Məhkəmə qərarları › İş №2-1(102)-415/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-415/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-415/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Resp ublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 2-1(103)1482/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasında əksini tapmış qeydlərə görə o, 26.12.1975-ci ildən 03.05.1976-cı ilə qədər “Zelenstroy ” 1 №-li Tikinti İdarəsində bağ fəhləsi (bağban), 03.07.1978-ci ildən 12.08.1980-cı ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestində 3-cü dərəcəli suvaqçı, 13.08.1980-cı ildən 08.12.1980-cı ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestinin Avtonəqliyyat kontorunda sürücü, 09.12.1980-cı ildən 03.07.1981-ci ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestinin “Promstroy-2” TQİ-də 4-cü dərəcəli suvaqçı, 01.09.1981-ci ildən 07.10.1981-cu ilə qədər Mis əritmə sexində və Əritmə sexində 4-cü dərəcəli konvertorçu, 07.10.1981-cu ildən 01.05.1983-cü ilə qədər Mis əritmə sexi- qaynar sahədə 4-cü dərəcəli sobaçı bənna, 01.05.1983-cü ildən 01.06.1988-ci ilə qədər Mis əritmə sexində 4-cü dərəcəli me taltökən fəhlə, 5-ci dərəcəli metaltökən fəhlə, 01.06.1988-ci ildən 17.11.1989-cu ilə qədər Mis əritmə sexinin 2 nömrəli əritmə bölməsində 4-cü dərəcəli rəngli metaltökən fəhlə, 11.01.1990-01.02.1990-cı illərdə “Abşeron” sanatoriyasında dülgər, 01.02.199001.06.1991-ci illərdə Əzizbəyov rayonu 25 saylı MİS-də dülgər, 03.06.1991-ci ildən 20.12.2002-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu Vergilər İdarəsində, 27.01.2003-cü ildən 01.06.2017-ci ilə qədər Bakı şəhər Vergilər Departamentinə müxtəlif vəzifələrdə işləmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının ərizəsinin icra edilməsindən imtina edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi nə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti, şəxsin qanunsuz saxlanılma, həbsdə olma və çəzaçəkmə müddətləri ikiqat ölçüdə, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti ikiqat olçüdə güzəştli şərtlərlə daxil edilir. İddiaçının ərizədə qeyd etdiyi Uzaq Şimalda əmək fəaliyyəti ilə bağlı məşğul olduğu dövrün hər 1 ilin 1 il 6 ay kimi hesablanması qanunvericiliklə nəzərdə tutulmam ışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi iş stajı, 12 il 1 ay 07 gün zərərli iş stajını tamamlamışdır. O, uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən həmin rayonlarda işlədiyi hər 1 il 1 il 6 aya bərabər tutulmuşdur. O, 01.05.1983-cü ildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü işlədiyi vəzifələr Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının «Metallurgiya istehsalatı (əlvan metallar)» adlanan Vİİ Bölməsinin 18.1-ci yarımbölməsinin 1072101a-12176 – metal tökücüləri və 1072101a13790 – isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər peşələrinə uyğundur. Həmin dövrlər təqvim ili ilə 8 il 1 ay 10 gün təşkil edir. Lakin həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanmış və həmin Saziş 03.04.2001-ci il tarixli Qanunla təsdiq olunmuşdur. Adı çəkilən Sazişdə qeyd olunmuşdur k i, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli, həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır (Maddə 6.2).

7. Bakı İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(112)-3559/2020 saylı qərarı ilə (hakim Ş.Həsənova) iddia təmin edilərək, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddi açının əmək kitabçasındakı qeydlərə əsasən onun 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi və təqvim ili olaraq 8 il 1 ay 10 gün güzəştli iş stajını mövcuddur. İddiaçının uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 No-li Qərarının 3-cü bəndinə əsasən hər 1 ili 1 il 6 aya bərabər tutulmaqla yaşa və əlilliyə görə pensiya təyinatı zamanı staj olaraq nəzərə alındığına görə, iddiaçının güzəştli iş stajı 12 il 1 ay 7 gün təşkil edir.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.10.2020-ci il tari xli, 21(103)-1482/2020 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və N.Cəfərov) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(112)-3559/2020 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr birinci instansiya məhkəməsi tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı 1072101a-12176 və 1072101a-13790 kodlarına uyğunlaşdırılmışdır. Halbuki, iddiaçının işlədiyi peşələrin qeyd olunan kodlara uyğun gəlməsi üçün onun “Metallurgiya istehsalatı (əlvan metallar)” sahəsində, əlvan və qiymətli metalların emalı və təkrar emalında əritmə istehsalını həyata keçirən metal tökücüsü və ya isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyən şəxs olması əsas şərtdir. Lakin hazırki işdə iddiaçının yuxarıda adı çəkilən kodlar adı altında nəzərdə tutulan peşələrdə işləməsi birmənalı olaraq iş üzrə təsdiqini tapmır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, məhkəmə kollegiyası yalnız qanunvericiliyin normalarını sadalayaraq iş materiallarında olan X3 MMC-nin məktubunu və Azərbaycan Respublikası ƏƏSMN-nin məktubunu sadalamaqla kifayətlənmiş və hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələr Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanmış və həmin Saziş 03.04.2001-ci il tarixli Qanunla təsdiq olunmuşdur. Adı çəkilən Sazişdə qeyd olunmuşdur ki, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır. Keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən uzaq şimal rayonlarda işlədiyi hər 1 il 1 il 6 aya bərabər tutulmuşdur. Yuxarıda sadalanan qanunvericilik aktlarından göründüyü kimi Azərbaycan Respublika sında hansı sahələrin güzəştli şərtlərlə sığorta stajı kimi hesablanması konkret olaraq öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, keçmiş SSRİ öz ərazi ölçüsünə görə böyük olduğundan, onun bəzi ərazilərində işləyən şəxslərin müəyyən səbəblərə görə (iqlim şəraiti, ərazinin əlçatımlı olması və digər səbəblərə görə) əmək fəaliyyətinin güzəştli əsaslarla hesablanması qaydaları mövcud olmuşdur. Milli qanunvericiliyimizdə belə bir üstünlük mövcud olmasa da, qanunvericilik sisteminin ayrılmaz hissəsi olan dövlətlərarası müqavilədə bu öz əksini tapmışdır. Eyni zamanda iş materillarına əlavə edilmiş iddiaçının əmək müqvilələrinin surətindən göründüyü kimi onun uzaq şimalda işlədiyi dövrün hər bir ili 1 il 06 ay olaraq nəzərə alınmışdır. b. Kassasiya şikayətinə qarşı etiraz

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.

16. Cavabdehin vəkili kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. «Əmək pensiyaları haqqında» Qanu n Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına ma lik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il a ltı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyalar ı haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

21. SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarı ilə təsdiq edilmiş «“Uzaq Şimal rayonlarında və Uzaq Şimala bərabər tutulan yerlərdə işləyən şəxslərə güzəştlərin nizama salınması” haqqında SSRİ Ali Sovetinin 10.02.1960-cı il tarixli Fərmanının tətbiqi qaydası»

3. Hazırda imtiyazlardan istifadə edən işçilərə qocalığa və əlilliyə görə pensiya təyin edilərkən, Uzaq Şimal rayonlarında və Uzaq Şimala bərabər tutulan yerlərdə 1 mart 1960cı ildən sonra olan iş müddətinin hər ili bir il yarım hesablansın.

22. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi ba xımından zəruri və yararlı olmalıdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktını n bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual və maddi hüquq normalarının tələblərinə riayət edilmədiyinə görə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün göndərilməlidir.

27. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin a) bəndinin əlaqəli təhlilindən göründüyü kimi bu bəndə əsasən o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 52 yaşına çatmış olsun; bu şəxs 01.01.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olsun; bu dövrün 10 i lini istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısında göstərilən işlərdə işləmiş olsun.

28. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən iddianın təmin edilməsi mümkün olmayacaqdır.

29. İddiaçının 07.10.2008-ci il tarixdə 52 yaşa çatması işin mübahisəsiz halıdır.

30. Apelyasiya instansiyası qeyd etmişdir ki, «işə baxmış birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 01.05.1983-17.11.1989-cu ilə qədər “Severonikel” kooperativinin Mis əritmə zavodunda işlədiyi dövr 8 il 1 ay 10 gün olaraq hesablanmış, lakin həmin illərin hər biri 1 il 6 ay kimi götürülməklə 12 il 1 ay 7 gün kimi nəzərə alınmışdır. Bu barədə məhkəmənin apardığı hesablama ilə məhkəmə kollegiyası razılaşmayaraq qeyd edir ki, 01.05.1983-cü il tarixdən 17.11.1989-cü ilə qədərki dövr 6 il 06 ay 16 gün təşkil edir, həmin müddətin hər bir ili məhkəmənin istinad etdiyi SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli Qərarının tətbiqi ilə bağlı 1 il 6 ay kimi hesablandıqda belə iddiaçının güzəştli iş stajı 10 ilə tamamlanmır».

31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həqiqətən də iddiaçının stajını hesablayarkən səhvə yol vermiş, 01.05.1983-cü ildən 17.11.1989-cu ilə qədər “Severonikel” mis əritmə zavodunda işlədiyi dövrü 8 il 1 ay 10 gün olaraq hesablamışdır.

32. Lakin birinci instansiya məhkəməsinin hesablama xətasına yol verdiyi açıqaydındır və iddiaçının həmin müəssisədə əmək fəaliyyəti 07.10.1981-ci ildən 01.05.1983cü ilədək (1 il 6 ay 24 gün) p eç ustası (bənna) və 01.05.1983-cü ildən 17.11.1989-cu ilədək ərimə sexində tökücüdən ibarət olmuşdur. Bu dövrlər toplam 8 il 1 ay 10 gün təşkil edir. Bu halda, iddiaçının Uzaq Şimal rayonunda işlədiyi həmin dövrlər 12 il 1 ay 7 gün hesablanır.

33. Bundan başqa apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, «Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıdakı 1072101a-12176 və 1072101a13790 kodlar iddiaçının işlədiyi peşələrin qeyd olunan kodlarına uyğun gəlməsi üçün onun metallurgiya istehsalatı (əlvan metallar) sahəsində, əlvan və qiymətli metalların emalı və təkrar emalında əritmə istehsalını həyata keçirən metal tökücüsü və ya isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyən şəxs olması əsas şərtdir. Lakin hazırki işdə iddiaçının yuxarıda adı çəkilən kodlar a dı altında nəzərdə tutulan peşələrdə işləməsi birmənalı olaraq iş üzrə təsdiqini tapmır».

34. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu dəlili ilə də razılaşmır. Çünki misin əlvan metallara aid olması şübhəsizdir. Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 10721000

18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı, 10721010 1) Əritmə istehsalı, 1072101a a) fəhlələr, 1072101a-12176 metal tökücüləri, 1072101a-13790 isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər qeyd olunmuşdur.

35. İddiaçının işlədiyi peç ustası (bənna) və ərimə sexində tökücü peşələrinin bu təsnifata uyğun olmadığı barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır. Məhkəmənin “iddiaçını n yuxarıda adı çəkilən kodlar adı altında nəzərdə tutulan peşələrdə işləməsi birmənalı olaraq iş üzrə təsdiqini tapmır” kimi əsaslandrması tam aydın deyildir. Məhkəmələr iddia olunun peşənin siyahılarda olan peşələrə uyğunluğunu yoxlayarkən, peşə adının hərfən uyğunsuzluğuna formal istinad etməklə iddianı rədd etməli deyil, həm də işçinin gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s. nəzərə almaqla araşdırma aparmalıdır.

36. Bundan başqa, iş materiallarindan görünür ki, iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış olmadığına görə, apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşələrin Siyahılardakı peşələrə uyğunluğunu müəyyən etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu vermi ş və həmin orqan 23.10.2020-ci il tarixli **********7 saylı məktubla cavab verərək bildirmişdir ki, İddiaçı 07.10.1981-ci il tarixdən 01.05.1983-cü il tarixədək misərittə sexi-qaynar sahəsə “sobaçı-bənna” vəzifəsində işlədiyinin qeyd edilməsinə baxmayaraq əmək kitabçasının surəti təqdim edilmədiyi üçün həmin sexin hansı müəssisəyə (istehsalata) aid olduğunu və bu səbəbdən həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 7-ci bölməsinin 5-ci yarımbölməsindəki 1070200a-15416 kod altında gedən peşəyə uyğunluğunu dəqiqləşdirmək mümkün olmamışdır.

37. Eyni zamanda iddiaçının vəkili tərəfindən təqdi m olunmuş “xxxx” MMC-nin 158L saylı 09.10.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, MMC-də mövcud olan metaltökücü və kərpicçi peşələrində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 3.2 Polad və ferroərintilər istehsalı (a) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan polad tökücülər və isti işlərdə məşğul olan odadavamlı metallarla işləyənlər kimi güzəştli şərtlə təqaüdə çıxmaq hüququna malikdir.

38. Lakin apelyasiya instansiyası məhkəməsi həmin arayışı sübut kimi qəbul etməmiş, iddiaçıya işlədiyi müəssisədən arayış təqdim olunması təklif edilməm işdir. Halbuki, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İddiaçı onun Uzaq Şimalda işlədiyi peşələrin əmək şəraitinə dair həmin iş yerində verilmiş arayışı kassasiya şikayətinə əlavə etmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışın mətəbərliyinin araşdırılması və arayışda əksini tapmış məlumatların iş materialları ilə müqayisəli təhlili əsasında işə takrar baxılması üçün kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və təkrar baxılması üçün göndərilməlidir.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 28.10.2020-ci il tarixli, 2-1(103)-1482/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar