Məhkəmə qərarları › İş №2-1(102)-414/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-414/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-414/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, elektron kadastra daxil edilmiş məlumatların silinməsi, bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınm az Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, elektron kadastra daxil edilmiş məlumatların silinməsi və bağ sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(103)-22/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında” xx.xx.1968-ci il tarixli, 16250 nömrəli müqavilə ilə Bakı şəhər ZDS İK-nın bağ bölgüsü üzrə komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 10 nömrəli protokola əsasən Ləhiş bağ massivində yerləşən 1462 nömrəli 0,25 ha bağ sahəsi xx.xx.1978-ci il tarixədək X2 icarəsinə verilmişdir. 2. “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında” xx.xx.1968-ci il tarixli, 16480 nömrəli müqavilə ilə Bakı şəhər ZDS İK-nın bağ bölgüsü üzrə komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 16 nömrəli protokola əsasən Ləhiş bağ massivində yerləşən 1462 nömrəli 0,25 ha bağ sahəsi xx.xx.1978-ci il tarixədək 10 il müddətinə iddiaçının icarəsinə verilmişdir. 3. “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında” xx.xx.1979-ci il tarixli, 16480 nömrəli müqavilə ilə Bakı şəhər ZDS İK-nın bağ bölgüsü üzrə komissiyasının qərarına müvafiq olaraq xx.xx.1 968-ci il tarixli, 16 nömrəli protokola əsasən Ləhiş bağ massivində yerləşən 1335 nömrəli 0,25 ha bağ sahəsi 10 il müddətinə iddiaçının icarəsinə verilmişdir. 4. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 16480 nömrəli müqavilə ilə Bakı şəhəri, Ləhiş qəsəbəsində yerləşən 1335 nömrəli 0,25 ha bağ sahəsi iddiaçının icarəsinə verilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi ilə iddiaçı arasında bağlanmış “Ləhiş ərazisindəki 1335 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 16480 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1968-ci il tarixli, 16 nömrəli sərəncamına (protokoluna) əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 1335 nömrəli 0,25 ha bağ sahəsi i ddiaçının istifadəsinə verilmişdir.

6. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 528948 nömrəli dövlət kadastr kitabında xx.xx.2014-cü il tarixində 41041 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən, həmin sənəd Bakı şəhər İH BTİ və İBnin xx.xx.1968-ci il tarixli, 16250 nömrəli müqaviləsi ilə bağ evinin tikintisi üçün Bayramov X9 verilmiş Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha sahəsi olan 1462 nömrəli bağ sahəsinə dair tərtib edilmişdir.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1462 nömrəli bağ sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdı r. Həmin torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. 8. 23.01.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, xx.xx.2001-ci il tarixdə ölmüş X1 vərəsəsi Maraqlı şəxsdur və şəhadətnamə verilən miras əmlak hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1462 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,25 ha torpaq sahəsindən ibarətdir.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı, 571142 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1462 nömrəli bağ sahəsinə Maraqlı şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1335 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

11. Cavabdeh xx.xx.2015-ci il tarixli məktubda bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyini əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. 12. “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 180 nömrəli mütəxəssis rəyinə əsasən, naturada mübahisələndirilən torpaq sahələrinin (1335 və 1462 nömrəli bağ torpaq sahələri) koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şə raitdə “Google Yer” proqramının ortofoto görüntülərinə və ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən iddiaçıya məxsus 1335 nömrəli və üçüncü şəxsə ayrılmış 1462 nömrəli bağ sahələri biri-birindən 192 metr kənarda yerləşir, birgə sərhədləri yoxdur və üst-üstə düşmür. Lakin üçüncü şəxsə müvafiq hüquqverici sənədlər, həmçinin xx.xx.2015-ci il tarixdə plan-ölçü sənədi tərtib edilərkən koordinatlar 1462 nömrəli bağ sahəsinin ərazisinə deyil, iddiaçıya məxsus 1335 nömrəli bağ torpaq sahəsinin ərazisinə işlənmişdir. 13. “X7” tərəfindən təqdim olunmuş mütəxəssis rəyinə əsasən, iddiaçının torpaq sahəsinin naturada yeri Ləhiş bağlarının sxematik xəritəsinə uyğun olaraq 1335 nömrəli bağla üst-üstə düşür. Ləhiş bağlarının sxematik bölgü planına əsasən X2 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 1462 nömrəli torpaq sahəsinin ilkin icarə müqaviləsi üzrə tərtib edilmiş plan-ölçü sənədinin həmin şəxsin adına xx.xx.2015-ci ildə tərtib olunmuş plan-ölçü ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında” xx.xx.1979-cu il tarixli, 16480 nömrəli müqavilə ilə iddiaçının adına olan 1335 nömrəli torpaq sahəsinin naturada yeri Ləhiş ərazisi üzrə bağ sahələrinin bölgü sxeminə (planına) əsasən 1334 və 1336 nömrəli torpaq sahələrinin qonşuluğunda (arasında) yerləşir. 1462 nömrəli torpaq sahəsinin naturada yeri Ləhiş ərazisi üzrə bağ sahələrinin bölgü sxeminə (planına) əsasən 1461 və 1463 nömrəli torpaq sahələrinin qo nşuluğunda (arasında) yerləşir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 1334 və 1336 nömrəli torpaq sahələrinin naturada yeri Ləhiş ərazisi üzrə bağ sahələrinin bölgü sxeminə (planına) əsasən müəyyənləşdirilmiş və müvafiq olaraq 1333, 1335 və 1337 nömrəli torpaq sahələri ilə həmsərhəddirlər. X2 adına xx.xx.2015-ci ildə tərtib olunmuş plan-ölçüdə qeyd olunmuş 1462 nömrəli bağ sahəsi Ləhiş ərazisi üzrə bağ sahələrinin bölgü sxemində (planında) 1335 nömrəli bağ sahəsinin yerində yerləşdiyinə görə X5 adına xx.xx.2016-cı il tarixdə tərtib olunmuş plan-ölçüdə qeyd olunmuş 1336 nömrəli bağ sahəsi ilə hasarla ayrılmış qonşu sahələrdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin onunla bağladığı müqavilə nəzərə alınaraq, digər şəxsin adına verilmiş əsası olmayan sənədin ləğv edilməsi və bağın adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

15. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən istifadəsinə verilmiş 1335 nömrəli bağ sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

16. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1335 n ömrəli 0,25 ha bağ sahəsinə dair üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi və bağ sahəsinin nömrəsində yol verilmiş uyğunsuzluq aradan qaldırılmaqla həmin bağa dair plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

17. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş dövlət kadastr kitabında xx.xx.2014-cü il tarixdə 41041 nömrə ilə uçota alınmış A 528949 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi il ə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1335 nömrəli 0,25 ha bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,25 ha olan 1462 nömrəli bağ Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1968-cı il tarixli, 16 nömrəli sərəncamına əsasən ona məxsusdur. Həmin tarixdən etibarən hər il torpaq vergilərini ödəmiş və qəbzləri təqdim etmişdir. Bağlar Təsərrüfatının İnkişafı və İsti smarı Birliyinin iddiaçı ilə bağladığı xx.xx.2007-ci il tarixli sonuncu müqavilədə həmin bağ 1335 nömrəli bağ kimi göstərilmişdir.

19. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtinasındakı dəlillərə istinad edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 21. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: Zaur Tağıyev) 16 may 2019cu il tarixli, 2-1(82)-5/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş dövlət kadastr kitabında xx.xx.2014-cü il tarixdə 41041 nömrə ilə uçota alınmış A 528949 nömrəli torpaq s ahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilmiş, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1335 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli bağ sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.

23. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkü n sayılmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: Kəmalə Abiyeva /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Ülvi Mayılov) 05 noyabr 2019-cu il tarixli, 2-1(103)-2044/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin məhz Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2007ci il tarixli, 16480 nömrəli müqaviləyə əsasən onun istifadəsinə verilmiş torpaq sahəsi olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.

26. İddiaçı kassasiya şikayəti verərək, h əmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 17 mart 2020-ci il tarixli, 2-1(102)-947/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən bütün bu illər ərzində mübahisəli torpaq sahəsinə görə dövlətə müvafiq ödənişlər edilməsi, eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda (ətrafında) yerləşən torpaq sahələrinin iddiaçın ın qardaşının və bacısının istifadəsində olması araşdırma predmeti olmamış və nəticə etibarı ilə də onlara İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Valeh Ağayev /sədrlik edən və məruzəçi/, Afaq Nuriyeva və Aida Hüseyn) 25 avqust 2020-ci il tarixli, 21(103)-1201/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

31. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş et mişdir.

32. Həmçinin üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /sədrlik edən və məruzəçi/, İlqar Dadaşov və Rahib Nəbizadə) 16 fevral 2021-ci il tarixli, 2-1(102)-77/2021 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdehin kassasiya şikayətinə əsasən ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdehin şikayəti iddianın rədd edilməsi tələbinə aid hissədə təmin edilməmiş, üçüncü şəxsin şikayəti üzrə kassasiya mümkün sayılmamışdır.

34. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizəsində iddia etdiyi “elektron kadastra daxil edilmiş məlumatların silinməsi” məzmununda müraciət etdiyinə dair işdə məlumat yoxdur. Digər tərəfdən, məhkəmələr iddianı təmin edərək cavabdehin üzərinə iddia olunan həmin məzmunda öhdəlik qoyarkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin qeyd olunan məzmunda tələbə cavab verməli olub-olmadığını – “kadastra daxil edilmiş məlumatların silinməsi”nə səlahiyyətli (iqtidarlı) olub-olmadığını ümumiyyətlə müzakirə etməmişlər. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddia etdiyi “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X1 adına verilmiş Dövlət Kadastr kitabında xx.xx.2014-cü il tarixində 41041 nömrə ilə uçota alınmış A 528949 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi” məzmununda tələbinin İnzibati Prosessual Məcəllənin 34.1 və 35.1-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanılmamış və qiymətləndirilməmişdir. İddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1335 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə gəldikdə, həmin məzmunda iddianın mümkünlük şərtlərinə cavab verdiyi işin hazırkı vəziyyətində şübhə doğurmasa da, həmin tələbin mahiyyətcə həlli, işin digər hallar ı ilə yanaşı, həm də iddiaçının digər tələbinin hüquqi taleyi ilə bağlı olduğundan, onların əsasları eyni vaxtda yoxlanılmalı və qiymətləndirilməlidir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

35. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının vəkili izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmədən, elektron kadastr məlumatlarına istinad edilərək əsassız mütəxəssis rəyi verilmiş, həmin rəy olduğu kimi ekspert rəyinə köçürülmüşdür. Məhz elektron kadastr məlumatlarında səhvlik olduğu iş üzrə araşdırma nəticəsində aşkar görünür.

36. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 07 sentyabr 2023-cü il tarixli, 2-1(103)-22/ 2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

37. İddianın mümkünlüyünə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh orqana bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması tələbi ilə müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmış, məhkəmə gedişatında tələbinin həcmini artırmış, keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş Dövlət Kadastr kitabında xx.xx.2014-cü il tarixdə 41041 nömrə ilə uçota alınmış A 528949 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elekt ron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1335 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, illərlə iş məhkəmələr tərəfindən araşdırılmış, qeyd edilən tələbə qarşı cavabdeh tərəfindən etiraz ərizələri və apellyasiya şikayəti verilmişdir. Belə olan halda, ilkin olaraq inzibati orqana artırılmış tələb üzrə məhkəmədən əvvəl müraciət edilməsi öz prosessual əhəmiyyətini bir növ itirmiş hesab edilir. Məhkəmə kollegiyasının da mövqeyi ondan ibarətdir ki, artıq inzibati orqan tərəfindən irəli sürülmüş tələ b üzrə etiraz ərizələri təqdim edildiyindən, prosessual qənaət prinsipini rəhbər tutaraq yenidən iddiaçının inzibati orqana müraciətinin edilməsinə ehtiyac duyulmur. Buna baxmayaraq, iş kassasiya instansiya məhkəməsindən yenidən baxışa qaytarıldıqdan sonra iddiaçı tərəfindən sonuncu tələb üzrə məhkəmədən kənar inzibati orqana müraciət ünvanlanmış, cavabdeh inzibati orqan tərəfindən sözügedən müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələlər idarənin səlahiyyətləri xaricindədir. Bundan əlavə, hazırkı iş üzrə cavabdeh inzibati orqanın səlahiyyətli olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin birinci hissəsi vaxtilə mövcud olmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X1 adına verilmiş Dövlət Kadast r kitabında xx.xx.2014-cü il tarixində 41041 nömrə ilə uçota alınmış A 528949 nömrəli torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi ilə bağlıdır. İddiaçının silinməsini xahiş etdiyi məlumat elektron kadastra keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən daxil edilmiş olsa da, hazırda dövlət torpaq kadastrı ilə bağlı səlahiyyətlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə verilmişdir. Belə olan halda qaldırılan iddia üzrə cavabdehlik daşıyan inzibati orqan məhz Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsidir.

38. İddianın mahiyyətinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarındakı sənədlərdən göründüyü kimi, həm iddiaçının, həm də üçüncü şəxsin (onun hüquqi sələfinin) adına Ləhiş bağ massivində bağ sahələrinin ayrılmasına dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış müqavilələrin mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur. İddiaçı ilə cavabdehin hüquqi sələfləri və cavabdehin özü ilə müxtəlif vaxtlarda 3 dəfə bağlanmış müqavilələr qanunidir. İş materiallarındakı müqavilələrdən, arxiv materiallarından aydın göründüyü kimi, iddiaçıya ilkin olaraq Bakı şəhər ZDS İK-nın bağ bölgüsü üzrə komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 16 nömrəli protokola əsasən 1462 nömrəli bağ sahəsi ayrılmış, iddiaçının ərizələri əsasında müqavilələrin müddətləri uzadılmış, daha sonrakı eyni nömrəli (16480) müqavilələrdə bağın nömrəsi 1335 olaraq qeyd edilmişdir.

39. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli bağ sahəsi ilə bağlı müxtəlif vaxtlarda ekspertizalar keçirilmişdir. Mütəxəssis rəylərindən ikisi özəl, müstəqil ekspertiza mərkəzləri tərəfindən (“X12 və Ekspertiza Mərkəzi” MMC və “X7” MMC) tərtib olmuşdur. İş materiallarının qarşılaşdırılmasından aydın olur ki, bu mütəxəssis rəylərinin nəticələri birbirini təkzib etmir və hər iki hal tədqiqatın nəticəsinin doğruluğuna dair şübhə doğurmur, tədqiqat sualları aydın və konkret şəkildə cavablandırılmışdır. Lakin cavabdeh orqanın mühəndis-inventarlaşdırıcısı tərəfindən təqdim edilən mütəxəssis rəyinin məlumatları olduğu kimi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mər kəzinin ekspertləri tərəfindən işlənilməklə təqdim olunmuş ekspert rəyi mötəbər hesab edilmir. Belə ki, iş materiallarının araşdırılmasından məlum olmuşdur ki, ekspert qarşısında qoyulmuş suallar səthi şəkildə və qısa formada cavablandırılmış, ətraflı araşdırma aparılmadan, sadəcə mütəxəssis rəyinə əsasən tədqiqat prosesi başa çatdırılmışdır. Ekspert rəyində ekspert tərəfindən qeyd olunmuşdur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından iş üzrə müvafiq mütəxəssis rəyinə istinad olunmuşdur.

40. Göründüyü kimi, mübahisələndirilən bağ sahəsi ilə bağlı təqdim olunmuş ekspert rəyinin mötəbərliyinə şübhə vardır. Buna səbəb ekspert rəyinin tamamilə cavabdeh tərəfindən təqdim olunmuş mütəxəssis rəyi ilə eyni olmasıdır. Mütəxəssis rəyi elektron baza məlumatları rəhbər götürülməklə tərtib olunmuş, tərəflərin iştirakının təmin olunması ilə yerli baxışın keçirilməsi təmin olunmamışdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının tələbinin mahiyyəti həm də elektron baza məlumatlarında səhvliyin olması və onun aradan qaldırılması ilə bağlı olmuşdur. Bu halda məhz elektron baza məlumatlarına əsasən hazırlanan rəy şübhəli qəbul edilir. Belə ki, dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən iddiaçıya məxsus 1335 nömrəli və üçüncü şəxsə ayrılmış 1462 nömrəli bağ sahələri biri-birindən 192 metr kənarda yerləşir, birgə sərhədləri yoxdur və üst-üstə düşmür. Lakin üçüncü şəxsə müvafiq hüquqverici sənədlər, həmçinin xx.xx.2015-ci il tarixdə plan-ölçü sənədi tərtib edilərkən koordinatları öz yerinə, yəni 1462 nömrəli bağ sahəsinin ərazisinə deyil, iddiaçıya məxsus 1335 nömrəli bağ torpaq sahəsinin ərazisinə işlənmişdir. Cavabdeh inzibati orqanın da iddiaçının ilkin müraciəti üzrə imtina məktubuna və daha sonra etiraz ərizəsinə, apellyasiya şikayətinə diqqət edildikdə aydın görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 1335 nömrəli bağ müqaviləsinin yerləşməsi qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğundur. Lakin idarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlər əsasında üçüncü şəxsin adına **********40 reyestr nömrəsi ilə 1462 nömrəli bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir.

41. Cavabdeh orqanın qeyd edilən imtinasından o nəticə hasil olur ki, vaxtilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsə dair elektron kadastra işlənmiş məlumat düzgün olmamışdır. Belə ki, iddiaçının iddia etdiyi bağ (1335 nömrəli) nömrə ardıcıllığına görə göstərilən yerə uyğundur. Göstərilənlərə əlavə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi bağ sahəsinə dair uzun illər ərzində müvafiq ödənişlər etməsi, hasar qonşusunun vaxtilə bacısı və qardaşına ayrılmış bağ sahələri olması və iddia etdiyi bağın nömrə ardıcıllığına görə göstərilən yerə uyğun olması onu deməyə əsas verir ki, müvafiq inzibati orqan tərəfindən üçüncü şəxsin kadastr məlum atları elektron bazaya səhv işlənilmişdir.

42. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

43. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüq uqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz m ülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 46. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağç ılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın d ayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 48. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəy yən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

52. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassı zdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

53. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

54. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kas sasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun, zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

55. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisəli bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

56. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

57. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

58. Bu qərarın 46-cı bəndində istinad ol unan normalara görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağacl ar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.

59. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi istinad edilən normalara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, onun icarəsinə verilmiş 1335 nömrəli 0,25 ha bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

60. Bu qərarın 47-ci bəndində istinad edilən normalara əsasən, 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

61. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həm iddiaçının, həm də üçüncü şəxsin (onun hüquqi sələfinin) adına Ləhiş bağ massivində bağ sahələrinin ayrılmasına dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə müvafiq müqavilələr bağlanılmışdır və həmin müqavilələrin mötəbərliyi şübhə doğurmur. İş materiallarına əlavə olunmuş müqavilələrdən, arxiv materiallarından aydın görünür ki, iddiaçıya ilkin olaraq Bakı şəhər ZDS İK-nın bağ bölgüsü üzrə komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 16 nömrəli protokola əsasən 1462 nömrəli bağ sahəsi ayrılmış, sonrakı tarixlərdə bağla nılmış eyni nömrəli (16480) müqavilələrdə bağın nömrəsi davamlı olaraq 1335 kimi qeyd edilmişdir. Ərazinin bağ torpaq sahələrinin bölgü sxeminə əsasən, iddiaçıya ayrılmış 1335 nömrəli və üçüncü şəxsə ayrılmış 1462 nömrəli bağ sahələri biri-birindən kənarda yerləşir, birgə sərhədləri yoxdur və üst-üstə düşmür. Üçüncü şəxsin adına mübahisələndirilən sənədlər, o cümlədən xx.xx.2015-ci il tarixli plan-ölçü sənədi tərtib edilərkən, bağ sahəsinin döngə nöqtələrinin koordinatları ona ayrılmış 1462 nömrəli bağ sahəsinin ərazisinə deyil, iddiaçıya ayrılmış 1335 nömrəli bağ torpaq sahəsinin ərazisinə işlənilmişdir. Cavabdehin iddiaçının ilkin müraciətinə imtina məktubundan və daha sonra etirazından, eləcə də apellyasiya şikayətindən əslində iddiaçı tərəfindən təqdim edilmiş müqavilə ilə ona ayrılmış 1335 nömrəli bağ sahəsinin yerləşmə vəziyyətinin qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və sxematik xəritəsinə görə göstərilən yerə uyğun olduğunun təkzib edildiyi müəyyən olunmamışdır. Bu zaman həmçinin iddiaçının həmin bağ sahəsinə dair uzun illər ərzində müvafiq ödənişlər etdiyi, həmsərhəd bağ sahələrinin vaxtilə bacısı və qardaşına ayrılmış bağ sahələri olduğu, istifadəsində olan bağ sahəsinin nömrə ardıcıllığına və yerləşmə vəziyyətinə görə ona ayrılmış 1335 nömrəli bağ sahəsinə uyğun olduğu da nəzərə alınmışdır.

62. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı sayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsə ayrılmış torpaq sahəsinin rəsmiləşdirilməsi (xx.xx.2015ci il tarixli plan-ölçü sənədinin tərtib edilməsi) zamanı yol verilmiş səhvlər və bunun üzərindən cavabdehin məlumat bazasına daxil edilmiş yanlış məlumatlar iddiaçının ona etibarlı sənədlər əsasında ayrılmış 1335 nömrəli bağ sahəsi üzərində hüququnun qeydiyyata alınmasına mane ola bilməz. Nəzərə almaq lazımdır ki, həmin məlumatların hüquqmüəyyənedici sənədlərə uyğunlaşdırılması cavabdehin xidməti vəzifəsinə aiddir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüququnun reyestrdə qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu hazırkı iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir v ə hüquqi cəhətdən etibarlıdır.

64. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanun un 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

66. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(103)-22/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar