Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-413/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2182/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin ə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Kirov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 17/409 saylı qərarı ilə 9a mkrn, Mir Cəlal küçəsi 49, mənzil 11 ünvanında yaşayan iddiaçıya ünvan 1nanın qarşısında dəmir qaraj quraşdırılmasına icazə verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1nanın yanında dəmir qaraja dair xx.xx.2008-ci il tarixdə texniki pasport tərtib edilmişdir.
3. İş materiallarına əsasən, 2019-cu ildə iddiaçıya məxsus qaraj sökülmüş və həmin qaraja görə kompensasiya məbləği ödənilməmişdir.
4. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli, 395 nömrəli məktubuna əsasən, iddiaçının yaşadığı həyətin abadlaşdırılması ilə əlaqədar ərazidə yerl əşən qarajların bir hissəsi sahibləri tərəfindən götürülmüş, digərləri isə sahibləri tərəfindən hissələrə bölünərək metal toplayanlara təhvil verilmişdir. Abadlıq işləri zamanı qarajların götürülməsinə və əvəzlənməsinə görə kompensasiya verilməsi nəzərdə tutulmamışdır. 5. "xxxx" (Konsaltinq xidmətləri) MMC-nin xx.xx.2022-ci il tarixli 01/22-031 nömrəli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, iddiaçıya məxsus, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14.42 m2 olan, qeyri yaşayış binasının xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 26 000 (iyirmi altı min) manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 29 noyabr 2019-cu il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 2 saylı binanın qarşısında metal konstruksiyalı qarajı olmuşdur. Həmin qaraja dair DƏDRX tərəfindən verilmiş texniki pasport mövcuddur. Buna baxmayaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdən başlayaraq, heç bir rəsmi, yazılı xəbərdarlıq olmadan, həmin ərazidə yerləşən qarajların demontaj prosesinə başlanılmışdır. Binəqədi rayon İcra Hakimiyyətindən verilən məlumata görə qarajların söküntü və demontaj prosesi bitdikdən sonra həmin ərazidə İDEA İB tərəfindən park salınacağı bildirilmişdir. İddiaçıdan şifahi olaraq qısa zamanda, heç bir əvəzləşmə və kompensasiya ödəməmək şərti ilə qarajın boşaldılması tələb olunmuş və xx.xx.2019-cu il tarixdə xəbərdarlıq edilmədən, onun iştirakı olmadan qarajın qapıları kustar üsulla sökülüb və içində olan əşyalar kənara tullanılıb. Özünü hadisə yerinə çatdıranda artıq qarajı avtokrana yükləyib naməlum istiqamətdə aparmışlar.
8. Sonradan 4 mart 2020-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin əsl cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
9. Daha sonra 16 noyabr 2020-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsər rüfatı Departamentinin əsl cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
10. Məhkəmənin 9 dekabr 2021-ci il tarixli qərardadı əsasında "xxxx" (Konsaltinq xidmətləri) MMC tərəfindən xx.xx.2022-ci il tarixli 01/22-031 nömrəli mütəxəssis rəyi verilmişdir.
11. İddiaçı 9 dekabr 2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əsl cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
12. Daha sonra 31 mart 2022-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “ünvan 2 saylı binanın yanında yerləşən dəmir qarajın sökülməsi ilə bağlı 26.00 0 (iyirmi altı min) manat məbləğində kompensasiyanın, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərcin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, ünvan 2 saylı binanın yanında yerləşən dəmir qarajın sökülməsi ilə bağlı 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiyanın, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərcin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan dəmir qarajın quraşdırı lmasına dair iddiaçıya icazə verilməsi, həmin qaraja dair iddiaçının adına texniki pasportun tərtib edilməsi, həmçinin qeyd edilən qarajın sökülməsi və bununla əlaqədar iddiaçıya kompensasiya ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2182/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov - sədrlik edən və məruzəçi, A.V.Tanrıverdiyev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı hər hansı əsası və dəlili olmadan şəxsi mülahizələrinə əsaslanaraq istifadəsində olan qarajın Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini iddia edərək kompensasiya ödənilməsi barədə mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının cavabdeh qismində Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsində göstərdiyi tələblərlə iddia irəli sürməsi İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin (inzibati mübahisələrin məhkəmə aidiyyəti) tələblərinə zidd olduğu üçün əsassızdır. İddiaçı həmin qarajın Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər hansı bir dəlil təqdim etməmişdir.
20. İşin materiallarında da göründüyü kimi mübahisələndirilən qarajın müvəqqəti olaraq quraşdırılmasına icazə verilmişdir. Belə ki, mövcud qanunvericilikdə qarajlar müvəqqəti xarakter daşıdığından onlara dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmır. Qarajlara dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Texniki Pasport tərtib olunur ki, bu da qarajlara dair mülkiyyət hüquqlarının olmasını sübut e dən sənəd hesab olunmur, Texniki Pasport adından da göründüyü kimi, qarajların yalnız texniki göstəricilərini özündə əks etdirir. Dəmir qaraja dair Texniki Pasport tərtib olunması hələ həmin qarajın iddiaçının mülkiyyətində olmasını təsbit etmir.
21. Bu səbəbdən də, iddiaçı həmin qarajı öz şəxsi mülkiyyəti kimi təqdim edərək, onun sökülməsinə görə 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb etmək hüququna malik deyildir.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci m addəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Bundan başqa, qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayı lır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər.
24. Cavabdeh hesab etmişdir ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının in zibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 27. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqla rı yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
28. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhr um olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 58.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ;... Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sah əsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 30. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
31. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdi rilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
36. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçıya məxsus dəmir qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır.
37. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının qaraj üzərində mülkiyyət hüququnun rəsmi reyestrdə qeydə alınmasına dair çıxarışın olmaması (yalnız texniki pasportun tərtibi) onun cavabdehə qarşı ha zırkı məzmunda tələb irəli sürmək hüququnu aradan qaldırmır, tələbin faktiki əsaslarına təsir etmir.
38. Yuxarıda istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
39. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
40. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada m əhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.
41. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağ lıdır və mütləq xarakter daşıyır.
42. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.
43. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir.
44. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya məxsus dəmir qarajın alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçıya məxsus qaraj qanuna zidd olaraq və onun iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçının hüququna qanunsuz müdaxilə edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir. Mübahisələndirilən qarajın yerləşdiyi ərazidə söküntü işlərinin bilavasitə iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfin dən aparılmaması onun məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan normalara əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız sayılmalıdır. İddiaçı ona məxsus dəmir qarajın (qeyri-yaşayış sahəsinin) sökülməsi nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini tələb etməkdə haqlıdır.
47. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və işin müəyyən olunmuş hallarına uyğun hesab edir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-2182/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.