Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4156/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı və Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: (artıq ödənilmiş pensiya məbləğinin tutulması, əmək pensiyasının təyin edilməsi haqqında və əmək pensiyasının dayandırılması haqqında qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi” tələbinə və Cavabdeh İddiaçı qarşı “İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə ##.##.2023-cü il tarixli *-**/*/*/-*-*****/**** nömrəli və Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında ##.##.2023-cü il tarixli *-**/*/*/-*-*****/**** nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbi üzrə qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Cavabdeh İddiaçıya ##.##.2017-ci il tarixdən, yəni 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ##.##.2017-ci ildən ## ###### 2021-ci il tarixə qədər əmək pensiyasını almağa davam etmişdir. Cavabdeh həmin dövr ərzində iddiaçıya ödənilmiş 11267,33 manat pul vəsaitdən iddiaçı əsassız faydalandığını hesab etmiş və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə ## ####### 2021-ci il tarixli qərar qəbul etmişdir.
2. İddiaçı daha sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin *- *(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı İlə iddiaçı Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız və qanunsuz hesab edilməsi; artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında ## ####### 2021-ci il tarixli, *********** nömrəli qərar ləğv edilməsi və iddiaçıya pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*- *-*****/**** saylı Qərarı ilə Cavabdeh pensiya ödənişi bərpa edilmiş və həmin tarixli 3-17- 1/3-3- *****/**** saylı Qərarı ilə Cavabdeh pensiya ödənişi Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən dayandırılmış və ötən dövrlər üzrə alınmamış pensiya məbləğlərinin geri qaytarılması qərara alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə ##.##.1996-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də qəza-bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi cavabdehin işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları peşəsinə uyğun deyil. Bu səbəbdəndə onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq cavabdehə 57 yaşının tamamlanığı ##.##.2017- ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Əlavə olaraq, Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli 2-1(112)- ****/**** nömrəli qərarına əsasən 57 yaşının tamam olduğu ## ###### 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı cavabdehin mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə ##.##.2023-cü il tarixli məktub göndərilməklə ## ####### 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Mülahizələrin dinlənilməsi üçün cavabdeh Mərkəzi Filiala ## ####### 2023-cü il tarixində gəlmişdir. Tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmayıb. Sonra isə, cavabdehə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin cari ilin noyabr ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Qeyd olunanlara əsasən,yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, cavabdehə son üç il üzrə 9114,55 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmişdir. Göründüyü kimi, inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmaqla aparılmış və cavabdehə qanunvericiliyin tələbləri izah olunmuşdur. Eyni zamanda, həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maraqlı şəxs məzmununa etimad göstərsə də, lakin həmin etimad qanunla qorunmamalıdır; - Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. Qeyd olunanları hazırkı mübahisəli pensiya təyinatı ilə bağlı qanunsuz əlverişli inzibati akta tətbiq etdikdə müəyyən olunur ki, pensiya təyinatı ilə bağlı qərarın ləğv edilə bilməsi üçün hər iki əsas mövcuddur: 1) Pensiya təyinatı barədə qərarı inzibati orqan öz təşəbbüsü ilə, hüquq tətbiqetmə prosesində qüvvədə olmayan normanı seçmək və tətbiq etməklə qəbul etdiyindən həmin inzibati akta etimad varsa da, lakin həmin etimadın qanuni əsası yoxdur. 2) Pensiya təyinatı ilə bağlı əlverişli inzibati akt qanunsuz olmaqla davam edən ictimai münasibətlərə birbaşa tətbiq edilir, hazırda və bundan sonra da ictimai və dövlət maraqlarına zərər vurmaqda davam edir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Qeyd edildiyi kimi, cavabdehə son üç il üzrə ümumilikdə 9114,55 manat artıqödəmə müəyyən edilib. Ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar cavabdehə artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Müvafiq məhkəmə qərarına əsasən cavabdehə fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra isə artıqödəmə məbləği 19342,12 manat təşkil edəcəkdir.
6. İlkin iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəmə çəkişmələri nəticəsində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli qərarı ilə iddia inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilərək, 57 yaşının tamam olduğu ## ###### 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Həmin qərarın icrası məqsədilə # ####### 2023-cü il tarixində qəbul edilmiş *-**-*/*-*-*****/**** nömrəli qərarla adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 379,61 manat məbləğində bərpa olunub. Eyni zamanda, ötən dövr üzrə ona ödənilməli olan ümumilikdə 10607,18 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin ##.##.2024-cü il tarixindən etibarən hissəhissə ödənilir. Yəni, sözügedən məhkəmə qərarı tam icra edilib. Daha sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı cavabdehin mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə ##.##.2023-cü il tarixli məktub göndərilməklə ## ####### 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Mülahizələrin dinlənilməsi üçün cavabdeh Mərkəzi Filiala ## ####### 2023-cü il tarixində gəlmişdir. Tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmayıb. Sonra isə, cavabdehə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfimizdən ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarla ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2023-cü ilin ilin noyabr ayından dayandırılması haqqında ##.##.2023-cü il tarixli 3- 17-1/3-3- *****/**** nömrəli qərar qəbul edilib (qoşma olaraq qərarların sürəti əlavə edilir). Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən maddənin də tələbləri nəzərə alınaraq, cavabdehə son üç il üzrə 9114,55 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar cavabdehə artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Müvafiq məhkəmə qərarına əsasən cavabdehə fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra isə artıqödəmə məbləği 19342,12 manat təşkil edəcəkdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. İlkin iddia üzrə cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında ## ####### 2021 -ci il tarixli, *********** nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2022-ci il Qərarı ilə iddia təmin edilmiş, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız və qanunsuz hesab edilmiş, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında ##.##.2021-ci il tarixli, *********** nömrəli qərar ləğv edilmişdir. Habelə iddiaçıya pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsi Mərkəzi Filialın üzərinə qoyulmuşdur. Mərkəzi Filial apellyasiya və kassasiya şikayətləri ilə müvafiq məhkəmələrə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 2-1 (102)- ****/**** nömrəli ##.##.2023-cü il tarixli Qərarı ilə cavabdehin şikayətləri təmin edilməmişdir. Bakı inzibati Məhkəməsinin ##.##.2022ci il Qərarı ##.##.2023-cü il tarixdə hüquqi qüvvəyə minmişdir. Mərkəzi Filial pensiyanı bərpa etmişdir. Lakin həmin tarixdən hal-hazıra qədər qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarı Mərkəzi Filial tərəfindən icra edilməmişdir. Məcburi icra tədbirlərinə dair icra məmurunun qərarına da Mərkəzi Filial rəhbərliyi biganə yanaşmışlar. Əksinə olaraq Mərkəzi Filialın rəhbərliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək əvəzinə 2021 -ci ildə olduğu kimi ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə absurd olaraq iddiaçıya məktublar göndərib məlumat vermişdir ki, yenidən inzibati icraat işi başlanmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən dayandırıb və aldığı 9114.55 manat məbləği geri qaytarılmalıdır. Bundan sonra, 2024-cü ilin sonu absurd və məntiqsiz olaraq Mərkəzi Filial Bakı İnzibatı Məhkəməsinə müraciət edib iddiaçıya qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını 2021-ci ildə istədiklərinin eynisi olaraq bunlara geri ödəməyi tələbi ilə iddia irəli sürmüşdür.Güya inizbati araşdırmanı təzələyiblər,inizbati akt,qərar qəbul ediblər ki,pensiyası dayandırılsın. Lakin dəfərlərlə həmin qərarı iddiaçıya təqdim etməyi Mərkəzi Filialdan xahiş etmiş, lakin təqdim edilməmişdir. 3 ildən artıq müddətdir ki, Mərkəzi Filialın hüquqşünasları və rəhbərləri bilərəkdən iddiaçıya qarşı qanunsuz hərəkətlərini davam etdirirlər.
9. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini, həmçinin 2023-cü ilin noyabr ayından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir.
10. Sonradan Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respubılikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, 2023-cü ilin noyabr ayından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında cavabdehin qəbul etdiyi qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Sonradan iddiaçı Cavabdeh nümayəndəsi və vəkili vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması barədə ##.##.2023-cü il tarixli *-**/*/*/-*-*****/**** nömrəli və Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında ##.##.2023-cü il tarixli 3-17/1/3/-3- *****/**** nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmənin 2025-ci il ## ##### tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair Cavabdeh nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
13. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya ## ###### 2017-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonradan isə bir sıra səbəblər göstərilməklə təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. Buna səbəb kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Cavabdeh adlanacaq) “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, iddiaçının “xxxx” ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində, qəza-bərpa işləri çilingəri peşəsində işləməyi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingəri və ustaları peşəsinə uyğun deyil. Hesab edirəm ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüquq verən işlədiyi sahənin birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olduğuna dair “xxxx” ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən ## ###### 2021-ci il tarixli, ** nömrəli, rəsmi arayış verilib. Bunlardan əlavə iddiaçıya işlədiyi müəssisədə aylıq əmək haqqı hesablanarkən və illik məzuniyyətlərə buraxılarkən güzəştli şərtlərlə işləyən işçi kimi əmək haqqına qanunla nəzərdə tutulan əlavə ödənişlər edilmiş və əsas məzuniyyətinə əlavə məzuniyyət günləri tətbiq edilmiş, müvafiq əmrlərlə rəsmiləşdirilmişdir. İddiaçı Cavabdeh cavabdehə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında ## ####### 2021-ci il tarixli, *********** nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir .Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il Qərarı ilə iddiası təmin edilmişdir. Həmin Qərar ilə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyamın dayandırılması əsassız və qanunsuz hesab edilmişdir; artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında ## ####### 2021-ci il tarixli, *********** nömrəli qərar ləğv edilmişdir. Habelə iddiaçıya pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsi Filialın üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya və kassasiya şikayətləri ilə müvafiq məhkəmələrə müraciət etmişdir.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)- ****/**** nömrəli ##.##.2023-cü il tarixli Qərarı ilə cavabdehin şikayətləri təmin edilməmişdir.Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il Qərarı ##.##.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Lakin həmin tarixdən hal-hazıra qədər qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarı Mərkəzi Filial tərəfindən tam icra edilməmişdir. Məcburi icra tədbirlərinə dair icra məmurunun qərarına da Mərkəzi Filial rəhbərliyi biganə yanaşmışlar. Əksinə olaraq Mərkəzi Filialın rəhbərliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək əvəzinə 2021-ci ildə olduğu kimi ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərdə absurd olaraq məktublar göndərib məlumat vermişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən dayandırırlar və aldığı 9114.55 manat məbləği geri qaytarmalıdır. Mərkəzi Filialin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən dayandırması və iddiaçıdan hər hansı məbləğin geri tələb etməsi əsassız və qanunvericiliyin mövcud tələblərinə zidd sayılmalıdır.
14. İnzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdehin qarşılıqlı iddiaya dair etirazını məhkəməyə təqdim edilməmişdir.
15. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ilkin iddia tələbinin rədd edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması barədə ##.##.2023-cü il tarixli 3-17/1/3/-3- *****/**** nömrəli və Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında ##.##.2023-cü il tarixli *-**/*/*/-*-*****/**** nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh güzəştli iş stajı, onun işlədiyi müəssisə tərəfindən verilmiş arayış ilə təsdiq edilmişdir. Belə ki, həmin arayışda göstərilmişdir: “xxxx” ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilən ## ###### 2021ci il tarixli ** nömrəli arayışa əsasən, Cavabdeh “xxxx” ASC Xətai rayon Sukanal İdarəsində ##.##.1996-cı il tarixdən bir sıra güzəştli peşələrdə işləmişdir. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 5-ci bəndinə əsasən güzəştli sayılır. İddiaçı ##.##.1996-ci il tarixindən ##.##.2004-cü il tarixinədək Bakı Kanalizasiya şəbəkələrinin istismarı müəssəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı ixtisasa əsasən 08 il 6 ay 1 gündür. ##.##.2004cü il tarixindən ##.##.2011-ci il tarixinədək “xxxx” ASC Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 6 il 05 ay 29 gündür. ##.##.2011-ci il tarixindən ##.##.2021-ci il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 10 ay 1 gündür. ##.##.2012-ci il tarixindən ##.##.2016-cı il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 4 il 8 ay 19 gündür. ##.##.2016-cı il tarixindən ##.##.2017-ci il tarixinədək “xxxx” ASC Bakı Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 1 il 1 ay 26 gündür. ##.##.2017-ci il tarixindən ##.##.2021ci il tarixinədək “xxxx” ASC Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 3 il 11 ay 11 gündür.”
17. Bundan başqa iddiaçının pensiya işindən görünür ki, inzibati orqan ilk dəfə iddiaçıya 21.02..2017-ci ildə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh pensiya işində və iddiaçı inzibati orqanının dəlillərində inzibati aktın ləğv edilməsinə səbəb olan halın inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.
18. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, ilkin iddianın təmin edilməsi qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat:
19. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - 57 yaşının tamam olması; ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli iş stajı olması. İnzibati orqan tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının əsas dəlili ondan ibarətdir ki, Cavabdeh işlədiyi çilingər peşəsinin daim məşğul olub-
21. hissəsi müəyyən olunmadığından, həmin peşə Nazirlər Kabinetinin müvafiq olmayan qərarlarında nəzərdə tutulan yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəzabərpa işlərinin çilingərləri və ustaları peşəsinə uyğun deyil. Buna görə də 2017-ci il tarixdə ona pensiya təyin edilərkən onun lazım olan qədər güzəştli iş stajı olmamışdır. Halbuki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2- *(***)-****/**** saylı qərarında qeyd olunmuş “xxxx” ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilən ## ###### 2021-ci il tarixli ** nömrəli arayışa əsasən, Cavabdeh “xxxx” ASC Xətai rayon Sukanal İdarəsində ##.##.1996-cı il tarixdən bir sıra güzəştli peşələrdə işləmişdir. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 5-ci bəndinə əsasən güzəştli sayılır. İddiaçı ##.##.1996-ci il tarixindən ##.##.2004-cü il tarixinədək Bakı Kanalizasiya şəbəkələrinin istismarı müəssəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı ixtisasa əsasən 08 il 6 ay 1 gündür. ##.##.2004-cü il tarixindən ##.##.2011-ci il tarixinədək “xxxx” ASC Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 6 il 05 ay 29 gündür. ##.##.2011-ci il tarixindən ##.##.2012-ci il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 10 ay 1 gündür. ##.##.2012-ci il tarixindən ##.##.2016-cı il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 4 il 8 ay 19 gündür. ##.##.2016-cı il tarixindən ##.##.2017-ci il tarixinədək “xxxx” ASC Bakı Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 1 il 1 ay 26 gündür. ##.##.2017-ci il tarixindən ##.##.2021-ci il tarixinədək “xxxx” ASC Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 3 il 11 ay 11 gündür.”
22. Məhkəmə tərkibinin icraatında olan oxşar iş üzrə apellyasiya baxışı zamanı iddiaçının işlədiyi xxxx ASC-nin X1 idarəsinə sorğu verilmiş, həmin sorğuya alınan ##.##.2025-ci il tarixli cavabda iddiaçının işlədiyi ixtisasın (qəza-bərpa işləri üzrə çilingər) əvvəldən bu günə kimi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aid olduğu qeyd edilmişdir. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sına əsasən iddiaçının işlədiyi peşə (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri) güzəştli şərtlərlə pensiya təyin edilə bilən peşələrə aiddir. Bununla bağlı, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, inzibati orqan tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd etmək lazmdır ki, hazırkı iddianın predmeti ilə eynilik təşkil edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2023cü il tarixli qərarında da oxşar hüquqi mövqe ifadə edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya ##.##.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ##.##.2023-cü il tarixli qərarlarla ilkin pensiya təyini barədə qərar ləğv edilərək pensiya ödənişi dayandırılmışdır. Göründüyü kimi, inzibati orqan təxminən 6 il sonra “səhv” etdiyinin fərqinə varmış və mübahisləndirilən qərarı qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlıdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. İnzibati orqanın cavabdehin əmək pensiyasını əsassız alması barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş hədlərdə qorunur. Digər tərəfdən qeyd edilməlidir ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya 57 yaşı tamam olduğu, yəni ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ##.##.2017-ci il tarixdən ## ###### 2021-ci il tarixədək əmək pensiyasını almağa davam etmişdir. Sonradan cavabdeh orqan həmin dövr ərzində iddiaçıya ödənilmiş 11267,33 manat pul vəsaitdən onun əsassız faydalandığını və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə # ####### 2021-ci il tarixli, ************ nömrəli qərar qəbul etmişdir. İddiaçı ## ###### 2021-ci il tarixdə cavabdeh orqana qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” ## ####### 2021-ci il tarixli, *********** nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin verilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
23. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) *-*(***)-****/**** nömrəli, ## ##### 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında # ####### 2021-ci il tarixli, *********** nömrəli qərarın ləğv edilməsi, iddiaçıya pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən və sonuncunun qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- ****/**** nömrəli, ## #### 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## #### 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “...cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi və tutulmuş pulların geri qaytarılmasının ona həvalə edilməsi işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur”.
24. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərarının hazırkı iş üzrə preyudisial əhəmiyyəti vardır.
25. İlkin iddia üzrə iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Maddə 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il # #### tarixli, ***- IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”:
23200000 – XXXIII. Ümumi peşələr 23200000—18447 – yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlərinin çilingərləri və ustaları
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı: Bənd 35. Ümumi peşələr yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlərinin çilingərləri və ustaları
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Hazırkı iş üzrə işin bütün halları apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.