Məhkəmə qərarları › İş №2-1(102)-416/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-416/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-416/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 oktyabr tarixli, 2-1(103)-1733/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2005-ci il 01 sentyabr tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 50 yaşının tamam olduğu 2003-cü il 15 avqust tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya tə yin edilməsini xahiş etmişdir.

3. Cavabdeh tərəfindən verilmiş 2019-cu il 25 iyun tarixli, **********7 saylı imtina məktubunda göstərilmişdir ki, iddiaçıya təqdim etdiyi sənədlərinə əsasən pensiya hüququnun yarandığı 2005-ci il 01 sentyabr tarixdən (52 yaşdan) müvafiq qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2006-cı il 01 yanvar tarixədək ümumi staj 21 il 05 ay, 2019-cu il 01 yanvar tarixə pensiyanın məbləği 405.48 manat təşkil edir. 2006-cı il 01 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatları, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2006-cı il 01 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən yeraltı və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və (2006-cı il 01 yanvar tarixədək) azı 20 il sosial sığorta stajı olduqda bu və müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkə məsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 50 yaşının tamam olduğu 2003-cü il 15 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1953-cü il 15 avqust tarixdə doğulmuş, 1975-2015-ci illərdə Sumqayıt “Üzvi- Sintez” zavodunda xüsusi zərərli istehsal sahəsində işləmişdir. Həmin dövrün iş stajı 1-ci siyahı üzrə xüsusi zərərli istehsal sahəsinə aiddir. O, bu barədə arayışı ona pensiya təyin edilərkən DSMF Sumqayıt şəhər şöbəsinə təqdim etmişdir. 2005-ci ildə iddiaçıya zərərli ist ehsal sahəsində işlədiyinə görə 52 yaşı tamam olan tarixdə pensiya təyin edilmişdir. İddiaçı 2019-cu il 21 iyun tarixdə ərizə ilə cavabdehə müraciət edərək, 50 yaşı tamam olan tarixdən yəni, 2003-cü il 15 avqust tarixdən zərərli istehsal sahəsində işlədiyinə görə pensiya təyin olunmasını xahiş etmiş, cavabdehin 2019cu il 25 iyun tarixli məktubu ilə iddiaçının xahişi təmin edilməmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 2006-cı il 01 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən yeraltı və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdi q olunan 1 nömrəli siyahı üzrə, kişilər 52 yaşına çatdıqda və (2006-cı il 01 yanvar tarixədək) azı 20 il sosial sığorta stajı olduqda bu və müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ qazanırlar. Vətəndaş İddiaçı 50 yaşdan əmək pensiyası təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə ziddir. Belə ki, əmək pensiyasının təyin edilməsi üçün 3 əsas prinsip vacibdir. 1) 1997-ci il 01 avqust tarixədək vətəndaşın 20 il ümumi stajı, 2) 1997-ci il 01 avqust tarixədək güzəştli stajı, 3) 1997-ci il 01 avqust tarixədək 50 yaş həddinin tələb edilməsidir. Bu tələblərdən yaş tələbi məhkəmə qərarı qəbul edilərkən pozulmuşdur. Belə ki, göstərilən tarixdən vətəndaşın 44 yaşı olmuşdur. Qeyd edilən səbəbdən də vətəndaş İddiaçı qa nunvericiliyə müvafiq olaraq 50 yaşında və əmək haqqı ilə əmək pensiyası təyinatının aparılması qanuna ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 21 may tarixli, 2-1(118)-913/2020 saylı qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmiş, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 05 avqust tarixli, 2-1(112)-4999/2020 saylı qərarı ilə iddia təmin edilərək İddiaçıya 50 yaşı tamam olan tarixdən, yəni 2003-cü il 15 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğin in hesablanaraq, iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən isə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Hazırda q üvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin məzmunundan göründüyü kimi iddiaçıya bu Qanun qüvvəyə minənədək xüsusilə zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə müvafiq, yəni 50 yaşına çatdıqda ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. İddiaçının 1997-ci il 01 avqust tarixədək 26 ildən yuxarı ümumi, o cümlədən 19 ilə yaxın xüsusi əmək stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qa nunla qorunan hüquqlarını pozmuşdur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 oktyabr tarixli, 2-1(103)-1733/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2019-cu il 05 avqust tarixli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “keçmiş müddət üçün” sözləri “2016-cı il 21 iyun tarixdən 2019-cu il 21 iyun tarixədək” sözləri ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın 2003-cü il 15 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablaması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinə “Əmək pensiyaları haqqında” Qanunun 32.11-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının tətbiq etməməsini düzgün saymır. Mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 08 oktyabr tarixli Qərardadında da məhkəmələrə izah olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç i l üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. birinci instansiya məhkəməsinin iddianın güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması hissədə təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olsa da, məhkəmənin bütün keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi ilə bağlı qərarı doğru olmamışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müvafiq orqana müraciət etmişdir. Həmin ərizə əsasında İddiaçıya 2005-ci il 01 sentyabr tarixdən (52 yaşdan) güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanun isə 2006-cı il 01 yanvar tarixdə qüvvəyə minmişdir. Bu səbəbdən də hazırki iddia tələbi üzrə İddiaçı tərəfindən ərizə ilə müraciət edilən tarixdə qüvvədə olmayan qanuna istinad edilə bilməz. 2006-cı il 01 yanvar tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmçinin, Qanunun 98-ci maddəsinə əsasən yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Digər hallarda pensiyalar müraciət edildiyi gündən tə yin edilir. İş materiallarından da göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR qanunun 98-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin edilmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə

98. Pensiyaların təyin edilməsi müddətləri Yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Müddətli xidmət hərbi qulluqçularına əlilliyə görə pensiyalar onların qospitaldan çıxdı qları gündən, lakin hərbi xidmətdən buraxıldıqları gündən tez olmayaraq bu şərtlə təyin edilir ki, qospitaldan çıxdıqları gündən ən geci 3 ay keçənədək həkim-əmək ekspert komissiyası tərəfindən onların əlilliyi müəyyən edilsin və onlar pensiya almaq üçün müraciət etsinlər. Ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdə əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilir. Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir.

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. İddiaçının 50 yaşının tamam olduğu 2003-cü il 15 avqust tarixdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yu xarıda istinad edilən 98ci maddəsinin müddəalarına görə, yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkiməmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir... Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir.

23. Eyni tələb iddiaçının 52 yaşının tamam olduğu və ona pensiya təyin edilməsi üçün müraciət etdiyi 2005-ci ildə də qüvvədə olmuşdur.

24. Cavabdeh də iddiaçıya 2005-ci il 1 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. İddiaçı cavabdehin pensiya təyin edilməsi ilə bağlı həmin qərarını onun qəbul edildiyi vaxtdan mübahisələndirməmişdir.

25. Beləl iklə, iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi 2005-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına uyğun olaraq (pensiya təyin edilməsi üçün müraciət etdiyi vaxtdan) təyin edilmişdir və o, həmin Qanunun müddəalarının cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz.

26. Eyni ilə, iddiaçı əvvəlki qanuna uyğun olaraq təyin edilmiş pensiyanın 2006-cı il 1 yanvar tarixdən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna istinadla (əvvəlki qanunla təyin edilmiş pensiyanın yeni qanuna əsasən yenidən hesablanması halları istisna edilməklə) yenidən (50 yaşdan) təyin edilməsini iddia edə bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qazanmış olduğu ümumi və xüsusi stajla bağlı şərtlərin ödənildiyi nəzərə alınmaqla iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun onun 50 yaşının tamam olduğu 2003-cü il 15 avqust tarixdə yarandığı barədə düzgün nəticəyə gəlsə də, nəzərə almalı idi ki, iddiaçıya artıq əvvəlki - “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 98-ci maddəsinin müddəalarına uyğun olaraq 2005-ci il 1 sentyabr tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və həmin qərar qüvvədədir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 oktyabr tarixli, 21(103)-1733/2020 nömrəli qərarı ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar