Məhkəmə qərarları › İş №2-1(102)-414/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-414/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-414/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış pensiya kapitalının 80% artırmaqla pensiyanın yenidən hesablanması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış (illik indeksasiyalar nəzərə alınmaqla) 14.823,43 manat miqdarında olan pensiya kapitalını 80% artırmaqla pensiyasının yenidən hesablanmaqla 2017-ci il 1 iyul tarixindən hazırki iş üzrə qəbul olunacaq qərar icra edildiyi günə qədər olan fərqin və növbəti aylarda həmin fərqə uyğun olaraq pensiyasının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1468/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1951 -ci ildə doğulmuşdur, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 32, mənzil 115-də yaşayır.

2. Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatına əsasən “Azneft” İstehsalat Birliyində neft sahəsində xx.xx.1975-ci il tarixdən müxtəlif vəzifələrdə işləmişdir, əmək kitabçası ilə 38 il 6 ay 6 gün stajı, digər sənədlər üzrə 40 il 6 ay 6 gün stajının olduğu qeyd edilmişdir.

3. İddiaçıya 2014-cü ildən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş, 2014-cü il tarixdən işdən çıxması ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq üzərinə əlavələr edilmişdir. Sonradan iddiaçı fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığort a hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının 80% artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış x xxxxxx 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.1 maddəsi əsasında iddiaçının pensiyasının baza və sığorta hissəsi cəmi məbləğ dəyişdirilmədən sığorta hissəyə şərti çevrilməsi aparılmışdır. Eyni zamanda da, həmin qanunun 27.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80% artırılması x xxxx 2017-ci il tarixdən sonra pensiya hüququ yaranan şəxslərə şamil edir. Çünki qanunda istifadə edilməmiş sığorta kapitalı artırılır. İddiaçıya 2014-cü il tarixədək əmək pensiyası t əyin olunduğu üçün həmin tarixədək olan sığorta kapitalından istifadə etdiyi üçün yenidən həmin tarixədək olan sığorta kapitalını 80% artırmaqla hesablanması qanunvericiliklə mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı xx xxxxxx 2020-ci tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış (illik indeksasiyalar nəzərə alınmaqla) 14.823,43 manat miqdarında olan pensiya kapitalını 80% artırmaqla pensiyasının yenidən hesablanmaqla 2017-ci il 1 iyul tarixindən hazırki iş üzrə qəbul olunacaq qərar icra edildiyi günə qədər olan fərqin və növbəti aylarda həmin fərqə uyğun olaraq pensiyasının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 63 yaşının tamam olması ilə əlaqədar 2014- cü ildən əmək pensiyasına çıxmışdır. Həmin dövrdə pensiyası 283 manat təşkil edirdi. xx xxxxxx 2014-cü il tarixində əmək pensiyasına çıxdığı vaxt yığdığı 29.646,46 manat pensiya kapitalının yalnız 50%-dən istifadə etməklə və 144 rəqəminə bölməklə (14.823,23:144)-ona əmək pensiyası hesablanmışdır. xx xxxx 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti pensiya kapitalının yığılmış və istifadə olunmamış hissəsinin 80%-dən pensiya artımında istifadə edilməsi barədə qanun imzalanmışdır. İddiaçının pensiyası yenidən hesablanmalıdır. İddiaçı bu barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, cavabdeh in imtinası əsassızdır.

7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hesablanması həmin tarixdə qüvvədə olan qanunvericiliyin şərtləri əsasında, xx.xx.2006 cı ilədək olan 32 il 6 ay əmək stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınan 14.823,43 manat pensiya kapitalı əsasında aparılmışdır. Bu hesablama ilə onun pensiyası 283,43 manat təşkil etmişdir. (BH-100,00 + BHƏ-10,00 (müharibə iştirakçıların verilən əlavə) + SH-70,20 + PSK- 102,94 = P283,14 manat). x xxxx 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklə həmin Qanunun 26.1 maddəsi əsasında x xxxx 2017-ci ilədək təyin edi lmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılmışdır. Həmin Qanunun 27.1-ci maddəsində sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır, vətəndaşın iddiası ilə əlaqədar olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Qanunun 26.1 maddəsi əsasında iddiaçının pensiyasının baza və sığorta hissəsi cəmi məbləğ dəyişdirilmədən sığorta hissəyə şərti çevrilməsi aparılmışdır. Həmin Qanunun 27.1 ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80% artırılması x xxxx 2017-ci il tarixdən sonra pensiya hüququ yaranan şəxslərə şamil edilir. Qanun 27.1 -ci maddəsində qeyd edildiyi kimi xx.xx.2006-cı il tarixdən x xxxx 2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanan və istifadə edilməmiş pensiya sığorta kapitalı 80 % artırılır. İddiaçının pensiya hüququ xx.xx.2014-cü ildə yaranış və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı ona pensiya təyin edilərkən hesablanaraq ödənilmişdir. İddiaçı pensiya sığorta kapitalından istifadə etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-2743/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının tələbi üzrə barəsində istinad olunun həmin Qanun normalarının tətbiq edilməsi mümkün deyildir. Belə ki, sözügedən Qanunun x xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş 27.1-ci maddəsində bu normanın həmin tarixdən əvvəl əmək pensiyası təyin olunmuş şəxslərə tətbiq olunmasının istisna olunduğu nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla iddiası sübut olunmur.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X1 və X4, 2-1(103)-1468/2020 saylı iş) xx xxxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 13. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hi ssəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 % artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

14. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüquqi vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyəti itirildiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının o cümlədən, sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

15. İddiaçı hesab edir ki, apelyasiya şikayəti tam əsaslı idi, sənədlərlə sübuta yetirilir, lakin məhkəmələrin maddi və prosessual tələbləri pozması səbəbindən düzgün qiymət verilməyərək apelyasiya şikayəti təmin olunmur ki, nəticədə o, məhkəmə süründürməçiliyinə məruz qalır. İddia ərizəsində və apelyasiya şikayətində qeyd etdiyi bütün bu hallar iş materiallarında öz təsdiqini tapır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kasasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; (-); 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-); 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; (-). 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının s ığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, x xxx 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. xx xxxx 2017-ci il tarixli 543-VQ D nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, x xxx 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, A li Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

21. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şik ayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 24. 2 mart 2014-cü ildə iddiaçıya yaşa görə ə mək pensiyası təyin edilmişdir.

25. İddiaçı hesab edir ki, fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılıb 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyası yenidən hesablanmalıdır.

26. Cavabdehin mövqeyinə görə iddiaçıya 2014-cü ildə pensiya təyin edildiyindən və iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi x xxxx 2017-ci ildə qüvvəyə mindiyindən, bu norma x xxxx 2017-ci ildən pensiya hüququ olan şəxslərə şamil olunduğundan iddiaçının tələbi əsaslı olmamışdır.

27. İddiaçı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, ona pensiya təyin olunduqdan az sonra başqa işdə işləməyə başl amışdır, müəyyən miqdarda əmək haqqı alır və bu əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulur. O, hazırkı iddiasında pensiya təyin olunduqdan sonra yığdığı pensiya kapitalına görə pensiyanın yenidən hesablanmasını deyil, pensiya təyin olunan zaman istifadə olunmamış pensiya kapitalının 80 faizə çatdırılmasını və fərdi hesabının sığorta hissəsində qeydə alınmasını istəyir.

28. Hazırkı mübahisə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilənə qədər toplamış olduğu pensiya kapitalının yenidən nəzərə alınmalı olması ilə bağlıdır.

29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 30. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin x xxxx 2007-ci ildən qüvvədə olan üçüncü cümləsinə görə sığortaolunanların, o cümlədən işləyən əmək pen siyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

31. Yuxarıda qeyd olunduğu kimi bu cümlə əvvəllər “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində olmamış, x xxxx 2017-ci ildən qüvvəyə minməklə sonradan əlavə edilmişdir.

32. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, x xxxxxx 2006-cı ildən x xxxx 2017ci ilə qədər (təbii ki, həm də x xxxx 2017-ci ildən sonra) olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman 27.1-ci maddənin üçüncü cümləsi tətbiq oluna bilər. Çünki bu kateqoriyaya aid şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda x xxxxxx 2006-cı ildən x xxxx 2017-ci ilədək olan dövr ərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilən və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra x xxxx 2017-ci ilə qədər işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olu nmamış pensiya kapitalı 80 faiz artırılmaqla x xxxx 2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır.

33. İddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla 2014-cü ildə ona pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır.

34. İddiaçının pensiya təyin edilənə qədər topladığı pensiya kapitalından istifadə edilərək ona pensiya təyin edilmiş, bu zaman fərdi hesabının sığorta hissəsində istifadə edilməmiş pensiya kapitalı mövcud olmamışdır.

35. Odur ki, iddiaçının m üraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur.

36. Cavabdehin mövqeyi ilə razılaşan apelyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80 faiz miqdarında artırılması x xxxx 2017-ci il tarixdən sonra pensiya hüququ yaranan şəxslərə şamil edildiyindən iddiaçı müraciətində haqlı olmamışdır.

37. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun üçüncü cümləsi x xxxx 2017-ci il tarixdən qüvvəyə minsə də, cümlənin mənasından da görünür ki, bu norma x xxxx 2017-ci ilə qədər pensiya hüququ yaranmış şəxslərə də şamil oluna bilər. Lakin bu zaman nəzərə alınmalıdır ki, bu norma x xxxx 2017 -ci ilə qədər pensiya hüququ yaranmış o şəxslərə şamil olunacaq ki, həmin şəxslərə ya x xxxx 2017-ci ilə qədər pensiya təyin edilməmiş olsun, ya da pensiya təyin edilsin və şəxs işləməkdə davam etsin.

38. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndində “Əmək pensiyaları haqqında” Qanunun üçüncü cümləsinin tətbiqi ilə bağlı Misal 45-də 2017-ci ilin martında, yəni x xxxx 2017-ci ilə qədər pensiya hüququ yaranmış şəxsə münasibətdə yeni normanın hansı qaydada tətbiq ed ilməsi izah edilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan iddiaçının kasasiya şikayəti təmin oluna bilməz.

40. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1468/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar