Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-417/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsinə mənzilin verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (təvəllüdlü: xx.xx.1968-ci il; FİN: xxxxxxx) və İddiaçı2 (təvəllüdlü: xx.xx.1968-ci il; FİN: xxxxxxx) cavabdeh A zərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2825/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AZ-İİ 132890 nömrəli ölüm haqqında şəhadətnaməyə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışına əsasən, iddiaçıların oğlu baş leytenant X6 xx.xx.2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatları zamanı şəhid olmuşdur. 2. 18.01.2021-ci il tarixli 000802 və 000800 nömrəli vəsiqələrə əsasən iddiaçılara şəhid ailəsi statusu ve rilmişdir.
3. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamına əsasən İddiaçı1 6 nəfər ailə tərkibi (özü, arvadı, oğlu Sərxan, gəlini X4, 2 nəvəsi) ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilməsi qərara alınmışdır. 4. 30 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118.4 kv.m olan fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətindədir. 5. 16 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlaması müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 53.7 kv.m olan mənzil X3 hədiyyə edilmiş və buna dair 19 fevral 2021-ci i l tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır.
6. İddiaçılar cavabdehə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu üçün şəhid ailəsi kimi mənzil verilməsini xahiş etmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********** nömrəli imtina məktubu ilə bildirmişdir ki, sənədlər araşdırılarkən iddiaçının həyat yoldaşı İddiaçı2 mülkiyyətində yaşayış sahəsi 39.7 kv.m olan 3 otaqlı fərdi yaşayış evi, gəlini L.Hüseynovanın mülkiyyətində yaşayış sahəsi 30.3 kv.m olan 2 otaqlı mənzil olduğundan adambaşına düşən minimum yaşayış sahəsinə malik olduqlarına görə mənzillə təmin edilməsi qanunvericiliyə uyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, sonra iddia təl əbinin dəqiqləşdirilməsi dair ərizə ilə məhkəməyə müraciət edərək, şəhid ailəsi üzvü kimi onlara mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər.
8. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşının mülkiyyətində fərdi yaşayış evi olsa da, həmin fərdi yaşayış evinin minimum norması adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır. İddiaçı hazırki iddia tələbi üzrə eyniməzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur.
9. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı1 xx.xx. 2021-ci il tarixində mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 6 (altı) nəfər ailə üzvləri ilə Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində İddiaçı1 mənzillə təmin olunmağı üçün təqdim edilmiş sənədlərə baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında həyat yoldaşı İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın –ünvan 3 ünvanında 118,4 kv.m ümumi sahəsi, 39,7 kv.m yaşayış sahəsi olan üç otaqlı 10C nömrəli fərdi yaşayış evinin, gəlini X2 mülkiyyətində isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3 ünvanında ümumi sahəsi 53,7 kv.m, yaşayış sahəsi 30,3 kv.m olan iki otaqlı 3 nöm rəli mənzilin olduğu aşkar edilmişdir. İddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçıların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir.
10. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-4431/2022 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilərək, şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsində olması ilə bağlı onlara (iddiaçılara) mənzil verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh hazırda adambaşına düşən normanın 8 kv.m olduğunu iddia etsə də, məhkəmənin qənaətinə görə hazırda bu norma 16 kv.m təşkil edir. İddiaçıların gəlinləri olan şəhid X5 arvadı X2 mənzillə təmin edilməsi iddiaçıların ziyanına şərh edilməməlidi r. Belə ki, şəhid X5 arvadı X2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilməmişdir. Həmin mənzil üzrə sahiblik, istifadə və sərəncam hüquqları "xxxx" MMC tərəfindən bağışlama yolu ilə X1. Doğrudur ki, həmin mənzilin yaşayış sahəsi 30,3 kv.m təşkil edir. Məhkəmə diqqətə çatdırır ki, hətta hər iki əmlakın yaşayış sahələrini (30,3+39,7 = 70 kv.m) cəmlədikdə belə, iddiaçılara və onların ailə üzvlərinə düşən sahə uçot norması tələb olunan normadan aşağıdır.
12. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, hər nə qədər də şəhid X5 həyat yoldaşı X4 mənzillə təmin olunsa da, həmin mənzil məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi verilməmişdir. Halbuki, qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və ş əhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Buna baxmayaraq, nə iddiaçılar (valideynləri), nədəki şəhid X5 həyat yoldaşı və uşaqları mənzillə təmin olunmamışdırlar. Halbuki, şəhid X5 valideynləri, yəni hazırki iddiaçılar sosial-məişət şəraitinin yaxşılaşdırılmasına üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxslər hesab olunurlar.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(1 03)-2825/2022 nömrəli qərarı ilə (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, R.Qurbanov və V.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(112)-4431/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmiş, əlavə olaraq qeyd etmişdir ki, 27 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarla dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması müəyyən edildiyindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin v ə yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” həmin tarixdən qüvvədə düşdüyü üçün həmin sənəd iddiaçıların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olub-olmadığının müəyyənləşdirilməsi üçün əsas götürülə bilməz. Buna görə də apellyasiya şikayətinin dəliləri əsassız hesab edilir.
16. Cavabdeh həmin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətini iddia tələbinə dair etiraza uyğun əsaslandırmış və “Azərbaycan SSR ərazisində mənzil şəraitini ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Mənzil Məcəlləsi: Maddə
4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə:... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; M addə
49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.... Maddə
50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar;... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələ rinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 20. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə
4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsası nda mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.
21. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icr a hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
2. Yerli icra hakimiyyəti or qanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər;...
22. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994 -cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları... 3.2. Şəhid ailəsi statusunu almış ailə üz vlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir;... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məh kəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq no rmalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
28. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üz rə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
30. İddiaçılar şəhid ailəsi kimi onlara mənzilin verilməsini xahiş edirlər.Onlar hesab edirlər ki, mülkiyyətində fərdi yaşayış evi olsa da, fərdi yaşayış evinin minimum norması adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarına istinad e dərək qeyd etmişdir ki, adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil etdiyindən iddiaçıların ailə tərkibi özləri də daxil olmaqla 6 nəfər olduğundan, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 96 kv.m (16 kv.m x 6 nəfər) təşkil etməli olduğu halda, hər bir ailə üzvünə düşən sahə qərarda nəzərdə tutulan uçot normasından azdır.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq İlk öncə qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının 2.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələri barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidirlər.
33. İddiaçıların adı olduğu siyahının icra hakimiyyəti tərəfindən cavabdehə təqdim edilməsi, iddia təmin edilərkən həmin siyahıda olan növbəliliyə riayət olunması, ümumiyyətlə iddiaçıların növbədə neçənci olması və onların mənzil növbəsinin çatması məhkəmə tərəfindən yoxlanılmamışdır.
34. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 14 yanvar 2021-ci il tarixli 5 nömrəli sərəncamından çıxarışdan müəyyən olunur ki, İddiaçı1 6 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu Sərxan, gəlini, 2 nəvəsi) şahid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir.
35. Lakin hazırkı qərarın 23-cü bəndində göstərilən qaydalara əsasən şəhid ailə üzvləri-şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa, əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
36. Prezident Sərəncamında şəhid ailələrinin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsinin cavabdehə həvalə olunma sı və Qaydalara görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələrinin yaşayış sahəsi ilə birinci növbədə təmin olunması nəzərdə tutulmuşdur.
37. İddiaçıların digər oğlu Hüseynov Sərxan onların ailə tərkibinə daxil edilsə də, onun yuxarıda qeyd olunan Qaydaların 2.1-ci bəndinin tələbinə uyğun şəhid ailə üzvü olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, S.Hüseynov şəhid ailə üzvü statusuna malik olduğu halda, o, məhkəmə icraatına iddiaçı qismində cəlb edilməmişdir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması müəyyən edilmişdir.
39. Məhkəmənin mövqeyinə görə iddiaçıların mülkiyyətində olan fərdi mənzilin yaşayış sahəsi və şəhid O.Hüseynovun arvadı və iki uşağına görə "xxxx" MMC tərəfindən verilən mənzilin yaşayış sahəsi nəzərə alınmaqla adı çəkilən qərarda müəyyən edilən yaşayış sahəsinin ayrılma normasından az olmuşdur.
40. Mənzil növbəsinə aid icra hakimiyyətinin sərəncamında iddiaçıların ailə tərkibində onların gəlini-şəhidin arvadı L.Hüseynovanın da adı olmuş, ona verilmiş mənzilin yaşayış sahəsi müzakirə predmeti olmuş, lakin onun iddiaya münasibəti, belə tələbi olub-olmaması öyrənilməmiş, iddiaçı qismində məhkəmə icraatında cəlb edilməsinin zəruiriliyi müzakirə edilməmişdir.
41. Bundan başqa, birinci instansiya məhkəməsinin mövqeyinə görə şəhid O.Hüseynovun arvadı və iki uşağına Hövsan qəsəbəsində mülkiyyətində olan mənzil cavabdeh tərəfindən deyil, "xxxx" MMC tərəfindən bağışlanma əsasında verilmi şdir. Mənzil məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi verilməmişdir.
42. İddiaçıların oğlu O.Hüseynov 27 sentyabr 2020-ci il tarixdə şəhid olmuş, iddiaçılar, şəhidin ailə üzvləri rayon icra hakimiyyəti başçısının 14 yanvar 2021-ci il tarixli sərəncamı ilə mənzil növbəsinə götürülməklə birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmiş, 16 fevral 2021-ci tarixdə "xxxx" MMC ilə şəhid O.Hüseynovun arvadı X4 arasında bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə Hövsan qəsəbəsində 3 otaqlı mənzil L.Hüseynovaya bağışlanmışdır.
43. Apelyasiya məhkəməsi "xxxx" MMC-yə sorğu edib həmin mənzilin L.Hüseynovaya bağışlanmasının səbəbini, mənzilin məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi k imi verilməsini, şəhid ailəsi kimi verildiyi halda, mənzil bağışlandıqdan sonra rayon icra hakimiyyətində mənzil növbəsində qeydə alınan iddiaçıların ailə tərkibinin sayında dəyişiklik olub-olmamasını araşdırmamışdır.
44. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.
45. Odur ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, hazırkı halda iddianın təmin edilməməsi üçün əsaslar olmadığından bu hissədə şikayət təmin edilməməlidir.
46. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 21(103)-2825/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.