Məhkəmə qərarları › İş №2-1(102)-4169/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4169/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-4169/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməs i” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il 24 sentyabr tarixli, 2-1(103)-3052/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi – Diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir. Diaqnozun mətni: Baş beynin üzvi xəstəliyi (keçirilmiş qapalı kəlləbeyin travması mənşəli) nəticəsində affektiv po zuntu tez-tez baş verən depressiv epizodlar, intihar fikirləri və yaddaşın enməsi ilə, uzun gedişli posttravmatik stress pozuntusu. Sol dubun və sağ döş nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları.

2. İddiaçı xx.xx.2024-cü il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi – Diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Diaqnozun mətni: Baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı alınmış QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol diz oynağının yumşaq toxumalarında metal qəlpələri, daimi ağrı sindromu, Hipertrofik çapıq.

3. Bakı 2 nö mrəli X2 xx.xx.2024- cü il tarixli göndərişindən görünür ki, iddiaçı barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, əsas diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri, baş beyinin üzvi xəstəliyi (2 Qarabağ müharibəsi zamanı alınmış QKBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə; ağırlaşma F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu; ağırlaşma F06.3 - Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə; yanaşı xəstəliklər Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, daimi ağrı sindromu; yanaşı xəstəliklər M24.5 - Oynaqların kontrakturası, oynaqların kontrakturası; yanaşı xəstəliklər M79.5 - Yumşaq toxumalarda qalmış yad cisim, yumşaq toxumalarda qalmış yad cisim; yanaşı xəstəliklər R52.1 - Müalicəyə tabe olmayan daimi ağrı, müalicəyə tabe olmayan daimi ağrı; yanaşı xəstəliklər Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol diz oynağının yumşaq toxumalarında metal qəlpələri, daimi ağrı sindromu; yanaşı xəstəliklər L91.0 - Hipertrofik çapıq, hipertrofik çapıq diaqnozu müəyyən etmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3319 saylı ekspert rəyində qeyd edilir: İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv epi zodlar və intihar cəhdləri ilə. Posttravmatik stress pozunsutu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0 və F43.1) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri (anamnestik məlumatlara görə İİ Qarabağ döyüşləri zamanı əvvəl xx.xx.2020-ci il tarixdə partlayış travması nəticəsində travma alması, daha sonra xx.xx.2020-ci ildə mərmi partlaması nəticəsində huşunu itirməklə başından travma alması, həmçinin qəlpə yaraları alması, huşsuz vəziyyətdə neçə müddət qaldığını bilməməsi, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə şöbəsində “Döş qəfəsinin sağ yuxarı 1/3-nin dəlib keçən güllə yarası, sol diz oynağının yuxarı nahiyyəsinin qəlpə yarası. Sağ tərəfli dərialtı enfizema” diaqnozu ilə stasionar müalicədə olması, 2022- ci ilin dekabr ayında təxris edilməsi, tərxis edildikdən sonra aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik, intihara cəhd etməsi halları meydana gəldiyi üçün MN BKH-nın hərbi poliklinikasında şəhadətləndirilərək “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı milayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, intihar fikirləri və yaddaşın enməsi ilə. Mülayim-dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması (baş beyin silkələnməsinin davamlı vegetativ d amar davamsızlığı və sefalgik sindrom ilə təzahür edən posftravmatik ensefalopafiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) döş qəfəsinin sağ yarısını dəlib keçən plevra boşluğuna nüfuz etməyən, sol diz nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları, Sol budun və sağ döş nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi. Sol diz nahiyyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə), Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşitmə, pıçıltı nitqinin sol qulaqda 2.5 (iki tam onda beş) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Sol gözün sadə sadə miopik astiqmatizmi. Em və M0,75D nəticəsində gömə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozunun müəyyən edilməsi, "Xəstəliklər cədvəli"nin 14b, 17b, 23b maddəsinin İİİ qrafasına əsasən, sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlıdır qərarı verilməsi, Bakı şəhər 2 saylı X3 xx.xx.2022-xx.xx.2022-ci il tarixədək, xx.xx.2023xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış QHBT mənşəli) nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri ilə” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin və AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək, xx.xx.2024- xx.xx.2024-cü il tarixədək “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar cəhdləri ilə” diaqnozu stasionar müalicədə olması, Akad. M.Ə.Mirqasımov adına “Respublika Klinik Xəstəxanasında müayinədə olduğu zaman onda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar intihar cəhdləri ilə. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beynin silkələnməsindən sonrakı vəziyyət, qıcolma sindromu ilə” diaqnozu təyin edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsini, başında uğultulu səslərin olmasını, bununla yanaşı psixi vəziyyə tində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, yuxuda müharibə səhnələrini görərək yuxudan oyanması, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olduğunu, hətta vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərərək özünü öldürmək fikrinə düşməsi, həmçinin hazırki müayinə zamanı bir qədər süst görünməsi, ünsiyyətə həvəssiz daxil olması, verilən suallara bir qədər ləng dərk etməsi, bəzən verilən sualı ona təkrar etmək zərurəti yaranması, şikayətləri barəsində soruşduqda əsəbilik, heysizlik, aldığı müalicələrə baxmayaraq vəziyyətinin yaxşılaşmaması, əhval-ruhiyyəsinə təsir göstərərək özünü öldürmək fikrinə düşməsi, sorğu-sual gedişatında emosional gərginliyinin artması, gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi, tez yorulma, hövsələsizlik, əhvalında dəyişkənlik olmasını, bununla yanaşı baş ağrıları, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaşda zəiflik yarandığını, göstərilən səbəblərlə əlaqədar işləyə bilməməsini bildirməsi, adi qıcıqlara qarşı dözümsüzlükdən əziyyət çəkdiyini bildirməsi, yuxuda müharibə səhnələrini görərək yuxudan həyəcanlı oyanması, sonra isə əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, gələcək aqibətinə qarşı pessimist fikirlər söyləməsi, aldığı müalicələrə baxmayaraq yuxarıda göstərilən psixi pozuntuların təzahür etməsi və s.) sübut edir. İddiaçı üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv epizodlar və intihar cəhdləri ilə Posttrav matik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar –F07.0 və F43.1) müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə müraciət edərək, ona səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddia tələbi bununla əsaslandırılmışdır ki, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müraciətinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-4/2 -D-8994/2024 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Belə ki, əlillik vəziyyətinə dair göndərişdə (F-88) X1 uyğun olaraq iddiaçıya F 070,0 (üzvi mənşəli şəxsiyyət pozuntusu), M79.5 (Yumşaq toxumalarda qalmış yad cisim) və T90.5 (Kəllədaxili travmaların nəticələri) diaqnozları göstərilmişdir. Adıçəkilən diaqnozlar isə əlillik əlaməti təyin edir. Cavabdehin etirazı:

7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 14856 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə- beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, intihar fikirləri və yaddaşın enməsi ilə. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu.Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) döş qəfəsinin sağ yarısının dəlib-keçən plevra boşluğuna nüfuz etməyən, sol diz nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Sol budun və sağ döş nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumsaq toxumaların yad cismi. Sol diz nahiyəsinin yumşaq toumalarının yad cismi(metal qəlpə). Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit,ikitərəfli neyrosensor ağıreşitmə,pıçıltı nitqinin sol qulaqda 2,5 metr, sağ qulaqda 5 metr məsafədən eşitməsi ilə”diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır ”kimi müəyyənləşdirilmişdir. “Sol gözün sadə miopik astiqmatizmi Em və M0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip su, nümayişkar davranışla. Anamnezində (aprel 2023-cü il) dərman vasitəsi işərək intihar cəhdi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez dekompensasiya halları, kobud davranış po zuntuları qeyd olunmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 2025-ci il 07 aprel tarixli, 21(112)-1275/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən diaqnozun əlillik təyin etməməsinə istinad etsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur.

10. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 2025-ci il 24 sentyabr tarixli, 2-1(103)-3052/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2025-ci il 07 aprel tarixli, 2-1(112)-1275/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmə psixiatrik ekspertizası keçirilmiş, iddiaçı təkrar əyani müayinə olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsini n xx.xx.2024-cü il tarixli 3319 saylı ekspert rəyinə əsasən iddiaçıda üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv epizodlar və intihar cəhdləri ilə Posttravmatik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar - F07.0 və F43.1) müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıda əlilliyin müəyyən edilməsinə əsas olan diaqnozun hazırda da mövcud olması səhiyyə müəssisəsinin göndərişi ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə, eləcə də iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapır. Beləliklə, iddiaçının səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş dia qnozu iş materialları ilə öz təsdiqini tapır və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundur. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğunşəkildə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.” Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Mad də 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydaları: Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fizi ki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələl ər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icra at zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. M əhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Mə hkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlillik təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, a idiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçının səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapır və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundur. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

27. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3319 saylı ekspert rəyinə əsasən də müəyyə n edilir ki, iddiaçıda üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv epizodlar və intihar cəhdləri ilə Posttravmatik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar - F07.0 və F43.1) müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıda əlilliyin müəyyən edilməsinə əsas olan diaqnozun hazırda da mövcud olması səhiyyə müəssisəsinin göndərişi ilə, eləcə də iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır.

28. Bununla belə, məhkəmə kollegiyası bildirir ki, aşağı instansiya məhkəmələri tərəfindən əlilliyin təyin edilməsi ilə bağlı iddianın təmin edilməli olması ilə bağlı düzgün nəticəyə gəlinsə də, qərarın nəticə his səsində əlilliyin səbəbli əlaqəsi, hansı tarixdən və hansı müddətə təyin edilməli olması göstərilməmişdir. 29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli X2 xx.xx.2024 cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2024-cü il tarixində əlilliyin təyinindən imtina edilmişdir.

30. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir. Həmin meyarlara əlavədən görünür ki, iddiaçıda mövcud olan və ekspert rəyi ilə də öz təsdiqini üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) 2 il müddətinə əlillik təyinatına əsas verir.

31. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 14856 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, intihar fikirləri və yaddaşın enməsi ilə Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kələ-beyin beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və sefalgik edən pos ttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) döş qəfəsinin sağ yarısının dəlib-keçən plevra boşluğuna nüfuz etməyən, sol diz nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Sol budun və sağ döş nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi. Sol diz nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması (xx.xx.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2,5 metr, sağ qulaqda 5 metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

32. Beləliklə, yuxarıda istinad olunan n ormalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə 2 (iki) il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 24 sentyabr tarixli, 2-1(103)-3052/2025 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə 2 (iki) il müddətinə əlilli yin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar