Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4163/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarların ləğv edilməsi və iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən iddiaçı barəsində qəbul olunmuş “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” ##.##.2024cü il tarixli və “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2024-cü il tarixli qərarların ləğv edilməsi və iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-*****/**** saylı qərarına əsasən İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuşdur.
2. ##.##.2023-cü il tarixli “Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinə əsasən, iddiaçının ehtiyata buraxıldığı tarix ##.##.2023-cü il, təqvim üzrə xidmət ili 22 il 04 ay 2 gün, cəmi iş stajı 24 il 04 ay, 2 gün, ##.##.2017-ci ilədək 18 il 08 ay 20 gün, ##.##.2017-ci il tarixdən sonra 05 il 07 ay 12 gündür.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli, 3-17-1/3-3- *****/**** saylı qərarına görə, İddiaçı pensiya hüququnun yarandığı ##.##.2023-cü il tarixdən Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən Məlumat vərəqəsi əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 5058.47 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarı ilə İddiaçı əmək pensiyası təyin edilməsi haqqında ##.##.2013-ci il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilməsi, İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı və “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarların ləğv edilməsi barədə və əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, sonuncu xidmət yeri olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ##.##.2023-cü il tarixdə məlumat vərəqi tərtib olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. Məlumat vərəqində göstərilmiş 24 il 4 ay 2 gün xidmət müddətinə (təqvim xidmət illəri 22 il 4 ay 2 gün, ali təhsil müddəti 2 il) görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinin ## ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2023-cü il (xidmətdən buraxıldığı) tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin noyabr ayınadək təyin olunmuş müvafiq pensiya məbləği aylıq ödənilmişdir. 2024-cü ilin noyabrın sonunda əmək pensiyaçılarının pensiyaları ödənilmiş, iddiaçının kartına isə pensiya ödənişi olmamışdır. Buna görə ##.##.2024-cü il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olan cavab məktubunda, iddiaçıya ödənilən əmək pensiyasının ##.##.2024-cü il tarixdən dayandırıldığı, eyni zamanda, ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə ödənilmiş (94759.86 manat) pensiya məbləğinin könüllü şəkildə qaytarılması xahiş edilmişdir. Cavab məktubundan göründüyü kimi, təyin olunmuş pensiya məbləğinin ödənilməsi xahişindən imtina olunmuş, ödənişin dayandırıldığı bildirilmişdir. Cavabdeh inzibati orqanın müraciətinə imtinasını qanunsuz olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. 2001-ci ilin sentyabr ayından 2018- ci ilin iyun ayınadək dövlət qulluqçusu statusu ilə Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləmişdir. 2018-ci ilin sentyabr ayından ##.##.2023-cü il tarixinədək barəsində “Xidmətə xitam verilməsi haqqında” əmr verilənədək, Dövlət Gömrük Komitəsinin MaliyyəTəchizat İdarəsinin rəisi vəzifəsində işləmişdir. R xüsusi rütbəsi vardır. Beləliklə, 2001-ci ilin sentyabr ayından 2018-ci ilin iyun ayınadək göstərilən dövlət orqanlarında işləməklə 16 il 9 ay dövlət qulluqçusu stajı, 2018-ci ilin sentyabr ayından 2023-cü il ## ### tarixinədək gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illəri 4 il 8 ay təşkil etmişdir. Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı 21 ildən artıq təşkil edir. Gömrük orqanında xidmət etdiyi dövrdə əmək haqqının tərkibində vəzifə maaşına fasiləsiz xidmət illərinə (21 il) görə əlavələr hesablanaraq ödənilmişdir. İşin bu halı Dövlət Gömrük Komitəsi sədrinin ##.##.2023-cü il tarixli, ****/**** nömrəli Əmri ilə təsdiq olunur. Xidmətdən azad olunduqdan sonra Dövlət Gömrük Komitəsinə müraciət edərək, dövlət qulluğunda və gömrük orqanlarında xidmət müddəti, ali təhsil və həqiqi hərbi xidmət müddətinin toplanaraq “Məlumat vərəqi”nin tərtib edilməsi və pensiya təyin edilməsi üçün göndərilməsinə dair xahiş etmiş, Dövlət Gömrük Komitəsi tərəfindən xahişinə imtina verilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldıraraq pensiya təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətdən azad olunduğu ##.##.2023-cü il tarixinədək ali təhsil müəssisəsində əyani təhsil aldığı dövr - 2 il, həqiqi hərbi xidmət dövrü - 1 il, Dövlət Gömrük Komitəsində xidmət və dövlət qulluğunda xidmət illəri birlikdə 21 il 5 ay olmaqla cəmi xidmət illərinin 24 il 5 ay nəzərə alınmaqla təminat xərcliyinə (sonrakı artımlar daxil) dair “Məlumat vərəqi”nin tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərar qanuni qüvvəsini almış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xidmət illəri və təminat xərcliyinə dair ##.##.2023-cü il tarixli, ***-**** nömrəli “Məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş, Filial tərəfindən xidmətdən azad olunduğu ##.##.2023- cü il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Beləliklə, dövlət qulluğundakı xidmət illərinin, ali təhsil müddətinin - 2 ilinin, həqiqi hərbi xidmətdə - 1 ilin və gömrük orqanında xidmət illərinin toplanmaqla pensiya hüququnun yaranmasına dair mübahisə məhkəmə qərarı ilə həllini tapmış və həmin qərar qanuni qüvvəsindədir. Sözügedən qərarda işin mübahisəsiz müəyyən edilən hallarından göründüyü kimi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2023-cü il tarixli müşaiyət məktubuna əlavə edilmiş “Xidməti qeyd”də göstərilmişdir ki, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar olaraq onlara verilən əlavələrin hesablanması qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli, * saylı Qərarının 2-ci bəndinin 13-cü abzasına və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 99-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2023-cü il tarixli, ****/**** nömrəli əmri ilə dövlət qulluğundakı əmək stajı və Dövlət Gömrük Komitəsində xidmət illəri (cəmi 21 il) nəzərə alınmaqla İddiaçı əmək haqqına (vəzifə və rütbəyə görə maaşın faizi) 30 faiz miqdarında əlavələr təyin edilib ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, Dövlət Gömrük Komitəsi aparatının struktur bölmələri üzrə vəzifəli şəxslərinə xidmət illərinə görə əlavələrin təyin edilməsi üçün fasiləsiz xidmət illəri və bu xidmət illərinə görə əlavələrin məbləği göstərilmişdir. İddiaçı xidmət illəri 21 il, əmək haqqının (vəzifə və xüsusi rütbəyə görə maaşın) faizi - 30%, əlavələrin verilmə tarixi - ##.##.2023- cü il tarixdən göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2023-cü il tarixli müşayiət məktubu ilə iddiaçı İddiaçı şəxsi işi və məhkəmə tərəfindən tələb edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş, iddiaçı İddiaçı məxsus ******* saylı əmək kitabçasından görünür ki, ##.##.2001-ci il tarixdən-##.##.2005-ci il tarixədək Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətində, ##.##.2005-ci il tarixdən - ##.##.2018-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, ##.##.2018-ci il tarixdən - ##.##.2023-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləmişdir.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən ## ####### 2023-cü il tarixdə Mərkəzi Filiala təqdim edilmiş ***-**** saylı məlumat vərəqində qeyd edilən 24 il 4 ay 2 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 2 gün. ali təhsil müddəti 2 il) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20.14.1-ci maddəsinin ## ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, iddiaçıya ## ### 2023cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Aparılan müvafiq araşdırma ilə əlaqədar, bəzi məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh inzibati orqan tərəfindən Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Sorğuya cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən göndərilmiş məlumat vərəqində qeyd edilmiş 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü (təqvimi xidmət illəri 5 il 7 ay 24 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun preambulasına görə, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemı həmin qanunla müəyyən edilir. Hamin Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli, *** saylı Fərmanının 2.4-cü bəndinə əsasən, Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" orqanlardan biri də Dövlət Gömrük Komitəsidir. Həmin Qanunun 9.5-ci maddəsinin ##.##.2024-cu il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1-ci maddə), hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.2ci maddə); hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə). Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri "Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** saylı Qərarına uyğun hesablanır. Həmin Qərarda hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Eyni zamanda "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli, ***-VIQD saylı Qanununa uyğun olaraq "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın gömrük orqanlarının əməkdaşı kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri "Əmək pensiyaları haqqında Qanunda nəzərdə tutulduğundan dövlət qulluğu vəzifəsində qulluq keçmiş şəxslərin qulluq stajlarının gömrük orqanlarında rütbəli vəzifələrdəki qulluq illərinə əlavə olunmaqla onlara hərbi qulluqçu kimi guzəştli şərtlərlə pensiyanın təyin edilməsi həmin Qanunun tələblər baxımından mümkün deyil. Bundan başqa, dövlət qulluğu stajının gömrük orqanlarındakı, yəni dövlət dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixində qəbul etdiyi *-*(***)- ****/**** saylı qərarı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının lehinə olmuşdur, yəni yuxarıda göstərilən mövqe ilə eyni olmuşdur. Həmin qərarda bildirilir ki, ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir. Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək, *(üç ulduz) nişanı ilə nömrələnmişdir. Goründüyü kimi, gömrük orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmət illərinə dövlət qulluğu stajının da daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Bu səbəbdən də, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya # ###### 2024-cü il tarixli, 3-17-1/2-0- ******/**** saylı məktub göndərilməklə ## ###### 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməyı xahiş edilmişdir. Lakin qeyd edilən tarixədək iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya ödənilən əmək pensiyası ## ###### 2024-cü il tarixdən dayandırılmış, eyni zamanda ##.##.2023- ##.##.2024-cu il tarixləri arasındakı dövr üzrə ümumilikdə 94759,86 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (Hakim: A.Ə.Əhədova) 2025-ci il ## ### tarixli, e-*- *(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı və “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2024-cü il tarixli, 3-17-1/3-3- *****/**** saylı qərarın ləğv edilməsi və əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə ##.##.2023-cü il tarixli *-**-*/***-*-*****/**** nömrəli qərarla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən ## ####### 2023-cü il tarixdə Mərkəzi Filiala təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 24 il 4 ay 2 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 22 il 4 ay 2 gün, ali təhsil müddəti 2 il) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20 14.1-ci maddəsinin # ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, iddiaçıya ## ### 2023-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərək ödəmişdir. Cavabdehin mövqeyinə görə Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən göndərilmiş * nömrəli məlumat vərəqində qeyd edilmiş 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü (təqvimi xidmət illəri 5 il 7 ay 24 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmiş, bununla əlaqədar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 37.8-ci maddəsinə əsasən iddiaçıya ödənilən əmək pensiyasınıın ödənişi ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarla dayandırılmış, ##.##.2024-cü il tarixli 3-17-1/3-3- 20217/2024 nömrməli qərarla isə “Əmək pensiyasının təyin edilməsi haqqında qərarı ləğv edilmiş və ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 94759,86 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir.
11. Hazırkı iş üzrə inzibati orqan özünün vaxtılə təyin etdiyi və iddiaçıya ödədiyi pensiyanı düzgün təyin etmədiyini, gömrük orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmət illərinə dövlət qulluğu stajının daxil edilməsiin qanunvericiliyin təəblərinə uyğun olmadığını əsas gətirərək iddiaçı barəsində pensiya təyin edilməsi barədə əliverişli inzibati aktını ləğv etmişdir.
12. Halbuki, iş materiallarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş Dövlət Gömrük Komitəsinin ## ####### 2023-cü il tarixli ***-**** nömrəli məlumat vərəqi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tərtib edilərək pensiyanın təyin edilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuşdur.
13. Həmin qərarda göstərilmişdir ki, “...məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğunda mövcud olan iş stajı gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək aidiyyəti üzrə təqdim edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının dövlət qulluğu stajı, hərbi xidmət və təhsil illəri də nəzərə alındıqda gömrük orqanlarındakı iş stajı ümumilikdə 24 il 11 ay təşkil edir.”
14. Göründüyü kimi iddiaçının bilavasitə pensiya təyinatına əsas verən məlumat vərəqinin verilməsinin əsası, yəni dövlət qulluğunda mövcud olan iş stajının gömrük orqanlarındakı iş stajına hesablanmalı olması adıçəkilən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz həllini tapmış, məhkəmənin həmin qərarı ilə pensiya təyin edən cavabdeh orqanın hazırkı pensiya təyin edilməsinə əsas verən qərarın ləğvi üçün istinad etdiyi hala-dövlət qulluğunun gömrük orqanlarında xidmətə daxil edilməsi nəticəsinə gəlinərək məlumat vərəqinin verilməsi vəzifəsi xidmət etdiyi qurumun üzərinə qoyulmuşdur. Cavabdeh isə hazırkı halda məhkəmə tərəfindən qiymət verilmiş hüquqi əsaslar üzrə tərtib edilmiş məlumat vərəqindəki məlumatları nəzərə almadan, hətta yeni məlumat vərəqi əldə etmədən özünün təyin etdiyi əliverişli inzibati aktı faktik və hüquqi əsasa əsaslanmadan ləğv etmişdir. Halbuki, hazırkı cavabdehin istinad etdiyi dəlil artıq qanuni qüvvəsini almış məhkəmə müstəvisində müzakirə olunmuş, həmin qərar qüvvədə olmaqla ləğv edilməmişdir. Beləliklə, eyni işin mübahisələndirilən halına məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə hüquqi mövqe bildirildiyi, bununla da məhkəmə qərarı ilə hüquqi müəyyənliyin təmin edilməli olduğunu nəzərə alaraq məhkəmə yenidən eyni əsaslara hüquqi qiymət verilməsini hazırkı icraatda mümkün hesab etmir. Belə olan halda cavabdeh məhkəmə qərarı nəticəsində tərtib edilmiş məlumat vərəqi əsasında öz təşəbbüsü ilə təyin etdiyi pensiyanı həmin məhkəmə qərarı mübahisələndirilmədiyi, ləğv edilmədiyi, qüvvədə olduğu halda, eləcə də yeni məlumat vərəqi əldə etmədən dayandırmaqda və ləğv etməkdə haqlı olmamışdır. Odur ki, cavabdehin mübahisləndirilən inzibati aktları qanunsuz olduğundan ləğv edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir.
15. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə əlavə olaraq aşağıdakılar qeyd olunur.
28. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı və “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2024-cü il tarixli, *-**-*/*-*- *****/**** saylı qərarın ləğv edilməsi və əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
29. Cavabdehin mövqeyi onunla bağlı olmuşdur ki, iddiaçının 24 il 4 ay 2 gün xidmət müddətinin yalnız 7 il 7 ay 24 günü (təqvimi xidmət illəri 5 il 7 ay 24 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan 16 il 8 ay 8 günü isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Gömrük orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmət illərinə dövlət qulluğu stajının da daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.
30. Kollegiya qeyd edir ki, iddiaçının dövlət qulluğunda mövcud olan iş stajının gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qoyulmuşdur.
31. Sözügedən məhkəmə qərarı ilə iddiaçının bilavasitə pensiya təyinatına əsas verən məlumat vərəqinin verilməsinin əsası, yəni dövlət qulluğunda mövcud olan iş stajının gömrük orqanlarındakı iş stajına hesablanmalı olması həmin qərarda öz əksini tapmışdır.
32. Qeyd olunanları nəzərə alan nəhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.