Məhkəmə qərarları › İş №2-1(102)-412/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-412/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-412/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müddətsiz əlillik təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentya br 2024-cü il tarixli, 2-1(105)-136/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2014-cü il tarixdə revmatizm diaqnozu ilə 1 il, xx.xx.2015-ci il tarixdə 1 il və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir.

2. İddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAMTN saylı göndərişi əsasında cavabdeh tərəfindən baxılmış və göndərişin natamam doldurulması səbəbindən imtina edilmiş, xəstənin hazırkı vəziyyəti, ağırlıq dərəcəsi, mütəxəssis rəyləri, köməkçi diaqnostik müayinələrin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsi bi ldirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Quba rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması və ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçının tələbi işin hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan faktiki hallarina istinad edilməklə əsaslandırılmışdır.

5. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını iddiaçının müraciətindən imtina barədə qəbul etdiyi qərarda sadalanan hallarla əsaslandırmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Burcayev) 24 fevral 2022-ci il tarixli 2-1(118)-409/2022 nömrəli qərardadı ilə iddia cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına münasibətdə mümkün sayılmamışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Burcayev) 24 fevral 2022-ci il tarixli 2-1(118)-409/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

9. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş T351/2022 nömrəli rəydə qeyd olunmuşdur ki, iddiaçı nın əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba RMX-da tərtib edilmiş 0244003AAMTN saylı göndərişlə qeyd edilən “İ02-revmatik xoreya, revmatizm qeyri-fəal mərhələ, aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008), ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələri” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələri ni aid etmək mümkün olmamışdır.

10. Cavabdehin eksperti aparılmış ekspertizada iştirak etdiyindən, həmçinin ekspert rəyində qərardadda qoyulan suallar tam cavablandırılmadığından iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş 953 nömrəli rəylə müəyyən edilmişdir ki, iddiaçının adına “Ak. C.Abdullayev adına X2” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 5689 nömrəli tibbi sənədə əsasən, onda hal-hazırda “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstə likləri mövcuddur.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 07 mart 2023-cü il tarixli, 2-1(105)-17/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarla rına dair” Əsasnamənin 2.2.1-ci bəndinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.9.1 və 2.3-cü bəndlərinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci bəndinə əsasən, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) tibbi göstəriş olan hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıda mövcud olan xəstəliklər ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verdiyindən cavabdeh tərəfindən ona əlliliyin təyin edilməsindən imtina əsassız olmuşdur.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsini n İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1676/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məkhəməyə göndərilmişdir.

15. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçı barəsində Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilən göndərişdə olan diaqnozun, məhz hansı əsasa görə ekspert rəyində və meyarlarda qeyd edilən xəstəliklərlə eyni xəstəlik olmasını qərarında əsaslandırmamışdır. Hazırkı halda göndərişdə olan diaqnozla ekspert rəyində göstərilən xəstəliyin eyni xəstəlik olması və həmin xəstəliyin meyarlarda olan xəstəliklə eyni olmasını mə hkəmə kollegiyası əminliklə müəyyən edə bilmir. Apelyasiya instansiyası məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə və ekspert rəyində qeyd edilən xəstəliyin hər iki meyarlarda olan xəstəliklə üstüstə düşməsi, həmin xəstəliklərin əlilliyin müəyyən olunması üçün əsas ola bilməsi barədə ekspertiza təyin olunmasını müzakirə etməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin, vaxtilə cavabdehə təqdim edilən 28 aprel 2014-cü il, 25 aprel 2015-ci il və 29 aprel 2016-cı il tarixli göndərişlərlə 9 avqust 2021-ci il tarixli göndərişdə qeyd edilən diaqnozun eyni olması, eyni olduğu halda, əvvəllər iddiaçıya əlillik təyin edildiyi halda, sonuncu göndəriş təqdim edilən zaman əlillik təyin edilməsindən imtinanın səbəbi, imtinada diaqnozun “əlillik əlaməti təyin etmir” deməsi barədə cavabde hin mövqeyi (dəlilləri) ətraflı araşdırılmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi barədə də araşdırma aparmamışdır. İddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olduğu halda, İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

16. İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak edən həkim mü təxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, əsas diaqnoz İ02, İ49.9, ağırlaşma İ52.8, yanaşı xəstəliklər İ11.9 və İ50.9 diaqnozları iddiaçıda var, lakin əlillik təyin edəcək dərəcədə yoxdur. Həmçinin, İ02 diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə”də yoxdur. Lakin ağıraşma İ49.9 və yanaşı xəstəliklər İ11.9, İ50.9 diaqnozları meyarlarda vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarında İ02 diaqnozu qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlı ğı xəstəliyidir, tibbi göndərişdə qeyd olunan İ02 diaqnozu isə revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət diaqnozudur. Diaqnozlar fərqlidir. Göndərişdə qeyd edilmiş xəstəlik (İ02) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnəmənin 2.1.1-ci maddəsində qeyd olunan xəstəliklə eyni deyildir, tibbi göndərişdə səhv qeyd edilmişdir. Əsasnamənin 2.1.1-ci maddəsində qeyd olunan diaqnoz, revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət diaqnozunun ağırlaşması ola bilərdi. İ49.9, İ50.9, İ52.8 diaqnozları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə var. Dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu xəstə ilk daxil olduğu anda qoyulan diaqnozdur. Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət qan dövranının çatışmazlığına səbəb olur. İddiaçıda qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (2.1.1) diaqnozunun əlamətləri yoxdur. İddiaçı əyani müayinə edilən zaman qeyd olunan xəstəlik öz təsdiqini tapmamışdır. İş üzrə iki dəfə ekspertiza keçirilmişdir. Ekspertiza olunan zaman iddiaçıda sadəcə, revmatik xoreya xəstəliyi aşkar olunmuşdur. Ekspetiza zamanı vətəndaşda əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər yoxlanılır, bir diaqnozun XBT kodu uyğun olduğu təqdirdə belə əlillik təyin edilir. Keçirilmiş ekspertizalar zamanı isə sadəcə, əsas xəstəlik araşdırılmışdır. İki yanaşı xəstəlik və bir ağırlaşma diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda vardır. Bəzi diaqnozlar 413 saylı qərarda da vardır. İ02 diaqnozu AR NK-nın 187 saylı qərarında yoxdur. İ49.9 diaqnozu AR NK-nın 187 saylı qərarında vardır.

17. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli T67/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X5” publik hüquqi şəxsi müalicə müəssisəsi olmadığından iddiaçının 0244003AAMTN nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Lakin iş materiallarına əsasən onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün həmin göndərişdə qeyd edilən“102-revmatik xoreya, revmatizm qeyri fəal mərhələ, aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008), ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələri” diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz, belə diaqnoz ona stasionarlarda anamnestik, laboratorinstrumental müayinələri nəticəsində müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksion al dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli,187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.

18. Ekspert rəyində iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklərin mövcud olubolmaması sualı cavablandırılmadığından, ekspert rəyi natamam olduğundan təkrar ekspertiza təyin edilmiş və xx.xx.2024-cü il tarixli T400/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından iddiaçının hazırda konkret hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin o, məhəkəmə tibbi müayinədən keçirilərkən DTSERA-ya EXO-KQ-ik müayinəyə göndərilmiş və müayinə zamanı onda aortal qapaq protezləşməs indən sonrakı vəziyyət müəyyənləşdirilmiş, oradan isə Ak.C.M.Abdullayev adına X1 immunaloji müayinəyə göndərilərək, NT-proBNP - 1426pg\mL yüksək olması müəyyən edilmişdir. Odur ki, onun düçar olduğu “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstəliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşdüyündən, tibb müəssisəsindən yeni Forma-088 doldurulub göndərilməklə əlillik dərəcəsi dəyərləndirilə bilər. Qeyd edilən diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. A.Y.Cəfərovun barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və İ.R.Quliyev) 13 sentyabr 2024-cü il tarixli, 2-1(105)-136/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən hazırda iddiaçıda müşahidə olunan Revmatizm: qeyri-fə al faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2.2.1-ci bəndində qeyd olunmuş ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) xəstəliyi ilə uyğunluq təşkil edir və həmin bəndə əsasən əlilliyin təyin edilməsinə əsas verir. Quba RMX-da tərtib edilmiş 0244003AAMTN saylı göndərişlə qeyd edimiş digər xəstəliklər Ağırlaşma: İ49.9 Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, Yanaşı xəstəliklər İ11.9(durğunluq)ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertneziv(hipertoniya) xəsətəliyi, hipertoniya xəsətəliyi İİ mərhələ risk İİİ-İV, Yanaşı xəstəliklər İ50.9 dəqiqləşdirilməmiş ürək çatmamazlığı, Digər ürək xəstəlikləri İ52.8 isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarının Ürək ritminin digər pozuntuları İ49 (iddiaçıda İ49.9) Digər ürək xəstəlikləri İ30- İ52 (iddiaçıda İ50.9, İ52.8), Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər İ10-İ15(iddiaçıda İ11.9) əlilliyin təyin edilməsinə əsas verir. 2014-cü ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normalarının tələbini nəzərə almadan iddianı rədd etmişdir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

22. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya ikinci dərəcə əlillik ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2014–ci ildə ilk dəfə 1 il, xx.xx.2015–ci ildə 1 il və xx.xx.2016-cı ildə 5 il müddətinə təyin edildiyi və fasiləsiz olaraq 7 il İİ dərəcə əlillik olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyildir. Göründüyü kimi, əlillik təyinatı ilə bağlı alt sistemdə iddiaçının əlillik dərəcəs i xx.xx.2016-cı ildən 5 il müddətinə göstərilmişdir. Başqa sözlə, iddiaçı barəsində olan ekspert komissiyasının gücləndirilmiş imzası ilə imzaladığı qərarı əlillik təyinatının müddətsiz deyil, 5 illik müddətlə məhdudlaşdırmış və əlillik təyinatı xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. Belə olan halda, cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reab ilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə

3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbisosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarların a dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... 25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq ic ra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət v ə ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları … 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. …

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan so nra - TSEK) tərəfindən həyata keçirilir. … 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. … 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. … Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə tə sdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlil liyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. … 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət itabiznİ“ icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. …

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası Bənd 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. … 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; … 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;... Bənd 2.1. Göndəriş verilməsi üçün şə xs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. … 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan electron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. …

28. Azərbaycan Respublikası N azirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ2 0-İ25, İ30İ31.9, İ33) xəstəliyi ilə uyğunluq təşkil edir. …

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya q ərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, kas sasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun araşdırma aparılmaqla iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya müddətsiz əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.

36. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qan unvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2-1(105)-136/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar