Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4109/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısına fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında 4 nəfər vətəndaş müraciət etmişlər, onların ərizələrinə rayon İcra Hakmiyyətində baxılmışdır. Müəyyən edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən İddiaçı, N.Qasımovanın, Ə.Rəfixanovun, F.Nəsirovun onların mənzil şəraitlərinin yaxşılaşdırılmasına ehtiyacları vardır. Qeyd olunanlar nəzərə alaraq, Bülbülə qəsəbəsi Bakı-Aeroport yolunun sol tərəfində, cizgidə göstərilmiş sahədə, fərdi yaşayış evi tikmək üçün İddiaçı və qeyrilərinə hər birinə ölçüsü 400 kv.m olmaqla fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Sərəncama əsasən torpaq sahəsinin ayrılması barədə akt tərtib edilmişdir.
2. Bakı şəhəri Suraxanı rayonu X3 ** saylı, ## #### 2007-ci il tarixli qərarından çıxarışa əsasən X1 bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə (əvəzi ödənilmədən) 400 kv.m torpaq sahəsi satılması haqqında ##.##.2007-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin hazırladığı **/**-*** saylı rəy və digər sənədləri əsas tutaraq, Bakı şəhəri Suraxanı rayonu X3 ehtiyat fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında X1 fərdi yaşayış evinin tikilməsi məqsədi ilə (əvəzi ödənilmədən) 400 kv.m torpaq sahəsinin satılması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla Bələdiyyənin ehtiyat fondunun alqısatqı predmeti olan yararsız torpaq sahəsindən fərdi ev tikintisi məqsədi ilə 400 kv.m torpaq sahəsi ayrılmışdır.
3. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən plan və ölçü sənədi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində İddiaçı Suraxanı rayon X3 ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X2 kitabında ##.##.2007-ci il tarixdə, 3371 nömrə ilə uçota alınmışdır.
4. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdehin ##.##.2023-cü il tarixli 3-21-3-30/2-40159-8/2023 ************ nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 400 kv.m torpaq ərazisinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının ## ### 2004-cü il tarixli, *** saylı sərəncamına və eyni tarixli aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 400 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən ##.##.2023-cü il tarixli, *-**-*-**/**- *****-*/**************** nömrəli cavab məktubu ilə imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə yerləşməklə dövlət mülkiyyəti torpaqlarıdır. Bundan əlavə, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının *** saylı sərəncamı, ## ### 2004-cü il tarixlidir. Belə ki, ##.##.2001-ci il tarixindən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.
8. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair təqdim edilmiş sərəncam “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ##.##.2004-cü il tarixlidir. Həmçinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş “Torpaqların alqı-satqısına dair akt” təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir.
9. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi daha əvvəl Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.2004-cü il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılsa da, sonradan, Bakı şəhəri Suraxanı rayonu X3 ** saylı, ## #### 2007-ci il tarixli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə əvəzi ödənilmədən 400 kv.m torpaq sahəsi satılması haqqında ##.##.2007-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin hazırladığı **/**-*** saylı rəy və digər sənədlər əsas tutularaq ayrılmışdır. Göründüyü kimi, sonradan iddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqları bələdiyyənin qərarı əsasında əldə etmiş və sözügedən torpaq sahəsi bələdiyyənin qərarında da, qeyd edildiyi kimi, iddiaçıya əvəzsiz qaydada ayrılmışdır. Həmçinin, cavabdeh İdarənin özü tərəfindən həmin torpaq sahəsinə dair 2007-ci il tarixdə torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Belə olan təqdirdə, cavabdeh tərəfindən torpaq sahəsinə dair alqı-satqı aktının tələb edilməsi əsassız olmuşdur. Bələdiyyənin iddiaçıya torpaq sahəsi ayrılması barədə qərarı inzibati aktdır və həmin inzibati aktı hal-hazırda da, qüvvədədir, ləğv edilməmiş, geri çağırılmamış və etibarsız sayılmamışdır və həmin qərarın mötəbər qiymətləndirilməməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüquqları yaranmışdır. İddiaçıya ayrılmış torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin ərazisində yerləşsə də, iş materiallarında olan, cavabdehin özü tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin də, dövlət reyestrində qeydiyyata alınması üçün ilkin hüquqmüəyyənedici sənəd qismində Bakı şəhəri Suraxanı rayon X3 qərarı olmuşdur və həmin qərarlar əsasında hüquq sahiblərinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli mövqeyin sərgilənməsi inzibati orqanlar tərəfindən bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
11. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər P.Hüseynov – məruzəçi, K.Əkbərov və C.Məmmədov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubunun və iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir.
16. Kassator bildirir ki, hər bir dövlət qurumu müvafiq inzibati akt qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Belə olan halda, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır.
17. Kassasiya şikayətində Torpaq Məcəlləsinin 9, 10, 11, 22, 82 və 110-cu maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.1 və 68.2-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanına istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin – iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Suraxanı rayonu X3 ** saylı, ## #### 2007-ci il tarixli qərarının mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Həmin qərardan müəyyən edilir ki, 400 kv.m torpaq sahəsinin iddiaçıya satılması haqqında ##.##.2007-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin **/**-*** saylı rəyi ilə razılıq verilmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
29. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 400 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:
Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir