Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-412/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1114/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 4637 nömrəli vərəqində qeydiyya ta alınmışdır. Çıxarışa əsasən sahəsi 0,0208 ha təşkil edən torpaq sahəsi dövlət mülkiyyətindədir və İddiaçı istifadəsindədir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir.
3. Cavabdeh inzibati orqan tərəfindən verilmiş məktubda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən ərizəyə digər hüquqi şəxsin adına keçmiş DTXK tərəfindən kadastr planı verilmişdir. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması barədə Nərimanov rayon İcra Hakimiyyətinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhərinin Baş planına əsasən əsaslı şəkildə yenidən qurulması, həmçinin müxtəlif təyinatlı (yaşayış və qeyri-yaşayış) obyektlərinin tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşdiyindən, eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi əsasında həmin ərazidə köçürülmə işləri aparıldığından ona məxsus evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması məqsədəuyğun hesab edilmir. Bundan əlavə fərdi yaşayış evinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, k xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçının qanuni istifadəsində olan 0,0208 ha torpaq sahəsi üzərində mülk iyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və ona yerləşən fərdi yaşayış evinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 139,7 kv. metr fərdi yaşayış evi, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Çıxarışdan göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi 0,0208 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, t orpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə xx.xx.2019-cu il tarixli ərizəyə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********05 saylı məktubu ilə cavab verilərək, ərizənin təmin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Buna görə də, ərizədə göstərilmiş inzibati aktın qəbulu məhkəmə qərarı ilə cavabdehə həvalə edilməlidir. xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın “torpaq sahəsi üzərində hüququn növü” qrafasında ya zılmış “istifadə” sözü, həmin torpağın iddiaçının qanuni istifadəsində olduğunu təsdiq edir. Beləliklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə uyğun olaraq, həmin torpaq sahəsi dövlət tərəfindən iddiaçının əvəzsiz istifadəsinə verilmişdir. Həmin torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmək iddiaçının hüququdur.
6. Məhkəmənin 29 avqust 2019-cu il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2702/2019 nömrəli, 10 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim R.M.Daşdəmirov) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların iddiaçının adına qeyd iyyata alınması və çıxarışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə istinad etməmiş və eləcə də, həmin halların hər hansı birinin mövcudluğunu təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, torpaq sahəsinin iddiaçının istifadəsində olması daşınmaz əmlakın onun adına mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas ola bilməz. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 490 saylı sərəncamı və xx.xx.2008-ci il tarixli 0826 saylı icarə müqaviləsi ilə "xxxx" MMC-yə icarəyə verilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə tələb olunan sənədlər inzibati orqana təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın yuxarıda şərh edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 15-ci maddələrinə əsasən iddiaçının xahişini təmin etməməklə bağlı hərəkətləri qanuni hesab edilir. Bu səbəbdən də, hazırki vəziyyətdə iddia tələbi təmin edilə bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2839/2019 nömrəli, 19 dekabr 2019-cu il ta rixli qərarı ilə (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, S.S.Seyidova və İ.B.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)668/2020 nömrəli, 10 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və S.Ə.Hüseynova) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya sı məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın xx.xx.2015-ci il tarixdə verilməsi həmin torpaq sahəsi üzərində hüququn həmin tarixdə yarandığı anlamına gəlməyə əsas vermir. Məsələyə hərtərəfli hüquqi qiymət verilməsi üçün mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində hüquqların ilkin qeydiyyatının hansı tarixdə aparıldığının müəyyən edilməsi zəruridir. İddiaçı apelyasiya şikayətində də qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin 1926-cı ildən onun ailəsinin istifadəsində olduğunu, hasarın içərisində yerləşdiyini bildirmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, iddiaçının bu dəli li ilə bağlı araşdırma aparmalı, mübahisəli torpaq sahəsi üzərində onun istifadə hüququnun nə vaxt yarandığını, bu barədə müvafiq sənədlər, o cümlədən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportun mövcud olub-olmamasını araşdırılmalı idi. Apelyasiya instansiyası məhkəməsi isə bu barədə heç bir araşdırma aparmadan, yalnız 2015-ci ildə verilmiş çıxarışa istinad etməklə, mübahisəli torpaq sahəsinin 1996-cı ilin iyul ayınadək, yəni “Torpaq islahatı haqqında” Qanun qüvvəyə minməzdən əvvəl iddiaçının istifadəsində olmasının, həmçinin texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportun (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mövcud olmasının iş materialları ilə təsdiq edilmədiyi qənaətinə gəlmişdir.
15. Halbuki, iddiaçının kassasiya şikayətinə əlavə edilmiş, cavabdeh inzibati orqanın hüquqi varisi olduğu Bakı şəhər İcra Hakimiyyəti yanında Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin tərtib etdiyi xx.xx.2003-cü il tarixli 6/1416 saylı “Fərdi yaşayış evinin texniki pasportu”ndan görünür ki, hazırda iddiaçıya məxsus yaşayış evi 1926-cı ildə tikilmiş və 221.8 kv.metr meydança sahəsi olmuşdur. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-100/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2397/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılmas ı üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, Ali Məhkəmə Təbriz küçəsi, 77 saylı ünvanın həmin küçədə yerləşən 858 saylı məhəlləyə aid olub-olmamasının araşdırılması barədə konkret göstəriş vermişdir, lakin apellyasiya məhkəməsinin qərarında sözügedən məsələ aydınlaşdırılmamış, üstüörtülü cümlələrlə pərdələnmişdir. Ali Məhkəmənin digər göstərişi "xxxx" MMC-nin mübahisə üzrə konkret mövqeyini bildirməsi ilə olmuşdur ki, apellyasiya məhkəməsi məhkəmə iclasında həm "xxxx" MMC və həm də başqa üçüncü şəxs "xxxx" MMC mübahisəli ərazidə heç bir tikinti işlərinin aparılmadığını bildirmişlər.
21. Ali Məhkəmə konkret olaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışla Bakı şəhəri, N ərimanov rayonu, Təbriz küçəsi, 77 ünvanda yerləşən 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni hüququnun mövcudluğu müəyyən edilir. Bu baxımdan cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubundan da (iş səh.4) “sözügedən əraziyə digər hüquqi şəxsin adına keçmiş DTXK tərəfindən kadastr” kimi cavabı ümumiyyətlə Ali Məhkəmənin yuxarıda göstərilmiş hüquqi mövqeyinə zidd olmaqla yanaşı, həmin məsələ ümumiyyətlə tam və hərtərəfli araşdırılmamışdır. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən iddiaçıya sözügedən fərdi yaşayış evinə ******* saylı,xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın nəyə əsasən verilməsi barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə sorğu göndərilməli və araşdırılmalıdır, belə ki, ən azından ümumi sahəsi 139,7 kv.m. olan və iddiaçının xüsusi mülkiyyətindəki evin altında yerləşən torpaq sahəsi də iddiaçının mülkiyyətində olmaqla, başqa şəxslərə verilə bilməz. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1114/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı qanuni istifadəsində olan 0,0208 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış e vinin birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınaraq, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
23. Məhkəmə, Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq müəyyən etmişdir ki, ünvan 3 ünvan 858-ci məhəllədə yerləşir. İddianın qanuni istifadədə olan həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun əsası 1996-cı ildə yaranmış və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 ünvanda yerləşən 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni hüququnun mövcudluğu müəyyən edilir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestr dən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Belə ki, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ saylı Qanunu 1996-cı ilin iyul ayında qüvvəyə minmiş, həmin qanunun 9-cu maddəsi ilə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparı lan araşdırma zamanı müəyyən olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin bir hissəsi "xxxx" MMC-nin adına verilmiş **********0123 saylı kadastr planının bir hissəsi ilə üst-üstə düşür.
26. Həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması barədə Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Bakı şəhərinin Baş planına əsasən əsaslı şəkildə yenidən qurulması, həmçinin müxtəlif təyinatlı (yaşayış və qeyri yaşayış) obyektlərin tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşdiyindən, eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi əsasında həmin ərazidə köçürülmə işləri aparıldığından iddiaçı ya məxsus evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması məqsədə uyğun hesab edilmir.
27. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilm işdir. Həmçinin Nərimanov rayon İcra Hakimiyyəti məhkəmə icraatına cəlb edilməmişdir.
28. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 11.1, 23-cü, Torpaq Məcəlləsinin 55, 67, 68-ci, və İPM-in 91, 96.9-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Daşınm az əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.8. Bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə u yğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 31. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericil iklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. 1-ci abzas. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
2. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
3. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.
4. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yer quruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
5. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
32. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi ha llarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəm ələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
40. Hazırkı işin hallarında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 4637 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışa əsasən sahəsi 0,0208 ha təşkil edən torpaq sahəsi dövlət mülkiyyətindədir və İddiaçı istifadəsindədir.
41. Sözügedən fərdi yaşayış evinin X3 məxsus olmuş hissəsi 77A saylı ünvan alaraq ümumi mülkdən ayrılmışdır.
42. Bundan başqa məhkəmə tərəfindən qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən, 30 dekabr 2006-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi qardaşı İddiaçıdur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin reyestr № **********72- 10301, qeydiyyat № **********, xx.xx.2008-ci il tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 9 otaqlı fərdi yaşayış evindən paylı mülkiyyət hüquq üzrə X2 məxsus olan A tikilisi- (ü/s 42.3 kv.metr) hissədən ibarətdir.
43. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin üçüncü şəxslərin icarəsinə verilməsi ilə bağlı "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155-İQ saylı Qanunu 1996-cı ilin iyul ayında qüvvəyə minmiş, həmin qanunun 9-cu maddəsi ilə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Yəni, qanuni istifadədə olan həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun əsası 1996-cı ildə yaranmışdır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 77 ünvanda yerləşən 0,0208 ha torpaq sahəsi üzərində iddiaçının qanuni hüququnun mövcudluğu müəyyən edilir.
44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qə rarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarda 28-30 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
47. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏR ARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1114/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.