Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-417/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi pu blik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarının ləğv edilməsi və qiymətləndirilmənin aparıldığı xx.xx.2022-ci il tarixdən ona üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının 35-60% pozulması halına görə) təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-382/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı əlillik vəziyyətinə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və soma toform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, suisidal fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, suisidal fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, suisidal fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, suisidal fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45 - Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, suisidal fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏ R: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, suisidal fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Elektron təyinatla xx.xx.2016-cı il tarixdə “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F45-Somatoform pozğunluqlar => F45.2 - İpoxondrik pozğunluq; Diaqnozun mətni: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, suisidal fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Dayanıqlı kəskin ifadə olunmuş ipoxondrik nevroz, suisidal fikirlərlə və şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi ve rilmişdir.
5. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0260003AAGRD saylı göndərişi əsasında “əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir.
6. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AAKJB saylı göndərişi əsasında “psixi qüsurun ağırlıq dərəcəsini və dinamikasını dəqiqləşdirmək üçün digər ixtisaslaşmış tibb müəssisəsində müayinə tövsiyə olunur” səbəbi ilə imtina verilmişdir.
7. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALXC saylı göndərişi əsasında “xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq, əmək müqaviləsi üzrə işləməsi və aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiq ləşdirilsin” səbəbi ilə imtina verilmişdir.
8. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 13 dekabr 2022-ci il tarixli, 1008 nömrəli ekspert rəyindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı Zərdab Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-ci il tarixdə müayinə zamanı “F45.2-ipoxondrik pozğunluq. Dayanıqlı kəskin ifadə olunmuş somatoform pozuntu, ipoxondrik nevroz, fobik sindromla. Suisidal fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom. Ağırlaşma: F40-Fobiyalı həyəcan pozğunluqları. F32.2-Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod; F91-Davranış pozğunluğu. R41.8-Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və Qavrama və dərketmə geriliyi. Yanaşı xəstəliklər: G47 yuxu pozğunluğu” müəyyən edilmişdir. Hazırda onun diaqnozda göstərilən xəstəliklərlə əlaqədar əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Xəstəlik kəskinləşdiyi halda həkim psixiatrda müayinə və müalicə oluna bilər. Əlilliyin təyini məhkəmə-tibbi ekspertin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial komissiyaları tərəfindən həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əlillik pensiyasının kəsilməsindən ibarət hərəkətinin qanunsuz hesab edilməsi, onun üzərinə əlillik pensiyasının bərpası öhdəliyinin q oyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən dayanıqlı kəskin ifadəli somatoform pozuntu folik sindrom suisidal fikirlər və cəhdlərlə, şəxsiyyətin nevrotik inkişafı depressiv sindrom diaqnozlu xəstəlikdən əziyyət çəkir. Hələ uzun illər əvvəl Amur vilayətində yaşayarkən çoxsaylı şikayətlərlə psixiatrlara müraciətlər etmiş və orada iki dəfə stasionar müalicə almışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra da bu şikayətlər azalmayıb, əksinə artmışdır. İki il N.İsmayılovdan müalicələr almış, sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, X4 Dispanserində, X2 Xəstəxanasında, Gəncə Şəhər Psixiatriya Xəstəxanasında, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında, Zərdab Rayon Mərkəzi Xəstəxanasında stasion ar müalicələr almışdır. Bu illər ərzində Zərdab Rayon Mərkəzi Xəstəxanasında dərman qeydiyyatına alınmış, daima dərman qəbul etmişdir. Beləliklə, iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə ümumi xəstəlikdən 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir, daha sonra xx.xx.2015-ci il tarixdə 2-ci dərəcə əlillik bir illik təyin edilmişdir. Daha sonra 2016-cı ilin fevral ayının 12-dən 5 illik təyin edilmişdir. 2021-ci ilin fevral ayının 12-dən isə ona təyin edilmiş əlillik dərəcəsi ləğv edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli imtinasından görünür ki, “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin göndərişi əsasında xx.xx.2021-ci il tari xdə müayinə olunmuş və ona əlillik təyin olunmasından imtina edilmişdir. İmtinaya əsas dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Həkim rəyində qeyd edilir ki, xəstəliyin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığı nəzərə alınaraq, əmək müqaviləsi üzrə işləməsi və aktiv sürücülük vəsiqəsinə malik olması məsələsi dəqiqləşdirilsin.
11. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) xx.xx.2021-ci il tarixli 2-1(112)12362/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
12. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixli göndəriş əsasında bir il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2015-ci il tarixli 0260003AABB2 saylı göndəriş əsasında bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixdə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2021-ci il tarixli 0260003AAGRD saylı göndəriş əsasında baxılmış və imtina verilmişdir. xx.xx.2021-ci il tarixli 0274003AAKJB saylı göndəriş əsasında baxılmış və imtina verilmişdir. xx.xx.2021-ci il tarixli 0274003AALXC saylı göndəriş əsasında baxılmış və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyinin xarakterini və göndərişdə qeyd edilən kliniki əlamətlərin ağırlığını nəzərə alaraq, əmək müqaviləsi üzrə işləməsi və aktiv sürücülük vəsiqəsinə mal ik olması məsələsi dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.
13. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarının ləğv edilməsi və qiymətləndirilmənin aparıldığı xx.xx.2022-ci il tarixdən ona üçüncü dərəcə əlilliyin (orqanizmin funksiyalarının 35-60% pozulması halına görə) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
14. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 26 aprel 2023-cü il tarixli, 21(116)-91/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edilməklə, qiymətləndirilmənin aparıldığı xx.xx.2022-ci il tarixdən İddiaçı üçünc ü dərəcə əlilliyin (orqanizmin funksiyalarının 35-60% pozulması halına görə) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə daxil olmaqla iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunsa da iddiaçının müraciətinə müvafiq olaraq təyinat aparılmamış və ona təyinat aparılmasından imtina edilmişdir. Məhkə mə araşdırması ilə iddiaçının sağlamlıq vəziyyətini əks etdirən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə, orqanizmin funksiyalarının pozulmasının 35-60 faizinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən Məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-4/2-7290/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya münasibətdə sonuncu dəfə xx.xx.2022-ci ildə elektron qiymətləndirmə aparılmış və “Əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina qərarı verilmişdir. İddiaçı məhz bu səbəbdən iddia tələbində müvafiq dəqiqləşmə apararaq həmin imtina qərarının ləğvini tələb etmişdir. Buna görə də, iddia tələbi təmin olunmalıdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və E.M.Mehdiyev) 2-1(107)-382/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-91/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətlə ndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin e dilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayi nəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçki lik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 23. “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 2.5.25. Tibbi göstəriş olan aşağıdakı xüsusi hall arda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06).
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Bənd 7.7.1.1. Fərdin fəaliyyətinə mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılara münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski), orqanizmin funksiyalarının pozulması faizi -35-60 faiz.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həy ata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Ti bbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilmə si və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” Bənd 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada t əqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiy a şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaql a qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi əlavə müalicəyə ehtiyacın olması ilə əsaslandırılmış, əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunmuşdur.
36. Hazırkı iş in halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixdə bir il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2014-cü il tarixdə bir il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixdə beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonrakı göndərişlər əsasında aparılmış qiymətləndirmə nəticəsində cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyinindən imtina edilmiş, iddiaçıya münasibətdə sonuncu dəfə xx.xx.2022-ci ildə elektron qiymətləndirmə aparılmış və “Əlavə müalicəyə ehtiyacın olması” əsası ilə imtina qərarı verilmişdir.
37. Cavabdeh inzibati orqan özünün xx.xx.2023-cü il tarixli, 3-17-4/2-7290/2023 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəf ə “ümumi xəstəlik” səbəbindən “ipoxondrik pozuntu, dayanıqlı kəskin ifadəli somatoform pozuntu, fobik sindrom, suisidial fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı, depressiv daxilolmalarla” diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının C00011871ELY nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə elektron qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” (Səbəb: Xəstənin əmək müqaviləsi var, əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib) qərarı verilmişdir. Göndərişin təhlili zamanı 2013-2019-cu illər ərzində heç bir stasionar müalicələr almaması, psixi statusun səthi qeyd edilməsi, həmçinin diaqnozla aktiv əmək müqaviləsi arasında uyğunsuzluğun olması müəyyən edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair dövlət səhiyyə müəssisəsi tərəf indən yeni göndəriş (Forma-088) daxil olmamışdır.
38. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 13 dekabr 2022-ci il tarixli, 1008 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı Zərdab Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-ci il tarixdə müayinə zamanı “F45.2ipoxondrik pozğunluq. Dayanıqlı kəskin ifadə olunmuş somatoform pozuntu, ipoxondrik nevroz, fobik sindromla. Suisidal fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom. Ağırlaşma: F40-Fobiyalı həyəcan pozğunluqları. F32.2-Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod; F91-Davranış pozğunluğ u. R41.8Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və Qavrama və dərketmə geriliyi. Yanaşı xəstəliklər: G47 yuxu pozğunluğu” müəyyən edilmişdir. Hazırda onun diaqnozda göstərilən xəstəliklərlə əlaqədar əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Xəstəlik kəskinləşdiyi halda həkim psixiatrda müayinə və müalicə oluna bilər. Əlilliyin təyini məhkəmə-tibbi ekspertin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial komissiyaları tərəfindən həyata keçirilir.
39. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-4/2-7290/2023 nömrəli məktubunda qeyd olunan rəyə münasibətdə bildirmişdir ki, Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3” PHŞ-nin 1008 saylı ekspert rəyində göstərilən “İpoxondrik pozğunluq. Dayanıqlı kəskin ifadə olunmuş somatoform pozuntu. İpoxondrik nevroz, fobik sindromla. Suisidial fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom. Fobiyalı həyəcan pozğunluqları. Davranış pozuntuları. Qavrama və dərketmə geriliyi.” diaqnozu göndərişdə qeyd edilən tibbi-diaqnostik məlumatla rla (anamnestik məlumatlar, ixtisas həkimlərinin rəyi, klinik, instrumental müayinələr, müalicə tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator mexanizmlərinin vəziyyəti, klinik proqnoz və s.) təsdiqini tapdığı halda əlillik təyinatına əsas verə bilər. Ekspert rəyində göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25. bəndinə (etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1. bəndinə (fərdin fəaliyy ətinə mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılara münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) uyğundur.
40. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25-ci bəndinə (etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə, orqanizmin funksiyalarının pozulmasının 35-60 faizinə uyğun olduğu müəyyən edilir.
41. Kollegiya qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndi ilə nəzərdə tutulmuş xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin olmasına (fərdin f əaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) və orqanizmin funksiyalarının pozulmasının faizinin 35-60 faizinə uyğun olmasına baxmayaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
42. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən eyni diaqnoz əsasında 2013-2021-ci illər aralığında İİ dərəcə əlillik təyin edilmiş, iddiaçının səhhətində yaxşılaşma və ya sağalma olmamasına, həmçinin müayinələr nəticəsində göstərilən diaqnozun öz təsdiqini tapmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir.
43. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
44. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarını n tələblərini nəzərə almağa borcludur.
45. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
46. Məhkəmə kollegiyası qeyd edir ki, həm idd iaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
47. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
48. Odur ki, cavabdeh t ərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
49. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. O dur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-382/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.