Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-417/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusunun pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1738/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1954-cü ildə anadan olmuşdur. İddiaçı əmək fəaliyyətinə xx.xx.1972-ci ildə başlamış, müxtəlif müəssisə və dövlət orqanlarında işləmişdir. İddiaçı xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnsan hüquqları məsələləri üzrə şöbənin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə aparılmış struktur dəyişikliyi ilə əlaqədar olaraq İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbənin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu ildə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.1-ci maddəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Nazirlər X1 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir.
2. İddiaçıya xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı ona təyin edilmiş pensiyanın düzgün hesablanmadığına, yəni «Azərbayca n Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularının social müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1022 saylı Sərəncamına əsasən vəzifə maaşına ödənilən əlavənin pensiya hesablanarkən nəzərə alınmadığına istinad edərək, pensiyanın yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməmiş və ona yazılı cavab verərək bildirmişdir ki, təqdim edilmiş sənədlərlə ona Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən dövlət q ulluqçularına ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilməsi müəyyən olunmadığına görə, həmin əlavələrin əmək pensiyasının hesablanması zamanı nəzərə alınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamının tələbləri nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildən müxtəlif dövlət orqanlarında işləmiş və xx.xx.2019-cu il tarixdən pensiyaya çıx mışdır. Lakin ona təyin olunan pensiya düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ona əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilməsi müəyyən edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərən camına xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamla dəyişiklik edilərək «Milli Məclisində» sözlərindən sonra «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikası Hesablama Palatasında» sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı xx.xx.2019-cu il tarixdə qüvvəyə minərkən o, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləmişdir. Odur ki, hesab edir ki, cavabdeh onun ərizəsini təmin etməməkdə haqlı olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4480/2020 saylı qərarı ilə (hakim Pərviz Huseynov) iddia təmin edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx xxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləməsi və həmin tarixədək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamına əsasən müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni alması iş materialları ilə təsdiq olunur.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1738/2020 saylı qərarı ilə (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Elmira Nağıyeva və Namiq Cəfərov) apelyasiya şikayəti təmin edilməmiş və birinci insta nsiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində deyilir ki, idarənin **********5 saylı, xx xxxx 2020-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında qərarı” ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilib. İddiaçıya aid 001884 saylı pensiya işindən görünür ki, iddiaçının əmək haqqı barədə Konstitusiya Məhkəməsi tərəfindən tərtib edilən arayısda iddiaçının 2017-ci ilin 8 ayı (a prel-avqust, oktyabr-dekabr), 2018-ci ilin 11 ayı (yanvar-iyul, sentyabr-dekabr) və 2019-cu ilin 3 ayı (yanvar-mart) ayı üzrə aldığı əmək haqqı barədə məlumatlar var. 2019-cu ilin aprel ayı üzrə əmək haqqı bu arayışa daxil edilməyib.
13. İddiaçının əmək haqqı barədə Nazirlər Kabineti tərəfindən tərtib edilmiş arayışda isə, yalnız 2019-cu ilin 8 ayı (aprel-noyabr) üzrə əmək haqqı barədə məlumatlara yer alıb.
14. Göründüyü kimi, iddiaçının özünün təqdim etdiyi Konstitusiya Məhkəməsi tərəfindən tərtib edilən arayışda onun 2019-cu ilin aprel ayındakı əmək haqqısı, o cümlədən də 1 aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni almasına dair heç bir qeyd yoxdur. Başqa sözlə,iddiaçı bu dövrün əmək pensiyasının hesablanması zamanı nəzərə alınmasını istəməyib.
15. Deməli, iddiaçıya pensiya tə yin edilərkən Konstitusiya Məhkəməsində 2019-cu ilin aprel ayı üzrə aldığı əmək haqqı, iddiaçının özünün təqdim etdiyi sənədlərdə öz əksini tapmayıb. Məhkəmə nəzərə almayıb ki, dövlət qulluqçusunun dövlət məvacibini alması hələ həmin pul məbləğlərinin pensiya hesablanması zamanı nəzərə alınmalı olduğu nəticəsinə gəlməyə əsas vermir. Çünki dövlət qulluqçusu uzun illər ərzində dövlət məvacibi ala bilər, lakin Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli, 194 saylı Qərarı ilə təsdiqlənmiş “Dövlət qulluqçularına pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-cü bəndi yalnız son 24 ayın və ya istənilən 5 ilin dövlət məvacibinin diqqətə alınmasına imkan verir. Bunlardan birini seçmək hüququ isə, iddiaçıya aiddir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi.
17. İddiaçı məhkəmədə vəkillə təmsil olunmadığına görə onun izahatı dinlənilmədi. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDDLƏRİ
18. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
19. Cavabdeh məhkəmənin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (İPM-in 91-ci maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Resp ublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1 əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbay can Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər.
22. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması» Qaydaları
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki d övlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.
23. «Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularının social müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamı
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularına bir aylıq vəzifə ma aşı həcmində vəzifə maaşına əlavə verilir.
24. «Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1022 saylı Sərəncamı
1. Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularının social müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamın adında və 1-ci hissəsində “Milli Məclisin” sözlərindən sonra “, Azərbaycan Respublikası konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının hesablama Palatasında” s özləri əlavə edilsin.
2. Bu sərəncam... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində... işləyən dövlət qulluqçularına münasibətdə 2019-ci il aprelin 1-dən qüvvəyə minir.
25. Azərbaycan Respublikası İPM Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İş materiallarından göründüyü kimi iddiaçı ona pensiyanın yenidən hesablanmasını xahiş edir. Bu tələbin əsası kimi izah edir ki, ona Konstitusiya Məhkəməsində işləyərkən 2019-cu ilin aprel ayında aldığı vəzifə maaşına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən hesablanmış əlavələr nəzərə alınmamışdır.
28. İşə baxmış apelyasiya məhkəməsi də gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, hazırki işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində sonuncu dəfə İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləmiş, başqa işə keçməsi ilə əlaqədar olaraq «Dövlət qulluğu haqqında» Qanunun 33.1.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
29. İş üzrə cavabdeh inzibati orqan iddiaçıya pensiya hesablanarkən onun tərəfindən təqdim olunan sənədlərdə Konstitusiya Məhkəməsində 2019-cu ilin aprel ayı üzrə aldığı əmək haqqının əks olunmadığına əsaslanmış və buna görə də onun həmin dövrün əmək pensiyasının hesablanması zamanı diqqətə alınmasını istəmədiyi qənaətinə gəlmişdir.
30. İddiaçının Konstitusiya Məhkəməsində 2019-cu ilin aprel ayının 17-dək işləməsinə baxmayaraq, ona pensiya təyin edilərkən təqdim edilmiş əmək haqqı arayışında həmin ayda aldığı əmək haqqı göstərilməmiş, “mükafat” sütununda 24 manat aldığı qeyd olunmuşdur. İşin bu halı inzibati orqan tərəfindən pensiya təyin olunması üzrə apardığı inzibati icraat zamanı araşdırılmalı idi.
31. Lakin cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunarkən onun müraciəti ilə bağlı inzibati icraata dəvət olunub dinlənilməsi, tələbində hüquqi marağının nədən ibarət olması və s. bu kimi məsələlərin araşdırıldığı müəyyən olunmur. İnzibati icraat zamanı iddiaçının 2019-cu ilin aprel ayında Konstitusiya Məhkəməsində işləyib, xx xxxxx 2019-cu il tarixdə işdən azad olunarkən onun aylıq əmək haqqı və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni alıb-almaması halları aydınlaşdırmamış, bu məqsədlə əlavə sənədlərin təqdim olunmasına zərurətin olub-olmadığını, olduğu təqdirdə isə həmin sənədlərin təqdim olunmasını ərizəçiyə təklif etməmiş, işə götürənə (Konstitusiya Məhkəməsinə) bu barədə sorğu verib həmin sənədləri tələb etməmişdir. Halbuk i Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi ilə bağlı müddəa artıq 2019-cu il aprelin 1-dən qüvvəyə minmişdi. Belə olan halda cavabdeh inzibati orqan inzibati qanunvericiliyin tələblərinə müvafiq qaydada iddiaçıya hüquqi yardım göstərərək onun hüquqi marağına uyğun istədiyi məqsədə nail olması üçün zəruri olan sənədləri tələb etməli və bundan sonra iddiaçının tələbinin təmin olunub-olunmamasının (pensiyasının yenidən hesablanmasının) mümkünlüyünü öz qanundan irəli gələn səlahiyyətləri çərçivəsində yoxlamalı idi.
32. Göründüyü kimi, cavabdeh inzibatı orqan inzibati icraat qaydalarına lazımınca əm əl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır.
33. İş üzrə iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən tərtib olunmuş arayışlarda isə göstərilir ki, iddiaçıya 2019-cu ilin aprel ayı üçün cəmi 2978,25 manat əmək haqqı hesablanmış və sosial sığorta ödənişləri ödənilmişdir. Əmək haqqı hesablanarkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 saylı Sərəncamının tələbləri nəzərə alınmaqla onun vəzifə maaşına cəmi əlavələr 1376,18 manat hesablanıb ödənilmişdir. İddiaçıya 2019-cu ilin aprel ayı üçün vəzifə maşına hesablanmış əlavələrin tərkibində ölkə başçısının 1022 saylı Sərəncamına uyğun olaraq əlavə, 894,55 manat vəsait təşkil edir.
34. Göründüyü kimi, iddi açıya 2019-ci ilin aprel ayında Konstitusiya Məhkəməsi tərəfindən əmək haqqı ödənilməsi sübut olunur. Kassatorun “iddiaçıya pensiya təyin edilən zaman təqdim etdiyi arayışda onun Konstitusiya Məhkəməsindən 2019-cu ilin aprel ayı üçün əmək haqqı alması göstərilməmişdir” dəlili, iddiaçının indi təqdim etdiyi arayış əsasında pensiyanın yenidən hesablanmasını istisna etmir. Çünki ilkin təqdim olunmuş arayış yarımçıq olmuşdur. İddiaçının 2019-cu ilin aprel ayının 17-dək Konstitusiya Məhkəməsində işləməsi və əmək haqqı alması aşkardır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1738/2020 nömrəli qərar