Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4142/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinə (hazırda “xxxx” X1) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi üçün əsas olmuş reyestrdəki qeydiyyatın qanunsuzluğunun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinə (üçüncü şəxslər Qəbələ Rayonu Hacıalılı kənd Bələdiyyəsi, üçüncü şəxs1) qarşı “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən X6 adına tərtib edilmiş ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-*/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. ## ####### 2003-cü il tarixdə Qəbələ rayonu Çarxana Bələdiyyəsinin sədri X2 Izzət Cəllad oğlu ilə Çarxana bələdiyyəsinin ərazisində yerləşən 0,54 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsini bağlamışlar.
2. Bu müqavilə Qəbələ rayonu Çarxana Bələdiyyəsinin sədri X2 tərəfindən 2004cü ilin axırlarında ləğv edilmişdir.
3. Bundan sonra Çarxana Bələdiyyəsi ilə X4 (Izzət Daşdəmirovun oğlu) arasında ## ######## 2005-ci il tarixli ** saylı icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yuxarıda qeyd olunan ləğv olunmuş müqavilədə göstərilən 0,54 ha torpaq sahəsinin 0,45 hektar ölçüdə hissəsi 99 il müddətinə Vüqar Daşdəmirovun icarəsinə verilmişdir.
4. Daha sonra Çarxana bələdiyyəsi ilə iddiaçı İddiaçı arasında ## ###### 2006-cı il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yuxarıda qeyd olunan 0,54 ha torpaq sahəsinin 0,09 ha ölçüsündə hissəsi, həmçinin həmin sahəyə bitişik 0,33 ha ölçüsündə torpaq sahəsi (cəmi 0,42 ha ölçüsündə torpaq sahəsi) iddiaçının 99 il müddətinə icarəsinə verilmişdir.
5. X6 (## ###### 2004-cü il tarixdə vəfat etmişdir) arvadı üçüncü şəxs1 ## ######## 2012-ci il tarixdə Qəbələ rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2004-cü ildə Çarxana bələdiyyəsinin sədri Mehdi Heydərov tərəfindən 0,54 ha torpaq sahəsinin mərhum əri C.Daşdəmirovun icarəsinə verilməsi ilə bağlı ləğv olunmuş müqaviləni məhkəməyə təqdim etmiş və həmin müqavilədə göstərilən 0,54 hektar torpaq sahəsinin koordinatlarını göstərməklə yerində ona tanıdılması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
6. Qəbələ rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçının iştirakı olmadan həmin iddia təmin edilmişdir.
7. Iddiaçı Qəbələ rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi haqqında məlumat alan kimi qətnamənin ləğv edilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Qəbələ rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli *(***)***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddiaçı üçüncü şəxs1 cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Çarxana bələdiyyəsinin ## ####### 2003-cü il tarixli ** saylı qərarı əsasında 99 il müddətinə bağlanmış “Torpağın icarəyə verilməsi haqqında” müqavilə üzrə verilmiş 0.54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Iddiaçı sonuncu qərara əsaslanaraq cavabdeh orqana müraciət edərək, X6 adına tərtib edilmiş ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və üçüncü şəxs üçüncü şəxs1 adına tərtib edilmiş ##.##.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsini xahiş etmişdir, lakin cavabdeh orqan çıxarışların ləğv edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən X6 adına tərtib edilmiş ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və üçüncü şəxs üçüncü şəxs1 adına tərtib edilmiş ##.##.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən X6 adına tərtib edilmiş ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ####### 2003-cü il tarixdə Qəbələ rayonu Çarxana Bələdiyyəsinin sədri X2 Izzət Cəllad oğlu ilə Çarxana bələdiyyəsinin ərazisində yerləşən 0,54 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi ilə bağlı icarə müqaviləsini bağlamışlar. Bu müqavilə Mehdi Heydərov tərəfindən 2004-cü ilin axırlarında ləğv edilmişdir. X4 Çarxana Bələdiyyəsi ilə bağladıqları ## ######## 2005-ci il tarixli ** saylı icarə müqaviləsi əsasında həmin ləğv olunmuş müqavilədə göstərilən torpaq sahəsinin 0,45 hektar ölçüsündə hissəsi 99 il müddətinə Vüqar Daşdəmirovun icarəsinə verilmişdir. ## ###### 2006-cı il tarixdə Çarxana bələdiyyəsi ilə iddiaçının bağladığı icarə müqaviləsi əsasında yuxarıda qeyd olunan 0,54 ha torpaq sahəsinin 0,09 ha ölçüsündə hissəsi, həmçinin həmin sahəyə bitişik 0,33 ha ölçüsündə torpaq sahəsi (cəmi 0,42 ha ölçüsündə torpaq sahəsi) iddiaçının 99 illik icarəsinə verilmişdir.
12. Şəki Inzibati Məhkəməsinin **(***)-****/**** saylı ## ####### 2020-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinin üzərinə X6 Callad oğlunun adına tərtib edilmiş ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2004cü ildə X7 vəfat etdikdən sonra ona icarəyə verilmiş 0.54 ha torpaq sahəsi ilə əlaqədar bağlanmış müqavilə ləğv edilərək həmin torpaq sahəsinin 0.45 ha hissəsi oğlu Vüqar Daşdəmirova icarəyə verilmiş, qalan 0.09 ha hissəsi (həmçinin həmin sahəyə bitişik 0.33 ha torpaq sahəsi, cəmi 0.42 ha) isə ## ###### 2006-cı il tarixli müqaviləyə əsasən iş üzrə iddiaçı İddiaçı 99 il müddətinə icarəyə verilmişdir. Üçüncü şəxs üçüncü şəxs1 mərhum əri X5 adına tərtib edilmiş ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan ##.##.2003-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin 2004-cü ildən qüvvədə olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır.
14. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-*/**** nömrəli ## ######## 2026-ci il tarixli qərarı ilə (hakimlər: T.Həsənov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və Ə.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Üçüncü şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri 18. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat əsaslarından biri də bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlardır. Məhz həmin torpaq sahəsinə dair Izzət Daşdəmirovla ##.##.2003-cü il tarixli icarə müqaviləsi bağlanmış, ##.##.2003- cü il tarixli qərarı əsasında həmin bələdiyyə ərazisində yerləşən 0,54 hektar torpaq sahəsi 99 il müddətinə Izzət Daşdəmirova icarəyə verilmişdir. Daha sonra isə sözügedən torpaq sahəsinə dair Izzət Daşdəmirovun mülkiyyət hüququ qeydiyyata alınmış, vərəsəlik hüququ haqqında şəhadətnaməyə uyğun olaraq da üçüncü şəxs1 mülkiyyət hüququna dair çıxarış verilmişdir. Göründüyü kimi, ##.##.2003-cü il tarixli icarə müqaviləsi və ##.##.2003-cü il tarixli qərar ləğv edilməmişdir. Çünki onun ləğvinə dair hər hansı mötəbər sübut, hətta qərar belə mövcud deyildir.
TƏTBIQ EDILƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı X6 adına tərtib edilmiş ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
29. Işin faktiki halları ilə müəyyən edilir ki, ## ####### 2003-cü il tarixdə Qəbələ rayonu Çarxana Bələdiyyəsinin sədri X2 Izzət Cəllad oğlu ilə 0,54 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsini bağlamışlar. Bu müqavilə Qəbələ rayonu Çarxana Bələdiyyəsinin sədri X2 tərəfindən 2004-cü ilin axırlarında ləğv edilmişdir. Bundan sonra Çarxana Bələdiyyəsi ilə X4 (Izzət Daşdəmirovun oğlu) arasında ## ######## 2005-ci il tarixli ** saylı icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yuxarıda qeyd olunan ləğv olunmuş müqavilədə göstərilən 0,54 ha torpaq sahəsinin 0,45 hektar ölçüdə hissəsi 99 il müddətinə Vüqar Daşdəmirovun icarəsinə verilmişdir. Həmçinin Çarxana bələdiyyəsi ilə iddiaçı İddiaçı arasında ## ###### 2006-cı il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yuxarıda qeyd olunan 0,54 ha torpaq sahəsinin 0,09 ha ölçüsündə hissəsi, həmçinin həmin sahəyə bitişik 0,33 ha ölçüsündə torpaq sahəsi (cəmi 0,42 ha ölçüsündə torpaq sahəsi) iddiaçının 99 il müddətinə icarəsinə verilmişdir. X6 (## ###### 2004-cü il tarixdə vəfat etmişdir) arvadı üçüncü şəxs1 2003-cü ildə Çarxana bələdiyyəsinin sədri Mehdi Heydərov tərəfindən 0,54 ha torpaq sahəsinin mərhum əri İ.Daşdəmirovun icarəsinə verilməsi ilə bağlı ləğv olunmuş müqaviləni təqdim edərək, 0,54 hektar torpaq sahəsinin koordinatlarını göstərməklə yerində ona tanıdılması barədə qətnamə çıxarılması ilə bağlı ## ######## 2012-ci il tarixdə Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edildiyi üçün icraya yönəldilmiş və sonradan mərhumun adına, daha sonra isə vərəsəsi olan arvadı üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Lakin məlum olur ki, həmin məhkəmə qərarı sonradan yuxarı instansiya məhkəməsinin qərarı ilə ləğv edilmiş və üçüncü şəxs1 iddiası rədd edilmişdir.
30. Beləliklə, hazırkı işin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdi ki, ##.##.2003-cü il tarixli torpaq icarə müqaviləsi (0.54 ha sahə üzrə) sonradan bələdiyyə sədri tərəfindən ləğv edildiyi üçün hüquqi qüvvəsini itirmişdir. Belə ki, məhkəmə qərarları ilə birmənalı şəkildə təsdiq olunmuşdur ki, həmin müqavilə bələdiyyə sədrinin özünün də verdiyi izahata görə 2004-cü ildə ləğv edilmişdir. Bu fakt hüquqi baxımdan həlledici xarakter daşıyır, çünki ləğv olunmuş müqavilə gələcək dövr üçün heç bir hüquqi nəticə yarada bilməzdi. Buna baxmayaraq mərhumun vərəsəsi olan arvadı üçüncü şəxs1 müraciəti əsasında adı çəkilən müqaviləyə əsaslanılaraq X6 adına ##.##.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyat aparılmış və müvafiq reyestrdən çıxarış verilmişdir. Halbuki, adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış həmin şəxs 2004-cü ildə vəfat etmişdi. Belə olan olan halda onun adına sonradan hər hansı hüququn rəsmiləşdirilməsi hüquqi baxımdan yolverilməzdir.
31. Iş üzrə apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri ** saylı Xüsusi Notariat Kontorunda tərtib edilmiş ##.##.2018-ci il tarixli, *V-*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında üçüncü şəxs1 adına rəsmiləşdirilmiş ******* nömrəli RX seriyalı, qeydiyyat nömrəsi ************ olan, ##.##.2018-ci il tarixli çıxarış ləğv edilmişdir.
32. Məhkəmə qeyd etmişdir ki, ##.##.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış ləğv olunduğundan həmin çıxarış əsasında verilmiş vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş ##.##.2018-ci il tarixli çıxarış da ləğv olunmalıdır.
33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2021-ci il tarixli məktubundan da görünür ki, məhkəmənin qətnaməsi icra olunmuş, üçüncü şəxs1 adına verilmiş ************ qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli çıxarışın ləğvi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır.
34. Məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşsa da, əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış inzibati məhkəmə icraatında müstəqil iddia predmeti kimi çıxış edə bilməz. Belə ki, daşınmaz əmlak üzərində hüququn qeydə alınması ilə bağlı verilmiş çıxarışların mübahisələndirilməsi üzrə işlərdə vahid məhkəmə təcrübəsi ondan ibarətdir ki, reyestrdən çıxarış özü-özlüyündə inzibati akt deyil, dövlət reyestrində aparılmış müvafiq qeydiyyatı əks etdirən sənəddir. Belə olan halda daşınmaz əmlak üzərində hüququn qeydiyyatı ilə bağlı verilmiş çıxarış deyil, belə çıxarışın verilməsi üçün əsas olan reyestrdəki qeydiyyat inzibati məhkəmə icraatında mübahisə predmeti olmalıdır. Bu baxımdan, iddiaçının “çıxarışın ləğvi” tələbi üzrə hüquqi marağının da əslində adı çəkilən çıxarışın verilməsi üçün əsas olan reyestr qeydinin ləğv olunmasına yönəldiyini, mərhumun adına reyestrdə müvafiq qeydiyyat aparıldıqdan sonra onun vərəsəsi üçüncü şəxs1 da adına müvafiq qeydiyyatın aparıldığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, X7 adına 2003-cü ildə verilmiş müqavilə onun vəfat etməsi səbəbi ilə Bələdiyyə tərəfindən ləğv edildiyi üçün həmin müqavilənin hüquqi qüvvəsi olmamış, bu hal qüvvədə olan məhkəmə qərarları ilə qiymət verilən və müəyyən edilmiş hal olduğu üçün X6 Callad oğlunun adına ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olan reyestr qeydinin qanunsuzluğu tanınmalıdır.
35. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən X6 Callad oğlunun adına ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olan reyestr qeydinin qanunsuzluğu tanınmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxs üçüncü şəxs1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-*/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən X6 Callad oğlunun adına ##.##.2017-ci il tarixli RX seriyalı ******* nömrəli reyestrdən çıxarışın verilməsi üçün əsas olan reyestr qeydinin qanunsuzluğu tanınsın. Qərar qətidir.