraq, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səla hiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
37. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliy inin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********1064 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.
38. Bundan əlavə, vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən, malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
39. Hazırkı iş üzrə cavabdehin keçirdiyi operativ nəzarət tədbiri zamanı tədbir anında və yoxlama müddətində baş tutan deyil, əvvəlki dövrlərdə aparılan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr ərzində baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. 40. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********998500 nömrəli qərara münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə ed ilmiş sənədlərlə də təsdiq olunur ki, iddiaçı tərəfindən müvafiq alış aktları vergi orqanına təqdim edilsə də, vergi orqanı həmin alış aktlarını xərc sənədi kimi nəzərə almamış və iddiaçı barəsində vergi borcu hesablamışdır.
41. Bununla yanaşı, cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Lakin, inzibati orqan tərəfindən qəbul edilmiş bir qərar üzrə alış aktları həmin inzibati orqan tərəfindən qəbul edilsə də, digər qərara əsasən isə qəbul edilməmişdir.
42. Bundan başqa, qeyd edilməlidir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır.
43. Cavabdeh “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 11 may 2023-cü il tarixli **********618600 saylı məkt ub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 18 may 2023-cü il tarixli **********998500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə Qərar”la iddiaçıya 2022-ci ilin mənfəət vergisi üzrə 1.446.658.67 manat əlavə vergi məbləği hesablandığını bildirsə də, məhz hansı sənədlər əsasında hesabladığına dair sübutlar təqdim etməmişdir.
44. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5435 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarına əsasən, müəssisə tərəfindən mallar (meyvə və tərəvəz) elektron alış aktları və elektron qaimə-fakturalar (çox a z hissəsi) əsasında alınmış və ixrac edilmişdir. Yəni müəssisənin satışı ixracdan ibarət olmuşdur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin Qazax rayonu, Yuxarı Salahlı kəndində olan 102 kv.m. sahəsi olan anbarında 57247548,65 manat dəyərində satışın 1 gündə və ya 1 saat ərzində təqdim edilməsinin mümkünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir. Belə ki, 57247548,65 manat dəyərində satışın (meyvə və tərəvəz üzrə) 1 gündə və ya 1 saat ərzində həyata keçirilməsi üçün kifayət qədər geniş anbar sahəsi və çoxlu sayda işçi qüvvəsi lazımdır ki, təqdim edilmiş iş materiallarında qeyd edilənlər (kifayə t qədər anbar sahəsi və işçi qüvvəsi ) müəyyən olunmur. Həmçinin qeyd edilir ki, məhkəmə mühasibat ekspertizası mühasibat sənədləri, hesabatları və s. sənədlər əsasında aparılan tədqiqatdır ki, təqdim edilmiş iş materiallarında xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən 57247548,65 manat dəyərində satışın həyata keçirilməsinə dair sənədlər mövcud deyildir. Göstərilənlərdən əlavə qeyd edilir ki, iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində "xxxx" MMC tərəfindən 57247548,65 manat dəyərində meyvə-tərəvəzin elektron qaimə-faktura təqdim etməli olduğu halda, elektron qaimə-faktura təqdim edilmədən satışının olması müəyyən edilərkən həmin meyvə-tərəvəzin miqdarı, çeşidi, nö vü və itki normalarının və s. halların nəzərə alınması müəyyən edilmir. Bununla yanaşı qeyd edilir ki, vergi ödəyicisinə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarla 2022-ci il üzrə 1446658,67 manat məbləğində əlavə mənfəət vergisi hesablanarkən alış aktları vasitəsi ilə əldə edilmiş malların qəbul edilməməsi və mal satılmadığı göstərilsə də, vergi orqanı tərəfindən operativ vergi nəzarəti həyata keçirilməsi zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 010024 saylı Aktda müəyyən olunan hallar üzrə həmin elektron alış aktları, elektron qaimə-fakturalar vergi orqanı tərəfindən qəbul edilmiş və təsdiqlənmişdir. Yəni bir qərar üzrə həmin alış aktları vergi orqanı tərəfindən qəbul edilmiş, digər qərar üzrə isə qəbul edilməmişdir. Həmçinin qeyd e dilir ki, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı məhkəməyə 20 iyul 2022-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq xx.xx.2023-cü il tarixdə (1 ədəd disk və xx.xx.2023-cü il tarixli məktubun əsli) əlavə sənədlər Mərkəzə təqdim edilmişdir. Həmin sənədlər və yuxarıda göstərilənlər nəzərə alınmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il üzrə gəlir və xərcində kənarlaşmanın (alış aktlarına və s. dair) olmadığı müəyyən olunur. Beləliklə, bütün yuxarıda göstərilənlər və təqdim edilmiş iş materialları nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixli **********1064 saylı və xx.xx.2023-cü il tarixli **********998500 saylı qərarlarla müəyyən olunan halların (hesablamalar və s.) düzgün olması müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, hazırkı tədqiqatla bütün yuxarıd a göstərilənlərə və təqdim edilmiş iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur: ********.65 manat məbləğdə malların, yəni meyvə-tərəvəzin əskik gəlməsi müəyyən olunmadı; ********.65 manat dəyərində malların e-qaimə faktura üzrə satışı və nəqliyyat vasitələrinə yüklənməsi (təsdiq edən sənədlər olmadığından və s.) müəyyən edilmir. Həmçinin qeyd edilir ki, müəssisə ixrac fəaliyyəti ilə məşğul olmuşdur; Təsərrüfat daxili yerdəyişmə qaimə fakturası tətbiq edilməsi lazım olan əməliyyatların mövcudluğu müəyyən edilmir; 5724754.86 manat maliyyə sanksiyası tətbiq edilmiş olan ********.65 manat vergi ödəyicilərinə elektron qaiməfaktura meyvə tərəvəzin vergi ödəyicisinə və ya olmadan satışı və ümumiyyətlə ********.65 dəyərdə malların satışının olması müəyyən edilmədi; Tədqiq olunan dövr üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin meyvə tərəvəz ixracından başqa fəaliyyəti müəyyən edilmir; Vergi ödəyicisinin 2022-ci il üzrə hesabladığı 5206,75 manat mənfəət vergisinin düzgünlüyü müəyyən edilir.
45. Göründüyü kimi ekspert rəyi ilə də “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********998500 nömrəli qərarının qismən, yəni 5.206,75 manat mənfəət vergisi istisna olmaqla qalan hissədə əsassız olduğu təsdiq olunur. Cavabdeh bunun əksini sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir.
46. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarlarla hesablanmış məbləğlərin əsaslığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh işə əlavə vergi öhdəliklərinin yaranmasını n əsaslı olduğunu sübut edə bilməmişdir.
47. Cavabdeh orqan və vergi qanunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şik ayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-298/2024 saylı, 23 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.