Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-411/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtl ərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-738/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə ölmüşdür.
2. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X3 Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 5 iyul 2009-cu il tarixdən prokurorluq orqanlarının sabiq işçisi kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1-ci, 20.8.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən prokurorluq işçisi kimi əlilliyə görə əmək pensiyası prokurorluq orqanlarında 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Tərəflərindən Azərbaycan Respublikası Baş Prokurorluğuna mərhum X5 Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işlədiyi xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövrün Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluq illərinin hesablanması zamanı nəzərə alınıb-alınmam asına dair 9 iyun 2022-ci il tarixli **********3 nömrəli sorğu ünvanlanmış və sözügedən sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum İ.M.Rzayevə Rusiya Federasiyası prokurorluq orqanlarında işlədiyi müddətin Azərbaycan Respublikası prokurorluq orqanlarında işlədiyi dövrə aid edilməsinə dair hər hansı sənəd mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının həyat yoldaşı İ.Rzayevin prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay 6 gün (xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) olduğundan onun sabiq prokurorluq işçisi kimi əmək pensiyası hüququ olmamışdır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-2-ci maddəsinə əsasən prokurorluq işçisi və ya prokurorluq işçisi kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavəl əri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının mərhum həyat yoldaşı İsrafil Rzayevin prokurorluq işçisi kimi əmək pensiyası almaq hüququ olmadığından ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öh dəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək ona prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixində prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasına dair imtina məktubu göndərilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi onun mərhum ərinin prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay) olmasını, bu səbəbdən mərhum əri İsrafil Rzayevin sabiq prokurorluq işçisi kimi əmək pensiyası hüququnun olmamasını, lakin mərhuma həmin kateqoriya üzrə əmək pensiyasının təyin edilməsini qeyd etmişdir. Cavabdehin imtinası tamamilə əsassız olmaqla, onun konstitusion hüquqlarının pozulmasına əsas olmuşdur.
6. Cavabdehin iddia tələbinə qarşı verdiyi etirazın mahiyyətini imtina məktubunda göstərilənlər təşkil edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-255/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı tarixdən prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, mərhum X1 xx.xx.1989-xx.xx.1992-ci il tarixlərində Rusiya Federasiyasının Kemerova vilayəti Prokurorluğunda işləməsinə dair bütün məlumatlar məhkəmə sorğusu əsasında əldə edilmiş və cavabdehin imtinasının formal xarakterli olması öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilir ki, mərhum X2 əlilliyə görə əmək pensiyası təyin edilərkən, onun əmək stajı 5 il 9 ay 0 gün hesablanmışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)738/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayeva və İ.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun mahiyyəti ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. 38.3 Hər kəs qanunla müəyyən edi lmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.... Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulm asına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:.... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; M addə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətind ə müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edil miş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun q əbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ibarət olmuşdur.
24. Cavabdehin imtinasının, eləcə də kassasiya şikayətinin əsas və yeganə dəlilləri ondan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşının prokurorluq orqanlarında qulluq illərinin 5 ildən az (2 il 11 ay 6 gün) olduğundan, onun prokurorluq işçisi kimi əmək pensiyası hüququ olmadığından, iddiaçıya prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvi kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Eyni zamanda iddiaçının mərhum həyat yoldaşının Rusiya Federasiyası prokurorluq orqanlarında işlədiyi müddətin Azərbaycan Respublikası Prokuroruq orqanlarında işlədiyi dövrə aid edilməsinə dair hər hansı sənəd mövcud deyildir.
25. Apellyasiya məhkəməsi tərəfindən bu dəlillə bağlı araşdırma aparılmış və həmin dəlilin əsassız olması sübuta yetirilmişdir. Belə ki, iddiaçının mərhum həyat yoldaşına əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı pensiya işinin materiallar ı tələb edilərək, tədqiq edilmişdir. Həmin pensiya işinin materiallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşına əlilliyə görə pensiya təyin edilməsi zamanı iş stajı 5 ildən artıq olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, mərhum şəxs vəfat etdiyi günə qədər pensiya ödənişi almışdır, pensiya ödənişinin dayanmasının səbəbi onun vəfat etməsi olmuşdur.
26. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mərhum həyat yoldaşının xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə Rusiya Federasiyasının Kemerova vilayət prokurorluğunda işləməsinə dair məlumatlar və həmin məlumatlara aid sənədlər (əmr, əmək haqqı cədvəlləri və s.) məhkəmə sorğusuna əsasən əldə edilərək, tədqiq edilmişdir.
27. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşının prokurorluq işçisi kimi qanunla tə ləb olunan staja malik olması halı işin müəyyən edilmiş halları əsasında öz təsdiqini tapmışdır.
28. Bu səbəbdən iddiaçıya hüququnun yarandığı tarixdən prokurorluq orqanlarının sabiq işçisinin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-738/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.