Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4139/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X2 və üçüncü şəxs2) “torpaq sahəsinə dair çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair iddiaçının adına çıxarışın verilməsi, çıxarışın verilməsi və hüquqi yardıma görə xərclənən və mənəvi zərərə görə pulun iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X3, X8 və İddiaçı adlarına ##.##.2000-ci il tarixli, JN-***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir.
2. Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2012-ci il tarixli, *** saylı arayışında fərdi yaşayış evinin X3 tərəfindən 1969-cu ildə inşa edildiyi qeyd edilmişdir.
3. ##.##.2012-ci il tarixli, 2v-03-1325 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2000-ci ildə vəfat etmiş X3 vərəsələri X8 və İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DƏDRX-nin Şəmkir Ərazi İdarəsinin vermiş olduğu ##.##.2012-cı il tarixli, ************ nömrəli arayışa əsasən mərhum X3 aid Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 113.0 kv.m, köməkçi sahəsi 51.7 kv.m, ümumi sahəsi 164.7 kv.m olan Liter “A”, yaşayış sahəsi 101.0 kv.m, köməkçi sahəsi 72.4 kv. m, ümumi sahəsi 173.4 kv.m, olan Liter “B” və sahəsi 172.0 kv.m olan Liter “C” (əl damı-quş damı), sahəsi 24.0 kv.m olan Liter “E” (hamam), sahəsi 11.8 kv.m olan Liter “Ç” (anbar), sahəsi 12.0 kv.m olan Liter “F” (ayaqyolu), sahəsi 167.0 kv.m olan qurğu İ (talvar), sahəsi 134.0 kv.m olan qurğu II (talvar), sahəsi 39.0 kv.m olan qurğu III çardaq), sahəsi 123.0 kv.m olan qurğu IV (talvar), sahəsi 4.8 kv.m olan V (çardaq), sahəsi 21.5 kv.m olan qurğu VI (çardaq), sahəsi 1.8 kv.m olan qurğu VII (ayaqyolu) olar fərdi yaşayış evindən ibarətdir.
4. ##.##.2012-ci il tarixli miras payın bağışlanmasına dair müqavilədən görünür ki, X8 mərhum X3 miras qalmış əmlakdan ona düşən payı İddiaçı bağışlamışdır.
5. RX Seriyalı ******* saylı, ##.##.2012-ci il tarixli çıxarışdan görünür ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində tam və evin yerləşdiyi 0,58 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 2/3 hissədə, X8 mülkiyyət hüququ isə torpaq sahəsi üzərində 1/3 hissədə qeyd edilmişdir.
6. ##.##.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi X1 miras qalmış əmlakdan 1/2 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Seriya RX ******* saylı, ##.##.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X8 düşən hissəsidir.
7. ##.##.2020-ci il tarixli 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi İddiaçı miras qalmış əmlakdan 1/2 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Seriya RX ******* saylı, ##.##.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X8 düşən hissəsidir.
8. ##.##.2020-ci il tarixli müqavilədən görünür ki, X1 Şəvaim Məsim qızından qalmış miras payını İddiaçı bağışlamışdır.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndi, İsrafil Məmmədov küçəsi, ev 18 ünvanında yerləşən 0.58 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. ##.##.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Şəmkir rayonu, Dəllər- Cəyir kəndi, İsrafil Məmmədov küçəsi, ** saylı ünvanda mülkiyyətində olan 0,58 ha torpaq sahəsindən 0,0951 hissəni X7 bağışlamışdır.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.4849 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin ## ###### 2021-ci il tarixli, ************ saylı “Daşınmaz əmlakın dövlət reyestrindən” arayışında göstərilmişdir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evinə dair X3 adına ##.##.1987-ci il tarixli 77 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 0.58 ha həyətyanı torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X3, X8 və İddiaçı adlarına ##.##.2000-ci il tarixli, JN-***F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2012-ci il tarixli, *** saylı arayışında fərdi yaşayış evinin X3 tərəfindən 1969-cu ildə inşa edildiyi qeyd edilmişdir. Qeyd edilən sənədlər əsasında dövlət notariat kontoruna təqdim etmək üçün ##.##.2012-ci il tarixli, **/**** nömrəli reyestrdən arayış verilmişdir.
13. Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlər nümayəndə2, X2 və üçüncü şəxs2 iddiaçı İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən ümumi sahəsi 338.10 kv.metr olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də, Şəmkir rayon icra və probasiya şöbəsinin ##.##.2024-cü il tarixli qərarı ilə icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır.
14. Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçılar X2, üçüncü şəxs2, nümayəndə2 cavabdehlər İddiaçı, X1, üçüncü şəxslər X7, X4 və Şəmkir rayon * saylı notariat ofisinə qarşı “həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlak üzərində miras paylar haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras payların bağışlanmasına dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin miras əmlak üzərində mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə qaytarılması, həmin miras əmlaka qanun üzrə 1-ci növbə vərəsə tanınma, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi” tələblərinə dair iddiaları təmin edilməmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı nümayəndə2 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar X2 və üçüncü şəxs2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddianın X8 miras qalmış əmlaka görə cavabdehlər İddiaçı və X1 Şəmkir rayon * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli, *v-*** saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X1 miras payını İddiaçı bağışlamasına dair Şəmkir rayon * saylı notariat ofisində ##.##.2020-ci il tarixdə, *M-*** saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, həmin miras mülkə iddiaçılar X2 və üçüncü şəxs2 X5 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddianın həmin hissədə təmin edilməsi, X8 vərəsəsi kimi X1 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair ##.##.2020-ci il tarixli, 2v223 reyestrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X1 X8 qalmış miras payını İddiaçı bağışlamasına dair ##.##.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, X8 miras qalmış Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X2 və üçüncü şəxs2 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ## #### 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində üçüncü şəxs2, 0,0483 ha hissəsində isə X2 payının müəyyən edilməsi, iddiaçılar X2 və üçüncü şəxs2 apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
17. İddiaçı Şəmkir rayonu, Dəllər kəndində yerləşən fərdi yaşayış evinə ünvan verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin ##.##.2024-cü il tarixli, *-**-*-**/****/**** nömrəli imtina məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evinə təqdim etdiyi ##.##.2020-ci il tarixli ********** qeydiyyat və ************-***** reyestr nömrəli çıxarış Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi əsasında ləğv edilmişdir. Bu səbəbdən də sözügedən fərdi yaşayış evinə ünvan verilməsi ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır.
18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha torpaq sahəsinin 0.3883 ha hissəsi üzərində İddiaçı paylı mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə, 0.0483 ha hissəsi üzərində X2 və 0.0483 ha hissəsi üzərində isə üçüncü şəxs2 paylı mülkiyyət hüquqları ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
19. İddiaçı Şəmkir rayonu, Dəllər kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin ##.##.2024-cü il tarixli, *-**-*-**/****/**** nömrəli imtina məktubu ilə bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin üzərində mübahisəli hal mövcuddur və bununla da bağlı hüquqların dövlət reyestrində qeydiyyata alınmasına həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim etdiyi ************ reyestr nömrəli çıxarışda adları (payları) qeyd olunan vətəndaşların (payçıların) notarial qaydada razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin, sözügedən fərdi yaşayış evinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasına, həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim edilmiş ************ reyestr nömrəli çıxarışda adı (payı) qeyd olunan X2 etibarlı nümayəndəsi nümayəndə2 maraqlı şəxs qismində ##.##.2024-cü il tarixli, daxilolma ********** nömrəli şikayət məktubu ilə etiraz etmişdir. Qeyd olunan məktubda sözügedən fərdi yaşayış evi üzərində mübahisəli halın olması səbəbindən, məhkəmə qaydasında iddianın qaldırıldığı qeyd edilmişdir. Bundan başqa, yerində müayinə baxışı zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin 0.1214 ha zəbt torpaq sahəsi mövcuddur və qeyd olunan evin 24.0 kv.metr hamam tikilisi, 4.8 kv.metr çardaq qurğusu, 57.6 kv.m hasar hissəsi, 4.7 kv.m külfə tikilisi və digər 122.9 kv.metr çardaq tikilisi həmin zəbt sahəsinə düşür. Bu səbəbdən də, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.
20. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- ****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə cavabdeh İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş və həmin qətnaməyə izah verilməsindən imtina edilmişdir.
21. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- ****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinin ərizəsi geri qaytarılmışdır.
22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli, 3-21-3-40/2- ****/**** nömrəli məktubunda bildirilmişdir ki, ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə icra edilərək, Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11-də yerləşən 0.4849 ha torpaq sahəsinə dair 0.3883 ha onun, 0.0483 ha X2 və 0.0483 ha isə üçüncü şəxs2 adına ************ reyestr nömrəli çıxarış verilmişdir. Belə ki, sözügedən çıxarışın əldə edilməsi üçün etdiyi ödəniş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada ödənilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarış əsasında iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Dəllər-Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X2 və üçüncü şəxs2 paylarının naturada ayrılması texniki cəhətdən mümkündür. Həmin torpaq sahəsinin 0.0966 ha hissəsinin naturada bölgüsü iddiaçıların payına uyğundur. Mübahisəli torpaq sahəsindən iddiaçılar X2 mülkiyyətində olan 0.0483 ha torpaq payının və üçüncü şəxs2 mülkiyyətində olan 0.0483 ha torpaq payının iddiaçıların yaşadıqları evin həyətinə giriş qapısının sağ tərəfindən naturada ayrılıb onlara təhvil verilməklə bölünməsi mümkündür. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmayacaq. Torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı cavabdehə məxsus yaşayış evinə alternativ olaraq həmin istiqamətdə cavabdehin payına düşən hissədən olmaqla yeni gediş-gəliş yolu açılmalıdır. Mütəxəssis rəyində göstərilən qaydada torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı görüləcək yenidənqurma işlərində istifadə olunmuş materiallar dəqiqliklə müəyyən edildikdən sonra dəyərləndirilə bilər.
24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli arayışında göstərilmişdir ki, İddiaçı adına Milli Qeydiyyat Sistemində Şəmkir rayonu üzrə fərdi yaşayış evi aşkar edilmədi.
25. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*- ****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı verilmiş ## #### 2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməyə əsasən tam ləğv edilmişdir. Belə ki, sözügedən qətnamədə İddiaçı verilmiş ## #### 2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən “Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0.4849 ha torpaq sahəsinin 0.3883 ha hissədə İddiaçı, 0.0483 ha hissədə üçüncü şəxs2, 0.0483 ha hissəsində isə X2 payı müəyyən edilməsi” qət edilmişdir. Fərdi yaşayış evinin qeydiyyatı barədə məhkəmə qətnaməsində heç bir məlumat verilməmişdir. Fərdi yaşayış evinin qeydiyyatı aparılması üçün torpaq mülkiyyətçisinin razılığı verilməlidir. Belə ki, tikilinin hansı torpaq payçısının mülkiyyətində olan ərazisinə düşdüyü müəyyən olunmayıb, naturada bölgü aparılmayıb və ərazidə mübahisəli hal var.
26. ##.##.2024-cü il tarixli ***** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Gəncə şəhəri * saylı Vəkil Bürosunun hesabına 320 manat pul ödənilmişdir.
27. ##.##.2024-cü il tarixli ***** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən ƏMDX-yə xidmət haqqı olaraq 955.00 manat pul ödənilmişdir.
28. ##.##.2024-cü il tarixli ***** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən ƏMDX-yə xidmət haqqı olaraq 60 manat pul ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində birinci icraat
29. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 0.4849 ha torpaq sahəsinə dair verilmiş ************ reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair iddiaçının adına çıxarışın verilməsi, çıxarışın verilməsinə görə ödədiyi 1015 manatın, hüquqi yardıma görə ödədiyi 320 manatın və vurulmuş mənəvi zərərə görə 5000 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X2, üçüncü şəxs2 və nümayəndə2 cavabdehlər İddiaçı, X1, üçüncü şəxslər X7, X4 və Şəmkir rayon * saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Dəllər-Cəyir kəndinin İsrafil Məmmədov küçəsi ** saylı ünvanında yerləşən, mərhum X3 miras qalmış fərdi yaşayış evi tam halda və 0,58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlaka dair X8 və İddiaçı Şəmkir rayon * saylı Notariat-Ofisi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, *v-**-**** saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin miras əmlakda İddiaçı və X8 payları üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli, ##.##.2012ci il tarixli çıxarışın ləğv edilməsi, X8 həmin miras əmlak hesab edilən 0,58 ha-dan ibarət həyətyanı torpaq sahəsinin 1/3 hissəsini və mərhum əri Sultan Əliyevə tam mülkiyyət hüququ ilə məxsus olmuş, fərdi yaşayış evindəki payının İddiaçı bağışlamasına dair Şəmkir rayonu * saylı notariat ofisində ##.##.2012-ci il tarixdə, *M-**-*** saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X8 həmin miras əmlak üzrə payına cavabdehlər İddiaçı və Azad Əliyevin qanun üzrə 1-ci növbə vərəsə tanınmaları barədə Şəmkir rayon * saylı notariat ofisi tərəfindən adlarına verilmiş ##.##.2020-ci il tarixli, *v-*** saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X1 həmin mirasdakı payını etibarnamə üzrə nümayəndəsi Vəliyev İlqar Nazim oğlu vasitəsi ilə İddiaçı bağışlamasına dair Şəmkir rayon * saylı notariat ofisində ##.##.2020-ci il tarixdə, *M-*** saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair ##.##.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, miras mülkün ilkin vəziyyətinə qaytarılması, həmin miras mülkə iddiaçıların X5 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı nümayəndə2 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar X2 və üçüncü şəxs2 apelyasiya şikayətləri qismən təmin edilmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın X8 miras qalmış əmlaka görə cavabdehlər İddiaçı və X1 Şəmkir rayon * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli, *v-*** saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X1 miras payını İddiaçı bağışlamasına dair Şəmkir rayon * saylı notariat ofisində ##.##.2020-ci il tarixdə, *M-*** saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, həmin miras mülkə iddiaçılar X2 və üçüncü şəxs2 X5 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilmiş, X8 vərəsəsi kimi X1 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair ##.##.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, X1 X8 qalmış miras payını İddiaçı bağışlamasına dair ##.##.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilə etibarsız hesab edilmiş, X8 miras qalmış Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X2 və üçüncü şəxs2 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ## #### 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində üçüncü şəxs2, 0,0483 ha hissəsində isə X2 payı müəyyən edilmişdir. İddiaçılar X2 və üçüncü şəxs2 apelyasiya şikayətləri qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan tərəfindən qətnamə düzgün qaydada icra edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində "Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ## #### 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmiş qeyd edilməsinə, yəni, sözügedən çıxarış yalnız torpaq sahəsinə aid hissədə ləğv edilsə də, cavabdeh orqan çıxarışı tamamilə ləğv edərək torpaq sahəsinə dair ayrıca çıxarış vermiş, evə dair isə çıxarış verməkdən nümayəndə2 sözügedən fərdi yaşayış evinin dövlət reyestrində qeydə alınmasına etiraz etdiyi üçün imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ona çıxarış verilmədiyi üçün hazırkı vaxta qədər onun qaldırdığı “evdən çıxarılma” tələbinə dair qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnaməsi hazırkı vaxta qədər icrasız qalmışdır. Göründüyü kimi, cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə tənzimlənən məhkəmə müdafiə hüququnu pozur.
31. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
32. Üçüncü şəxslərin nümayəndəsinin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)- ****-****/**** saylı tələbkar İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.4849 ha torpaq sahəsinə dair verilmiş ## #### 2020-ci il tarixli 3120006367 qeydiyyat və 5040131744560-***** reyestr nömrəli çıxarış ləğv edilmişdir. Həmin qətnamə Şəmkir rayon icra və probasiya şöbəsi tərəfindən ##.##.2023-cü il tarixdə tam icra olunmuşdur. Onun uşaqları atalarından qalan miras əmlaka qanun üzrə birinci növbə vərəsə tanınıb və payları müəyyən olunub. Bu barədə Daşınmaz Əmlak Xidmətinin Şəmkir ** saylı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli çıxarışı mövcuddur və həmin çıxarışın surətini təqdim edir. Uşaqlarının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün və İddiaçı qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada bölünüb təhvil verilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbləri üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, iş üzrə rəy verilməsi üçün mülki iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Bildirmək istəyir ki, çıxarılmalarına dair verilmiş ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərar və Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədi Şəmkir rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il ******/****-** nömrəli qərar ilə Şəmkir Rayon Məhkəməsinə icrası mümkün olmayan qərar kimi geri qaytarılmışdır.
33. Gəncə İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia qismən təmin edilmiş, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha torpaq sahəsinə dair verilmiş ************ reyestr nömrəli çıxarış tam ləğv edilmiş, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.3883 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinin İddiaçı adına, 0.0483 ha torpaq sahəsinin X2 və 0.0483 ha torpaq sahəsinin üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddiaçının çıxarışın verilməsinə görə ödədiyi 60 manat xidmət haqqı və hüquqi yardıma görə ödədiyi 320 manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsindən tutularaq iddiaçı İddiaçı ödənilməsinə qərar verilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
34. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki: - cavabdeh orqan tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi icra olunarkən icradan kənara çıxma halı olmuş və cavabdehin bu hərəkətləri qanunauyğun olmamışdır. - Hazırkı iş üzrə üçüncü şəxslər və onların anası olan nümayəndələri mübahisəli evə dair X3 ölümündən sonrakı bütün hüquqmüəyyənedici sənədləri məhkəmədə mübahisələndirmişlər və məhkəmə qətnaməsi ilə (Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi) X8 vərəsəsi kimi X1 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair ##.##.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X1 X8 qalmış miras payını İddiaçı bağışlamasına dair ##.##.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, X8 miras qalmış Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X2 və üçüncü şəxs2 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ## #### 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində üçüncü şəxs2, 0,0483 ha hissəsində isə X2 payının müəyyən edilməsi qət edilmiş, qalan hissədə isə iddia təmin edilməmişdir. - İddianın təmin edilməyən hissəsi – Şəmkir rayonu, Dəllər Cəyir kəndinin İsrafil Məmmədov küçəsi 18 ünvanında yerləşən, mərhum X3 miras qalmış fərdi yaşayış evinin tam halda və 0.58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissədəndən ibarət miras əmlaka dair X8 və İddiaçı Şəmkir rayonu * saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli *v-**-**** saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin miras əmlakda X8 və İddiaçı payları üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli ##.##.2012-ci il tarixli çıxarışın ləğv edilməsi, X8 həmin miras əmlak hesab edilən 0.58 ha-dan ibarət həyətyanı torpaq sahəsinin 1/3 hissəsini və mərhum əri Sultan Əliyevə tam mülkiyyət hüququ ilə məxsus olmuş fərdi yaşayış evindəki payının İddiaçı bağışlanmasına dair Şəmkir rayonu * saylı notariat ofisində ##.##.2012-ci il tarixində *M-**-*** saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbindən ibarət olmuşdur - Yəni, mülki işə baxan apellyasiya instansiya məhkəməsi mərhum X3 ölümündən sonra miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair hissədə iddianı təmin etməmişdir. Hansı ki, mərhum X3 ölümündən sonra miras qalmış əmlak 0.58 ha torpaq sahəsinin 1/3 hissəsi və onun üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. X8 vəfat etmədən əvvəl mərhum X3 miras qalmış əmlakdan ona düşən payı İddiaçı bağışlamış və Şəmkir rayonu, Dəllər Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə, evin yerləşdiyi 0,58 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ, torpaq sahəsinin 1/3 hissəsində X8 mülkiyyət hüququ qeydə alınaraq, bu barədə RX Seriyalı ******* saylı, ##.##.2012-ci il tarixli çıxarış tərtib edilmişdir. - Həmin işə baxan məhkəmə yalnız X8 ölümündən sonra miras qalmış əmlaka dair verilmiş hüquqmüəyyənedici sənədləri ləğv etmiş və mərhum X5 X8 əvvəl ölməsi və onun övladlarının məhz X8 miras əmlakdan atalarına çatası paydan miras almaq hüquqlarının olması, habelə miras əmlakı faktiki qəbul etmələri halına istinad etmişdir. - Göründüyü kimi, məhkəmə mübahisəli evlə bağlı məsələyə baxarkən X5 və övladlarının X3 ölümündən sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmədikləri üçün onları X3 vərəsəsi hesab etməmiş, yalnız X8 ölümündən sonra miras qalmış əmlaka dair paylarını müəyyən etmişdir ki, həmin əmlak da 0.58 ha torpaq sahəsinin X8 məxsus 1/3 hissəsindən ibarət olmuşdur. - Məhkəmə qətnaməsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ## #### 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair hissədə ləğv edilmişdir. Buna baxmayaraq, ** saylı Şəmkir Ərazi İdarəsi həmin çıxarışı torpaq sahəsinə münasibətdə deyil, bu barədə heç bir əsas olmadan tam olaraq ləğv etmiş, bununla da İddiaçı mübahisəli torpaq sahəsinin üzərində yerləşən ** saylı evin üzərində mülkiyyət hüququna dair qeydiyyatı ləğv olunmuşdur. Ərazi İdarəsi çıxarışın tam ləğvini həyata keçirdiyi halda belə, fərdi yaşayış evinin İddiaçı miras üzrə keçməsinə və bağışlanmasına dair sənədlər ləğv edilmədiyi üçün, həmin sənədlərin ləğvinə dair hissədə iddia rədd edildiyi üçün yeni çıxarış verərkən də sözügedən evi İddiaçı adına qeyd etməli (əvvəlki qeydiyyat hüquqi qüvvəsini almalı) idi. - İddiaçı tərəfindən hüquqi yardıma görə Gəncə şəhəri * saylı Vəkil Bürosunun hesabına 320 manat pul ödənilmişdir. İddiaçı tərəfindən ƏMDX-yə xidmət haqqı olaraq 955.00 manat və 60 manat olmaqla, cəmi 1015 manat pul ödənilmişdir. Həmin tələb hüquqi yardıma görə 320 manat və xidmət haqqına görə 60 manatın ödənilməsinə münasibətdə təmin edilməlidir. 955 manat xidmət haqqının geri qaytarılması ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəfindən düzgün olmasa da, iddiaçının adına torpaq sahəsinə dair hüquqları qeydiyyata alınaraq çıxarış verildiyindən, iddia həmin hissədə təmin edilməməlidir. - İddiaçı tələbində 5000 manat mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdeh orqanın hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasına, mənəvi ziyan məbləğinin məhz 5000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
35. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-
36. *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.Bayramov – sədrlik edən, ci il tarixli, R.Mamedov və A.İsgəndərova) üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
38. Üçüncü şəxslər həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
39. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
40. Kassatorlar qeyd edirlər ki, iddiaçının dövlət qeydiyyatına aldırmaq istədiyi 338.1 kv.m olan fərdi yaşayış evi, əslində, 173 kv.m və 164.7 kv.m olan iki fərdi yaşayış evindən ibarətdir. 173 kv.m olan fərdi yaşayış evi üçüncü şəxslərə məxsus olan 0.0483 ha torpaq sahəsinin üzərində deyil, bələdiyyə mülkiyyətində yerləşən torpaq sahəsinin üzərində yerləşir. Bu barədə müvafiq mütəxəssis və ekspert rəyi mövcuddur. Bu səbəbdən də iddiaçı 173 kv.m olan fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaqla müvafiq çıxarış əldə edə bilməz.
41. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 25, 26, 60 və 71-ci maddələrinə, Mülki Məcəllənin 139 və 152-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 11 və 24-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 12, 58 və 68-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77, 78, 88, 216, 217, 385, 388 və 418-ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. ...
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
46. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
50. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
51. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinə dair çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair iddiaçının adına çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
53. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
54. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
55. MPM-in 82.3-cü maddəsinin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində müəyyən edilmiş hallarla bağlı olduğundan əsassızdır. Belə ki, qeyd edilən qətnamə hazırkı iş üzrə eyni tərəflər (iddiaçı və üçüncü şəxslər) və eyni predmet (hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış) barəsində olmaqla qanuni qüvvəyə minmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi icra olunarkən icradan kənara çıxma halı olmuş və cavabdehin bu hərəkətləri qanunauyğun olmamışdır.
58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Üçüncü şəxslər X2 və üçüncü şəxs2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.