Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4162/2025 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın xüsusi mümkünlük şərti, məhkəməyə qədər cavabdehə müraciətin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh X1 * saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15a ünvanında yerləşən fərdi evə mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiyası məhkəməsindəki icraat
1. İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15A ünvanında yerləşən fərdi evə mülkiyyət hüquqlarının iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15A ünvanında yerləşən fərdi evdə faktiki sahibliyi həyata keçirir və yaşayır. Həmin mənzilə dair Bakı şəhəri, Yasamal rayonu Mənzil Komunal Təsərüfatı Birliyi ** saylı Mənzil Komunal İstismar Sahəsinin sahə nəzarətçisi A.İsmayılov tərəfindən çəkilmiş və imzalanmış, Bakı şəhəri, Yasamal rayonu Mənzil Komunal Təsərüfatı Birliyi ** saylı Mənzil Komunal İstismar Sahəsinin möhürü ilə möhürlənmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15A ünvanında İddiaçı məxsus fərdi evin eskizi mövcudur. Qeyd olunan məsələ ilə bağlı cavabdehə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinə və Milli Arxiv İdarəsinə sorğular ünvanlanmışdır. Cavabdeh tərəfindən ünvanlanmış sorğuya ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən, İddiaçı adına Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi **A saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə və həmin ünvana dair onun adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilmədiyindən qeyd olunan ünvana çıxarışın verilməsi ilə bağlı tələbdən imtina edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti ünvanlanmış sorğuya ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən, ünvan 1 ünvanında İddiaçı məxsus fərdi evlə əlaqədar Yasamal rayon İcra Hakimiyyətində hər hansı bir sənədləşmə işlərinin aparılması aşkar edilməmişdir. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin ünvanlanmış sorğuya ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı fərdi yaşayış evinin hər hansı mülkiyyət sənədləri bələdiyyədə aşkar edilməmiş və yerli (bələdiyyə) vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Bütün bunlar iddiaçının konstitusion hüququ olan mülkiyyət hüquqlarının pozulmasıdır. Çünki xeyli müddətdir ki, şəxs orada yaşayır və komunal haqları ödəyir. Lakin bütün bunlara baxmayaraq onun mülkiyyəti hələ də daşınmaz əmlakın dövlət reysterində qeydə alınaraq mülkiyyət hüquqları təsdiqlənməmişdir..
3. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının * saylı Bakı Ərazi İdarəsinə müraciət daxil olmamışdır.
4. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə (hakim S.İ.Qənbərova) iddia mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından İddiaçının müvafiq tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, işdə olan xxxx X1 * saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **A saylı fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə baxılmış və bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **A saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə və həmin ünvana dair onun adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə cavabdehə müraciət etsə də, məhkəməyə müraciət etdiyi məzmunda tələblə müraciət etməmiş, inzibati orqan bu tələbə münasibətdə hər hansı bir inzibati icraat aparmamışdır.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir
b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: N.Nəbizadə - sədrlik edən və məruzəçi, V.Qasımov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr iddianın mümkünlüyünü yoxlayarkən iddiaçının ilkin müraciətini (##.##.2025-ci il tarixli cavab məktubu ilə təsdiqlənmiş sorğu) kifayətli hesab etməyərək, normanın tələb etdiyi "hüquq pozuntusunun əsaslandırılması" prinsipini səhv şərh etmişdir. Norma öhdəliyin icrası haqqında iddialarda inzibati orqanın hərəkətsizliyini (çıxarışın verilməsindən imtina) qiymətləndirməyi tələb edir, lakin məhkəmələr bu prosessual şərti dar mənada tətbiq edərək iddianı rədd etmiş, nəticədə iddiaçının məhkəmə müdafiəsi hüququnu (Konstitusiyanın 60-cı maddəsi ilə əlaqəli) pozmuşdur.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar
13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Belə ki, yuxarıda sadalanmış qanunvericiliyin tələblərinə və onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara əsasən öhdəliyin icrası haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın xüsusi mümkünlük şərtlərindən biri kimi çıxış edir
18. Hazırkı iş üzrə isə iddiaçının məhkəmədə qaldırdığı iddia tələbi ilə cavabdeh inzibati orqana rəsmi müraciət etməsi müəyyən olunmur. Ona görə də, iddiaçı tərəfindən qeyd olunan tələblər üzrə iddianın xüsusi mümkünlük şərtinə (iddia qaldırılmazdan əvvəl inzibati orqana oxşar tələblə müraciətə dair) əməl olunmadığından, apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.