Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-416/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (Mənzildən qeydiyyatdan çıxarılma) 23.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Novruzzadə İqrar Cəfər oğlu) qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 21(103)-2039/2022 nömrəli iş üzrə 9 iyun 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 qeydiyyat tarixi xx.xx.2008-ci il olmaqla iddiaçıya məxsusdur.
2. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən üçüncü şəxs ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, üçüncü şəxsin Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 42 saylı evə dair istifadə və ya digər məhdud əşya hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilmə mişdir.
4. İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir, odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “üçüncü şəxsin ona məxsus ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs iddiaçının qızı Novruzzadə Nuranənin həyat yoldaşıdır. Onlar 14 yanvar 2010-cu ildə nikah bağlayıblar. Birgə nikahlarından on və iki yaşlarında iki övladları var. Ailə münasibətlərində çıxan problemlər səbəbindən hal-hazırda boşanmaq üzrədirlər və iş Nəsimi rayon Məhkəməsində baxılmaqdadır. İddiaçının yaşadığı və qeydiyyatda olduğu 2 otaqlı ev onun xüsusi mülkiyyətindədir. Orada iddiaçı və onun ailə üzvləri - həyat yoldaşı, iki qızı, oğlu, qızı Novruzzadə Nuranənin övladları və üçüncü şəxs qeydiyyatdadırlar. İddiaçı bildirir ki, üçüncü şəxs ona məxsus evə 11 mart 2011-ci ildə - nikahdan 1 il sonra iddiaçının razılığı ilə pasport qeydiyyatına alınmışdır. Bu da onunla bağlı olmuşdur ki, üçüncü şəxsin Bakı şə hərində evi yox idi, işə düzəlməli idi, ondan şəhər qeydiyyatı tələb olunurdu. Üçüncü şəxsin mərhum atası iddiaçıdan xahiş etmişdir ki, kürəkənini öz evinə qeydiyyata aldırsın. İddiaçı bildirir ki, üçüncü şəxs qeydiyyata alındığı dövrdən əvvəl və sonra sözügedən evdə heç vaxt yaşamayıb. Üçüncü şəxs iddiaçının qızı ilə kirayə mənzildə yaşamışdır. Hazırda boşanmaqdadırlar. Üçüncü şəxs ünvan 3 ünvanında faktiki olaraq yaşayır. Bunu boşanmaya dair iddia ərizəsində həmin ünvana istinad etməklə özü də təsdiqləmişdir. Üçüncü şəxsin iddiaçıya məxsus evdə heç bir mebeli, məişət əşyası, geyimi və s. yoxdur. Onun qeydiyyatda qalması iddiaçının mülkiyyət, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməsinə mane olur. İddiaçı 2021-ci ilin avqust ayında üçüncü şəxsə qarşı iddia ərizəsi ilə Nəsi mi rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı onun istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5512/2021 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Bu səbəbdən iddiaçı üçünü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh ərizənin təmin edilməsindən imtina etmiş və inzibati məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 8 aprel 2022-ci il tarixli 2-1(112)-4359/2022 nömrəli qərardadı ilə Novruzzadə İqrar Cəfər oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin 8 aprel 2022-ci il tarixl i 2-1(112)-4359/2022 nömrəli (hakim G.Sevdimalıyeva) qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxsin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə əlaqələri yoxdur, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(1 03)-2039/2022 nömrəli (hakimlər A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və M.Tağızadə) qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 8 aprel 2022-ci il tarixli 2-1(112)-4359/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 9 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması haqqında yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün əvvəlcə onun həmin mənzildə istifadə hüququn a xitam verilməli və ona münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli idi.
15. Apellyasiya instansiyası məhkəməsi isə yanlış olaraq birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin müddəalarının tətbiq edilməsini əsaslı saymış, apellyasiya şikayətinin dəlillərinin isə işin halları və qanunvericiliklə təkzib olunduğu nəticəsində gəlmişdir.
16. Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi tətbiq edilməli olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməmiş, tətbiq etdiyi “Yaşayış yeri və olduğu yer üzr ə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndini isə səhv təfsir etmişdir.
17. Məhkəmə iclasında tərəflərin, əsasən də üçüncü şəxsin iştirakı təmin olunmamışdır. Üçüncü şəxs məhkəməyə poçt vasitəsi ilə teleqram ünvanlayaraq xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməsinə baxmayaraq, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar tam və hərtərəfli araşdırılmamış, eləcə də tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqın da” Qanun: Maddə
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri v ə olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfind ən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarın ın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İşin hallarından görünür ki, ünvan 1 ünvanda olan mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs 2010-cu ildə iddiaçının qızı ilə ailə həyatı qurmuş, aralarında olan nikah 14 yanvar 2010-cu ildə rəsmiləşdirilmiş, üçüncü şəxs iddiaçının razılığı ilə həmin evə 11 mart 2011-ci il tarixdə qeydiyyata alınmışdır.
27. Hazırkı işdə iddiaçı üçüncü şəxsin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
28. Üçüncü şəxs kassasiya şikayətində Ailə Məcəlləsinin 30.4-cü və 30.5-ci maddələrinə istinad edərək apellyasiya məhkəməsinin qərarı ilə razılaşmamışdır.
29. Üçüncü şəxsin istinad etdiyi norm alara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs iddiaçının qızının əri olmaqla onun ailə üzvü sırasına aid deyil, və o, digər qohumlar sırasına aiddir, yəni iddiaçı Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin xx.xx.2008-ci il tarixdən mülkiyyətçisi olan qayınatasından özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid deyil. Odur ki, üçüncü şəxsin istinad etdiyi normalar ona münasibətdə tətbiq oluna bilməz.
30. Üçüncü şəxsin, onun qeydiyyatdan çıxarılması üçün əvvəlcə onun həmin mənzildə istifadə hüququna xitam verilməli və ona münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9 -cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.
31. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş "şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi "şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
32. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmama sına istiqamətlənmişdir.
33. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
34. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından a sılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı).
35. Konstitusiyan ın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
36. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”.
37. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qərarına istinadən vurğulayır ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzilində yaşamadığından onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti "Yaşayış yeri və old uğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququ olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul etmişdir.
40. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 9 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRAR A ALDİ Üçüncü şəxs Novruzzadə İqrar Cəfər oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(103)-2039/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.