Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4134/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasının mötəbərliyi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsinin sığorta ödənişli əmək stajına hesablanmaqla ona ##.##.2023-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1958-ci ildə anadan olmaqla Bərdə rayonunun Böyük Göyüşlü kəndində daimi yaşayır. Ali təhsillidir, 1983-cü ildə D.Bünyadzadə adına X4 qiyabi olaraq bitirmişdir. 1975-1995-ci illərdə Bərdə rayonu “Həzi Aslanov” adına kolxozunda müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən də ##.##.1977-ci ildən ##.##.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləmişdir. ##.##.2023-cü ildə 65 yaşı tamam olmuşdur və bununla da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən olunmuş yaş həddinə çatmışdır. Odur ki, müvafiq sənədləri, o cümlədən də 25 il 7 ay 18 gün sığorta stajlı əmək stajının olması barədə sənədləri hazılarayaraq ona yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina cavabı vermişdir.
3. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının surətinə əsasən ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Iddiaçı İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (##.##.2023-cü il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Iddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən və mübahisələndirilən dövrlər aşağıdakı kimidir: Mübahisələndirilməyən dövrlər: 22 il 8 ay 21 gün. Mübahisələndirilən dövrlər: 2 il 9 ay 16 gün - Bərdə rayon “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatında əmək fəaliyyəti dövrü. Iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan əmək kitabçasında qeyd olunan ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğundan (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin mötəbərliyi şübhə doğurur. Həmçinin, Bərdə rayon Dövlət Arxivi tərəfindən ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan dövrlərin Bərdə rayon “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının arxiv sənədlərinə dair məlumat aşkar edilməmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək 19 il 21 gün sığorta stajı uyğun olaraq 17651,07 manat, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək 3882,08 manat olmaqla, ümumilikdə 21533,15 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Iddiaçının “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (əmr nömrələri və tarixləri qeyd edilməyib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Gəncə Inzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməklə, ona ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Isgəndərova) ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 6.1. Iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı ##.##.1958-ci il təvəllüdlüdür və ##.##.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli, iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. 6.2. Iddiaçının inzibati orqan tərəfindən qəbul edilən 22 il 8 ay 21 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran illər ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək Bərdə rayon “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatında əmək fəaliyyəti dövrləridir (2 il 9 ay 16 gün). Cavabdeh inzibati orqanın imtinasının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb əmək kitabçasında qeyd olunan ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulması (əmr nömrələri və tarixlərinin qeyd edilməməsi) və Bərdə Rayon Dövlət Arxivi tərəfindən ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan dövrlərin Bərdə rayon “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının arxiv sənədlərinə dair məlumatın aşkar edilməməsi olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının birinci dəlilinə, yəni əmək kitabçasında qeyd olunan ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulması (əmr nömrələri və tarixlərinin qeyd edilməməsi) ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmək kitabçasının düzgün doldurulmaması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin dövrlərin iddiaçının stajına hesablanmaması onun sosial təminat hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Belə ki, iddiaçının əmək pensiyası yaşına çatdığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə görə əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda X2 Xidməti və X5 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Göründüyü kimi, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (əmr nömrələri və tarixlərinin qeyd edilməməsi) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasında onun ## ###### 1977-ci ildə Bərdə rayon Komsomol təşkilatına işə girməsi və ## ###### 1979-cu ildə hərbi xidmətə getdiyi üçün işdən azad olunması barədə qeyd aparılmışdır. Qeydlər Bərdə rayon Komsomol təşkilatının katibi Z.Əhmədov tərəfindən imzalanaraq, möhürlənmişdir. Eyni zamanda, iddiaçıya məxsus kolxozçunun əmək kitabçasında da İddiaçı 1975-1976-cı illərdə “Həzi Aslanov” adına kolxozda kolxozçu işlədiyi, ##.##.1977-ci il tarixdən rayon komsomol təşkilatında işə girdiyi üçün kolxozla əlaqəsinin kəsildiyi qeyd edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X6 ##.##.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, arxivdə saxlanılan Bərdə Rayon Partiya Komitəsinin maliyyə sənədlərinə əsasən müəyyən edilir ki, İddiaçı Bərdə rayonu “Həzi Aslanov” adına kolxoz komsomol təşkilatının katibi vəzifəsində işləyərkən 1977-ci ilin mart ayından 1979-cu ilin noyabr ayınadək əməkhaqqı almışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək olan müddətdə Bərdə Rayon Komsomol Komitəsinin Bərdə rayonu “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatının katibi vəzifəsində işləməsi və əmək kitabçasındakı qeydlərin həqiqiliyi məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. 6.3. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilmiş iddiaçının mübahisələndirilən dövrləri - 2 il 9 ay nəzərə alınsa da, onun ##.##.2023-cü il tarixinə olan sosial sığorta stajının 24 il 4 ay təşkil edəcəyi ilə bağlı dəlilini tamamilə əsassız hesab edir. Belə ki, cavabdeh orqan ##.##.2023-cü il tarixli imtina məktubunda iddiaçının 22 il 8 ay 21 gün mübahisələndirilməyən sığorta stajının olmasını özü qəbul edir. Mübahisələndirilən dövr nəzərə alındıqda isə tələb olunan azı 25 il sığorta stajı yaranır. Iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (22 il 8 ay 21 gün) və mübahisələndirilən sığorta stajı (##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək Bərdə rayon “Həzi Aslanov” adına kolxoz üzrə ilk (azad) komsomol təşkilatında əmək fəaliyyəti dövrləri - 2 il 9 ay 16 gün) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
8. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
10. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
13. Hazırkı iş üzrə iddiaçı ##.##.1958-ci il təvəllüdlü olmaqla, onun yaşa görə əmək pensiyası almaq hüququ 65 yaşının tamam olduğu ##.##.2023-cü tarixində yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən dövrlərlə bağlı iddiaçının əmək kitabçasında müvafiq qeydlər mövcuddur ki, cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini istisna edən sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə hallar aşkar edilməmişdir.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
16. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
17. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.