Məhkəmə qərarları › İş №2-1(102)-4160/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4160/2025

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4160/2025 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanmasına dair məhkəmə qərarının düzgün icrasının təmin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və tutulmuş vəsaitin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və 2022-ci ilin may, iyun, iyul ayları üzrə əmək pensiyasından tutulmuş vəsaitin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *- *(***)-****/**** nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarı ləğv edilməklə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı qanuni qüvvəsini aldığından ##.##.2024-cü il tarixli məktublarla icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.

4. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarının düzgün icrasının təmin edilməsi barədə tədbir görülməsini xahiş etmişdir.

5. İddiaçı ##.##.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək azaldılmış pensiyanın bütün sonrakı artımları nəzərə alınmaqla bərpa olunması və bir dəfəyə ödənilməsini, toplanan pensiya sığorta kapitalı əsasında pensiyanın hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qanunvericiliyin tələblərinə uyğun qərardad çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh ##.##.2024-cü il tarixdə ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, ərizəçinin pensiya işinə aid sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən ##.##.2015-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi ikinci dərəcəli əlilliyə görə, ##.##.2019-cu il tarixindən isə yaşa görə pensiya təyin edildiyi qeyd olunub. Ərizəçiyə pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsi qeydə alınan pensiya sığorta kapitalına əsasən əmək pensiyasının yenidən hesablanması üçün onun ## #### 2022-ci il tarixli müraciətinə baxılarkən vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının yanlış hesablandığı müəyyən edilib. Pensiya məbləği qanunvericiliyə uyğunlaşdırılaraq 2022-ci ilin oktyabr ayında 1112,94 manata azaldılıb və ##.##.2015-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində ona 17771,77 manat artıq pul vəsaitinin ödənildiyi aşkarlanıb. Bu barədə ona ## ####### 2022-ci il tarixli *********** nömrəli və ## ###### 2022-ci il tarixli *********** nömrəli məktublarla ətraflı məlumat verilib. Ərizəçinin pensiya sığorta kapitalına görə isə pensiyanın məbləğində hər hansı dəyişiklik olmayıb. Belə ki, Qanunun # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən qulluq stajına görə əlavə alan şəxslərin pensiyalarının sığorta hissəsi yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılırdı. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də bu müddəanın müvafiq formada tətbiqi təsbit edilib. Nəticədə, pensiya sığorta kapitalına əsasən pensiyanın sığorta hissəsi artırılsa da, qulluq stajına görə əlavə hissəsi həmin artım məbləği qədər azaldılıb və pensiyada hər hansı dəyişiklik qeydə alınmayıb. Maddi yardımın # ###### 2023-cü il tarixində pensiyanın tərkibinə daxil edilməsi, həmçinin 2023-cü və 2024-cü illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla qanuni pensiyası 1561,46 manata artırılıb. Eyni zamanda, pensiyanın hesablanmasından narazı olaraq məhkəmədə pensiyanın əvvəlki məbləğə qaytarılması, bir neçə ay az məbləğdə ödənilmiş pensiya üzrə də fərqin ona ödənilməsi və pensiya sığorta kapitalına görə pensiyanın sığorta hissəsinin artırılarkən qulluq stajına görə əlavə hissəsinin azaldılmamasına dair iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarına əsasən pensiya məbləğinin azaldılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi əsas göstərilməklə pensiyanın əvvəlki məbləğə qaytarılması və ötən aylar üzrə fərqin ödənilməsi və Qanunun 29.2-ci maddəsinin # ###### 2023-cü il tarixindən ləğv edilməsi nəzərə alınmaqla, yüngülləşdirici halın geriyə tətbiq edilərək pensiya sığorta kapitalına görə yenidən hesablama aparılarkən qulluq stajına görə əlavənin azaldılmaması Mərkəzi Filiala həvalə edilib. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bununla əlaqədar olaraq, məhkəmə qərarının icra edilməsi məqsədilə pensiya əvvəlki kimi hesablanmaqla və işləyən pensiyaçı kimi pensiya sığorta kapitalı da nəzərə alınmaqla 1561,46 manatdan 1996,86 manata artırılıb, həmçinin ona ödənilməli olan ümumilikdə 10456,70 manat fərq məbləği müəyyən edilib. Yəni sözügedən məhkəmə qərarı tam icra edilib. Eyni zamanda, məhkəmə qərarına əsasən ümumilikdə ərizəçiyə ödənilməli olan 10456,70 manatın maddi yardım üzrə olan 372,92 manat hissəsi cari ilin mart ayında iddiaçıya ödənilib, qalan pensiya üzrə 10083,78 manat hissəsi isə cari ilin mart ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hər ay 190,26 manat olmaqla pensiyanın üzərinə əlavə edilərək ödənilir. Məhkəmə “pensiyanın əvvəlki məbləğə qaytarılması” hissəsinə baxarkən əvvəlki pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu maddi hüquq normalarına əsasən deyil, formal prosessual normalar əsasında qiymətləndirib. Buna görə də, sözügedən məhkəmə qərarında qeyd olunan mövqeyə uyğun olaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən inzibati icraata başlanılıb. Bununla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün ## #### 2024-cü il tarixində ərizəçiyə məktub göndərilməklə # ##### 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Ərizəçi mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala ## #### 2024-cü il tarixində gəlmişdir. Qanunvericiliyin tələbləri iddiaçıya ətraflı izah edilib, lakin mülahizələrin dinlənilməsi barədə tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmayıb. Bundan sonra, pensiya sığorta kapitalı da nəzərə alınmaqla cari ilin aprel ayında pensiyanın qanunvericiliyə uyğunlaşdırılaraq 1996,86 manatdan 1618,35 manata azaldılıb, həmçinin Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla son üç il üzrə iddiaçıya ümumilikdə 6272,67 manat (5948,91 manat pensiya üzrə + 323,76 manat maddi yardım üzrə) artıq ödəmə müəyyən edilib. Eyni zamanda, məhkəmə qərarı əsasında qanunazidd pensiyanın bərpasına münasibətdə müəyyən edilmiş fərq məbləğinin də hissə-hissə ödənilməsi davam etdirildiyindən ərizəçiyə artıq ödənilmiş vəsait də hər ay hissə-hissə artır. İşləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması nəzərə alındıqdan sonra müvafiq məhkəmə qərarına əsasən fərq məbləğinin ödənilməsi başa çatdırıldıqda artıq ödəmə məbləği 16166,04 manat (15842,28 manat pensiya üzrə + 323,76 manat maddi yardım üzrə) təşkil edəcəkdir. Artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədilə ərizəçinin əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Ərizəçiyə ödənilmiş əmək haqqına dair bəzi məlumatların dəqiqləşdirilməsi ilə əlaqədar cavabdeh tərəfindən # ### 2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilib. Cavab olaraq göndərilmiş müvafiq arayışdakı məlumatlar ilə cavabdeh tərəfindən pensiyanın müəyyən edilməsi üçün hesablanmış orta aylıq əmək haqqında hər hansı uyğunsuzluq yoxdur. İndiyədək pensiyanın hesablanması ilə əlaqədar cavabdeh tərəfindən ərizəçiyə çoxlu sayda məktublar ünvanlanıb, həmçinin telefon vasitəsi ilə, həm də Mərkəzi Filialın rəhbər şəxslərinin qəbullarında ətraflı və izahlı şəkildə məlumat verilib. Sonuncu dəfə yuxarıda qeyd olunanlarla bağlı cavabdeh tərəfindən ərizəçiyə ## ######## 2024-cü il tarixli *-**-*/*- B-******/*/**** nömrəli məktubla məlumat verilib. Əlavə olaraq, ərizəçinin pensiyasının hesablanması üçün ##.##.1994-##.##.1999-cu il tarixləri arasındakı dövr ərzindəki fəaliyyət müddəti əsas götürülüb. Həmin dövr ərzində vaxtilə qulluq keçdiyi vəzifə üzrə sonrakı artımlar nəzərə alınmaqla vəzifə maaşı 730,00 manat, rütbə maaşı 42,00 manat, əsas götürülmüş dövr ərzində vəzifə maaşının 4553,80 faizi miqdarında ödənilmiş mükafatlara görə əlavə - 554,05 (730,00 x 4553,80% : 60 ay) manat, qulluq illərinə görə vəzifə maaşının 8,92 faizi (əsas götürülmüş 60 ayın 13 ayı onun vergi orqanlarında qulluğunun 5-ci ilinin tamamlandığı tarixdən əvvələ aid olduğuna görə 5 faiz, qalan 47 ayı isə 5-ci ilinin tamamlandığı tarixdən sonrakı dövrə aid olduğu üçün 10 faiz olmaqla qulluq illərinə görə əlavəsi ümumilikdə 8,92 ((13x5)+(47x10):60) faiz) miqdarında əlavə - 65,12 manat olmaqla orta aylıq əmək haqqı 1391,17 manat məbləğində müəyyən edilib. Bununla əlaqədar “əmək pensiya Qanunun 20.11.2-ci maddəsinə əsasən, 29 il 3 ay 7 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1391,17 manat) 80 faizi- 1112,94 manat məbləğində müəyyən edilib. Pensiyaçı kimi pensiya sığorta kapitalının istifadə olunması, 2022-ci il ərzində hər ay pensiyanın 10 faizi miqdarında ödənilmiş maddi yardımın # ###### 2023-cü il tarixindən pensiyanın tərkibinə daxil edilməsi və ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə də # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi nəzərə alınmaqla ərizəçinin əmək pensiyası hazırda 1618,35 manat təşkil edir. Göründüyü kimi, məhkəmə qərarı Mərkəzi Filial tərəfindən icra olunmuşdur.

7. İddiaçı ##.##.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğini ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsini, eyni zamanda qanunvericiliyin tələblərinə, uyğun qərar qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı qanuni qüvvəsini aldıqda sonra qərarın icrası məqsədi ilə cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanaraq 1996,86 manat müəyyən edilmiş, həmçinin ötən dövr üzrə ödənilməli olan 10456,70 manat borc məbləğinin (372,92 manat maddi yardımla birgə) olduğu göstərilmişdir. Həmin 10456,70 manat borc məbləğinin 372,92 manatı məhkəmə qərarının qüvvəyə mindiyi mart 2024cü il tarixdə ödənilmiş, qalan 10083,78 manat məbləğ (10456,70-372,92) “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına, yəni 22 aya (may 2022-fevral 2024) bölünməklə 1 aya 458,25 manat (10083,78 manat: 22ay) ##.##.2024-##.##.2026-cı il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi nəzərdə tutulduğu halda, faktiki 53 aya (##.##.2024-##.##.2028) bölünərək 1 aya 190,26 manat (10083,78 manat: 53 ay) hesablanmışdır. Eyni zamanda, cavabdeh tərəfindən yenidən hesablanan 1996,86 manat pensiya məbləği cəmi 1 (bir) ay ödənilmiş, daha sonra cavabdeh “yenidən inzibati icraat aparılması” adı altında məhkəmə qərarı ilə üzərinə qoyulan öhdəliyin icrasını dayandırmış, pensiya məbləğini 1996,86 manatdan 378,51 manat azaldılaraq 1618,35 manat (1996,86—378,51) müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən xəbərdar olunmasına baxmayaraq məhkəmə qərarı icra edilməmişdir. Bununla belə, XŞT üzrə MF tərəfindən rəsmi qaydada dəfələrlə etiraf məktubları ilə ##.##.2020-ci il tarixə topladığı sığorta pensiya kapitalına görə əlavənin məbləği 760,98 manat təsdiqlənməsi, habelə ##.##.2024-cü il tarixdən əmək pensiyasının 1996,86 manat müəyyən edilməsi, pensiyanın aşağıdakı qaydada yenidən hesablanmasına əsas verir. XŞT üzrə MF tərəfindən ##.##.2024-cü il tarixə əmək pensiyasının 1996,86 manat müəyyən edilməsi, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ## #### 2020-ci il tarixə 1423,27 manat (1996,86-201,12(11,2% azalma = 1795,74 - (14,7% azalma)=1565,60-10,0% azalma=1423,27) təşkil edəcəkdir ki, həmin tarixə topladığı 760,98 manat sığorta pensiya kapitalını (əmək pensiyasına əlavəni) əlavə etməklə pensiya məbləği 2184,25 manat (1423,27+760,98) hesablanmalı, eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi 2402,67 manat (x10%=218,42), həmçinin indeksləşdirmə ilə əlaqədar ##.##.2023-cü il tarixdən pensiya 2755,86 manat (x14,7%=353,19) və ##.##.2024-cü il tarixə indeksləşdirmə ilə pensiyanın məbləği 3064,52 manat (x11,2%=308,66) məbləğində təşkil edəcəkdir.

9. Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim A.Ə.Əhədova) vəsatət təmin olunmamışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarından görünür ki, məhkəmə cavabdeh inzibati orqan tərəfindən Qanunun 37.3.1-ci maddəsini 29.2-ci maddə ilə birlikdə tətbiq edərək, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğini həmin artımlar qədər azaltmaqla yenidən hesablamasına münasibət bildirmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, qanunverici göstərilən maddədə (37.3.1ci maddə) pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. İddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqi qanuni hesab edilməmişdir. Göründüyü kimi, məhkəmə qərarının əsaslandırmasını iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldıImamaqla yenidən hesablanması təşkil etmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar cavabdeh tərəfindən iddiaçının pensiyası əvvəlki kimi hesablanmaqla və yığılmış sığorta kapitalı nəzərə alınmaqla pensiya məbləği ##.##.2024-cü il tarixli qərarla 1561,46 manatdan 1996,86 manat artırılmış, iddiaçıya ödənilməli olan 10456,70 manat fərq məbləği hesablanmışdır. Pensiya təyinatı alt sistemi çıxarışlarından görünür ki, iddiaçıya ödənilməli olan 10456,70 manat əksik məbləğ və 372,92 manat olan maddi yardım 2024-cü ilin mart ayında ödənilmiş, qalan hissə 10083,78 manat hissə 2024-cü ilin mart ayından etibarən hər ay 190.26 manat olmaqla cari pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənilir. İddiaçı barəsində yenidən inzibati icraat zamanı ##.##.2024-cü il tarixli *-**- */*-*-****/**** saylı qərarı qəbul edilmişdir ki, həmin qərarla iddiaçının əmək haqqı barədə məlumatlar və DSMF-nin rayon şöbəsinin hesablama qaydasının yanlış olduğu nəzərə alınaraq pensiyası yenidən hesablanmış və bu zaman onun cari pensiyası 1618,35 manat azaldılmışdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş yenidən hesablanma barədə ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarı yeni inzibati icraat nəticəsində qəbul edilən inzibati akt olmaqla, müstəqil məhkəmə mübahisəsi predmetidir və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ilə əhatə olunmur. İddiaçının hazırkı halda tələb etdiyi pensiyanın yenidən hesablanma qaydası ilə bağlı tələbləri və cavabdehin pensiyanın yenidən hesablama qaydası qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında yoxlanılmamış, hüquqi qiymət verilməmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və 2024-cü ilin mart ayından qanuni qüvvəsini almış *-*(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli məhkəmə qərarının ##.##.2022-ci il tarixindən azaldılmış pensiyanın bütün sonrakı artımları nəzərə alınmaqla bərpa olunaraq ödənilməsi və ##.##.2006-cı il tarixdən sonra özəl sektorda işləyərək uçot sisteminin fərdi şəxsi hesabının sığorta hissəsində əks olunmuş topladığı pensiya kapitalına uyğun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2020-ci il tarixə (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, istifadə olunmamış) tam icrasının təmin edilməsi üçün məcburi icra tədbiri tətbiq edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakimlər G.M.Abbasova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və N.X.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Ərizəçi kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini ərizənin təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

15. Ərizəçinin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərarının icrasından sonra cavabdeh artıq məhkəmə mübahisəsi predmeti olmuş məsələni yenidən gündəmə gətirmiş, birtərəfli qaydada yenidən inzibati icraat başlamış və ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərarı ilə İddiaçı məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanı azaldaraq 1618,35 manat təyin etmişdir. Göründüyü kimi bu artıq məsələ ilə bağlı inzibati icraat çərçivəsində ikinci qərardır (Birinci qərar - ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı). Apellyasiya instansiya məhkəməsinin mövqeyindən çıxış etsək, o zaman pensiya mübahisələrinin sonu olmamalıdır. Hər dəfə qüvvəyə minmiş məhkəmə qərarından sonra səlahiyyətli icra orqanı (cavabdeh) öz bildiyi kimi yeni inzibati icraat başlamaqla eyni tərəflər arasında eyni predmeti olan məsələ üzrə yeni qərar qəbul etməklə mübahisəni yenidən əsassız olaraq məhkəmə müstəvisinə çıxarmağa nail olacaq. Bu isə nəticə etibarı ilə pensiyaçının hüquqlarını pozmuş olacaqdır. Belə ki, məhkəmə qərarı əsasında təyin edilmiş pensiya yalnız məhkəmə qaydasında dəyişdirilə bilər. Əgər artıq bir məsələ (eyni predmet) üzrə və eyni şəxslərlə (eyni tərəflərlə) bağlı inzibati qərar qəbul olunubsa və həmin qərar qüvvədədirsə, eyni məsələni təkrar araşdırmaq hüquqi müəyyənlik prinsiplərinə ziddir. Bəlli olduğu kimi, hüquqi müəyyənlik prinsipi “ədalətli məhkəmə araşdırması hüququnun” ayrılmaz hissəsidir (Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi).

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır.

21. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına əsasən, iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarı ləğv edilməklə, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və 2022-ci ilin may, iyun, iyul ayları üzrə əmək pensiyasından tutulmuş vəsaitin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Həmin məhkəmə qərarının icrası ilə əlaqədar cavabdeh tərəfindən iddiaçının pensiyası yığılmış sığorta kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və pensiya məbləği ##.##.2024-cü il tarixli qərarla 1561,46 manatdan 1996,86 manat artırılmışdır.

22. Daha sonra iddiaçı barəsində cavabdeh tərəfindən aparılmış yeni inzibati icraat nəticəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarla iddiaçının pensiyası yenidən hesablanaraq pensiya məbləği 1618,35 manat olaraq müəyyən edilmişdir.

23. İş üzrə aşağı instansiya məhkəmələrinin yekun mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən qəbul edilmiş yenidən hesablanma barədə ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı qərar yeni inzibati icraat nəticəsində qəbul edilən inzibati akt olmaqla, müstəqil məhkəmə mübahisəsi predmetidir və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ilə əhatə olunmur. İddiaçının hazırkı halda tələb etdiyi pensiyanın yenidən hesablanma qaydası ilə bağlı tələbləri və cavabdehin pensiyanın yenidən hesablama qaydası qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında yoxlanılmamış, hüquqi qiymət verilməmişdir.

24. Məsələyə münasibətdə cavabdehin mövqeyi də ondan ibarətdir ki, məhkəmə “pensiyanın əvvəlki məbləğə qaytarılması” hissəsinə baxarkən əvvəlki pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu maddi hüquq normalarına əsasən deyil, formal prosessual normalar əsasında qiymətləndirib. Buna görə də, sözügedən məhkəmə qərarında qeyd olunan mövqeyə uyğun olaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən inzibati icraata başlanılıb. Bununla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün ## #### 2024-cü il tarixində ərizəçiyə məktub göndərilməklə # ##### 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Ərizəçi mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala ## #### 2024-cü il tarixində gəlmişdir. Qanunvericiliyin tələbləri iddiaçıya ətraflı izah edilib, lakin mülahizələrin dinlənilməsi barədə tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmayıb. Bundan sonra, pensiya sığorta kapitalı da nəzərə alınmaqla 2024-cü ilin aprel ayında pensiyanın qanunvericiliyə uyğunlaşdırılaraq 1996,86 manatdan 1618,35 manata azaldılıb, həmçinin Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla son üç il üzrə iddiaçıya ümumilikdə 6272,67 manat (5948,91 manat pensiya üzrə + 323,76 manat maddi yardım üzrə) artıq ödəmə müəyyən edilib.

25. Məhkəmə kollegiyası aşağı göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

26. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı məhz onun məzmununa uyğun olaraq qərarın nəticə hissəsində göstərilmiş qaydada icra olunmalıdır. Əks yanaşma, məhkəmə qərarlarının məcburiliyi, hüquqi müəyyənlik və “res judicata” prinsiplərinin mahiyyətinə zidd olmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qərarının faktiki olaraq inzibati icraatda fərqli qaydada yenidən qiymətləndirilməsi nəticəsini doğurardı.

27. Bu mənada, hazırkı işlə bağlı qeyd olunmalıdır ki, qanuni qüvvədə olan məhkəmə aktlarında iddia tələbi ilə bağlı məsələ yalnız icraatla bağlı deyil, həm də əsasən maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla həll edilmişdir. Odur ki, məhkəmə qərarı ilə iddia tələbi çərçivəsində artıq tərəflərin hüquq və vəzifələri müəyyən edilmiş, mübahisənin maddi-hüquqi mahiyyəti həll olunmuşdur. Belə olan halda, inzibati orqanın vəzifəsi yalnız məhkəmə qərarının məzmunundan və müəyyən edilmiş hüquqi nəticələrdən irəli gələn öhdəlikləri birbaşa və tam şəkildə icra etməkdən ibarət olmalı idi. Bu səbəbdən cavabdeh orqan icra mərhələsində həmin hüquqi qiymətləndirmədən kənara çıxaraq məsələyə yenidən inzibati qaydada baxmaq və ya əvvəlki hüquqi vəziyyəti təkrar müzakirə predmetinə çevirmək səlahiyyətinə malik deyildir.

28. Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, təkrar apelyasiya baxışında məhkəmə yeni inzibati icraatın nəticəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarın qanuni qüvvədə olan məhkəmə aktlarının məzmununa uyğunluğunu yoxlamalı, həmin qərarda artıq qanuni qüvvədə olan məhkəmə aktları ilə həll edilmiş məsələlərə yenidən fərqli qaydada qiymət verilibverilmədiyini araşdırmalı, qanuni qüvvədə olan məhkəmə aktından irəli gələn icranın baş tutub-tutmadığını dəqiq müəyyənləşdirməli, nəticəsindən asılı olaraq lazımi icranın təmin edilməsinə yönəlmiş tədbirlər görməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar