Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-412/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1996-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edil məsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(106)-109/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 19.04.1969-cu il təvəllüdlü Zeynalov Rizvan Nadir oğlu xx.xx.1972-ci il təvəllüdlü X1 ilə xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.1996-cı il tarixdə İddiaçı doğulmuşdur.
2. Elektron sistemdə İddiaçı xx.xx.2014-cü il tarixədək, yəni 18 yaşı tamam olanadək sağlamlıq imkanları məhdud uşaq kimi, xx.xx.2014-cü il tarixdən etibarən isə üçüncü dərəcəli əlil (müddətsiz) kimi qeydə alınmışdır. 3. xx.xx.2022-ci il tarixli, ********** nömrəli əlillik ha qqında arayışdan görünür ki, X2 ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X5 filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli arayışından görünür ki, X3 İİİ dərəcə əlilliyə görə 120,00 manat olmaqla müddətsiz sosial müavinət alır.
4. Zeynalov Rizvan Nadir oğlu xx.xx.1996-cı il tarixdə vəfat etmişdir.
5. Zeynalov Rizvan Nadir oğlu xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuşdur. 6. 19.05.2022-ci il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən, Zeynalov Rizvan Nadir oğlu xx.xx.1990-cı il tarixdə “Dalğa” pavlyonunda xörəkpaylayan vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci il tarixdə müvəqqəti olaraq həmin pavilyonda bufet müdiri – aşpaz vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdə əvvəlki işinə keçirilmiş, xx.xx.1994-cü ildə “Dalğa” pavilyonunda tutduğu vəzifədən azad edilmişdir.
7. Biləsuvar rayon Kooperativ Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, Zeynalov Rizvan Nadir oğlu xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Dalğa” pavilyonunda xörəkpaylayan vəzifəsində işləmişdir.
8. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir.
9. Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının əməkdaşları və Biləsuvar rayon Kooperativ Cəmiyyətinin direktoru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qarşılıqlı yoxlama aktında qeyd edilmişdir ki, Zeynalov Rizvan Nadir oğlunun Biləsuvar rayon Kooperativ Cəmiyyətindəki əmək fəaliyyəti yoxlanılmış, on un xx.xx.1990cı il tarixli, 275 nömrəli əmrlə X6 İdarəsinin Səmədabad qəsəbəsində yerləşən “Dalğa” pavilyonunda xörəkpaylayan vəzifəsinə təyin edilməsi, xx.xx.1991-ci il tarixli, 113 nömrəli əmr ilə “Dalğa” pavilyonunda xörəkpaylayan, müvəqqəti olaraq bufet müdiri – aşpaz vəzifəsinə keçirilməsi, xx.xx.1991-ci il tarixli, 130 nömrəli əmrlə “Dalğa” pavilyonunda xörəkpaylayan, müvəqqəti olaraq bufet müdiri – aşpaz vəzifəsində işlədiyi üçün əvvəlki vəzifəsinə keçirilməsi, xx.xx.1994-cü il tarixli, 25 nömrəli əmr ilə “Dalğa” pavilyonu fəaliyyətini dayandırdığı üçün işdən azad edilməsi barədə əmrlər öz təsdiqini tapmış, həmçinin əmrlər kitabında qeydlərdə uyğunsuzluğun aşkar edilməməsi, faktların düzgünlüyü təsdiqini tapmışdır.
10. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətin in təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası Zeynalov Rizvan Nadir oğluna məxsus əmək kitabçasının surətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin arayışına əsasən hərbi xidmət dövrü nəzərə alınmaqla X7 Nadir oğlunun sığorta stajı 2 il 6 ay 5 gün olmaqla tələb olunan müddətdən (5 ildən) azdır. X7 Nadir oğlunun 060199 nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Dalğa” pavilyonunda işləməsi faktının araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən “Dalğa” pavilyonunun Biləsuvar rayon Kooperativ Cəmiyyətində 1990-1993-cü illərə aid əməkhaqqı cədvəll əri tam qaydada saxlanılmadığından X7 Nadir oğlunun həmin dövrlərdə əməkhaqqı alması faktının yoxlanılması mümkün olmadığına görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən İddiaçı mərhum atası Zeynalov Rizvan Nadir oğlunun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə ona əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının atasının əmək kitabçasında qeyd olunan “Dalğa” pavilyonunda işlədiyi 1990-1993-cü illərə aid əməkhaqqı cədvəllərinın Biləsuvar rayon Kooperativ Cəmiyyətində tam qaydada saxlanılmadığını, bu səbəbdən iddiaçının atasının həmin dövrlərdə əməkhaqqı alması faktının yoxlanılmasının mümkün olmamasını əsas gətirərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır və iddiaçının mərhum atasının əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün həmin illərdəki əmək stajı nəzərə alınmaqla ona hüququnun yarandı ğı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir.
13. Cavabdeh imtina məktubundakı dəlillərə istinad edərək iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında iddianın rədd edilməsini xahiş etmişdir.
14. Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(120)-1837/2022 nömrəli qərarı ilə (hakim: Samir Həsənov) iddiaçıya hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atasının xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi işləməsi əmək kitabçasındakı qeydlərlə təsdiqləndiyindən, qanunvericiliyin müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının atasının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə iddiaçının atasının işlədiyi müəssisənin mövcud olması və iddiaçının atasının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının atasının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetiril ir. İddiaçının atasının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçının atası həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış, sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri aşkar edilməmişdir.
16. Məhkəmə bununla bağlı bildirib ki, iddiaçının atasının xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının mərhum atasının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının atasının əmək fəaliyyətinə dair sənədlə rin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.
17. Məhkəmə hesab edib ki, iddiaçının mərhum atasının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) Apel lyasiya instansiyası məhkəməsində icraat
19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(106)-109/2023 nömrəli qərarı ilə (hakimlər: Müşfiq Həsənov /sədrlik edən və məruzəçi/, Tale Kərimov və Cahid İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması tələb edilir. Belə olan halda iddiaçıy a ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 27 yaşında vəfat etmiş Zeynalov Rizvan Nadir oğlunun ölüm gününədək əmək qabiliyyətli yaş dövrü cəmi 11 il 11 ay olduğundan, yəni əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı hesabı ilə mərhumun 5 il sığorta stajının olması onun oğlu İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının mərhum atası Zeynalov Rizvan Nadir oğlunun hərbi xidmətdə olduğu dövr (2 il 8 gün) və xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək (4 il 3 ay) “Dalğa” pavilyonunda işlədiyi dövr cəmi 6 il 3 ay 8 gün təşkil edir. İddiaçının mərhum atası Zeynalov Rizvan Nadir oğlunun hərbi xidmətdə olduğu dövrə (2 il 8 gün) münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tər əflər arasında mübahisə iddiaçının mərhum atası Zeynalov Rizvan Nadir oğlunun xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək (4 il 3 ay) “Dalğa” pavilyonunda işlədiyi müddətə münasibətdə meydana çıxmışdır. Cavabdeh inzibati orqan X7 Nadir oğlunun xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilə kimi işlədiyi dövrün sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim olunmuş əmək kitabçasının mötəbər və kifayətedici sübut kimi qəbulunun mümkünlüyünü mübahisələndirir. İddiaçı mərhum atası Zeynalov Rizvan Nadir oğlunun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının mərhum atası Zeynalov Rizvan Nadir oğlunun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə, həmçinin iddiaçının mərhum atası Zeynalov Rizvan Nadir oğlunun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini təsdiq edən əmək kitabçasındakı müvafiq qeydlərin, eləcə də müvafiq əmrlərin həqiqətə uyğun olmamasına, o cümlədən qeyd edilən tarixlərdə sözügedən müəssisənin fəaliyyətinin olmamasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının mərhum atası Zeynalov Rizvan Nadir oğlunun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsi işə apellyasiya qaydasında baxılarkən məhkəmə araşdırması nəticəsində məhkəmə sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş əmrlərlə də öz təsdiqini tapmışdır. İşəgötürənin maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil verməməsi, məcburi dövlət sosial sığorta ödənişləri ilə əlaqədar qanunvericiliyin tələblərin ə əməl etməməsi işçinin əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz.
21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 14.1 və 14.1.1.2. Vəfat e tmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı) olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyy ən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
29. Azərbaycan Respublikasının İnzibati Prosessu al Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin ed ilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslıl ığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafi q qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən ailə başçısını i tirməyə görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zər uri hesab edir.
38. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi i lə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
39. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sü butlarla bağlı deyildir.
40. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
41. Yuxarıda istinad edilən normalar və hazırkı işin halları baxımından şəxsin ailə başçısını itirməyə görə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs vəfat etmiş ailə başçısının 18 y aşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladı olmalı və ailə başçısının ölüm gününədək ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı.
42. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
43. Cavabdehin kassasiya şikayətinin təkrar edən dəlili ondan ibarətdir ki, hərbi xidmət dövrü nəzərə alınmaqla iddiaçının atası X7 Nadir oğlunun sığorta stajı 2 il 6 gün olmaqla tələb olunan müddətdən (5 ildən) azdır. Belə ki, “Dalğa” pavilyonunun Biləsuvar rayon Kooperativ Cəmiyy ətində 1990-1993-cü illərə aid əməkhaqqı cədvəlləri tam qaydada saxlanılmadığından iddiaçının mərhum atası Zeynalov Rizvan Nadir oğlunun əmək kitabçasına əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək (4 il 3 ay) işlədiyi dövrdə əməkhaqqı alması faktının yoxlanılması mümkün olmadığına görə həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.
44. İddiaçının mərhum atasının əmək kitabçasında qeyd olunan həmin dövrü nəzərə almamasına rəğmən, əmək kitabçasının həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də həmin dövrə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib ed ən hər hansı hal müəyyən olunmamışdır. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının mərhum atasının əmək kitabçasını onun həmin dövrlə bağlı iş stajını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişlər.
45. Hazırkı qərarın 25-26-cı bəndlərində göstərilən normaların tələbləri baxımından, iddiaçının mərhum atasının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbə rliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı.
46. Nəzərə alınmalıdır ki, müəssisənin əməkhaqqı cədvəllərinin qorunub saxlanılmaması şəxsin məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Belə ki, həmin hal başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının mərhum atasının əmək fəaliyyəti ilə bağlı q eydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə də, iddiaçının mərhum atasının sözügedən müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
47. Odur ki, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbayc an Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
49. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli, 2-1(106)-109/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.