Məhkəmə qərarları › İş №2-1(102)-4129/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4129/2025

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4129/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı ##.##.1963-cü il tarixdə doğulmuş, ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

2. ##.##.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı ##.##.1979-cu ildə ** nömrəli Texniki Peşə Məktəbinə daxil olmuşdur. ##.##.1982-ci ildə ****** nömrəli diplom ilə 3-ci dərəcəli “Armaturçu elektrik qaynaqçısı” peşəsi üzrə orta texniki peşə məktəbinin əyani kursunu tam bitirərək ümumi orta təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli Qərarına əsasən ** nömrəli Texniki Peşə Məktəbinin adı dəyişdirilərək * nömrəli Gəncə Peşə Məktəbi olmuşdur.

3. ИТ-İ seriyalı ******* nömrəli ##.##.1984-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1984-cü il tarixdə *** saylı, ##.##.1984-cü il tarixli əmrə əsasən təmir tikinti qrupuna ikinci dərəcəli fəhlə qəbul edilmiş, ##.##.1985-ci il tarixdə *** saylı ##.##.1985-ci il tarixli əmrə əsasən ona rəngsaz ixtisası verilmiş, təmir-tikinti qrupuna üçüncü dərəcəli rəngsaz keçirilmişdir. ##.##.1987-ci il tarixdə ** saylı ##.##.1987-ci il tarixli əmrə əsasən, təmir-tikinti qrupunda dördüncü dərəcəli rəngsaz təyin edilmişdir. ##.##.1987-ci il tarixdə *** saylı ##.##.1987-ci il tarixli əmrə əsasən mexaniki sexə birinci dərəcəli gəmi təmiri çilingəri keçirilmişdir. ##.##.1987-ci il tarixdə *** saylı ##.##.1987-ci il tarixli əmrə əsasən təmir-tikinti qrupunda dördüncü dərəcəli rəngsaz keçirilmişdir. Sov.IKP XXI qurultayı adına Xəzər dəniz neft və qaz sənayesi GTZ IB ##.##.1988-ci il tarixli *** nömrəli əmrinə əsasən Xəzər dəniz neft donanmasının adı Xəzər dəniz neft donanması Idarəsinin Sov.IKP XXI qurultayı adına Xəzər dəniz neft və qaz sənayesi GTZ IB-nə dəyişdirilmişdir. ##.##.1988-ci il tarixdə *** saylı ##.##.1988-ci il tarixli əmrə əsasən əməkhaqqının ödənişi şərtlərinin dəyişilməsi ilə əlaqədar üçüncü dərəcəli üzçəkən hesab edilmişdir. ##.##.1990-ci il tarixdə *** saylı ##.##.1990-cı il tarixli əmrə əsasən təmir-tikinti qrupunda dördüncü dərəcəli üzçəkən bərpa edilmişdir. ##.##.1991-ci il tarixdə * saylı ##.##.1990-cı il tarixli əmrə əsasən mühərrikçi ixtisasına yiyələnmək üçün “Aleksey Sinyagin” üzən dokuna birinci dərəcəli fəhlə keçirilmişdir. ##.##.1991-ci il tarixdə ** saylı ##.##.1991-ci il tarixli əmrə əsasən ona ikinci dərəcəli mühərrikçi ixtisası verilmiş və “Aleksey sinyagin” üzən dokuna ikinci dərəcəli mühərrikçi keçirilmişdir. ##.##.1992-ci il tarixdə ** saylı ##.##.1992-ci il tarixli əmrə əsasən “Aleksey Sinyagin” üzən dokuna birinci dərəcəli mühərrikçi keçirilmişdir. Xəzər dəniz neft və qaz sənayesi GTZ IB-nin ##.##.1991-ci il tarixli *** nömrəli əmrinə əsasən Sov.IKP XXI qurultayı adına Gəmiqayırma zavodunun adı Xəzər dəniz neft donanması Idarəsinə dəyişdirilmişdir. ##.##.2004-cü il tarixdə ** saylı ##.##.2004-cü il tarixli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağladığına görə) xitam verilmişdir. ##.##.2004cü il tarixdə **** saylı ##.##.2004-cü il tarixli əmrə əsasən X4 Ud. Kapelfels, Lukoyls və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə böyük motorçu vəzifəsinə qəbul edilmişdir. ##.##.2005-ci il tarixdə *** saylı ##.##.2005-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) işdən azad edilmişdir. ##.##.2005-ci il tarixdə ##.##.2005-ci il tarixli, *** nömrəli əmrə əsasən əmək müqaviləsi ilə *** saylı üzən tərsanəyə birinci dərəcəli motorçu qəbul edilmişdir.##.##.2006-cı il tarixdə *** saylı ##.##.2006-cı il tarixli əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlandıqda) xitam verilmişdir. ##.##.2005-ci il tarixdə *** saylı ##.##.2005-ci il tarixli əmrə əsasən 90/s üzən tərsanədə böyük motorçu vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2007-ci il tarixli ** nömrəli əmrinə əsasən zavod Xəzər Dəniz Neft Donanması Gəmi Təmiri Zavodu adlandırılmışdır. ##.##.2013-cü il tarixdə ****k saylı ##.##.2013-cü il tarixli əmrə əsasən *** saylı üzən tərsanəyə əmək müqaviləsi əsasında 12 dərəcəli növbə mexaniki keçirilmişdir və hal-hazıradək də həmin müəssisədə işləyir.

4. “xxxx” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, A-*** nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən gəmi təmiri çilingəri vəzifəsində “xxxx” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunda ##.##.1987-ci il tarixdən ##.##.1987-ci il tarixədək işləmişdir. Işlədiyi vəzifə üzrə sosial sığorta və ya iş stajı 26 gündür. Işin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bəndində 11.6-cı yarımbəndində a) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

5. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli, **-*/*-M-***/*t-**/**** nömrəli məktubda qeyd olunmuşdur ki, hazırkı məktubla ASCO ##.##.1991-ci il tarixindən ##.##.1992-ci il tarixinədək “Aleksey Sipyagin” adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1992-ci il tarixindən ##.##.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1993-cü il tarixindən ##.##.2004-cü il tarixinədək Y.Ibrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2005-ci il tarixinədək *** saylı üzən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. Yuxarıda qeyd olunan dövrlərdə işin xüsusiyyətini nəzərə alaraq, üzən tərsanələrdə əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmişdir və faktiki olaraq həmin funksiyalar “tryum motorçusu” vəzifəsində çalışan işçilərin əmək funksiyalarına aiddir.

6. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, **-*/*-M-***-**/**** nömrəli məktubla da bu qərarın 5-ci bəndində istinad edilən məktubda qeyd edilənlər bir daha təsdiq edilmişdir.

7. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu ##.##.2024-cü il tarixli, **-*-*/*-M-***/*t-**/**** nömrəli məktubunda qeyd olunmuşdur ki, zavod ##.##.1991-ci il tarixindən ##.##.1992-ci il tarixinədək “Aleksey Sipyagin” adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1992-ci il tarixindən ##.##.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1993-cü il tarixindən ##.##.2004-cü il tarixinədək Y.Ibrahimov adına tərsanədə “1ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2005-ci il tarixinədək *** saylı üzən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirilir ki, üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahının müvafiq bəndlərində qeyd olunmuş kodlar (14748 və ya 14706) Dəniz Donanmasına aiddir.

8. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu ##.##.2024-cü il tarixli, **-*-*/*-M-***/**t-**/**** nömrəli məktubundan görünür ki, bundan öncə göndərilən məktubda qeyd edildiyi kimi, İddiaçı ##.##.1991-ci il tarixindən ##.##.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1992-ci il tarixindən ##.##.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1993-cü il tarixindən ##.##.2004-cü il tarixinədək Y.Ibrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2005-ci il tarixinədək *** saylı üzən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirilir ki, İddiaçı üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmişdir və faktiki olaraq həmin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar.

9. Iddiaçı ##.##.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh isə ##.##.2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş “xxxx” QSC-nin İddiaçı dair ##.##.2024-cü il tarixli, **-*/*-M-***-**/**** nömrəli arayışında onun ##.##.1991 -##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində “Aleksey Sipyagin” adına üzən tərsanədə, ##.##.1993-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində Y.Ibrahimov adına tərsanədə motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli imtina məktubunun əsassız hesab edilməsi və ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 57 yaşı tamam olan gündən, yəni ##.##.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1966-cı il tarixdə anadan olmuşdur. ##.##.2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı olduğuna görə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 57 yaşı tamam olan gündən, yəni ##.##.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün bütün tələb olunan sənədləri cavabdehə ##.##.2023-cü il tarixində təqdim etmişdir. Işlədiyi “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışdığına dair” tələb olunan formaya uyğun verilmiş ##.##.2024-cü il tarixli arayışı və digər tələb olunan sənədləri əlavə etməklə yenidən ona 57 yaşı tamam olan gündən, yəni ##.##.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə ##.##.2024-cü il tarixində ərizə ilə təkrar müraciət etmişdir. Dəqiqləşdirici arayışda onun ##.##.1991-ci ildən ##.##.1993-cü ilə kimi “Aleksey Şipyagin” tərsanəsində 1-ci dərəcəli motorçu, ##.##.1993-cü ildən ##.##.2004-cü ilə kimi Y.Ibrahimov adına üzən tərsanədə 1-ci dərəcəli motorçu və ##.##.2005-ci ildən ##.##.2013-cü ilə kimi böyük motorçu vəzifəsində işlədiyi təsdiq edilir. Eyni zamanda arayışda, sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətlərini nəzərə alaraq bildirilir ki, üzən tərsanələrdə onun tərəfindən əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmişdir və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryum motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na * saylı Əlavədə göstərilən formada güzəştli iş barədə arayış işəgötürən tərəfindən verilməlidir. Ona işlədiyi “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həmin formaya uyğun güzəştli iş stajı barədə arayış verilməsinə baxmayaraq, cavabdeh ##.##.2024-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən əsassız olaraq imtina etmişdir. Belə ki, inzibati orqan heç bir araşdırma aparmadan, təqdim etdiyi güzəştli iş stajı barədə arayışın düzgünlüyünü, iş şəraitini və gördüyü işin xüsusiyyətlərini qarşılıqlı yoxlamadan hesab edir ki, işlədiyi sahə Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Baxmayaraq ki, bütün gəmi və tərsanələrdə motor qapalı yerdə yerləşir və o, motorçu kimi bütün fəaliyyətini qapalı şəraitdə həyata keçirmişdir. Tryum motorçusu sözü də qapalı yerdə motorçu deməkdir.

12. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Iddiaçının cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq, ##.##.2024-cü il tarixli məktubla ərizəçinin qanunvericiliklə tələb olunan güzəştli iş stajının mövcud olmaması səbəbindən, əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) sahil heyəti yarımbəndində (c) tryum motorçuları vəzifələri nəzərdə tutulmuşdur. Iddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilən “xxxx” QSC-nin ##.##.2024-cü il tarixli **-*/*-M-***-**/**** nömrəli arayışında ##.##.1991-##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində “Aleksey Sipyagin” adına üzən tərsanədə, ##.##.1993-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində Y.Ibrahimov adına tərsanədə motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Buna görə də İddiaçı qanunveriliklə tələb olunan güzəştli iş stajı mövcud olmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, müəssisə tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli arayışda onun üzən tərsanədə işlədiyi qeyd olunmuş və işlədiyi vəzifənin ********-***** nömrəli koda uyğun olduğu bildirilmişdir. Lakin müəssisə tərəfindən istinad olunan kod müvafiq siyahının Sahil heyəti bəndində nəzərdə tutulmuşdur. Halbuki, iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində, həmçinin müəssisənin arayışında da qeyd olunduğu kimi, üzən tərsanədə işləmişdir. Üzən tərsanənin iddiaçının işlədiyi sahil heyətinə aid olmadığı isə aşkar sübutdur. XXVIII Nəqliyyat bölməsinin 4 yarımbölməsi nəzərdə tutulmuşdur. 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 2. Metropolitenlər 3. Dəniz və çay donanması a. Üzən heyət b. Sahil heyəti 4. Şəhər elektrik nəqliyyatı. Eyni zamanda bildirilir ki, müəssisə tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli arayışda İddiaçı işlədiyi motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahının müvafiq bəndlərində qeyd olunmuş 14748 və ya 14706 kodlarla uyğunluq təşkil etmədiyi və qeyd olunan kodların Dəniz Donanmasına aid olduğu bildirilmişdir. Lakin 2 gün sonra, yəni ##.##.2024-cü il tarixli **-*-*/*-***/**** nömrəli arayışda bildirilmişdir ki, iddiaçının işlədiyi motorçu vəzifəsinin xüsusiyyətlərini * nömrəli Siyahıda nəzərdə tutulan 23003030-14748 koduna aid etmək olar. Göründüyü kimi, iddiaçıya ünvanlanan arayışlar ziddiyyətlidir və bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

13. Bakı Inzibati Məhkəməsinin (hakim: A.M.Almazova) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı 57 yaşının tamam olduğu ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, ona ##.##.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsinin əsaslandırması: 14.1. Iddiaçının ümumi iş stajının ##.##.2006-cı il tarixədək ən azı 25 il təşkil etməsi işin mübahisəsiz halıdır. 14.2. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodunun ##.##.2024-cü il tarixli, **-*-*/*-M-***/**t-**/**** nömrəli məktubundan görünür ki, bundan öncə göndərilən məktubda qeyd edildiyi kimi, İddiaçı ##.##.1991-ci il tarixindən ##.##.1992-ci il tarixinədək “Aleksey Sipyagin” adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1992-ci il tarixindən ##.##.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1993-cü il tarixindən ##.##.2004-cü il tarixinədək “Y.Ibrahimov” adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2005-ci il tarixinədək *** saylı üzən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyi təsdiq edilir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirilir ki, İddiaçı üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmişdir və faktiki olaraq həmin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Belə olan halda, yuxarıda qeyd edilən dövrlər məhkəmədə iddiaçının ##.##.2006-cı il zərərli işlərdə ən azı 12 il 6 ay stajının olması qənaətinə gəlməyə əsas verir. 14.3. Iddiaçı ##.##.1963-cü ildə anadan olub və inzibati orqana müvafiq tələblə ilk dəfə ##.##.2021-ci il tarixdə müraciət etmişdir. Iddiaçıya iddia tələbinə uyğun olaraq ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin Inzibati Kollegiyasının # ####### 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi ##.##.2021-ci il tarixdən əvvəlki dövr üçün pensiya fərqi ona ödənilməli (##.##.2020-ci il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, M.Ə.Abbasov və E.Ə.Əliyev) ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki: 17.1. Apellyasiya icraatı zamanı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu ünvanlanmış, iddiaçı ilə eyni müəsissədə, eyni mübahisəli vəzifə üzrə işləmiş X7, X8 və X9 adlı şəxslərin pensiya işlərinin əsillərinə və təsdiq edilmiş surətlərinə dair müvafiq məlumatların təqdim edilməsi xahiş olunmuşdur. X5 məxsus pensiya işi sənədlərindən görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X5 təqdim olunmuş arayışda qeyd edilmişdir ki, ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi, ##.##.1996-cı ildən ##.##.2004-cü ( İ dərəcəli motorçu vəzifəsində işlədiyi dövrlər) ilə qədər ##.##.2005-ci ildən ( İ dərəcəli motorçu vəzifəsində işlədiyi dövrlər) hal-hazıra kimi olan iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il ## ###### ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın 11-ci maddəsinin (Metal emalı) 11.6a yarımbəndinə əsasən (qazanxana gəmi gəmiqayırma və gəmi təmiri işləri) və 21.2 maddəsinə (Dəniz və çay donanması), güzəştli şərtlərlə pensiya təyin edilməsinə haqq verir. X3 məxsus pensiya işi sənədlərindən görünür ki:- “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət Gəmi Təmir Zavodu” tərəfindən X3 verilmiş arayışda həmin müəssisədə İ dərəcəli motorçu kimi işlədiyi dövrlər güzəştli şərtlərlə pensiya hüququ əldə etmək üçün nəzərdə tutulmuş dövrlərin siyahısına aid edilmişdir. X2 “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə” dair işi üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə iddia təmin olunmuş, şəxsin xxxx” Qapalı Səhmdar Cəmiyyətində l dərəcəli motorçu vəzifəsində işlədiyi dövrlər həmin müəssisənin arayışı əsasında güzəştli iş stajına daxil edilmişdir. X6 məxsus pensiya işi sənədlərindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən X6 dair DSMF-yə təqdim olunmuş arayışdan məlum olur ki, şəxs 2014-cü ildən Üzən tərsanədə növbətçi mexanik işləyir. Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarının 21-ci bölməsinin 21.2.bəndinin Dəniz və çay donanması b) üzən heyət xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər, bütün adlarda maşinistlər, mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər (21.2.səhifə 74 Koduna uyğun olaraq) 15 (on beş) il 11 (on bir) ay 12 (on iki) gün iş stajı ilə X6 güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. 17.2. Bundan başqa, apellyasiya icraatı zamanı arayışlar arasında mövcud olan ziddiyyətlərə aydınlıq gətirilməsi üçün “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət Gəmi Təmir Zavodu”na göndərilmiş sorğuya ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, zavod ##.##.1963-cü il təvəllüdlü İddiaçı ##.##.1991-ci il tarixindən ##.##.1992-ci il tarixinədək “Aleksey Sipyagin” adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1992-ci il tarixindən ##.##.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.1993-cü il tarixindən ##.##.2004-cü il tarixinədək “Y.Ibrahimov” adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2005-ci il tarixinədək *** saylı üzən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, ##.##.2005-ci il tarixindən ##.##.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. “Bibiheybət” Gəmi Təmiri Zavodunun işçilərinə peşələr üzrə güzəştli arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində qeyd olunduğu halda verilir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirmək istərdik ki, üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmişdir və faktiki olaraq həmin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Bütün bunları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşma göstərilməsi hüquqi dövlət prinsiplərinə ziddir. Iş materiallarından görünür ki, “xxxx” QSC tərəfindən iddiaçının çalışdığı vəzifə barədə bir-birinə zidd məzmunlu bir neçə arayış təqdim olunmuşdur. Arayışların bir qismində həmin vəzifənin güzəştli pensiya hüququ verilən peşələr siyahısına daxil olduğu, digərlərində isə əksinin qeyd olunduğu müəyyən edilir. Həmçinin eyni müəssisədə eyni vəzifəni icra edən digər şəxslər barədə təqdim edilmiş sənədlərdən isə görünür ki, onların iş fəaliyyəti güzəştli şərtlərlə qiymətləndirilib və bu şəxslər güzəştli pensiya hüququndan yararlanıblar. Bu hal göstərir ki, eyni faktiki şəraitdə, eyni vəzifədə çalışan şəxslər arasında fərqli rəftar tətbiq olunmuş, iddiaçı əsassız şəkildə həmin hüquqdan kənarda saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bərabərlik meyarı yalnız formal eyniliyi deyil, eyni hallara münasibətdə eyni hüquqi nəticənin tətbiqini tələb edir. Əgər fərqli nəticə müəyyən edilirsə, bu fərqin obyektiv və əsaslı səbəblərlə izah olunması vacibdir. Lakin cavabdeh tərəfindən təqdim olunmuş materiallarda belə əsaslandırma mövcud deyil. 17.3. Bundan əlavə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “tryüm motorçusu” dənizçilik və gəmiçilik termini olmaqla, mənası – gəminin tryüm (yəni, yük bölməsi və ya göyərtənin altındakı texniki hissə) hissəsində mexaniki avadanlıqlara, mühərriklərə, nasoslara və digər texniki sistemlərə nəzarət edən və texniki xidmət göstərən dənizçi deməkdir. Yəni ki, tryüm motorçusu gəmidə mühərrik şöbəsində işləyən texniki işçidir. O, əsas mühərrikin və köməkçi mexanizmlərin işləməsinə kömək edir, yağlama, su, yanacaq sistemlərini yoxlayır və mühərrik baş mühəndisinə tabe olur. Iddiaçı barəsində verilmiş arayışlardan, vəzifə təlimatında da aydın olduğu kimi, iddiaçı sahil heyətində qapalı şəraitdə, yük bölməsində və ya göyərtənin altındakı texniki hissədə motorçu işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısı”nda 23003030-14748 kod altında “tryüm motorçusu” vəzifəsində çalışan işçilər nəzərdə tutulmuşdur. Beləliklə, iş üzrə ətraflı araşdırma nəticəsində iddiaçının ##.##.2006-cı il tarixinədək azı 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması aydın görünür.

18. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #dək hər il 6 ay artırılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” 23000000 - XXVIII. Nəqliyyat 23003000 – 3. Dəniz və çay donanması 23003030—14748 – tryüm motorçuları

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” * nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələnüçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam dirildiyi27. olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

36. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

37. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

38. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

39. Bu qərarın 21-22-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanması.

40. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

41. Həmçinin iddiaçının işlədiyi peşənin (“motorçu”) və sahənin nəqliyyat sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

42. Nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

43. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar