Məhkəmə qərarları › İş №2-1(102)-4125/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4125/2025

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4125/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli ************** nömrəli qərarına əsasən iddiaçıya aid ünvan 1 mərtəbə, q/y ünvanında yerləşən “xxxx Beach” adlı obyektdə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrdə yəni 4 gün müddətində xronometraj metodu ilə müşahidə keçirilmiş, müşahidənin nəticəsi barədə günlük və yekun aktlar tərtib edilmişdir. Yoxlamaya əsasən, ##.##.2024-cü il tarixli ****** saylı aktla ##.##.2024-##.##.2024 il tarixlərdə keçirilmiş xronometraj metodu ilə müşahidə nəticəsində malların (iş və xidmətlərin) satış dövriyyəsi NKA-nın “z” hesabatlarına əsasən nağd 8091,62 manat, nağdsız isə 47705,84 manat olmaqla ümumi dövriyyə 55797,52 manat müəyyən olunmuşdur. Eləcə də orta günlük satış dövriyyəsi 13949,38 manat təşkil etmişdir.

2. ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərara əsasən, 2024-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır.

3. ## ###### 2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarına əsasən, 2024-cü ilin sentyabr ayı əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən aparılmış 33.379,76 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 37.747,01 manat vergi hesablanmışdır

4. Apellyasiya baxışı zamanı FHN-in X1 və Sularda Xilasetmə dövlət xidməti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, 2024-cü il üzrə Bakı şəhəri və Abşeron yarımadasında çimərlik mövsümünün başlanması-bitməsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmiş Sərəncam ilə müəyyən edilir. Belə ki, 2024-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına əsasən çimərlik mövsümü 3 (üç) ay müddətində ##.##.2024-cü il tarixində başlamış – ##.##.2024-cü il tarixində bitmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2024-cü il tarixli 3-21- *-*/*-******/**** nömrəli və ##.##.2024-cü il tarixli 3-21- *-*/*- ******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2024-cü il tarixli *-**-*- */*******/**** nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarına əsasən kameral vergi yoxlaması iddiaçı İddiaçı MMC-yə 2024-cü ilin avqust ayı üzrə 39986,46 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 301.1 “malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “təqdim edilmiş, mal iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 61569,90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (283716,20 manat) məbləğdən 222146,30 manat azdır. Cavabdehin qərarında qeyd edilən əsaslandırma əsassız olduğu üçün ##.##.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Cavabdeh tərəfindən 08-## ###### 2024-cü ilin tarixlərində iddiaçının günlük dövriyyəsinin müəyyən edilməsi üçün xronometraj metodu ilə müşahidə keçirilmişdir. Xronometrajın metodu ilə müşahidə həftənin cümə, cümə axşamı, şənbə və bazar günləri keçirilmişdir. Xronometraj metodu ilə müşahidə keçirilən əməkdaşlar bazar ertəsi günü dövriyyənin aşağı olduğunu görmüş və müşahidənin keçirilməsini dayandırmışlar. Müşahidə sadəcə olaraq 4 gün, yəni həftə sonu müşahidə keçirilmişdir. Halbuki qərarda göstərilən müddət ərzində müşahidə keçirilmiş olsa idi, real dövriyyə müəyyən ediləcəkdir. İddiaçının günlük dövriyyəsi həqiqətən də xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsi barədə aktlarda qeyd edildiyi kimi deyildir. Dövriyyənin 4 günün nəticəsinə uyğun olaraq müəyyən edilməsi düzgün deyil.

7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli ************** nömrəli qərarla vergi ödəyicisində xronometraj metodu ilə müşahidənin keçirilməsinə başlanılmışdır. Xronometraj metodu ilə müşahidə ##.##.2024-##.##.2024-cü il tarixlərdə aparılmış, müşahidənin nəticəsi barədə günlük və yekun aktlar tərtib edilmişdir. Belə ki, aparılmış xronometraj metodu ilə müşahidə nəticəsində ##.##.2024-cü il tarixli ****** saylı aktla ##.##.2024-##.##.2024 il tarixlərdə keçirilmiş xronometraj metodu ilə müşahidə nəticəsində malların (iş və xidmətlərin) satış dövriyyəsi NKA-nın “z” hesabatlarına əsasən nağd 8091,62 manat, nağdsız isə 47705,84 manat olmaqla ümumi dövriyyə 55797,52 manat müəyyən olunmuşdur. Eləcə də orta günlük satış dövriyyəsi 13949,38 manat təşkil etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarla 2024-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 61569.90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (283716.20 manat) məbləğdən 222146,30 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə ##.##.2024cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024cü ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 39986,46 manat əlavə vergi məbləği hesablanmış və bu barədə ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2024-cü il avqust ayı üzrə ƏDV bəyannamə məlumatları Cari bəyannamə məlumatları kameral bəyannamə məlumatları 1 ƏDV cəlb olunan əməliyyatlar 61 569.90 283 716.20 2 ƏDV 11 082.46 51 068.92 3 ƏDV-dən azad əməliyyatlar 10 780.00 4 əvəzləşməyə əsas verən eqaimə faktura məbləği 10 390.65 10 390.65 5 əvəzləşdirilən ƏDV 1 870.32 1 870.32. İddiaçının 2024-cü ilin avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannamə məlumatlarından görünən odur ki, iddiaçının bəyan etdiyi dövriyyə məlumatı vergi orqanının xronometrajla müəyyən etdiyi dövriyyədən olduqca az göstərilmişdir. Həmçinin iddiaçı təqdim etdiyi bəyannamədə ƏDV-dən azad olunan əməliyyatları barədə məlumatı qeyd etməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən digər ##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərarla iddiaçıya 33747,01 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2024-cü il əlavə dəyər vergisi üzrə bəyannamənin 308-ci sətrində VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesabfakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 4.367,25 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 666,20 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 6266.70 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (189144.14 manat) məbləğdən 182877.44 manat az olduğu müəyyən edilmişdir. 2024-cü ilin sentyabr ayı ərzində iddiaçı tərəfindən ƏDV-dən azad edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0.00 manat) göstərilmiş və bu məbləğlə onlayn kassa aparatı ilə müəyyən edilmiş ƏDV-dən azad olan dövriyyənin (ƏDVsiz) (1390.00 manat) cəmi (1390.00 manat) məbləği ilə həmin hesabat ayı üzrə təqdim etdiyiniz bəyannamənin 307.3-cü sətri ƏDV-dən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (0.00 manat) fərqi (1390.00 manat) və 307.3-cü sətirdə ƏDV-dən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (0.00 manat), bəyannamənin * nömrəli Əlavəsinin 303.34-cü sətir üzrə dövr ərzində daxil olmuş avans məbləğinin (0.00 manat) cəmi 1390.00 manat olmasına baxmayaraq 303-cü sətirdə ƏDV-dən azad olunan əməliyyatlar üzrə daxil olmuş məbləğin 0.00 manat göstərilməsi nəticəsində 1390.00 manat kənarlaşma müəyyən edilmişdir. Belə ki, iddiaçının 2024-cü il sentyabr ayı üzrə ƏDV bəyannaməsində bəyan edilmiş dövriyyə məbləği keçirilmiş sonuncu xronometraj metodu ilə müşahidə nəticəsində müəyyən edilmiş dövriyyə məbləğindən az göstərilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə ƏDV-dən azad əməliyyatlar bəyan edilməmişdir. Eləcə də iddiaçı tərəfindən 2024-cü il sentyabr ayı üzrə 4367.25 manat əvəzləşdirilməli məbləğ bəyan edilsə də, həmin elektron qaimə fakturalar əsasında yalnız 666.19 manat ƏDV-nin ödənildiyi müəyyən edilərək, əvəzləşdirilən vergi məbləğində azalma aparılmışdır. 2024-cü il sentyabr ayı üzrə ƏDV bəyannamə məlumatları Cari bəyannamə məlumatları kameral bəyannamə məlumatları ƏDV cəlb olunan əməliyyatlar 6 266.70 189 144.14 ƏDV 34 045.95 ƏDV-dən azad əməliyyatlar 1 390.00 əvəzləşməyə əsas verən e-qaimə faktura məbləği 24 262.5 3 701.06 əvəzləşdirilən ƏDV 4 367.25 666.19.

8. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – A.Əhədova).

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmış, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və cavabdeh tərəfindən pozuntuya yol verilməmişdir. Həmçinin cavabdeh tərəfindən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük və yekun aktlar iş materiallarına əlavə edilmişdir. İddiaçının qeyd etdiyi xronometrajın həftənin bazar ertəsindən etibarən keçirilə biləcəyi halda, həftənin son 4 günü keçirildiyini, bunun isə real dövriyyəni əks etdirmədiyini əsas götürərək qərarın əsassızlığını iddia edir. Halbuki xronometraj ##.##.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş günlər daxilində keçirilmiş, bu zaman yoxlamanın məhz hansı günlərdə keçiriləcəyini müəyyən etmək inzibati orqanın mülahizəsindən asılı olmuşdur. İddiaçının yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir. Belə ki, iddiaçı avqust yoxlamasından 1 ay sonra deyil, ##.##.2024-cü il tarixli kameral yoxlama qərarından sonra ##.##.2024-cü il tarixdə xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - C.Məmmədov, hakimlər - Ş.Məmmədova, P.Hüseynov).

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq bildirilmişdir ki, cavabdeh tərəfindən xronometraj metodu ilə yoxlama həftəsonu aparılmışdır. Hər kəsə bəllidir ki, həftəsonu istirahət mərkəzlərinə gələnlərin sayı digər günlərə münasibətdə daha çoxdur. Göstəricilərin yalnız həftəsonu məlumatlarına əsaslanaraq hesablanması düzgün deyildir. Həftəsonu əhali axınının daha çox olması çimərliyə gələn insanların sayına və gəlirə təbii şəkildə təsir edir. Bu baxımdan həmin dövr üzrə qeyd olunan göstəricilər bütün iş günləri üçün ortalama kimi qəbul edilə bilməz. Xronometrajla müəyyən edilmiş gəlirin real və obyektiv qiymətləndirilməsi üçün iş günləri və həftəsonu göstəriciləri birlikdə nəzərə alınmalı, yalnız istirahət günlərindən çıxış edilməməlidir. Ədalətli və dəqiq qiymətləndirmə üçün bütöv dövr üzrə statistik məlumatların tətbiq olunmalıdır. Yoxlamanın məhz hansı günlərdə keçiriləcəyini müəyyən etmək cavabdehin mülahizəsindən asılı olması barədə aşağı instansiya məhkəmələrinin mövqeyi tamamilə əsassızıdır. Həftəsonu istirahət mərkəzlərinə gəlirlərinin daha çox olması hər kəsə bəllidir. Çünki 5 günlük iş həftəsindən sonra həftəsonu insanlar istirahətə gəlir. Cavabdehin xronometrajla yoxlama aparmasını məhz həftəsonuna salması qərəzli mövqe daşıyır. Cavabdehə də məlumdur ki, həftəsonu istirahət mərkəzinin gündəlik dövriyyəsi həftənin digər günlərə müqayisədə daha yüksəkdir. Bildiririk ki, xronometraj metodu ilə müşahidə, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə vergi ödəyicilərinin gəlir gətirən obyektlərində aparılan operativ vergi nəzarəti növüdür. Bu müşahidə, əsasən vergi bəyannamələrində dövriyyənin kəskin azalması, dövriyyə göstəricilərinin iqtisadi əsaslara uyğun olmaması və ya əhali ilə pul hesablaşmalarının təkrar pozulması hallarında, həmçinin vergi ödəyicisinin tələbi ilə həyata keçirilir. Xronometraj müşahidəsi obyektin normal fəaliyyətinə mane olmadan, 15 iş günündən çox olmayan müddətdə aparılır və nəticələr hər iş gününün sonunda aktla rəsmiləşdirilir. Son nəticə orta günlük göstərici kimi ümumiləşdirilir və akt tərtib olunur. Vergi ödəyicisi yeni müşahidənin aparılmasını sonuncu müşahidədən ən azı 1 ay, növbəti dəfə isə 2 ay keçdikdən sonra tələb edə bilər. Xronometraj müşahidəsinin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər və bu müşahidə zamanı müəyyən edilmiş göstəricilər rəsmi aktlarla təsdiqlənir . Göründüyü kimi, vergi orqanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinin tələblərini pozmaqla xronometraj metodu ilə müşahidəni apardığına görə ##.##.2024-cü il tarixli qərar ləğv edilməlidir. Lakin işə baxan Bakı Apellyasiya Məhkəməsi tətbiq edilməli maddi hüquq normasını tətbiq etməməklə səhv hüquqi nəticəyə gəlmişdir. Xronometraj metodu ilə müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə əsasən obyektin normal fəaliyyətinə mane olmadan və 15 iş günündən çox olmayan müddətdə aparılmalıdır. Qanunvericilikdə müşahidənin konkret hansı günlərdə (həftəiçi və ya həftəsonu) aparılması ilə bağlı birbaşa məhdudiyyət yoxdur, lakin müşahidənin nəticələri hər iş gününün sonunda aktla rəsmiləşdirilməli və orta günlük göstərici kimi ümumiləşdirilməlidir. Yalnız həftəsonu müşahidə aparılması, obyektin fəaliyyətinin bütün dövrlərini əhatə etmədiyindən, orta günlük göstəricinin obyektivliyini sual altına salır. Müşahidə dövrü obyektin tipik fəaliyyətini əks etdirməlidir və yalnız gəlirin yüksək olduğu günlərin seçilməsi nəticələrin təhrifinə səbəb olur. Buna görə də müşahidənin yalnız həftəsonu aparılması qanunvericiliyin məqsədinə uyğun deyil və obyektivlik prinsipinə ziddir. İddiaçı dəfələrlə vergi orqanına yazılı və şifahi müraciət edərək yenidən xronometraj metodu ilə müşahidənin yenidən aparılmasını tələb etmişdir.

15. İşin halları ilə bağlı isə bildirirlər ki, cavabdeh tərəfindən 08-## ###### 2024-cü ilin tarixlərində iddiaçının günlük dövriyyəsinin müəyyən edilməsi üçün xronometraj metodu ilə müşahidə keçirilmişdir. Xronometrajın metodu ilə müşahidə həftənin cümə, cümə axşamı, şənbə və bazar günləri keçirilmişdir. Xronometraj metodu ilə müşahidə keçirilən əməkdaşlar bazar ertəsi günü dövriyyənin aşağı olduğunu görmüş və müşahidənin keçirilməsini dayandırmışlar. Müşahidə sadəcə olaraq 4 gün, yəni həftə sonu müşahidə keçirilmişdir. Halbuki qərarda göstərilən müddət ərzində müşahidə keçirilmiş olsa idi, real dövriyyə müəyyən ediləcəkdir. İddiaçının günlük dövriyyəsi həqiqətən də xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsi barədə aktlarda qeyd edildiyi kimi deyildir. Halbuki qərarda göstərilən müddət ərzində müşahidə keçirilmiş olsaydı, real dövriyyə müəyyən ediləcəkdir. Aşağı instansiya məhkəmələri isə cavabdehin 4 gün məhz həftəsonu ərzində müşahidə aparmasını əsaslı hesab etmişdir. Buna baxmayaraq məhkəmə hansı səbəbdən müşahidənin 15 iş günü ərzində aparılmalı olduğu halda, 4 iş günü ərzində aparılmasını əsaslandırmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi: 50-1.1-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4-cü maddəsinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqışı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6-cı maddəsinə görə, xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kameral vergi qərarlarının əsaslı olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsinə nail olmaqdan ibarətdir.

26. İddiaçının dəlillərini hər iki qərarın günlük dövriyyəsinin yüksək olduğu həftənin qeyri-iş günlərində keçirilən xronometrajın nəticələrinə əsasən qəbul edildiyi, iddiaçının VMin 15.1.13-cü maddəsinə əsasən ##.##.2024-cü il tarixdən etibarən xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə xahişinin təmin edilmədiyi və yoxlama dövrünün məhz 15 gün ərzində aparılmaması təşkil edir.

27. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, qanunvericiliyin tələbinə əsasən, iddiaçı sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay sonra irəli sürmək hüququ mövcuddur.

28. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı avqust yoxlamasından 1 ay sonra deyil, ##.##.2024-cü il tarixli kameral yoxlama qərarından sonra ##.##.2024-cü il tarixdə xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etmişdir.

29. Göründüyü kimi, iddiaçı yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbini sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay sonra istifadə etməmişdir.

30. Bundan başqa, kassasiya şikayətinin digər dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, cavabdeh yoxlamanı ##.##.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş günlər daxilində keçirilmiş, bu zaman yoxlamanın məhz hansı günlərdə keçiriləcəyini müəyyən etmək inzibati orqanın mülahizəsindən asılı olmuşdur.

31. Beləliklə, cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama apardığından, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirildiyindən kassasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

32. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar