Məhkəmə qərarları › İş №2-1(102)-4106/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4106/2025

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4106/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“əlillik dərəcəsinin təyin edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Zaqatala Rayon Mərkəzi Xəstəxana tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si R00128277YHE, göndəriş tarixi ##.##.2023-cü il) göndərişi verən müəssisədə ##.##.2023-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi ##.##.2021-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: S83.2 Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade III) Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, Hər iki diz oynağının bükücü konturakturası R52.0 Kəskin ağrı, Ağrılı oynaq M23.5 Diz oynağının xroniki qeyri-stabilliyi, Hər iki diz oynağının mülayim dərəcədə daha çox sağda ifadə olunmuş qeyri stabilliyi. Diz oynağı bağlarının və qığırdağının təzahür edən zədələnməsi. Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Ap-ş sol tərəfli endoskopik (##.##.2021) və sağ tərəfli (##.##.2022) açıq medial meniskektomiya əməliyyatlarından sonrakı vəziyyət. S83.5 Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması S83.7 Diz oynağının bir neçə elementinin travması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının yan bağlarının poz-nın hər iki medial menisklərin yırtığı ilə müştərək rast gəlinməsi M17.2 Ikitərəfli posttravmatik qonartroz, Iki tərəfli postravmatik deformasiyaedici qonartroz IV mərhələ R26.2 Başqa rubrikalarda təsnif olunmayan yerin çətinləşməsi, dayaq hərəkət funksiyasının pozulması.

2. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, *******0001 saylı göndərişə əsasən ##.##.2023-cü il tarixdə müayinə edilərək “Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade III). Diz oynağının bir neçə elementinin tramvası, hər iki diz oynağının ön və arxa çarpaz bağları yan bağlarının tamlığının poznın hər iki medial nenisklərin yltlğı ilə müştərək rast gəlinməsi diaqnozu ilə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- *****/**** saylı ##.##.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.

6. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya ##.##.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin oktyabr ayından ##.##.2023-cü il tarixədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmişdir. ##.##.2021-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı travma almışdır. Aldığı travma ilə əlaqədar aparılmış müalicələr nəticə verməmiş və DSX Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli, **** №-li qərarına əsasən “Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır” hesab olnaraq “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmış (Diaqnoz: 1) (S83.7) Hər iki diz oynağının medial meniskinin arxa buynuzunun Grade III yırtığına görə ##.##.2021-ci il tarixdə aparılmış (Z98.8) “Sol diz oynağının artroskopik meniskektomiyası” və ##.##.2022-ci il tarixdə aparılmış (Z98.8) “Sağ diz oynağının medial meniskinin arxa buynuzunun açıq üsulla rezeksiyası” cərrahi əməliyyatlarından sonrakı vəziyyət, (M23.2) ön və arxa çarpaz, medial və lateral kollateral bağların tamlığının pozulması, funksiyaların mülayim dərəcədə pozulması ilə. 2) (K76.0) Qaraciyərin piy distrofiyası.) Ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası TƏBIB “xxxx” Institutu publik hüquqi şəxsdə müayinə olunmuş və ona “Hər iki diz oynağının travmasından sonrakı vəziyyəti, Hər iki diz oynağı medikal mediskinin Graddle 3 yırtığı. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması. Hər iki diz oynağının qeyri stabilliyi. Ağrılı oynaq. Hər iki diz oynağının IV mərhələ deformasiyası qalıcı qol artrozu kəskin 1-ci, hər iki aşağı oynağın hərəkət funksiyasının pozğunluğu, yerişin çətinləşməsi” - ##.##.2023-cü il tarixdən ##.##.2023cü il tarixədək TƏBIB-nin X1 müalicədə olmuşdur. Diaqnoz: Hər iki diz oynağının travmadan sonrakı vəziyyəti və.s. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Qax RMX-da müalicədə olmuş (diaqnoz: iki tərəfli postravmatik qonartroz medikal mediksin ektomiyası və. s.), ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək isə Qax RMX-da müalicədə olmuşdur: Diaqnoz: Hər iki dizin defektiv postravmatik qonartrozu, 4cü mərhələ 2-ci dərəcəli və.s. Səhiyyə Nazirliyinin xxxx Institutu publik hüquqi şəxsdə müayinədə olmuşdur. Diaqnoz: Hər iki diz oynağının travmadan sonrakı vəziyyəti hər iki diz oynağının medikal meniskinin Gradle 3 yırtığı və.s. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Respublika Klinik Xəstəxanasında müayinə və müalicədə olmuşdur. Diaqnoz: Bel-oma fəqərələrinin disklərin radinulopatyası. Aşağı ərtafların paraparizi. Gərginlik baş ağrısı. Diz qapağının dislokasiyası artrozkopyanın menisktopiyası cərrahı əməliyyatdan sonrakı vəziyyət. Diz oynaqlarının ön və arxa xaçabənzər bağının gərilməsi. Hər iki diz oynağının kontrakturası çanaq oynaq funksiyası ləngimə tipli pozulması. Müalicələrdən sonra ona əlilliyinin təyin olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmişdir. Lakin ona əlillik təyin olunmasından imtina edilmişdir. Imtinanın səbəbi isə təyin olunmuş diaqnozun əlillik əlaməti təyin etməsi göstərilmişdir. Imtina ilə razı deyil. Cavabdeh tərəfindən ona əlillik qrupu təyin edilməlidir.

8. Iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir.

9. Bakı Inzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı ##.##.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (13.4., M17 Qonartroz (diz oynağının artrozu) 13.4.41. hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (IV mərhələ qonartroz) 50% - 1 il; 6.1.10., R25-R29 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi tarixdən ##.##.2023-cü il tarixdən əlillik (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməlidir.

11. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 13.4.[184] Hər iki aşağı ətrafın istənilən T05.3səviyyədə travmatik amputasiyası T05.5 Bud-çanaq nahiyəsi və budun toxumalarının, diz və baldır T34.6nahiyəsinin, aşıq-baldır oynağı T34.8 nahiyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması Aşağı ətrafın dəqiqləşdirilməmiş T35.5 donvurması Aşağı ətrafın əzilməsinin və travmatik T93.6 amputasiyanın nəticələri Bud-çanaq oynağı və bud S78 nahiyəsinin travmatik amputasiyası Baldırın travmatik amputasiyası S88 Aşıq-baldır oynağı və ayaq S98 səviyyəsində travmatik amputasiya Koksartroz (bud-çanaq oynağının M16 artrozu) Qonartroz (diz oynağının artrozu) M17 Digər artrozlar M19 Ətrafların digər qazanılma M21 deformasiyaları Oynağın ankilozu M24.6 Bud sümüyü başının yuvenil M91.1 osteoxondrozu Pəncənin anadangəlmə Q66 deformasiyaları Budun anadangəlmə deformasiyaları Q65 Aşağı ətrafı qısaldan defektlər Q72 Qiymətləndirmə hər iki aşağı ətrafın bud nahiyəsindən amputasiyası, protezləşməyə və ya amputasiyadan ilk bir il sonra bərpa 13.4.1. 100 müddətsiz işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə bud nahiyəsindən hər iki aşağı ətrafın 13.4.2. 90-100 müddətsiz amputasiyası bir aşağı ətrafın bud, digərinin baldır səviyyəsində amputasiyası, protezləşməyə və ya amputasiyadan 13.4.3. ilk 1 il sonra bərpa işlərinin (o 90-100 müddətsiz cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə bir aşağı ətrafın bud, digərinin baldır 13.4.4. səviyyəsində amputasiyası, 85 müddətsiz protezləşmədən sonra bir yuxarı və bir aşağı ətrafın amputasiyası, protezləşməyə və ya amputasiyadan ilk 1 il sonra bərpa 13.4.5. 90-100 müddətsiz işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə bir yuxarı və bir aşağı ətrafın 13.4.6. 85 müddətsiz amputasiyası, protezləşmədən sonra ətrafın bud-çanaq oynağı səviyyəsində amputasiyası və ya budun güdülünün çox qısa olması, protezləşməyə və ya amputasiyadan 13.4.7. 80 müddətsiz ilk bir il sonra bərpa işlərinin (o cümlədən rekonstruktiv əməliyyata ehtiyac) aparılması üçün əks-tibbi göstərişlərin olması ilə budun orta 1/3 səviyyəsində 13.4.8. 70 müddətsiz amputasiyası budun aşağı 1/3 səviyyəsində amputasiyası, amputasiyadan 1 il 13.4.9. sonra protezləşməyə bərpa 70 müddətsiz müalicəsinə əks-göstəriş olduğu halda güdülün və oynaqların yararlı 13.4.10. vəziyyəti ilə ətrafın baldır 50 müddətsiz səviyyəsində amputasiyası güdülün və oynaqların yararsız 13.4.11. vəziyyəti ilə ətrafın baldır 60 müddətsiz səviyyəsində amputasiyası hər iki aşağı ətrafın baldır 13.4.12. səviyyəsində amputasiyası, 70-80 müddətsiz protezləşmədən sonra hər iki aşağı ətrafın baldır 13.4.13. səviyyəsində amputasiyası, bir ətrafın 85-90 müddətsiz funksional əlverişsiz vəziyyəti ilə hər iki aşağı ətrafın baldır 13.4.14. səviyyəsində amputasiyası, ikitərəfli 90-100 müddətsiz protezləşməyə əlverişsiz vəziyyətdə pəncənin Piroqova görə birtərəfli 13.4.15. 45 müddətsiz amputasiyası pəncənin Piroqova görə ikitərəfli 13.4.16. 75 müddətsiz amputasiyası pəncənin Şopar oynağı səviyyəsində 13.4.17. 70 müddətsiz ikitərəfli amputasiyası pəncənin Şopar oynağı səviyyəsində 13.4.18. 40 müddətsiz birtərəfli amputasiyası pəncənin Şopar oynağı səviyyəsində 13.4.19. amputasiyası, pəncənin qüsurlu 40-50 müddətsiz vəziyyəti ilə pəncənin Şopar oynağı səviyyəsində 13.4.20. amputasiyası, hər iki pəncənin 60 müddətsiz qüsurlu vəziyyəti ilə pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya 13.4.21. 35 müddətsiz Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya 13.4.22. Şarp üsulu ilə ayaq daraq 40 müddətsiz sümüklərinin amputasiyası, pəncənin birtərəfli qüsurlu vəziyyəti ilə hər iki pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya 13.4.23. 65 müddətsiz Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyası 13.4.24. hər iki bud-çanaq oynağının ankilozu 80 müddətsiz hər iki bud-çanaq oynağının 13.4.25. hərəkətinin orta dərəcə 40 müddətsiz məhdudlaşması bud-çanaq oynağının hərəkətinin 13.4.26. təzahür edən məhdudlaşması və ya 50-60 müddətsiz ankilozu hər iki bud-çanaq oynağının 13.4.27. hərəkətinin təzahür edən 70-80 müddətsiz məhdudlaşması budun displaziyası (yarımçıxıq), tam 13.4.28. 100 1 il immobilizasiya müddətinə budun displaziyası (yarımçıxıq), tam immobilizasiya müddətinin başa 13.4.29. 50 1 il çatmasından sonra müalicəsinin sonuna qədər bud-çanaq oynağının rekonstruktiv 13.4.30. əməliyyatdan sonrakı vəziyyəti, 40-50 1 il mülayim pozuntularla hər iki bud-çanaq oynağının 13.4.31. rekonstruktiv əməliyyatdan sonrakı 80 2 il vəziyyəti, təzahür edən pozuntularla 13.4.32. ayağın 4-7 sm qısalması 40 müddətsiz 13.4.33. ayağın 7 sm-dən çox qısalması 50 müddətsiz bud sümüyünün psevdoartrozu, 13.4.34. 40 1 il mülayim pozuntularla bud sümüyünün psevdoartrozu, 13.4.35. 60 1 il təzahür edən pozuntularla diz oynağının funksional əlverişsiz 13.4.36. 40 müddətsiz vəziyyətdə ankilozu hər iki diz oynağının funksional 13.4.37. 50 müddətsiz əlverişli vəziyyətdə ankilozu hər iki diz oynağının funksional 13.4.38. 70 müddətsiz əlverişsiz vəziyyətdə ankilozu 13.4.39. pəncənin qüsurlu vəziyyətdə ankilozu 40 müddətsiz 13.4.40. hər iki aşıq-baldır oynağının ankilozu 50 müddətsiz hər iki diz oynağı qığırdağının 13.4.41. təzahür edən zədələnməsi (IV 50 1 il mərhələ qonartroz) 13.4.42. bud-çanaq oynağının birtərəfli çıxığı 40 müddətsiz 13.4.43. bud-çanaq oynağının ikitərəfli çıxığı 50 müddətsiz baldır sümüklərinin psevdoartrozu: 13.4.44. 40 1 il qeyri-stabil 18 yaşınadək uşaqlarda pəncənin 13.4.45. 40 2 il anadangəlmə qüsurlu vəziyyəti

19. “Inzibati icraat haqqında” Qanun: Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərəalmaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bununla belə, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının orqanizmin funksiyalarının pozulması faizi konkret olaraq müəyyən edilmədiyindən qərar həmin hissədə dəyişdirilməlidir.

27. Iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-***/**** saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli R********YHE saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “S83.2- Meniskin təzə cırılması. Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade III); M24.5- 0ynaqların kontrakturası. Hər iki diz oynağının bükücü kontrakturası; R52.0-Kəskin ağrı. Ağrılı oynaq. M23.5-Diz oynağının xroniki qeyristabilliyi. Hər iki diz oynağının mülayim dərəcədə daha çox sağda ifadə olunmuş qeyri stabilliyi. Diz oynağı bağlarının və qığırdağının təzahür edən zədələnməsi. Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər. Aparılmış sol tərəfli endoskopik (##.##.2021) və sağ tərəfli (##.##.2022) açıq medil meniskektomiya əməliyyatından sonraki vəziyyət. S83.5- DIZ oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması. S83.7- Diz oynağının bir neçə elementinin travması. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının yan bağlarının poz-nın hər iki medial menisklərin yırtığı ilə müştərək rast gəlinməsi. M17.2-Ikitərəfli posttravmatik qonartroz. Iki tərəfli posttravmatik deformasiyaedici qonartroz 4 mərhələ. R26.2- Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Dayaq hərəkət funksiyasının ciddi pozulması” diaqnozu suallardakı xəstəliklərlə eynilik təşkil edir və onlara hazırda xəstədə rast gəlinir.

28. Göründüyü kimi, qeyd edilən ekspert rəyi ilə də iddiaçının barəsində göndərilmiş forma 88-də olan diaqnozlar təsdiqlənmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.4.41-ci yarımbəndinə əsasən hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (IV mərhələ qonartroz) 1 il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması ilə əlillik təyinatına əsas verir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilməli, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 50 faiz pozulması ilə 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən orqanizmin funksiyalarının 50 faiz pozulması ilə 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar