Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4135/2025 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh xxxx Publik Hüquqi Şəxsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh xxxx Publik Hüquqi Şəxsinə qarşı (üçüncü şəxs Üçüncü şəxs) “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı səhəri Əzizbəyov Rayon Icra Hakimiyyətinin ##.##.2006-cı il tarixli məktubu ilə Gürgan-X7 qəsəbəsinin cənub-şərq hissəsində istifadəsiz, zibilliyə çevrilmiş və antisanitariya vəziyyətində olan boş 5 (beş) ha torpaq sahəsinin, abadlaşdırılıb istirahət zonası yaradılması üçün, mövcud qanunvericiliyə uyğun olaraq, icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsinə etiraz edilməmişdir.
2. Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli protokol qərarı əsasında Gürgan-Pirallahı Bələdiyyəsi ilə MMC arasında ##.##.2007-ci tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə imzalanmış Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində 5 (beş) ha torpaq sahəsi abadlaşdırılması və istirahət zonası yaradılması üçün MMC-nin istifadəsinə təhvil verilmişdir. Müqavilədə müddət nəzərdə tutulmamışdır.
3. Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin ## ###### 2007-ci il tarixdə keçirilmiş yığıncağının qərarı ilə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı və torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli *** saylı və ## #### 2000-ci il tarixli *** saylı qərarına və Bakı şəhər Icra Hakimiyyəti Başçısının ## ###### 2000-ci il tarixli, *** saylı sərəncamına uyğun olaraq, “xxxx” MMC-nin ##.##.2007-ci il tarixli, ** saylı müraciəti nəzərə alınaraq, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində bələdiyyənin ##.##.2007-cı il tarixdə keçirilmiş yığıncağın ** saylı protokolu əsasında icarə hüququ ilə istifadəsində olan 5.0 ha torpaq sahəsi və ona bitişik əlavə 14.76 ha - ümumilikdə 19.76 ha torpaq sahəsinin Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə əsasən istirahət və turizm mərkəzinin tikintisi məqsədilə “xxxx” MMC-nin daimi istifadəsinə verilmişdir.
4. Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2013-cü il tarixli ** nömrəli iclas protokolunun qərarı ilə, bələdiyyənin ##.##.2007-ci il tarixli ** saylı və ##.##.2007-ci il tarixli ** saylı qərarları ləğv edilmiş və İddiaçı MMC-nin torpaq sahəsi üzərində istifadə hüququna xitam verilmişdir.
5. Eyni zamanda həmin qərarla, “xxxx” MMC-yə 33,16 ha torpaq sahəsi ayrılması barədə ##.##.2007-ci il tarixli * saylı qərarı və X1 12,26 ha torpaq sahəsi ayrılması haqqında ##.##.2007-ci il tarixli qərarı (məlumatlar ixtisarla verilir) da ləğv edilmiş, xxxx” MMC-nin və X1 bəhs edilən torpaq sahələri üzərində istifadə hüquqlarına xitam verilmişdir.
6. Iddiaçılar İddiaçı MMC, “xxxx” MMC və X1 cavabdeh Gürgan-Pirallahı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mütaciət edərək, cavabdehin ##.##.2013-cü il tarixli ** nömrəli iclas protokolunun qərarının onların hər birinə münasibətdə ayrı-ayrılıqda ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. * saylı Bakı Inizbati-Iqtisadi Məhkəməsinin ##.##.2013-cü il tarixli *-*(**)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2013-cü il tarixli ** nömrəli iclas protokolunun qərarı, bələdiyyə qərarlarının İddiaçı MMC-yə, “xxxx” MMC-yə və X1 torpaq sahələrinin ayrılmasının ləğv edilməsi və istifadə hüquqlarına xitam verilməsi hissələrində ləğv edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/** saylı, ## ####### 2015-ci il tarixli qərardadı ilə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2013-cü il tarixli qərarından iş üzrə üçüncü şəxs Bakı şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir.
8. Bundan başqa, iddiaçı Bakı şəhər Icra Hakimiyyəti cavabdeh Pirallahı Bələdiyyəsinə (üçüncü şəxslər “xxxx LTD” MMC, “xxxx” MMC”, X1, Pirallahı Rayon Icra Hakimiyyəti) qarşı məhkəmədə iddia qaldıraraq Gürgən-Pirallahı bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli ** saylı qərarlarının “xxxx LTD” MMC-yə, ##.##.2007-ci il tarixli ** saylı, ##.##.2007-ci il tarixli ** saylı qərarlarının “xxxx” MMC” və X1 turizm mərkəzlərinin yaradılması üçün torpaq sahələrinin ayrılması hissəsində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş, * saylı Bakı Inzibati Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı ## #### 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxslər “xxxx LTD” MMC, “xxxx” MMC” və X1 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin IIK-nın *-*(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhər Icra Hakimiyyətinin iddiadan qismən imtinası qəbul edilmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə qəbul etdiyi ## #### 2015-ci il tarixli qərarı qismən - Gürgən-Pirallahı bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli ** saylı qərarlarının “xxxx LTD” MMC-yə 27.29 ha torpaq sahəsinin ayrılması hissəsində, ##.##.2007-ci il tarixli ** saylı, ##.##.2007-ci il tarixli ** saylı qərarlarının X1 3,31 ha torpaq sahəsinin ayrılması hissəsində, ##.##.2007-ci il tarixli ** saylı, ##.##.2007-ci il tarixli ** saylı qərarın “xxxx” MMC-yə torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Iqtisadi Kollegiyasının *-*(***)-****/**** saylı, ## ####### 2015-ci il tarixli digər qərardadı ilə üçüncü şəxslər “xxxx LTD” MMC, “xxxx” MMC” və X1 * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə qəbul etdiyi ## #### 2015-ci il tarixli qərarının-Gürgən-Pirallahı bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli ** saylı qərarlarının “xxxx LTD” MMC-yə 5.93 ha torpaq sahəsinin ayrılması hissəsinin, ##.##.2007-ci il tarixli ** saylı, ##.##.2007-ci il tarixli ** saylı qərarlarının X1 8.95 ha torpaq sahəsinin ayrılması hissəsinin ləğv edilməsi” hissəsində apellyasiya şikayətindən imtinası qəbul edilmiş və həmin hissədə apellyasiya icraatına xitam verilmişdir.
9. “xxxx” MMC xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinı müraciət edərək, Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli qərarı ilə verilmiş 19.76 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.
10. * saylı Bakı Ərazi Idarəsi “xxxx” MMC-nin xahişini təmin etməmiş, iddiaçıya cavab məktubunda bildirmişdir ki, təqdim edilən yerləşmə cizgisində torpaq sahəsinin dəqiq istinad və məsafələri göstərilməmişdir. ##.##.2007-ci il tarixli müqavilədə torpaq sahəsinin icarəyə verilmə müddəti qeyd edilməmişdir. Yerləşmə cizgisində müvafiq bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla, daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) qurumların məlumatlarına əsasən daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Bundan başqa, həmin sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur. Həmçinin sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Eləcə də, təqdim olunan cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMCnin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsindəki 19,76 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın, kadastr planının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
12. Iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Gürgan-Pirallahı Bələdiyyəsi ilə MMC arasında bağlanmış ##.##.2007-ci tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında verilmiş 5 (beş) ha torpaq sahəsi MMC tərəfindən zibil və tullantılardan təmizlənmiş, torpaq sahəsi abadlaşdırılmış, torpaq sahəsinin hamarlanması və yararlı vəziyyətə gətirilməsi üçün külli miqdarda əmək və vəsait sərf edilmiş, o cümlədən 5000-dək yük maşını münbit torpaq gətirilmiş və eləcə də ərazi standart mişar daşı ilə hasara alınmışdır. Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə MMC-nin istifadəsində olan 5 ha torpaq sahəsi və ona bitişik əlavə 14,76 ha, ümumilikdə 19,76 ha torpaq sahəsi də istirahət və turizm mərkəzinin tikintisi məqsədilə MMC-nin daimi istifadəsinə verilmişdir. Bununla yanaşı, Gürgan- Pirallahı Bələdiyyəsi tərəfindən MMC-nin daimi istifadəsinə verilmiş 19,76 ha torpaq sahəsinin 1:5000 miqyasda Sxematik Planı və Bakı səhərinin xəritəsindən Çıxarış və Torpaq sahəsinin Planı tərtib və təsdiq edilmişdir. Eləcə də, 19,76 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan istirahət və turizm mərkəzinin 2008-ci ildə eskiz layihəsi tərtib və təsdiq edilmişdir.
13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Pirallahı Rayon Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, ***/BM-* saylı məktubu və həmin məktuba əlavə edilən “torpaq sahəsi üzərində istifadəsinə xitam verilmiş fiziki və hüquqi şəxslər, həmçinin torpağın ayrılmasına dair ləğv olunmuş sənədlər barədə” məlumat əsasında “xxxx” MMC-nin istifadəsində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Bundan başqa, təqdim edilmiş torpaq sahəsinin icarəyə verilməsinə dair ##.##.2007-ci il tarixli müqavilədə torpaq sahəsinin icarəyə verilmə müddəti qeyd edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində müvafiq bələdiyyənin qərarına istinad olunmamışdır. Əlavə olaraq, sənədlər toplusuna əlavə olunmuş * saylı Bakı Inzibati Iqtisad Məhkəməsinin *-*(**)-****/**** saylı və Bakı Apelyasiya Məhkəməsinin *- *(***)-****/**** saylı məhkəmə işi üzrə Idarə tərəf qismində cəlb olunmamış və Idarənin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. Elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla, daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) qurumların məlumatlarına əsasən daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Həmçinin sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Eləcə də, təqdim olunan cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır.
14. Üçüncü şəxs Üçüncü şəxs iddiaya yazılı münasibət bildirərək göstərmişdir ki, araşdırma zamanı bələdiyyənin iclaslarının arxiv protokollarında bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlarla heç bir əlaqəsi olmayan ‘'xxxx" MMC-yə torpaq sahəsinin daimi istifadəyə verilməsi və ya ayrılması barədə nə iclasların gündəliyində, nə də iclaslarda müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərarlarda hər-hansı bir məlumat müəyyən edilməmişdir. Eyni zamanda həmin torpaq sahələrindən istifadə edilmədiyi, uzun müddət baxımsız və səmərəsiz saxlanıldığı, vergi ödənilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ###### tarixli *** nömrəli və 2013-cü il ## ######## tarixli *** nömrəli Fərmanlarına, Nazirlər Kabinetinin 2013-cü il ## ####### tarixli ***s nömrəli sərəncamına və Bakı Şəhər Icra Hakimiyyəti başçısının 2013-cü il ## ####### tarixli *** nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində 50 ha torpaq sahəsi Yüksək Texnologiyalar Parkının daimi istifadəsinə verilmiş və torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Eyni zamanda, keçmiş Bakı Şəhər Icra Hakimiyyəti MŞBI ŞƏTPI-nin ##.##.2013-cü il tarixli **/**- */**** nömrəli məktubunda həmin iddiaçının torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin ##.##.2014-cü il tarixli **/**-**** nömrəli məktubunda isə torpaq sahəsinin plan və ölçüsünün verilməsinin hüquqi cəhətdən əsassız və mümkün olmadığı göstərilmişdir. Bu barədə sənədlər və məlumatlar Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi kollegiyasının *-*(***)-****/**** saylı iş üzrə ##.##.2015-ci il tarixli və * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə ##.##.2015-ci il tarixli qərarlarında göstərilmiş və həmin işlərə baxılması zamanı aidiyyəti üzrə təqdim edilmişdir.
15. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (Hakim Həmid Ağalarov).
16. Məhkəmə hesab etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması (icarəyə verilməsi) ilə bağlı istinad etdiyi qərarlar məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, həmin qərarlarda “xxxx” MMC-nin istifadəsinə torpaq sahəsinin verilməsinə dair heç bir məlumat göstərilməmiş və bu barədə qərar qəbul edilməmişdir. Qeyd edilənlər Üçüncü şəxs tərəfindən də təsdiq edilmişdir. Digər tərəfdən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Iş materiallarında olan sənədlərdən məlum olur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmamışdır. Çünki işdə olan Cavabdeh ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla qeydiyyatı barədə məlumat yoxdur. Şərti sərhədli sahə daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən sahə daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur. Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. - Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Belə olan halda aydındır ki, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Çünki qanun birbaşa təsbit etmişdir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Hazırkı halda mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə torpağına aid olması müəyyən edilərkən dövlət torpaq kadastrını həyata keçirən orqanın tabe təşkilatı olan xxxx publik hüquqi şəxsinin məlumatı əsas götürülməlidir. Beləliklə, mübahisəli torpaq sahəsinin Pirallahı bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır.
17. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) rayonu Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli protokol qərarına və Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarına əsasən İddiaçı MMC-nn daimi istifadəsinə verilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən ümumilikdə 19,76 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulmuşdur (hakimlər - Aytən Oruczadə (sədrlik və məruzə edən), Günel Abbasova və Elvin Əliyev).
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Pirallahı Bələdiyyəsinin “xxxx” MMC-nin təsisçisi X2 ünvanlanmış ## ### 2025-ci il tarixli ** saylı məktubunda müxtəlif məhkəmə aktlarına istinad edilərək bildirilmişdir ki, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edilən faktları və halları nəzərə alaraq “xxxx” MMC-nin faktiki istifadəsində olan 19,76 ha torpaq sahəsinin bələdiyyə mülkiyyəti əsasında “xxxx” MMC-nin həmin torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət reyestrində qeydə alınmasına etiraz edilmir. Göründüyü kimi, iş üzrə birinci instansiya mərhələsində icraat zamanı bələdiyyə tərəfindən iddiaya etiraz təqdim edilsə də, işin sonrakı araşdırma mərhələsində sözügedən torpaq sahəsinə dair istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair etirazlarının olmadığı bildirişmişdir. - Məhkəmə kollegiyası həmçinin ərazinin bələdiyyə ərazisi olmaması dəlilinə münasibətdə qeyd edib ki, inzibati iş üzrə məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsinin sorğusuna əsasən Cavabdeh ## ###### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı cavab məktubuna qoşma olaraq mübahisəli torpaq sahəsinə dair ortofoto, müayinə aktı və qonşuluğundan qeydiyyatdan keçmiş torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Həmin hüquqmüəyyənedici sənədlərdən aydın olur ki, iddia olunan torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş torpaq sahələri (reyestr nömrəsi 012013000015; 012013000016; 003012000012; 012012000003) vaxtilə Əzizbəyov rayon Gürgan-Pirallahı bələdiyyəsinin müxtəlif tarixli bələdiyyə qərarları və torpaq sahələrinin alqı-satqı aktlarına əsasən ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadə və mülkiyyətinə verilmişdir. - Həmin çıxarışlardan göründüyü kimi mübahisəli torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş torpaq sahələri yaşayış məntəqətəyinatlı torpaq sahələridir. Belə olan halda, eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşma göstərilməsi hüquqi bərabərlik prinsipinə zidd hesab olunur. - Göründüyü kimi, məhkəmə aktlarına və qüvvədə olan hüquqmüəyyənedici sənədlərə əsasən müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi məhz barəsində qərarlar qəbul olunan zamanı Gürgan-Pirallahı bələdiyyəsinin mülkiyyətinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. - Bundan başqa, cavabdehin “Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə # ###### 2013-cü il tarixli qərarı Idarəyə rəsmi qaydada daxil olmamış, Idarə tərəf qismində cəlb edilməmişdir. Həmçinin müvafiq qərarla Idarənin üzərinə öhdəlik qoyulmamışdır” imtina əsası ilə bağlı kollegiya qeyd edir ki, həmin məhkəmə işində * saylı Bakı Ərazi Idarəsinin iştirak etməməsi qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmiş faktların mötəbərliyinə və tərəflərin hüquq münasibətlərinə hər hansı bir qaydada təsir göstərmir və məhkəmə qərarı ilə müəyyən edilmiş faktları şübhə altına alına bilməz. - Həmçinin apellyasiya araşdırması zamanı cavabdehin digər imtina əsası olan “elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla, daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən daxilindən ”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Bundan başqa, həmçinin sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur” imtina dəlili də yoxlanılmışdır. - Məhkəmənin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəliyə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, məhkəmənin iddiaçı "xxxx” MMC-nin iddiasına dair tələb olunan məlumatların məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığı məktubunu baxılmış, Elektron Məhkəmə Sistemində (elektron kabinet) olan ##.##.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39N koordinat sistemində 197898 kv.m torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. - Aydın olduğu kimi, cavabdeh sözügedən torpaq sahələrinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış torpaq sahəsi, həmçinin neft-qaz boru kəmərlərinin mühafizə zonasına aid etsə də aidiyyəti qurum ətraflı araşdırma apararaq sözügedən dəlili inkar etmişdir. Bu əsasla da məhkəmə kollegiyası Dövlət Neft Şirkətinin qəbul ediləcək məhkəmə aktı ilə maraqlarına toxunma məqamının olmamasına istinad edərək 3-cü şəxs statusuna xitam vermişdir. - Cavabdehin digər imtina əsası olan “təqdim olunan cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyəyn etmək mümkün olmamışdır” dəlilinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi, sözügedən torpaq sahəsinin yerləşmə mövqeyi ilə bağlı əvvəllər qəbul edilmiş məhkəmə aktlarında, həmçinin iş üzrə keçirilmiş müayinə aktlarında münasibət bildirilmiş, torpaq sahəsinin koordinatları məhz cavabdeh orqan tərəfindən müəyyən edilmişdir. Hazırda irəli sürülən dəlil müraciətə imtina edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qanuni əsas sayıla bilməz.
20. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
22. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra- dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən vaxta qədər olan redaksiyada /“Azərbaycan” qəzeti ## ###### 2008-ci il, № ***/).
26. Torpaq Məcəlləsi Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ...
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. ...
27. “Inzibati icraat haqqında” Qanun Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. ... Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... Maddə 71. Inzibati aktdan şikayət vermək hüququ 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72. Inzibati şikayətin verilməsi və geri götürülməsi qaydası 72.1. Inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
28. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
33. Işin məhkəmələr tətəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Bakı səhəri Əzizbəyov Rayon Icra Hakimiyyətinin ##.##.2006-cı il tarixli məktubu ilə Gürgan-X7 qəsəbəsinin cənub-şərq hissəsində istifadəsiz, zibilliyə çevrilmiş və antisanitariya vəziyyətində olan boş 5 (beş) ha torpaq sahəsinin, abadlaşdırılıb istirahət zonası yaradılması üçün, mövcud qanunvericiliyə uyğun olaraq, icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsinə etiraz edilməmişdir. Gürgan- Pirallahı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli protokol qərarı əsasında Gürgan-Pirallahı Bələdiyyəsi ilə MMC arasında ##.##.2007-ci tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə imzalanmış, Pirallahı qəsəbəsinin cənub-şərq hissəsində 5 (beş) ha torpaq sahəsi abadlaşdırılması və istirahət zonası yaradılması üçün MMC-nin istifadəsinə təhvil verilmişdir. Müqavilədə müddət nəzərdə tutulmamışdır. Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə MMC-nin istifadəsində olan 5 ha torpaq sahəsi və ona bitişik əlavə 14,76 ha, ümumilikdə 19,76 ha torpaq sahəsi istirahət və turizm mərkəzinin tikintisi məqsədilə MMC-nin daimi istifadəsinə verilmişdir.
34. Iddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh qeydiyyat aparmaqdan imtina etmişdir və imtina etməni aşağıdakılarla əsaslanmışdır: 1. Pirallahı Rayon Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, ***/BM-* saylı məktubu və həmin məktuba əlavə edilən “torpaq sahəsi üzərində istifadəsinə xitam verilmiş fiziki və hüquqi şəxslər, həmçinin torpağın ayrılmasına dair ləğv olunmuş sənədlər barədə” məlumat əsasında “xxxx” MMC-nin istifadəsində torpaq sahəsinin sənədləşdirilməsi müvəqqəti olaraq dayandırılmışdır; 2. ##.##.2007-ci il tarixli icarə müqaviləsində torpaq sahəsinin icarəyə verilmə müddəti qeyd edilməmişdir; 3. Təqdim edilmiş yerləşmə cizgisində müvafiq bələdiyyənin qərarına istinad olunmamışdır; 4. * saylı Bakı Inzibati Iqtisad Məhkəməsinin *-*(**)****/**** saylı və Bakı Apelyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı məhkəmə işi üzrə Idarə tərəf qismində cəlb olunmamış və Idarənin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır; 5. Elektron kadastr baza məlumatına əsasən sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla, daxilindən 159 mm-lik orta təzyiqli yerüstü qaz xətti və (Socar) Qurumlar məlumatlarına əsasən”Abşeronneft atqı xətlər” adlı boru xətti keçir. Həmçinin sahədən 150-380 metr məsafələrdə neft quyu məlumatları mövcuddur; 6. Təqdim olunan cizgidə dəqiq istinadlar göstərilməmiş, dənizdən məsafədə fərq olduğundan və perimetrik ölçüdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. 7. Həmçinin qeydiyyata alınmalı sahənin bələdiyyə ərazisi olması barədə məlumat yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin 1-6-cı dəlillərini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin hissədə əsaslandırması ilə razılaşır və bununla bağlı ayrıca təhlilə zərurət görmür.
36. Lakin məhkəmə qeydiyyata alınmalı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub olmaması barədə cavabdehin dəlilləri üzrə tam araşdırma aparmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlillə bağlı qeyd edib ki, «... Cavabdeh ## ###### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı cavab məktubuna qoşma olaraq mübahisəli torpaq sahəsinə dair ortofoto, müayinə aktı və qonşuluğundan qeydiyyatdan keçmiş torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Həmin hüquqmüəyyənedici sənədlərdən aydın olur ki, iddia olunan torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş torpaq sahələri (reyestr nömrəsi 012013000015; 012013000016; 003012000012; 012012000003) vaxtilə Əzizbəyov rayon Gürgan-Pirallahı bələdiyyəsinin müxtəlif tarixli bələdiyyə qərarları və torpaq sahələrinin alqı-satqı aktlarına əsasən ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadə və mülkiyyətinə verilmişdir. Həmin çıxarışlardan göründüyü kimi mübahisəli torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş torpaq sahələri yaşayış məntəqə təyinatlı torpaq sahələridir».
37. Lakin təqdim olunan ortofoto məlumatlarından qeydiyyata alınmış torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək mümkün deyildir. “xxxx LTD” MMC-yə son olaraq 27.29 ha torpağa istifadə hüququ tanınıb və ortofoto materiallarından kifayət qədər böyük ölçüdə olan bu torpaq sahəsinin yeri də müəyyən olunmur. Halbuku, qeydiyyata alınmış torpaq sahələri ilə, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin bitişik qonşu torpaq sahələri və ya arasında nə qədər məsafə olması barədə rəyə gəlmək mümkün olmadığı halda, mübahisəli torpaq sahəsinin ətrafında qeydiyyatdan keçmiş torpaq sahələrinin yaşayış məntəqə təyinatlı torpaq sahələri olması barədə gəlinən nəticə yarımçıq faktlara əsaslanan nəticə sayılır.
38. Bundan başqa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin torpaq sahəsi üzərində istifadə hüququnu tənzimləyən 50-ci maddəsinin 2-ci hissəsinə görə, müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən vəsahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına.
39. Göründüyü kimi bələdiyyə torpaqlarını istifadə hüququ ilə əldə edə bilən subyektlərin dairəsi qanunla məhdudlaşdırılmışdır. Bu normanın tələbləri baxımından Gürgan-Pirallahı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı əsasında iddiaçının qeyd olunan torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydiyyata alınmasının mümkünlüyünə də məhkəmə tətəfinfən qiymət verilməmişdir.
40. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
41. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
42. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.