Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-411/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyənləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1475/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 mart 2022-ci il tarixli, **********4919 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7926/20 22 saylı, 13 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 mart 2022-ci il tarixli, **********4919 nömrəli Qərarı ləğv edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1475/2023 nömrəli qərardadı ilə (hakimlər X4 (məruzəçi), X5 və X6) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7926/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə mübahisə edilən inzibati aktı qəbul edən cavabdehin yurisdiksiyası bütün ölkə ərazisinə aid olduğundan, hazırki iş aidiyyəti üzrə baxılması üçün iddiaçının yaşayış yeri, olduğu yer üzrə məhkəməyə göndərilməlidir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İmişli ray., H.Əliyev pr.,238 ünvanında qeydiyyatda olmaqla məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən də iddia ərizəsində həmin ünvanı qeyd etmişdir. Həmçinin işdə olan vergi ödəyicisi barədə **********113500 nömrəli məlumatdan da görünür ki, vergi ödəyicisi olan İddiaçı (VÖEN:**********) həm hüquqi, həm də faktiki ünvanı kimi İmişli rayonu, H.Əliyev pr., ev 238 qeyd edilmişdir.
6. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və cavabdehin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
7. X2 Məcəllənin 8.1.2-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerin in və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
8. İddiaçının olduğu və fəaliyyət göstərdiyi yerin ünvanını tapmaq çətin olduğu üçün, sənədlərdə İmişli rayonundakı ünvan göstərilmişdir. Lakin iddiaçı faktiki olaraq Bakı şəhərində fəaliyyət göstərir, vergi yoxlaması Bakı şəhərində həyata keçirilmişdir, həmçinin iddiaçıya Bakı şəhəri üzrə vergi qanunvericiliyinin normaları tətbiq edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikas ının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilə n inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.4 Tərəfl ərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, h əmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasi ya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmə aidiyyətinin müyyənləşdilməsi ilə bağlı qanunvericiliyin normalarını düzgün tətbiq edilməmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
15. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
16. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”nə gedən yolun şimal-qərbində yerləşən obyektdə malların Vergi Məcə lləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********4919 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, iddiaçını Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 211985.12 manat məbləğində vergi məsuliyyətinə cəlb etmişdi r.
17. İddiaçı tərəfindən inzibati orqanın həmin qərarı məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddiaçının tələbi əsaslı hesab edilərək iddia təmin edilmişdir.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi araşdırma apararkən bu qənaətə gəlmişdir ki, iş üzrə aidiyyət qaydaları pozulmuşdur. Məhkəmə öz mövqeyini əsaslandırarkən bildirmişdir: “İddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İmişli ray., H.Əliyev pr.,238 ünvanında qeydiyyatda olmaqla məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən də iddia ərizəsində həmin ünvanı qeyd etmişdir. Həmçinin işdə olan vergi ödəy icisi barədə **********113500 nömrəli məlumatdan da görünür ki, vergi ödəyicisi olan İddiaçı (VÖEN:**********) həm hüquqi, həm də faktiki ünvanı kimi İmişli rayonu, H.Əliyev pr., ev 238 qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən İmişli rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (18.10-cu bənd). Beləliklə, iddiaçının hüquqlarının və qanuni maraqlarının qorunması, məhkəməyə əlçatanlığı, işə baxılmasında yarana biləcək çətinliklərin qarşısının alınması, şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi məqsədilə işə Şirvan İnzibati Məhkəməsində b axılması daha qanuni və əsaslıdır.”
20. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, İPM-in 8.1.2-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyy ətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
22. Beləliklə, qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlmir.
23. Hazırki işdən görünür ki, iddiaçı sadəcə olaraq İmişli rayon ərazisində qeydiyyatdadır.
24. Bundan əlavə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçot a alınası haqqında” **********3 saylı arayışda İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ qəsəbəsi ev Sədərək TM-ə gedən yolu şimal Qərbi ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir (cild 1, səh 12).
25. Beləliklə, hazırki mübahisələndirmə haqqında iddiada təsərrüfat subyektinin (obyektinin) olduğu yer Bakı şəhəri olmuşdur.
26. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, İPM-in 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir.
27. Lakin iş materiallarından belə bir hal, yəni tərəflərdən birinin ərazi aidiyyətini mübahisələndirdiyi görünmür. Əksinə apelyasiya instansiyası məhkəməsinin 19 okty abr 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, sədrlik edən işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə münasibət bildirməsi üçün cavabdehin nümayəndəsinə söz vermiş, nümayəndə isə işin aidiyyət məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmışdır. (cild 2, iş vər 20)
28. Göründüyü kimi cavabdeh ərazi aidiyyətini nəinki mübahisələndirməmiş, hətta verdiyi cavabla işin Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə marağının olmadığını ifadə etmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılan zaman və apelyasiya şikayətində ərazi aidiyyəti ilə bağlı mübahisə olmadığından, işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə apelyasiya instansiyası məhkəməsinin qərard adı əsaslı sayıla bilməz.
30. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilərək apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-1475/2023 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.