Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4153/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8ci maddəsinə əsasən ##.##.2017-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ## ###### 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən ##.##.2017-ci il tarixindən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdehin ## ######## 2024-cü il tarixli məktubu ilə xahişinin yerinə yetirilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, o, orta təhsilini başa vurduqdan sonra ## ####### 1977-ci ildə Kirov adına Balıq Kombinatında fəhlə kimi işə qəbul edilmiş, ## ### 1978-ci ildə X4 köçürmə yolu ilə işdən çıxmış, ## #### 1978-ci ildə X4 fəhlə qəbul edilmiş, ## ####### 1978-ci ildə həqiqi hərbi xidmətə getməyi ilə əlaqədar işdən çıxmış, ## ###### 1978-ci ildə hərbi xidmətə getmiş və ## ###### 1981-ci ildə xidmətdən qayıtmışdır. ## ###### 1981-ci ildə M.Müşviq adına üzümçülük sovxozunda sürücü peşəsinə işə qəbul edilmiş, ## ######## 1981-ci ildə işdən çıxmışdır. ## ###### 1981-ci ildə RSFSR-in Yeysk şəhər X5 sürücü vəzifəsinə qəbul edilmiş və ## ##### 1982-ci ildə işdən çıxmışdır. ## ###### 1982-ci ildə N nömrəli hərbi hissədə nəqliyyat fəhləsi vəzifəsinə işə qəbul edilmiş və ## ###### 1983-cü ildə işdən çıxmışdır. ## ##### 1984-cü ildə X1 Zavodunda sürücü peşəsinə işə qəbul edilmiş, ## #### 1984-cü ildə işdən çıxmışdır. ## ###### 1984-cü ildə Plavsk ** nömrəli X3 yanğınsöndürən vəzifəsinə işə qəbul edilmiş və ## ###### 1985-ci ildə işdən çıxmışdır. ## ### 1985-ci ildə maşinist vəzifəsinə qəbul edilmiş, ## ###### 1985-ci ildə işdən çıxmışdır. ## ######## 1986-cı ildə xxxxnın X2 Vaqon Deposunda tormoz və pnevmatik avadanlıqlar üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, ## #### 1987-ci ildə işdən çıxmışdır. ## #### 1987 - ## ###### 1987-ci ildə xxxxnın Bakı Texniki Məktəbində refrijerator seksiyaların mexaniki kursu üzrə əyani təhsil almışdır. ## ###### 1988-ci ildə xxxxnın X2 Vaqon Deposunda refrijerator seksiya maşinisti vəzifəsinə işə qəbul edilmiş, ## ####### 1989-cu ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmiş, ## ###### 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. ## #### 1998-ci ildə refrijerator seksiya maşinisti vəzifəsinə keçirilmiş və ## ##### 2008-ci ildə işdən çıxmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı ümumi və güzəştli iş stajının ödənildiyinə əsaslanaraq güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını iddia edir.
3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala ##.##.2024-cü ildə daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ##.##.1974-cü il tarixli, MT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 11-12-ci səhifələrdə qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin səhifələrdəki 16-17-ci qeydlərə düzəliş edilərək işə başlama, işdən çıxma tarixləri ilə əmrlərin tarixlərinin dəyişdirildiyi aşkar görünür. Halbuki bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na ziddir. Buna görə də həmin səhifələrdə qeyd olunan ##.##.1985-##.##.1985-ci il tarixləri arasındakı dövrün iddiaçının iş stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda ##.##.2006-cı il tarixdən bu günədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, 2007-ci ilin noyabr, dekabr, 2008-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 7 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 14 gün ( ##.##.1977-##.##.1978-ci il, ##.##.1978-##.##.1978-ci il, ##.##.1978-06.01,1981-ci il, ##.##.1981-##.##.1981-ci il, ##.##.1982-##.##.1982-ci il, ##.##.1984-##.##.1984-cü il, ##.##.1984-##.##.1985-ci il, ##.##.1986-##.##.1987-ci il, ##.##.1988-##.##.2005-ci il tarixləri arasındakı dövrlər, ##.##.2006-cı il tarixdən sonra 1 il 9 ay)) təşkil edir. Bundan başqa, “xxxx” QSC-nin iddiaçıya dair ##.##.2024-cü il tarixli, **-*/*-Q****/*-**/**** nömrəli arayışında ##.##.1989 - ##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində X2 vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay 2 gün (##.##.1988-##.##.1989-cu il, ##.##.1998-##.##.2006-cı il, ##.##.2006-##.##.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 57 yaşı tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün (##.##.2021-ci il tarixdən) ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Məhkəmə cavabdehin mübahisələndirdiyi təhsil müddətinə münasibətdə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti iddiaçı əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti iddiaçının əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il ## ####### tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRI Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRI Nazirlər Sovetinin ## ###### 1956-cı il tarixli, **** saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il ## ######## tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Cavabdeh iddiaçının aldığı təhsilin əyani olub-olmamasını mübahisələndirsə də, məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı xxxxnın Bakı texniki məktəbinin “Mexanik refrijerator” kursunu ##.##.1987-##.##.1987-ci ildə əyani şöbəsini bitirmişdir. Göründüyü kimi iddiaçının aldığı təhsilin təhsil formasının əyani olması müəyyən olunmuşdur ki, bu da həmin dövrün (05 ay 16 gün) staja daxil edilməsinə əsas verir. 5.2. Məhkəmə mübahisələndirilən ##.##.1985-##.##.1985-ci il tarixinin staja daxil edilməsinə münasibətdə qeyd edir ki, həmin stajın daxil edilib-edilməməsindən asılı olmayaraq iddiaçının ##.##.2006-cı il tarixədək 25 ildən çox (mübahisələndirilməyən 24 il 06 ay 16 gün + mübahisələndirilən 05 ay 16 gün = 25 il 02 gün) ümumi iş stajının olması müəyyən olunur. Bu səbəbdən də həmin dövr üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ##.##.2006-cı il tarixədək tələb olunan ümumi iş stajı mövcuddur. 5.3. Məhkəmə araşdırması zamanı təqdim olunmuş əmək kitabçasının surətindən məlum olmuşdur ki, iddiaçı ##.##.1989-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində refrijerator seksiyalarının rəhbər mexaniki işləmişdir. “xxxx” QSC iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarının 1-1-ci bəndi nəzərə alınmaqla həmin Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etdiyini, ADY-nin müvafiq strukturlarında çalışmış refrijerator seksiyaların mexanik, o cümlədən rəhbər mexaniklərinin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərin olmasına baxmayaraq, iş şəraitlərinin eyni olmasını və bu vəzifələrdə işləmiş əməkdaşların eyni zərərli amillərin təsirinə məruz qaldığını təsdiq etmiş, refrijerator seksiyası rəhbər mexanikinin vəzifələrinin nədən ibarət olması barədə əmək funskiyaları barədə məlumatı məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, “xxxx” QSC iddiaçının ##.##.1989-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğundur. Həmçinin, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XXVIII (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə cavabdehin dəlilini əsaslı saymır və iddiaçının ##.##.1989-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi müddət onun güzəştli iş stajına daxil edilməli olması qənaətinə gəlir. Bu halda isə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur (##.##.2006-cı il tarixədək mübahisələndirilməyən 09 il 06 ay 05 gün + mübahisələndirilən 08 il 05 ay 02 gün = 17 il 11 ay 07 gün).
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: O.N.Ismayılov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57 yaşa) çatması və ##.##.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı ##.##.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.