Məhkəmə qərarları › İş №2-1(102)-4170/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4170/2025

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4170/2025 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; mənfəət bəyannaməsi ilə əmlak bəyannaməsi arasında uyğunsuzluq; mənfəət vergisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2- 1(103)- ****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Vergi ödəyicisi İddiaçı MMC-nin təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində 2022-ci il üzrə hesabat dövrünün gəlirləri - malların təqdim edilməsindən - 0 manat (ümumi) gəlir, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri - malların təqdim edilməsi, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim edilməsi və ləğvi üzrə gəlirdən çıxılan xərclər 17,047.84 manat, gəlirdən çıxılan xərclər və yığımlar: torpaq vergisi 3,721.23 manat, əmlak vergisi 1,371.06 manat, əmlak vergisi 2,235.17 manat, cəmir xərclər 20.769.07 manat, mənfəət 00 olmaqla mənfəət vergisi 0.00 olaraq qeyd edilmişdir. Mənfəət vergisinin * nömrəli əlavəsində əsas vəsaitlərin dəyəri 281,837.11 manat olaraq göstərilmişdir.

2. Əmlak vergisinin bəyannaməsinə əsasən 2022-ci il üzrə hesabat ilinin əvvəlinə əsas vəsaitlərin ümumi qalıq dəyəri 243.540,57 manat, hesabat ilinin sonuna əsas vəsaitlərin ümumi qalıq dəyəri (o cümlədən vergiyə cəlb olunan) 226.492,73 manat, hesablanmış verginin məbləği 2.350,17 manat müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*- */*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2022-ci il üzrə yenidən 5503,48 manat həcmində əlavə mənfəət vergisi hesablanmış və qərarın qəbul edilməsi ilə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” eyni məzmunlu qərar ləğv edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə 2022-ci il üzrə əlavə mənfəət vergisinin hesablanmasına əsas olmuş ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması və iddiaçının şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə borcların silinməsinin təmin olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, **************** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında İddiaçı MMC-yə 2022-ci il üzrə 5503,48 manat həcmində əlavə mənfəət vergisi hesablanmışdır. Həmin hesablama əsassızdır. Belə ki, cavabdeh tərəfə ünvanlanmış müvafiq məktublar və həmin məktublara verilmiş müvafiq cavablardan görünür ki, cəmiyyətə kameral yoxlama qərarı əsasında mənfəət vergisi Vergi Məcəlləsinin 151ci maddəsinin tələbləri əsasında hesablanmışdır. Həmin maddədə göstərilir ki, hüquqi şəxsin əvvəlki ilin dövriyyəsi əsas götürülməklə cari ildə 4 rüb üzrə əlavə vergilərin ödənilməsi təmin olunur. Həmin ödənilən vergilər isə hüquqi şəxsə cari il üçün mənfəət vergisi bəyannaməsini növbəti ilin mart ayının 31-dək olan dövr ərzində təqdim etmək və əlavə hesablanan vergiləri ödəmək hüququ verir. Cəmiyyətin cari ildə heç bir fəaliyyəti olmadıqda isə sözügedən maddə hüquqi şəxsə heç bir hüquqi məsuliyyət və öhdəlik yarada bilməz. Cəmiyyət tərəfindən ##.##.2018-ci il tarixdə, *************** saylı qeydiyyat ərizəsi əsasında 5 il müddətinə, yəni ##.##.2023-cü il tarixədək fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müvafiq müraciət təqdim olunmuşdur. Sözügedən dövr aralığında isə cəmiyyətin heç bir fəaliyyəti olmamışdır. Bundan başqa, cəmiyyət tərəfindən ##.##.2022-ci il tarixdə **************** saylı qeydiyyat ərizəsi əsasında 5 il müddətinə fəaliyyətinin dayandırılması ilə bağlı əlavə olaraq müvafiq müraciət vergi orqanına təqdim olunmuşdur. Lakin buna baxmayaraq, vergi orqanı tərəfindən fəaliyyəti olmayan, dayandırma müddətində heç bir iqtisadi göstəriciləri olmayan cəmiyyətə analoji qaydada mənfəət vergisi hesablanmışdır. Bundan başqa, Bakı Şəhər Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, **************** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarında əlavə vergilərin hesablanması barədə heç bir əsaslandırma öz əksini tapmamışdır. Həmin qərardan hesablamanın əsası, hansı müddəalara istinad olunması və hansı meyarlar əsasında vergilərin hesablanması barədə izahat əks olunmur. Bu da öz növbəsində vergi orqanı tərəfindən qanunsuzluğa yol verilməklə hesablama aparılmasını bir daha sübuta yetirir. Iddianın predmeti üzrə işin faktiki hallarından göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsi ilə və digər qanunvericilik aktları ilə ona verilmiş hüquqlardan və səlahiyyətlərdən sui-istifadə edərək və ya faktiki hallara biganə yanaşaraq müvafiq araşdırma aparmadan cəmiyyətə əlavə olaraq analoji qaydada 2022-ci il üzrə kameral yoxlama əsasında əsassız mənfəət vergisi hesablamışdır. Bundan başqa, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş ##.##.2024-cü il tarixli vəsatətdən görünür ki, iddiaçı tərəfindən 2022-ci ilin mənfəət vergisi ilə əlaqədar dəqiqləşmiş bəyannamə təqdim edildiyi üçün, vergi orqanı tərəfindən ##.##.2024-cü il tarixli, **************** saylı qərar ləğv olunmuş və eyni mahiyyət üzrə ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” yeni qərar qəbul edilmişdir. Həmin qərardan da görünür ki, İddiaçı MMC-yə 2022-ci il üzrə 5503,48 manat həcmində analoji qaydada əlavə mənfəət vergisi hesablanmışdır. Bir sözlə, həmin qərarla hesablanmış vergi məbləği də hazırkı iddianın predmeti ilə eynilik təşkil edir. ##.##.2024 cü il tarixli, *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi üçün iddiaçı tərəfindən vergi orqanına inzibati qaydada şikayət olunmuş və vergi orqanının ##.##.2024-cü il tarixli, **************** saylı qərarı əsasında iddiaçının şikayəti təmin edilməmiş və məhkəmədə mübahisələndirilməsi əsas gətirilməklə inzibati şikayət üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, 3 **-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan məhkəməyə şikayət verilməsi üçün 30 gün müddət nəzərdə tutulsa da, inzibati qaydada şikayət verildiyi təqdirdə iddia müddətinin axımın dayandırılması qanunvericilikdə öz əksini tapmışdır. ##.##.2024-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı yenidən ərizə verilərək İddiaçı MMC-yə 2022-ci il üzrə əlavə mənfəət vergisinin hesablanmasına əsas olmuş ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv olunması və cəmiyyətin şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə borcların silinməsinin təmin olunması ilə bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Sonradan məlum olmuşdur ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında İddiaçı MMC-yə 2022-ci il üzrə yenidən 5503,48 manat həcmində əlavə mənfəət vergisi hesablanmış və sözügedən qərarın qəbul edilməsi ilə ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” eyni məzmunlu qərar ləğv edilmişdir. Beləliklə, İddiaçı MMC-yə 2022-ci il üzrə 5503,48 manat həcmində əlavə mənfəət vergisinin hesablanmasına əsas olmuş Bakı Şəhər Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsassız olduğundan ləğv edilməlidir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı 2022-ci il ərzində iqtisadi göstəricilərin, eləcə də əvvəlki illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin Əlavəsində dövrün sonuna qalıqların olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə təqdim edilmiş bəyannamənin kameral vergi yoxlaması zamanı bəyannamənin * №-li Əlavəsinin 1.1-ci (Əsas vəsaitlərin dəyəri) sətrinin “Hesabat dövrünün sonuna” xanalarında 281837.11 manat məbləğ göstərilməsinə baxmayaraq, bəyannamənin aid olduğu il üzrə təqdim edilmiş “Əmlak vergisinin bəyannaməsi”nin 504-cü (Hesabat ilinin sonuna əmlakın ümumi qalıq dəyəri) (Əmlakın ümumi qalıq dəyəri) sətrində 226492.73 manat məbləğ əks etdirilmişdir ki, nəticədə 55344.38 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisinə ##.##.2023cü il tarixli **************** saylı “2022-ci il üçün təqdim edilməmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 5503.48 manat əlavə vergilərin hesablanması təmin edilərək, ##.##.2023-cü il tarixli **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir. Daha sonra vergi ödəyicisi hesablanmış vergi məbləğini azaldaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmiş, bununla bağlı vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** saylı uyğunsuzluq məktubu göndərilərək hesablanmış vergi məbləğinin azaldılması barədə izahat tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün hesablanmış vergi məbləği bərpa edilməklə ##.##.2024-cü il tarixli, **************** saylı, ##.##.2024-cü il tarixli, **************** saylı və ##.##.2024-cü il tarixli, *-**-*- */*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar vergi ödəyicisinə göndərilmişdir.

7. Bakı Inzibati Məhkəməsinin # ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli 3-21-2 */*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir (Hakim A.Əhədova).

8. Məhkəmə hesab etmişdir ki, vergi orqanı iddiaçının 2022-ci ilin mənfəət vergisi bəyannaməsində əmlakın “Hesabat dövrünün sonuna” qalıq dəyərinin 281837.11 manat məbləğ göstərildiyi halda 2022-ci il üzrə təqdim edilmiş “Əmlak vergisinin bəyannaməsi”nin əmlakın ümumi qalıq dəyərinin 226492.73 manat məbləğ əks etdirildiyinə istinad edib iki bəyannamələr arasında olan fərqdən çıxış edərək kənarlaşmanın yarandığını qeyd etmişdir. Sözügedən eyni ilə dair mənfəət vergisi və əmlak vergisi bəyannamələrində əmlakın qalıq dəyəri ilə bağlı fərqin olduğu müəyyən olunsa da bu hal vergi orqanına bilavasitə mənfəət vergisi hesablamasına əsas vermir. Il üzrə əmlakın dəyərində fərqin olması ilə bağlı kənarlaşmanın müəyyən edilməsi, əmlak vergisinin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası əmlak vergisi məbləği hesabat təqdim etməməklə yayındırılması, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış əmlak vergisi məbləğinin inzibati orqana həmin il üzrə əlavə əmlak vergisi hesablamağa əsas verə biləcəyi halda cavabdeh orqan əmlakın təqdim edilməsi əməliyyatını sübuta yetirmədiyi halda vergi ödəyicisinə mənfəət vergisi hesablamışdır.

9. Cavabdeh iddiaçının alış sənədləri olmadığı, lakin satışının olduğu və qüvvədə olan vergi qanunvericiliyi ilə vergi hesablanmasının metodları nəzərdə tutulduğu halda, müvafiq metodu seçmədən birbaşa ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamış, bu əsasla mübahisələndirilən qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. Qeyd edildiyi kimi qanunsuz əlverişsiz inzibati aktın ləğvi həmin aktla bağlı edilmiş hüquqi nəticələri də ləğv edir. Odur ki, hazırkı işin nəticəsi olaraq iddiaçının tələbi üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edildiyindən əlavə olaraq cavabdehin üzərinə həmin qərarla cəmiyyətin şəxsi hesab vərəqəsindəki vergilər və faizlər üzrə borcların silinməsi vəzifəsinin qoyulmasına zərurət qalmır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin # ##### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən: N.Nəbizadə, hakimlər: M. Tağızadə və K.Əkbərov).

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, işin Bakı Inzibati Məhkəməsində icrada olduğu dövrdə iddiaçının vəkili özü 50000 manat dəyərində əmlak satışının baş verdiyini bildirmiş, lakin məhkəmə bu bəyanatı da araşdırmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş əmlak və mənfəət vergisi bəyannamələrinin məzmunu məhkəmələr tərəfindən təhlil olunmamış, əsas vəsaitlərin dəyəri üzrə uyğunsuzluğun mənbəyi, səbəbləri və vergi öhdəliklərinə təsiri araşdırılmamışdır.

b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

16. Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

17. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mənfəət vergisinin hesablanması barədə qərarın ləğvi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

24. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2-1(103)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar