Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-413/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2333/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə hazırkı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarı ilə ləğv edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********232600 №- li qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində “bina tikintisi fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi borcunun” iddiaçının şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1329614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcun silinməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 12.2.2019-cu il tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barədə 12.2.2019-cu il tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-212/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1332/2021 №-li qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-212/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.
3. İddiaçı tərəfindən cavabdeh vergi orqanına bu barədə dəfələrlə müraciətlər edilsə də, bu günədə k həmin qərarlar vergi orqanı tərəfindən tam şəkildə icra olunmamışdır. Vergi orqanının vəzifəli şəxsləri qərəzli mövqe nümayiş etdirərək, həmin qərarın icrasına maneçilik törədirlər. Lakin etdiyi müraciətlərə və şikayət ərizələrinə baxılmamış və qanunamüvafıq qaydada cavab verilməmişdir. Şifahi şəkildə iddiaçıya bildirilsə də, bu günə qədər məhkəmə qərarının icra olunması barədə heç bir müsbət cavab almamışdır. Yəni Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları icra edilməmiş və müəssisənin bank hesablarına sərəncam qoyulması davam etmişdir. Artıq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarların qanuni qüvvəsini almasından uzun bir müddət ötməsinə baxmayaraq vergi orqanı tərəfindən qərarların icrası həyata keçirilməmiş, bank hesablarına, ƏDV sub-hesablarına qoyulmuş sərəncamlar aradan qaldırılmamışdır. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Cavabdehin etirazları:
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixdə qərar qəbul edərək İddiaçı MTK barəsində 2014-cü ilin 2 və 3-cü rübləri ərzində təməli qoyulmuş binalarla bağlı Bina tikintisi fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi öhdəliyini (BTFSV) 1329614,33 manat müəyyən etmişdir. İddiaçı cavabdehin xx.xx.2016-cı il tarixli **********398100 saylı “Vergilərin hesablanması barədə” qərarı ilə razılaşmış, həmin qərar mübahisələndirməmişdir.
5. Həmçinin, iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş yaşayış binası üzrə 204120,0 manat vergi hesablanmaqla xx.xx.2015-ci il tarixdə cari bəyannamə təqdim edilmiş, lakin xx.xx.2015-ci il tarixdə heç bir əsas olmadan hesablanmış vergilər tam azaldılmışdır. 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş yaşayış binası ilə əlaqədar hesablanmış vergilər xx.xx.2016-cı il tarixədək vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə tam azaldıldığına görə xx.xx.2016-cı il tarixdən sonra qüvvədə olan yeni qanunvericiliyə əsasən 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə aparılmış hesablamalar zamanı həmin binanın (təməli 2015-ci ilin 2-ci rübündə qoyulan) sahəsi nəzərə alınmamış və digər rüblərdə təməli qoyulmuş binalarla bağlı hesablamanın aparılmasına baxmayaraq, qeyd edilən bina ilə əl aqədar yeni metod üzrə sadələşdirilmiş vergi hesablanmamışdır.
6. Bundan sonra xx.xx.2019-cu il tarixdə 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergilərin hesablanmadığı əsas götürülməklə cavabdeh tərəfindən 2014-cü ilin 2 və 3-cü rüblərində təməli qoyulmuş binalarla əlaqədar 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablanmış 1329614,33 manat vergi məbləğinə düzəliş olunaraq 927142,55 manat əlavə vergi (cəmi hesablama 2256756,88 manat) hesablanmışdır.
7. İddiaçı həmin bina üzrə yəni 2015-ci ilin 2-ci rübü üzrə təməli qoyulmuş bina ilə əlaqədar vergilərin hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarın ləğvi tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Məhkə mələr tərəfindən xx.xx.2019-cu il tarixli vergilərin hesablanması barədə qərara hüquqi qiymət verilərkən məhz 2015-ci ildə təməli qoyulmuş 3-cü bina nöqteyi-nəzərindən yanaşılmış, daha əvvəlki qərarın (xx.xx.2016-cı il tarixli **********398100 saylı) da öz qüvvəsini itirməsinə dair heç bir qeyd aparılmamışdır.
8. Əlavə olaraq, 1.329.614,33 manat BTSV-nin yayındırılması ilə bağlı VClABl-nin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işi başlanmış və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 22584 saylı rəydə, iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 18.757,10 m2 sahəyə görə vergidən yayındığı öz təsdiqini tapmışdır.
9. Göründüyü kimi, iş üzrə cavabdehin qanuni qüvvədə olan xx.xx.2016-cı il tarixli **********398100 sa ylı qərarı ilə hesablanan 1329614,33 manat məbləğində vergi borcunun silinməsi iddia tələbi əsassızdır.
10. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2019-cu il tarixə yaranan 1541486,1 manat borcuna görə 1918840,0 manat məbləğində əmlakı siyahıya alınmış və siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(113)- 805/2020 saylı qərarı ilə iddia təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.
11. Əlavə olaraq, iddiaçının şəxsi hesab vərəqəsinin “Əmlaka yönəldilən məbləğ üzrə vərəqəsindən" göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi vergi borcunun əsası məhkəmə qərarları ilə təmin olunmuş (1274964,10 manat) vergi borclarıdır.
12. Ver gi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub - olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2912/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 1419/2019 saylı qərarı ilə ləğv edilmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, **********232600 saylı qərarına əsasən hesablanmış 2256756.88 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi bo rcunun iddiaçının şəxsi hesab vərəqəsindən tam olaraq silinməməsi nəticəsində qalmış 1.329.614.33 manat borcun silinməməsi, faizlərin hesablanması və borcun tələb edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilərək şəxsi hesab vərəqəsindən 1329614.33 manat vergi borcunun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati akt məhkəmə tərəfindən əsaslandırılaraq ləğv edilsə də, onun hüquqi nəticələri cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Belə olan halda, iddiaçı hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, cavabdehin hüquqi müəyyənlik və preyudisiallıq prinsipinə zidd davranaraq qüvvədə olan məhkəmə qərarı ilə xx.xx.2019-cu il tarixli **********232600 saylı qərarı ləğv ed ilmiş hesab edildiyi həmin qərarla qanunsuzluğu müəyyən edilmiş vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silməməsi və bunu borc kimi hesablayaraq iddiaçı barəsində həmin borcun alınması istiqamətində hərəkətlərin edilməsi əsassız və qanunvericiliyin tələblərinə zidd hesab edilir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2333/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktlarına əs asən ləğv edilmiş xx.xx.2019-cu il tarixli qərar cavabdeh inzibati orqanın xx.xx.2016-cı il tarixli - iddiaçının hazırkı iş üzrə şəxsi hesab vərəqəsindən silinməsini tələb etdiyi 2016-cı ilin İ rübü üzrə hesablanmış 1329614.33 manat BTFSV borcunu da əhatə etmişdir. İddiaçının tələbində qeyd edilən məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq hüquqi qiymət verilmiş və hesablanmış borcun silinməsi qənaətinə gəlinmişdir. Tərəflər arasında hazırkı mübahisəyə artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə hüquqi qiymət verilmiş və əvvəlki məhkəmə qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İPM-in 78-ci maddəsinə görə isə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndi rmək imkanını ortadan qaldırır.
18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən iddia ərizəsində qeyd olunan xüsusatları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qoru nan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi h əmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsi nin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
26. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinə “mübahisələndirmə haqqında” iddia ərizəsi ilə müraciət edərək cavabdehin 12.2.2019-cu il tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsini xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barədə 12.2.2019-cu il tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir.
27. Beləliklə, iddiaçı İPM-in 32.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə mübahisələndirmə haqqında iddia qaldırmış və yalnız inzibati aktın ləğvini tələb etmiş, məhkəmə də həmin məzmunda iddianı təmin etmişdir. İddiaçı mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin a radan qaldırılması barədə tələb irəli sürməmişdir. Əslində, o, bunu etməyə borclu da deyildi. Belə ki, hesablanmış vergi borcunun əsası kimi çıxış edən inzibati aktın ləğv edildiyi halda, maraqlı şəxs vergi orqanın həmin inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələri aradan qaldıracağına ümid edə bilər. Onun haqqı çatdığı və arzuladığı (ümid etdiyi) nəticə baş vermədiyi və bununla bağlı tələbi inzibati orqan tərəfindən təmin edilmədiyi halda, inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia ilə məhkəməyə müraciət edə bilər.
28. İPM-in 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
29. Qeyd olunduğu kimi, iddiaçı əvvəlki icraatda cavabdehə qarşı öhdəliyin icrası haqqında tələ irəli sürməmiş (belə bir tələb məhkəmə baxışının predmeti olmamış), irəli sürülmüş, yuxarıda qeyd olunan tələb üzrə qüvvəyə minmiş məhkəmə qərarları ilə də cavabdehin üzərinə hər hansı öhdəlik, hazırkı halda, mübahisə edilən inzibati aktla iddiaçıya hesablanmış vergi borcunun onun şəxsi hesabından silinməsi öhdəliyi qoyulmamışdır.
30. İPM-in 70.3-cü maddəsində nəzərdə tutulmuş imkandan iddiaçının istifadə etməməsi, onu hazırkı məzmunda iddia qaldırmaq hüququndan məhrum etmir.
31. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qə bul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd edilən əsasla iddianı mümkünsüz saymaqda haqlı olmamışdır.
33. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 34.1, 35.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
35. Birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasına dair tələbə gəldikdə, birinci instansiya məhkəməsinin qərarı kassasiya baxışının predmeti olmadığından, habelə apellyasiya instansiyası məhkəm əsi tərəfindən mahiyyət üzrə qərar qəbul edilmədiyindən şikayət həmin hissədə təmin oluna bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2333/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.