Məhkəmə qərarları › İş №2-1(102)-415/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-415/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-415/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(102)-415/2024 (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi; sığorta stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci ilədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin (xx.xx.2019-cu il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-319/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur.

2. İddiaçı məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olunur ki, xx.xx.1979-cu il tarixdə X7 Məntəqəsinə futbol üzrə məşqçi təyin edilmiş, xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi 2 nömrəli orta məktəbdə müəllim işləmiş, xx.xx.1994-cü ildən xx.xx.2001-ci il tarixə kimi Kürdəmir Kooperativ Cəmiyyətində (RİC-də) təlimatçı vəzifəsində işləmiş, xx.xx.2001-ci il tarixdən xx.xx.2004cü il tarixə kimi X5 bədən tərbiyəsi müəllimi işləmiş, xx.xx.2004-cü il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 78 nömrəli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmi ş, xx.xx.2010-cu tarixdə ona həvalə edilmiş vəzifə səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin tələblərinə uyğun yerinə yetirmədiyinə, rəhbərlik etdiyi ərazidə əhali arasında təşkilatçılıq və izahat işlərini lazımınca təşkil etmədiyinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.4-cü maddəsinə əsasən 21 may 2010-cu il tarixdən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəsinin müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 173 nömrəli sərəncamı ilə 2010-cu il 24, 27, 28 dekabr tarixlərdə heç bir üzrlü səbəb olmadan bütün iş günü ə rzində işə gəlməməklə ona həvalə olunmuş vəzifələrin icrası zamanı kobud qanun pozuntusuna yol verdiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən 28 dekabr 2010-cu il tarixdən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi olan İddiaçı tutduğu vəzifəyə uyğun olaraq növbəti 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixli, 59 nömrəli sərəncamla İddiaçı dövlət qull uğunda olma müddəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci və 32.1.8.1-ci maddələrinə əsasən 20 aprel 2020-ci il tarixdən 01 il müddətinə uzadılmışdır. xx.xx.2021-ci il tarixli, 98 nömrəli sərəncamla İddiaçı dövlət qulluğunda olma müddəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci və 32.1.8.1-ci maddələrinə əsasən 20 aprel 2021-ci il tarixdən 1 il müddətinə uzadılmışdır. xx.xx.2021-ci il tarixli, 110 nömrəli sərəncamla İddiaçı dövlət qulluğunda növbəti 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2022-ci il tarixli, 70 nömrəli sərəncamla İddiaçı ərizəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün 20 ap rel 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən ona hesablanmış aylıq pensiyanın 6 misli miqdarında birdəfəlik haqq verilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edil ir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin dövlət qulluğu stajınız 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004-xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-445/2013 nömrəli 18 iyun 2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Kürdəmir rayon məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(041)221/2013 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2010-cu il tarixli, 173 s aylı sərəncamı ləğv edilmiş, İddiaçı öz əvvəlki Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə bərpa olunmuşdur.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4288/2013 nömrəli 25 dekabr 2013-cü il tarixli qərarından görünür ki, Kürdəmir rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin məhkəməyə ünvanladığı 5Q-914/2022 nömrəli 04 oktyabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-ci il tarixli, 2(106)445/2013 saylı qətnaməsi xx.xx.2013-cü ildə qanuni qüvəsini almış və xx.xx.2015-ci ildə Kürdəmir Rayon Məhkəməsinə geri qaytarılmışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 30 avqust 2022-ci il tarixində daxil olmuş 2-1(120)-2031/2022 nömrəli məktubuna aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likası Qanununun 20.11.1ci, 20.11.2-ci maddələrinə və "Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004-xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən də adıçəkilən şəxsə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materialların təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdi r

8. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 78 nömrəli 27 may 2004-cü il tarixli sərəncamın surətindən görünür ki, Lətifov X1 rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir.

9. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 62a nömrəli 21 may 2010-cu il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı 2010-cu il 21 may tarixdən rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsinə keçirilmişdir.

10. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 173 saylı sərəncamına əsasən, İddiaçı 2010-cu il 24 dekabr, 27 dekabr və 28 dekabr tarixlərdə heç bir üzürlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməklə ona həvalə olunmuş vəzifələrin icrası zamanı kobud qanun pozuntusuna yol verdiyi üçün Azərbaycan Respublikası “Dövlət qulluğu” Qanunun 25.2.6-cı maddəsinə əsasən 2010-cu il 28 dekabr tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

11. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 68 nömrəli 14 mart 2014-cü il tarixli sərəncamın surətindən görünür ki, Lətifov X1 rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir.

12. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 70 nömrəli 20 aprel 2022-ci il tarixli sərəncamın surətindən görünür ki, İddiaçı 2022-ci il 20 aprel tarixdən tutduğu vəzifədən azad edilmişdir. Onunla b ağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir.

13. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı 08 fevral 2023-cü il tarixli 9-3/2-230/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsinə əsasən məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Yuxarıda qeyd edilən Qaydaya əsasən İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə işdən azad edildiyi 28 dekabr 2010-cu il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa edildiyi 14 mart 2014-cü il tarixədək olan dövr - məcburi işburaxma dövrü dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

15. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(120)-2031/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********8 saylı qərarın ləğv olunması və onun dövlət qulluqçusu kimi 15 ildən artıq olması barədə qərar qəbul edilməsi barədə olan tələbində dəqiqləşdirilmə aparılaraq iddia tələbi “xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci ilədək Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” kimi qəbul edilmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ilin may ayından 2010-cu ilin may ayına kimi, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kəndi üzrə icra nümayəndəsi işləmiş, 2010-cu ilin may ayından icra nümayəndəsinin müavini vəzifəsində çalışmışdır. Kürdəmir rayon İH Başçısının 2010-cu il 28 dekabr tarixli 173 saylı sərəncamı ilə onu qanunsuz olaraq işdən azad etmişlər. Məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsinə əsasən o, Kürdəmir rayon İHB-nın 68 saylı, 14 mart 2014-cü il tarixli sərəncamı ilə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 301.1-ci maddəsinə əsasən, yenidən vəzifəyə təyin olunmuşdur. Yəni məhkəmə qətnaməsinə əsasən, onun işdən azad olunmağı barədə sərəncam ləğv olunmuşdur. Sonradan 20 aprel 2022-ci il tarixdə təqaüd yaşı çatdığı üçün işdən azad olunmuşdur. Dövlət qulluqçusu kimi ona təqaüd kəsilməsi ilə əlaqədar cavabdehə müraciət etdikdə, onun qanunsuz olaraq işdən azad olduğu müddət hesablanmamış və ona imtina etmişlər. Bu qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, 2010-cu il tarixli sərəncam ləğv olunduqdan sonra o əvvəlki iş yerinə bərpa olunmuşdur. Yəni həmin dövrdən də onun əmək stajı hesablanmalıdır. Lakin, cavabdeh təşkilat ona həmin dövr üçün sosial ayırmalar olmadığı səbəbindən, imtina edir. Kürdəmir rayon İcra Hakimiyyətinin mühasibatlığının səhvi nəticəsində o əziyyət çəkməli olmuşdur. Onun hüquqi savadsızlığından işdən qanunsuz çıxdığı dövr üçün əmək haqqını da almamışdır. Bu barədə məhkəməyə də müraciət edəcəkdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona qarşı qərəzli edilmişdir.

17. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fon dunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda dövlət qulluqçusu kimi stajının 15 ildən az (14 il 8 ay 7 gün (xx.xx.2004xx.xx.2010-cu il, xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək Kürdəmir rayon Hakimiyyəti Başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək həmin iş yerində müavin vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövrlərə uyğun sosial sığorta stajı qanunvericiliklə tələb olunan müddətdən yəni 15 ildən az olmaq la cəmi 14 il 8 ay 7 gün təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.

18. Şirvan İnzibati Məhkəməsinin (hakim A.A.Hüseynova) 15 may 2023-cü il tarixli, 2-1(120)-672/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyində işlədiyi illəri (sosial sığorta stajı) nəzərə alınmaqla ona hüququnun yarandığı, yəni xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin (xx.xx.2019-cu il tarixdən yaşa görə aldığı əmək pe nsiyası məbləği nəzərə alınaraq hesablanıb çıxılmaqla) ödənilməsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Çöhranlı kənd ərazi vahidliyi üzrə nümayəndəliyinin təqdim etdiyi məlumata əsasən, 12.2010-cu il tarixdən xx.xx.2014-cü ilə qədər olan dövrlərdə İddiaçı əmək haqqı alması barədə məlumat öz əksini tapmamışdır, cavabdeh orqan tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü ilə qədər olan dövrlərdə işləmədiyi və əmək haqqı almadığı üçün ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsinə əsas olan sosial sığorta stajının 15 il müddətdən az olmaması səbəbi ilə verdiyi imtina əsaslı deyildir. Belə ki, iddiaçı tərəfin dən buraxılmış məcburi işburaxma dövrü məhkəmə qətnaməsi ilə bərpa edilmişdir və iddiaçı öz vəzifəsinə yenidən təyin edilmiş. xx.xx.2022-ci ilədək vəzifəsi üzrə işini davam etdirmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı göründüyü kimi, dövlət qulluğu stajı 15 ildən çoxdur. İddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad edilmiş, dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır.

20. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv ed ilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-319/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.K.Həsənov (sədrlik edən və məruzəçi), S.F.Həsənov və T.S.Kərimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2-1(120)-672/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında 29 dekabr 2010-cu il tarixdən işə bərpa olunduğu deyil, 14 mart 2014-cü il tarixdə yenidən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edildiyinin göstərilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013cü il tarixli, 2(106)-445/2013 nömrəli qətnaməsi əsasında işə bərpa olunmuşdur ki, həmin qətnamədə də məhz iddiaçının işə bərpa olunması qeyd olunmuş və iddiaçının 14 mart 2014-cü il tarixdə yenidən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilməsi də məhz Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2013-cü il tarixli, 2(106)-445/2013 nömrəli qətnaməsinin icrası ilə bağlı yerinə yetirilmişdir.

23. İddiaçının xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün ona sonradan əmək haqqının ödənilməsinə və həmin vəsaitdən məcburi dövlə t sosial sığorta haqlarının tutulmasına dair Mərkəzi Filialda hər hansı məlumatın olmaması dəlilinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(106)-445/2013 nömrəli qətnaməsində məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi göstərilməsə də, bu, Qanunun, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbidir. Yəni əgər işçi işə bərpa edilirsə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ona məcburi iş buraxma dövrü üçün əmək haqqı da ödənilməlidir. Həmçinin əgər iddiaçıya işəgötürən tərəfindən müvafiq məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməmişdirsə, bu, iddiaçının təqsiri deyil, ona görə də bu hal işçinin əmək hüququnun pozulması kimi qiymətləndi rilməməlidir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında da qeyd edildiyi kimi iddiaçı A.X3 Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi əsasında işə bərpa olunmuş və xx.xx.2014-cü il tarixdən yenidən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilmişdir. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasında da onun işə bərpa edildiyi tarix xx.xx.2014-cü il olaraq qeyd edilmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2014-cü il tarixdən müavin v əzifəsinə təyin edilmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən əsassız və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə zidd olaraq iddiaçının işə bərpa edildiyi tarixi xx.xx.2014-cü il tarixdən deyil, onun işdən azad edildiyi xx.xx.2010-cu il tarixdən nəzərə almışdır. Cavabdeh tərəfindən tərtib edilmiş apellyasiya şikayətində də qeyd edildiyi kimi iddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlər üzrə əmək haqqı alması barədə məlumat mövcud olmamışdır. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının müvafiq dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı hər hansı araşdırılma aparılmamış, əsassız olaraq və qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının əmək haqqı alm adığı dövrlər sosial sığorta stajına daxil edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından ası lı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən e dilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 21.1. Qanunvericilikl ə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqların ın və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

23. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1- ci maddəsi ndə nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı... 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

30. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində mə hkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, işin halları İPM-in 12 və 58ci maddələrinin tələbləri pozulmaqla mübahisə üzrə yekun qərar qəbul etməyə yetəcək həcmdə və qaydada araşdırılmadığı üçün apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

34. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanl arında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydasının 7-ci hissəsinə əsasən məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. X6 Mərkəzi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9-3/2-230/2023 nömrəli məktubda da qeyd edilmişdir ki, İddiaçı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə işdən azad edildiyi 28 dekabr 2010-cu il tarixdən məhkəmə qətnaməsinə əsasən işə bərpa edildiyi 14 mart 2014-cü il tarixədək olan dövr - məcburi işburaxma dövrü dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

35. Cavabdeh k assasiya şikayətində iddiaçının xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövrün dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmalı olmadığını bildirir.

36. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçının əmək kitabçasında 29 dekabr 2010-cu il tarixdən işə bərpa olunduğu deyil, 14 mart 2014-cü il tarixdə yenidən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edildiyi və müvafiq dövrlər üzrə iddiaçının məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı hər hansı araşdırılma aparılmadığı, əsassız olaraq və qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının əmək haqqı almadığı dövrlərin sosial sığorta stajına daxil edildiyi göstərilmişdir.

37. Məhkəmə kollegiyası şikayətin göstəril ən birinci dəlili ilə razılaşmayaraq bildirir ki, iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(106)-445/2013 nömrəli qətnaməsində iddiaçının işə bərpa olunması qeyd olunmuş və iddiaçının 14 mart 2014-cü il tarixdə yenidən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilməsi də məhz həmin qətnamənin icrası ilə bağlı olmuşdur.

38. Apellyasiya instansiya məhkəməsi şikayətin digər dəlili, yəni iddiaçının xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün ona sonradan əmək haqqının ödənilməsi və həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqlarının tutulması ilə bağlı qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının xx.xx.2013-cü il tarixli, 2(106)-445/2013 nömrəli qətnaməsində məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi göstərilməsə də, bu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbidir. Yəni əgər işçi işə bərpa edilirsə, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ona məcburi iş buraxma dövrü üçün əmək haqqı da ödənilməlidir. Həmçinin əgər iddiaçıya işəgötürən tərəfindən müvafiq məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməmişdirsə, bu, iddiaçının təqsiri deyil, ona görə də bu hal işçinin əmək hüququnun pozulması kimi qiymətləndirilməməlidir.

39. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2010-xx.xx.2014-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.

40. Belə ki, Azərbaycan Respublika sının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və əldə edilən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməyə borclu olduğu halda, bunları etməmişdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Əmək pensiyaları haqqında” Azər baycan Respublikası Qanununa müvafiq olaraq şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış və həmin Qanunun 1.0.2-ci maddəsinə görə qeyd olunan vəsaitlərdən sosial sığorta haqqını ödəmiş olsun. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövr də almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

42. Bu mənada sosial sığorta haqqının ödənilmədiyi dövr sığorta stajına daxil edilə bilməz.

43. Apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə qədər olan dövrü əmək stajına nəzərə almış, lakin gəldiyi nəticənin faktiki və hüquqi əsaslarını göstərməmişdir.

44. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 109 nömrəli məlumatından görünür ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Çöhranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini vəzifəsində işləmiş İddiaç ı xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixə kimi əmək fəaliyyəti zamanı ona xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi əmək haqqı almadığı üçün əmək haqqı cədvəlində öz əksini tapmamışdır.

45. Məktubda xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi əmək haqqı almadığı üçün əmək haqqı cədvəlində öz əksini tapmadığı qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsi həmin dövr üzrə iddiaçının əmək haqqı alması, həmin əmək haqqından məcburi dövlət sosial sığorta haqqı tutulub ödənilməsi ilə bağlı araşdırma aparmamışdır. Yuxarıda qeyd edildiyi kimi, qanunvericiliyin tələbinə görə şəxsin əmək pensiyasının hesablanması zamanı o vəsaitlər nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq ol araq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) almış və həmin Qanunun 1.0.2-ci maddəsinə görə qeyd olunan vəsaitlərdən sosial sığorta haqqını ödəmiş olsun. Şəxsə pensiya təyin edilərkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. 46.Bundan başqa, xx.xx.2022-ci il tarixli, 109 nömrəli məlumat cədvəlindən digər dövrlərdən fərqli olaraq 2020-ci ildə daha çox - 1109.36 manat məcburi dövlət sosial sığorta haqqının ödənildiyi görünür. 47.Apellyasiya məhkəməsi digər illərə münasibətdə 2020-ci ildə daha çox ödənilən 1109.36 manat məcburi dövlət sosial sığorta haqqının hansı dövrlər üzrə, o cümlədən xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixə kimi olan dövr üzrə ödəmə olub-olmadığını yoxlamamışdır. 48.İddiaçı iddia ərizəsində Kürdəmir rayon İcra Hakimiyyətinin mühasibatlığının səhvi nəticəsində hüquqi savadsızlığından işdən qanunsuz çıxdığı dövr üçün əmək haqqını almadığını, bu barədə məhkəməyə müraciət edəcəyini bildirmiş, bununla bağlı işdə hər hansı sübut mövcud olmamış, apelyasiya instansiyası məhkəməsi də bu istiqamətdə araşdırma aparmamışdır. 49.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. 50.Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusat lar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları xx.xx.2010-xx.xx.2014 illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənməsi ilə bağlı tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, əmək haqqı almadığı dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. 51.Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – iddiaçının xx.xx.2010-xx.xx.2014-cü il tarixlərində olan iş stajı dəqiq araşdırılmalı, qəbul edilən və qəbul edilməyən iş illərinin (aylarının) hüquqi əsasları məhkəmə qərarında dəqiq göstərilməlidir. 52.Yalnız bu halların araşdırılması və əldə edilən mötəbər sübutlara müvafiq olaraq iş üzrə müəyyən edilən bütün ziddiyyətlərin aradan qaldırılmasından sonra iddia tələbinə hüquqi qiymət verilməlidir. 53.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermədiyindən, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-319/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 54.Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. 55.Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-319/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qərarı ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar