Məhkəmə qərarları › İş №2-1(102)-411/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-411/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-411/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdlü: xx.xx.1982-ci il; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı ünvan 1 ünvanında yerləşən 68.4 kv. m. qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(107)-163/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2720003930 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, sahəsi 49.0 kv.m olan mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. 2. 22.05.2020-ci il tarixdə tərtib edilmiş, 408-1/3497 inventar nömrəli texniki pasporta əsasən, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sa həsi 49 kv.m-dir. Mənzil 1979-cu ildə tikilmişdir, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir.

3. Göyçay RİH-nin xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədinə əsasən, tikilinin təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən istismarına icazə verilmişdir.

4. Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 48 nömrəli sərəncamına əsasən, ünvan 2 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 49.0 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m olan yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.

5. İddiaçı cavabdehə müraciət, edərək qeyri-yaşayış sahəsinə keçirilmiş sahə üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli, * *********38 nömrəli imtina məktubu ilə bildirmişdir ki, **********50-05101-093025 reyestr nömrəli çıxarışda və texniki pasportda ümumi sahə 49.0 kv.m olsa da, qeyri-yaşayış sahəsinə keçiriləndə ümumi sahə artaraq 71.0 kv.m olmuşdur, bu səbəbdən də Mənzil Məcəlləsinin 20.1, 21.2.2-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1, 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 68.4 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsində işin hallarını sadalamış əlavə olaraq qeyd etmişdir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, hazırda qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş üçün, binada yaşayış sahəsi üçün nəzərdə tutulan gediş-gəlişi təmin edən sahədən istifadə edilmir. Qeyri-yaşayış sahəsinə keçirilən sahə mənzilin tərkib hissəsi kimi qalmamışdır, yaşayış yeri kimi istifadə edilmir, habelə keçirilən sahəyə mülkiyyət hüququ digər şəxslərin hüquqları ilə yüklü deyildir. Bununla yanaşı, keçirilən sahə binanın birinci mərtəbəsində yerləşməklə, heç kimin hüquq və mənafeyinə toxunmur.

9. Cavabdeh iddia ərizəsinə dair xx.xx.2021-ci il tarixli imtina məktubuna uyğun etiraz təqdim etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 4 m art 2022-ci il tarixli, 2-1(116)-228/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə ünvan 3 ünvanında yerləşən 68.4 kv.m. qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi qoyulmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehin vəzifəsi yaşayış fondundan qeyriyaşayış fonduna keçirilmiş daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək isə Göyçay rayon İcra Hakimiyyətinin vəzifəsi olmuşdur. İş materiallarında olan sənədlərin məzmunundan göründüyü kimi, Göyçay rayon İcra Hakimiyyəti sözügedən obyektin qeyri-yaşayış sahəsinə keçirilməsinin q anunvericiliyin tələblərinə uyğunsuzluğunu müəyyən etməmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir. Odur ki, iddiaçı, ümumi sahəsi 68.4 kv.m. olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, adına dövlət reyestrindən çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Rəfiyev sədrlik edən və məruzəçi, V.Məlikov və E.Hüseynov) 12 oktyabr 2022-ci il tarixli, 2-1(107)163/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş. Şəki İnzibati Məhk əməsinin 4 mart 2022-ci il tarixli 2-1(116)-228/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan xx.xx.2021-ci il tarixli 4 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, həmin sənəddə “Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü” və “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafası boş buraxılmışdır. Bu da onu deməyə əsas verir ki, “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keç irilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin, mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadrat metrdən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazə sənədinə uyğun tərtib edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qeyri-yaşayış binası yenidən qurulub planlaşdırılarkən müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Tikinti obyektinin istismarına icazə” sənədi xx.xx.2021-ci il tarixdə, Göyçay rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı xx.xx.2021-ci il tarixdə, bildiriş isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, Mənzil Məcəlləsinin müddəalarına əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə Göyçay rayon İcra Hakimiyyətinin sərəncamı və bildirişi olmadan “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, Göyçay rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı və bildiriş isə sonradan verilmişdir.

16. Apellyasiya məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilmədiy inə görə, təqdim olunan eskiz layihəsi əsasında texniki baxışın nəticəsi haqqında müayinə aktı tərtib edilməmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması üçün zərurət yaranmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayətində işin halla rını sadalamış, əlavə olaraq Avropa Məhkəməsinin “X1rşı” qərarına istinad edərək qeyd etmişdir ki, hazırkı işlə bağlı dövlətin heç bir səlahiyyətli orqanı və başqa maraqlı şəxs iddiaçının faktiki olaraq istifadə etdiyi daşınmaz əmlakla bağlı heç bir iradını bildirməmiş, hətta heç bir sənədi olmasaydı belə, faktiki istifadəsində və sahibliyində olduğu və heç bir səlahiyyətli dövlət orqanının və ya maraqlı şəxsin bununla bağlı etirazı olmadığından, barəsində mübahisə edilən daşınmaz əmlak dövlət reyestrində qeydə alınmalı idi.

19. İddiaçı həmçinin qeyd edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 19 və 24-cü maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, qeyd edilən normalara əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli idi, bu onun xidməti vəzifəsindən irəli gəlirdi, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu idi. Lakin hazırki işdə inzibati orqan qanunla üzərinə qoyulmuş həmin vəzifələri yerinə yetirmədən, iddiaçıya başdansovdu imtina vermiş, imtinasını "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsinin heç bir bəndi ilə əsaslandırmamışdır.

20. Eyni zamanda, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələblərini pozulmasını qeyd edir. Belə ki, Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixdə "Tikinti obyektinin istismarına icazə" sənədi, xx.xx.2021-ci il tarixdə isə yaşayış sahəsinin qeyri-yaşay ış sahəsinə çevrilməsi barədə sərəncamı vardır. Hazırkı günədək heç bir şəxs həmin sənədi və ya sərəncamı mübahisələndirməmişdir və qeyd edilən sərəncam da qüvvədədir. Tarixlər arasında uyğunsuzluğun olması isə iddiaçının təqsiri deyildir və bu hal onun ziyanına şərh edilə bilməz. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz ərizəsi təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mənzil Məcəlləsi: Maddə

20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəs indən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.... Maddə

21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.... 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı il ə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır....

23. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: dair:... 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üz rə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜM KÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.

29. Hazırkı iş üzrə iddiaçının tələbi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən ibarətdir və iddia tələbinin əsası kimi Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 48 nömrəli sərəncamına istinad edilir.

30. Qeyd edilməlidir ki, istinad olunan Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli 48 nömrəli sərəncamı ünvan 2 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 49 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə olsa da, iş materiallarında olan (iş v. 17) “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli bildirişdə Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 49 №-li sərəncamı qeyd olunmuş, həmçinin bildirişin sonunda yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə keçirilməsindən imtina edilməsi barədə qərar qəbul olunması qeyd edilmişdir.

31. Bundan əlavə, istinad edilən sərəncam xx.xx.2021-ci il tarixli 48 nömrəli olsa da, “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli bildirişdə sərəncamın nömrəsi “49” kimi göstərilmişdir.

32. Göründüyü kimi, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərdəki məlumatlar arasında ziddiyyət mövcuddu r.

33. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilmədiyinə görə, təqdim olunan eskiz layihəsi əsasında texniki baxışın nəticəsi haqqında müayinə aktı tərtib edilməmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması üçün zərurət yaranmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara istinad etsə də, sərəncamın qəbulu ilə əlaqədar icraat materiallarını tələb etməmiş, bununla bağlı inzibati icraat aparılıb-aparılmamasını yoxlammışdır.

35. Beləliklə, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan halların araşdırılması və bununla əlaqədar sübutların qiymətləndirilməsi ilə bağlı İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətlənd irilir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.

36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslı olduğu üçün təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

37. İşə təkrar baxan apellyasiya məhkəməsi Göyçay rayon İcra Hakimiyyətinə müvafiq sorğu ünvanlamalı, həmin sorğu ilə yuxarıda qeyd edilən məlumatlar arasındakı ziddiyyəti araşdırmalı, eyni zamanda icraat materiallarını tələb etməklə, işin hallarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından (tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu) iddianın əsaslılığını qiymətləndirməlidir.

38. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 21(107)-163/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar