Məhkəmə qərarları › İş №2-1(102)-4152/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4152/2025

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4152/2025 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı ##.##.1967-ci il təvəllüdlüdür və ##.##.2007-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Iddiaçı pensiyaya çıxdıqdan sonra əmək faəliyyətini davam etdirərək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılmış və yığılmış pensiya kapitalı əsasında iddiaçının pensiyası bir neçə dəfə yenidən hesablanmışdır.

3. Cavabdehin ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2017-##.##.2022 artıqvermə səbəbi ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və ümumilikdə 144.423,45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, həmin vəsaitin 5.452,40 manatı ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 545,24 manat) əmək pensiyasından tutulmuş, qalıq artıq ödəmə 138.971,05 manat təşkil etmişdir.

4. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-***/**** nömrəli qərarı ilə iddiaçının 6 illik pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği 6.273,04 manatdan 10.171,38 manata artırılmışdır.

5. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə yenidən hesablama (m.45 tətbiq edilməklə), 3017-1/3-3-804/2024 sərəncam etibarsız hesab edilməsi əsası ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği 11.310,57 manatdan 8.689,58 manata azaldılmışdır.

6. Cavabdeh ##.##.2024-cü il tarixli iddiaçıya ünvanladığı “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda qeyd etmişdir ki, “...# ###### 2007-ci il tarixindən Fondun Nərimanov rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı, ##.##.2017-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyiniz ilə əlaqədar fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 165190,32 manat pensiya sığorta kapitalınıza uyğun Fondun Nərimanov rayon şöbəsi tərəfindən əmək pensiyanızın həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 165190,32 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya (144 ay - 72 ay) bölünməklə 2294,31 manat (165190,32 : 72) əmək pensiyanızın (1434,52 manat) üzərinə əlavə edilərək 3728,83 (1434,52 + 2294,31) manat (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 5452,42 manat, ##.##.2023-cü il tarixinə 6292,15 manat) Sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 299224,08 manat pensiya sığorta kapitalı 72 aya bölünərək 4155,89 manat (299224,08 : 72) əmək pensiyanızın (1434,52 manat) üzərinə əlavə edilməklə Sizə 5590,41 (1434,52 + 4155,89) manat (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 8224,49 manat) artıq əmək pensiyası ödənilib. Qeyd olunanlara əsasən, Sizə ##.##.2017-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 144423,45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsaitin 5452,40 manatı ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 545,24 manat) əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödəməniz 138971,05 manat təşkil edib. Qeyd olunanlara əsasən, Sizə qalıq 138971,05 manat artıq ödənilmiş pul vəsaiti son üç il üzrə məhdudlaşdırılaraq 62846,41 manat məbləğində müəyyən edilib. Qeyd edilən artıq ödənilmiş qalıq 62846,41 manatın 3136,50 manat hissəsi ##.##.2023-##.##.2024-cü tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödəmə 59709,91 manat təşkil edib. Əlavə olaraq bildiririk ki, əmək pensiyanızdan müvafiq icra sənədləri üzrə hər ay 1629,30 manat aliment X4 xeyrinə, 543,10 manat aliment isə X1 xeyrinə tutulur. Eyni zamanda, texniki xəta səbəbindən 2023-cü ilin iyun ayında əmək pensiyanızdan tutulma aparılmadan, büdcə hesabından Sevinc Cəfərovaya 1568,26 manat məbləğində aliment ödənilib. Həmin büdcə hesabından ödənilən 1568,24 manat da ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 196,03 manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa olunub. Bundan başqa bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1,4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022- ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Bununla əlaqədar olaraq, əmək pensiyanız yenidən hesablandıqdan sonra 6 il işləməyinizlə əlaqədar ##.##.2024-cü il tarixində Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyanız ##.##.2023-cü il tarixindən yenidən hesablanmış və ##.##.2024-cü il tarixində 6292,15 manatdan 8689,58 manata artırılmalı olduğu halda, səhvən 10171,38 manata artırılıb. Buna görə də keçmiş müddət üçün Sizə ödənilməli olan 28427,57 manat pul vəsaiti hesablanıb. Həmin pul vəsaitinin 7106,89 manatı Sevinc Cəfərovanın xeyrinə, qalan 21320,68 manat isə Sizə artıq ödənilmiş qalıq 59710,50 manat vəsait ilə əvəzləşdirilmişdir. Qalıq artıq ödənilmiş 38389,82 manat pul vəsaitinin 4524,20 manat hissəsi ##.##.2024-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödəməniz 33865,62 manat təşkil edib. Həmin pul vəsaiti əmək pensiyanızdan (hər ay 845,52 manat olmaqla) tutularaq büdcəyə bərpa edilir. Daha sonra sözügedən yenidən hesablanma ilə əlaqədar Sizə 27247,01 manat artıq ödənilmiş pul vəsaiti müəyyən edilib. Həmin vəsaitin əmək pensiyanızdan hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur”.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarlarının ləğv edilməsi, müdaxilədən əvvəlki pensiyasının məbləğinin bərpası, keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanuna müvafiq qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir. Ona görə ki, “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinə ##.##.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə *** nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş *** nömrəli qanunda yoxdur. O isə, ##.##.2017-ci ildən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. Artırıla bilməz, axı bu həm də pensiya təyin ediləndə aparılmış inzibati icraatın yenilənməsi deməkdir, hansı ki, vətəndaşın etimad hüququnu pozur, 144 ay yalnız 37.3.1-ci maddə əsasında maksimum 72 aya qədər azaldıla bilər. *** nömrəli qanun geriyə şamil edilsəydi bu halda ona pensiya təyin edilməsi də yenidən aparılardı. Əgər *** nömrəli qanunda yazılsaydı ki, ##.##.2017 tarixədək təyin edilmiş pensiyaların yenidən hesablanması hallarına şamil edilir, o halda cavabdeh haqlı olardı. Əks halda əgər *** nömrəli qanunu geriyə şamil etsə, alınan nəticə odur ki, *** nömrəli qanun pensiyanın təyin edilməsi hallarında geriyə şamil edilmir, pensiyanın yenidən hesablanması hallarında şamil edilir? Bununla bağlı *** nömrəli qanunda göstəriş yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin qüvvədə olan ikinci cümləsi və qüvvədən düşmüş ikinci cümləsi eyni göstərişi nəzərdə tutur - pensiya ödənişi müddəti aylarının sayının artırılmasını. 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi 9-cu maddəyə əsasən pensiyaya çıxma zamanı pensiya ödənişi müddəti aylarının sayının artırılması qaydasını müəyyən edib, qüvvədə olan ikinci cümləsi isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan pensiyaçıların 37.3.1-ci maddəyə əsasən pensiyasının yenidən hesablanması zamanı pensiya ödənişi müddəti aylarının sayının artırılması qaydasını müəyyən edir. 20-ci maddəyə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan hərbi və xüsusi rütbəli şəxslərə 9-cu maddəyə əsasən pensiya təyin edilir. Əgər cavabdehin mövqeyinə görə 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsinin müddəaları ##.##.2022-dən əvvəl 9-cu maddəyə əsasən pensiyaya çıxmış bütün pensiyaçıların pensiyasının ##.##.2022-dən sonra 37.3.1-ci maddəyə görə yenidən hesablanması zamanı tətbiq edilməlidirsə, o halda hansı səbəbdən *** nömrəli qanunla keçid müddəalarında müəyyən edilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il ######ın #-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Axı 9-cu maddəyə əsasən pensiya təyin edilən hərbi və xüsusi rütbəli şəxslərin pensiya ödənişi müddəti aylarının sayı artırılıbsa, ##.##.2023 il tarixdən etibarən qüvvəyə minmiş 45-ci maddənin ikinci cümləsinin geriyə şamil edilməməsinin mənası qalmır. Cavabdehin mövqeyinə görə Qanunverici hansı məqsədlə onu yazıb? Əgər 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi bütün dövrlərdə tətbiq edilməlidirsə, həm keçmişdə, həm gələcəkdə, o halda *** nömrəli qanunla 45-ci maddənin ikinci cümləsinin geriyə şamil edilməməsi niyə yazılıb? ##.##.2022-dək 9-cu maddəyə əsasən pensiya ləyin olunan hərbi və xüsusi rütbəli pensiyaçılara 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi ##.##.2022-ci il tarixdən sonra gələcək zamanda da tətbiq edilməlidirsə və əgər həmin qüvvədən düşmüş ikinci cümlə yenidən hesablanma hallarını da ehtiva edirsə, belə olan halda, 45-ci maddənin qüvvədə olan ikinci cümləsinin geriyə şamil edilməməsinin yazılması hansı məqsədlə edilib, axı həm qüvvədən düşmüş ikinci cümlə, həm də qüvvədə olan ikinci cümlə pensiya ödənişi müddəti aylarının sayının artırılmasını nəzərdə tutur?! “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2022-ci il tarixdən qüvvədən düşmüş ikinci cümləsi ümumiyyətlə, yenidən hesablanma ilə bağlı hər hansı göstəriş nəzərdə tutmur, həmin maddə pensiyaya çıxma yaşı əsasında hesablanma qaydası nəzərdə tutur, həmin maddədə məhz pensiyaya çıxma yaşı yazılıb. Həmin maddə pensiyaya çıxma zamanı tətbiq edilməli olan qaydanı nəzərdə tutur. Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsində "pensiyaya çıxma yaşı" yazılıb, ##.##.2022-ci il tarixdən ləğv edilmiş ** nömrəli Qaydalarda 48-ci, 49-cu misallarda isə "pensiyanın yenidən hesablanma yaşı" əsas götürülməklə yenidən hesablanma aparılıb. Pensiyaya çıxma yaşı deyil. *** nömrəli qanunun keçid müddəaları isə onu nəzərdə tutur ki, kimə ##.##.2022-ci il tarixdən əvvəl 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi əsasında pensiya təyin edilibsə həmin şəxslər ##.##.2022-ci il tarixdən sonra, yəni 45-ci maddənin ikinci cümləsi qanundan çıxarıldıqdan sonra, əvvəlki dövrlərdə təyin edilən pensiyanın məbləğinin yenidən hesablanmasını tələb edə bilməz, çünki məhz həmin maddənin qüvvədə olduğu vaxt o şəxslərə pensiya təyin edilib. Ona isə təyin edilən pensiya 45-ci maddənin ikinci cümləsi əsasında olmayıb.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, iddiaçı İddiaçı ##.##.2017-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar fərdi hesabının sığorta hissəsində qeydə alınmış 165190,32 manat pensiya sığorta kapitalına uyğun Fondun Nərimanov rayon şöbəsi tərəfindən əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 165190,32 manat pensiya sığorta kapitalına Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya (144 ay - 72 ay) bölünməklə 2294,31 manat (165190,32 : 72) əmək pensiyasının (1434,52 manat) üzərinə əlavə edilərək 3728,83 (1434,52 + 2294,31) manat (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 5452,42 manat, ##.##.2023-cü il tarixinə 6292,15 manat) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş, 299224,08 manat pensiya sığorta kapitalı 72 aya bölünərək 4155,89 manat (299224,08 : 72) əmək pensiyasının (1434,52 manat) üzərinə əlavə edilməklə iddiaçıya 5590,41 (1434,52 + 4155,89) manat (indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 8224,49 manat) artıq əmək pensiyası ödənilmişdir. Bununla əlaqədar olaraq, iddiaçı İddiaçı əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işləməyi ilə əlaqədar ##.##.2024-cü il tarixində Qanunun 37.3.1ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası ##.##.2023-cü il tarixindən yenidən hesablanmış və ##.##.2024-cü il tarixində 6292,15 manatdan 8689,58 manata artırılmalı olduğu halda, səhvən 10171,38 manata artırılmışdır. Buna görə də keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 28427,57 manat pul vəsaiti hesablanıb. Qalıq artıq ödənilmiş 38389,82 manat pul vəsaitinin 4524,20 manat hissəsi ##.##.2024- ##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödəmə isə 33865,62 manat təşkil etmişdir. Həmin pul vəsaiti əmək pensiyasından (hər ay 845,52 manat olmaqla) tutularaq büdcəyə bərpa edilir. Qeyd olunanlara əsasən, iddiaçı İddiaçı ##.##.2017-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 144423,45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin vəsaitin 5452,40 manatı ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 545,24 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmiş, qalıq artıq ödəmə məbləği isə 138971,05 manat təşkil etmişdir. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, qalıq 138971,05 manat artıq ödənilmiş pul vəsaiti son üç il üzrə məhdudlaşdırılaraq 62846,41 manat məbləğində müəyyən edilib. Qeyd edilən artıq ödənilmiş qalıq 62846,41 manatın 3136,50 manat hissəsi ##.##.2023-##.##.2024-cü tarixləri arasındakı dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödəmə 59709,91 manat təşkil edib. Iddiaçı İddiaçı əmək pensiyasından müvafiq icra sənədləri üzrə hər ay 1629,30 manat aliment X4 xeyrinə, 543,10 manat aliment isə X1 xeyrinə tutulur. Eyni zamanda, texniki xəta səbəbindən 2023-cü ilin iyun ayında iddiaçının əmək pensiyasından tutulma aparılmadan, büdcə hesabından Sevinc Cəfərovaya 1568,26 manat məbləğində aliment ödənilmişdir. Həmin büdcə hesabından ödənilən 1568,24 manat da ## ##.2023- ##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 196,03 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6- cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli ***- VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qanunda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, ***-VIQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45- ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, ##.##.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” ## #### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilik aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan ## ### 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq ## ###### 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ ##.##.2022-ci il tarixdən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. Daha sonra sözügedən yenidən hesablanma ilə əlaqədar iddiaçıya 27247,01 manat artıq ödənilmiş pul vəsaiti müəyyən edilmişdir. Həmin vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi məqsədilə iddiaçı İddiaçı yazılı razılığını qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında İddiaçı mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## #### 2024-cü il tarixində məktub göndərilməklə ## #### 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilsə də, Mərkəzi Filiala gəlməmişdir. Əmək pensiyasının yenidən hesablanma qaydası barədə tərəflərindən ## #### 2024-cü il tarixli *-**-*/*-Q-*****/**** nömrəli, ## #### 2024-cü il tarixli *-***/*-Q-******/**** nömrəli və ## ###### 2024-cü il tarixli 3-17- 1/2-Q- ******/**** nömrəli məktublarla qanunvericiliyin tələbləri ətraflı bildirilib. Əmək pensiyasının ##.##.2024-cü il tarixli qərarla yenidən hesablama nəticəsində azaldılaraq 8689,58 manat müəyyən edilməsinə baxmayaraq, tutulmalar aparılmamışdır.

10. Bakı Inzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 2025-ci il ## ##### tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Elxan Xəlil oğlunun “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli və ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarlarının ləğv edilməsi, İddiaçı müdaxilədən əvvəlki pensiyasının məbləğinin bərpası, keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanuna müvafiq qaydada ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Qərar onunla əsaslandırılmışdır ki, qanunvericiliyə nəzər saldıqda aydın olur ki, ##.##.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, ##.##.2017- ##.##.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Belə ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçünCavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra– “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi). “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin digər şəxslərə münasibətdə daha tez əmək pensiyası təyin edilmək hüququ müəyyən edilmişdir. Qanunvericinin bu zaman əsas məqsədi sağlamlıq riski daşıyan, nəticədə orqanizmi daha tez qocalan və əmək qabiliyyəti daha tez azalan şəxslərin xüsusi sosial təminat mexanizmləri müəyyən etməklə sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlıdır. Məhz buna görə də qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini ƏPQ-dən çıxarmışdır.

12. Keçid müddəaya gəldikdə isə, həmin norma ##.##.2017-##.##.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(102) ***/**** nömrəli iş üzrə, ##.##.2025-ci il tarixli qərarında kassasiya məhkəməsi qeyd etmişdir ki, “...məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45 ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. Iddiaçının pensiya hüququ isə 2008 ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz”. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2 *(***)- ***/**** nömrəli iş üzrə, ##.##.2025-ci il tarixi qərarında da ifadə edilmişdir. Məhkəmə cavabdehin Qanunun Keçid müddəlarına istinad edərək iddiaçının pensyasını yenidən hesablaması ilə bağlı həmçinin qeyd edir ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Lakin Qanuna edilmiş dəyişiklik, ##.##.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənənədək (##.##.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Məhkəmə təkrar olaraq qeyd edir ki, Keçid müddəaları əmək pensiyaçıların həmin norma qüvvəyə minənədək pensiyası yenidən hesablanmış şəxslərin həmin normaya istinadən yenidən hesablama tələb etməsi ilə bağlı məhdudiyyəti nəzərdə tutur. Yəni fərz edək ki, cavabdeh iddiaçının pensiyasının yenidən hesablayarkən Qanunun 45-ci maddəsinin 2-ci cümləsini tətbiq edərək yığılmış pensiya kapitalını 72 aya deyil, həmin normaya görə gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artıraraq (136) aya bölərək pensiya təyin etdiyi halda, iddiaçı həmin normanın ləğvindən sonra cavabdehə müraciət edərək normanın ləğv edildiyinə istinad edib, yığılmış pensiya kapitalını 72 aya bölməklə yenidən hesablama tələb edə bilməzdi. Keçid müddəlarındakı məhdudiyyət əmək pensiyaçılarına münasibətdə nəzərdə tutulmuşdur və cavabdehə həmin normalara istinad edib, ləğv olunmuş normanı tətbiq edərək əmək pensiyaçısının ziyanına olan pensiyanın yenidən hesablanmasını aparmaq hüququ vermir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və O.N.Ismayılov) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətnin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (##.##.2017-ci ildən qüvvəyə minən redaksiya): Maddə 45. bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (normanın birinci cümləsi). Buraya gözlənilən pensiya ödənişi müddəti, yəni 144 ay (12 il) daxildir. Maddə 9. Yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (normanın ikinci cümləsi). Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır (normanın üçüncü cümləsi).

21. ## ### 2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair ***-VIQD nömrəli Qanun (həmin Qanun ## #### 2022-ci il tarixdən qüvvəyə minmişdir): Maddə 1.11. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Qanunun 45-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı ***-VIQD nömrəli Qanununun Keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

22. “Inzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

23. Inzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

31. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının 6 il işləməsi ilə bağlı əmək pensiyasını ##.##.2024-cü il tarixdə yenidən hesablamış, bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayını, yəni 144 ayı 72 ay azaltmaqla, 72 ay müəyyən etmişdir. Lakin sonradan ##.##.2024-cü il tarixli qərarla əvvəlki qərarını etibarsız saymış və ##.##.2017-##.##.2022-ci illərdə qüvvədə olmuş 45ci maddənin 2-ci cümləsini tətbiq edərək, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırmışdır. Cavabdeh bu zaman ##.##.2022ci il tarixli ***-VIQD nömrəli X3 istinad edir. Belə ki, həmin 2.2-ci maddəyə əsasən Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

32. Kollegiya qeyd edir ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının çoxsaylı oxşar mübahisələr üzrə çıxarılmış məhkəmə aktlarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022- ci il 29 iyun tarixədək qüvvədə olmuş ikinci cümləsi yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir, pensiyanın yenidən hesablanmasına şamil olunmur. Pensiyanın yenidən hesablanması adı çəkilən Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Buna görə də, 2022ci il ## #### tarixdən ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir. Hazırki mübahisəyə münasibətdə də aşağı instansiya məhkəmələri tərəfindən qeyd olunan hüquqi mövqe sərgilənərək yekun nəticəyə gəlinmişdir.

33. Lakin sözügedən hüquqi mövqeyə yenidən baxmaq, hüququn tətbiqi üzrə təcrübənin vahidliyini təmin edən əvvəlki hüquqi mövqeləri inkişaf etdirən fərqli yanaşmanı tətbiq etmək zərurəti yarandığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, **/**** nömrəli qərardadı qəbul edilmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.

34. Hazırki mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, cavabdehin “Əmək pensiyaları haqqında” 45-ci maddəsinin 2017-ci il ## #### tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq edərək iddiaçının əmək pensiyasını yenidən hesablaması Ali Məhkəmənin Inzibati Kollegiyasının formalaşdırdığı hazırkı hüquqi mövqeyə uyğun olsa belə, hazırkı iş üzrə əvvəlki hüquqi mövqe tətbiq olunmalıdır.

35. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli, ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, **/**** nömrəli qərardadı ilə qərara alınmışdır ki, hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir.

36. Yuxarıda da qeyd olunduğu kimi, aşağı instansiya məhkəmələri tərəfindən kassasiya instansiya məhkəməsinin əvvəlki mövqeyinə uyğun şəkildə qərar qəbul edildiyindən və hazırkı iş üzrə birinci instansiyada icraat Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## ##### tarixli, **/**** nömrəli qərardadı qəbul olunanadək yekunlaşdığından, iddianın təmin edilməsinə dair aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslı hesab olunur.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar