Məhkəmə qərarları › İş №2-1(102)-4176/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4176/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4176/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.Iddiaçı ##.##.1964-cü il təvəllüdlüdür. 2.Iddiaçı təhsil haqqında diploma əsasən ##.##.1979-cu ildən ##.##.1982-ci ilədək təhsil almış, hərbi xidmət haqqında biletə əsasən ##.##.1983-##.##.1985-ci il tarixlərdə hərbi xidmətdə olmuş, əmək kitabçasının qeydlərinə əsasən ##.##.1982-##.##.1983, ##.##.1985-##.##.1998, ##.##.1998-##.##.1999, ##.##.2000-##.##.2001, ##.##.2003- ##.##.2003; ##.##.2008-##.##.2009, ##.##.2009-##.##.2010, ##.##.2010-##.##.2014, ##.##.2014-##.##.2014, ##.##.2014-##.##.2019-cu illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 3.“xxxx” ASC-nin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilir ki, iddiaçı ##.##.2009-cu ildə “xxxx” ASC-nin Tikinti Məmulatlarının Istehsalı Idarəsinin * №-li Sumqayıt Tikinti sahəsinə qaz kəsicisi peşəsinə qəbul edilib, ##.##.2009-cu ildə peşə və dərəcəsi saxlanılmaqla həmin Idarənin Metal kəsmə sahəsinə keçirilib və ##.##.2010-cu ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən qaz kəsicilərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cii il tarixli *** saylı qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ * №-li siyahısının, XXXIII “Ümumi peşələr” Fəslinə (şifrə-23200000) əsasən ********-***** saylı şifrəsinə əsasən qaz kəsiciləri kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 08 ay 01 gün təşkil edir. 4.Iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, iş materiallarında olan Dövlət Arxivinin Sumqayıt filialının ## #### 2024-cü il tarixli arayışında İddiaçı “Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 1№-li X2 Trestinin 1№-li Xüsusiləşdirilmiş Mexanikləşdirilmiş Idarəsində işlədiyi müddətdə ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Buna görə də iddiaçının yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən ümumi iş stajı 25 ildən az (22 il 2 ay 17 gün (##.##.1982- ##.##.1983-cü il, ##.##.1985-##.##.1995-ci il, ##.##.1998-##.##.1999-cu il, ##.##.2000- ##.##.2000-ci il, ##.##.2000-##.##.2001-ci il, ##.##.2003-##.##.2003-cü il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 9 ay 17 gün (##.##.2009- ##.##.2010-cu il, ##.##.2010-##.##.2014-cü il və ##.##.2014-##.##.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindənaşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan sığorta kapitalı cəmi 21523.09 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində birinci icraat 5.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 6.Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq cavabdehə müraciət etmiş, cavabdehin imtinası ilə razı deyil. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ var. Bu, əmək kitabçasında və digər sənədlərdə də öz əksini tapır. Lakin aidiyyəti orqan ona pensiya təyin etməkdən qanunsuz olaraq imtina etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, pozulmuş hüququ məhkəmə tərəfindən bərpa olunmalıdır. Bildirir ki, iddiaçının ümumi iş stajı 35 ildən, güzəştli iş stajı isə 13 ildən çoxdur. 7.Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim edilən “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli *-**-DA-*QF/*-***-**** nömrəli arayışında iddiaçının sözügedən müəssisədə işlədiyi müddətdə ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunub. Buna görə də iddiaçının yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 2 ay 17 gün (##.##.1982- ##.##.1983-cü il, ##.##.1985-##.##.1995-ci il, ##.##.1998-##.##.1999-cu il, ##.##.2000- #.##.2000-ci il, ##.##.2000-##.##.2001-ci il, ##.##.2003-##.##.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 9 ay 17 gün (##.##.2009-##.##.2010-cu il, ##.##.2010- ##.##.2014-cü və ##.##.2014-##.##.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan sığorta kapitalı cəmi 21.523,09 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. 8.Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2025-ci il tarixli *- *(***)****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 9.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 10.Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən bildirilir ki, ##.##.1985-ci ildən ##.##.1998-ci ilədək “Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin * nömrəli X2 Trestinin ** nömrəli Xüsusiləşdirilmiş Mexanikləşdirilmiş Idarəsində asfaltbeton döşəyən peşəsində işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “asfaltbeton döşəyənlər” bəndinə əsasən zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarının * nömrəli əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * nömrəli siyahısının XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-11140 şifrəsi ilə qeyd edilmiş “asfalt-beton döşəyənlər” bəndinə əsasən asfalt-beton döşəyənlər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 13 il 02 ay 09 gün təşkil edir. 11.Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə (hakimlər: Vahid Hacıyev /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Toğrul Axundov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün 25 ildən artıq, yəni 31 il 01 ay 11 gün ümumi stajı vardır. Həmçinin cavabdeh orqan özü də xidməti məktubu ilə iddiaçının ümumi iş stajının 25 ildən çox olduğunu qeyd etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ödənişsiz məzuniyyətdə olduğu bildirilərək, onun güzəştli stajına daxil edilməyən ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr nəzərə alınmasa belə, iddiaçının güzəştli stajı tələb olunan 12 il 6 aydan artıq olur. Çünki, cavabdeh iddiaçının güzəştli stajını 8 il 9 ay 17 gün kimi qəbul edir və bunun ##.##.2009-##.##.2010-cu il, ##.##.2010- ##.##.2014-cü və ##.##.2014-##.##.2019-cu il tarixləri arasındakı dövrləri əhatə etdiyini qeyd edir. Iddiaçının bu dövrdən əvvəlki illərdə olan güzəştli iş stajı ##.##.1985-ci ildən ##.##.1998-ci ilədək 13 il 02 ay 09 gün təşkil edir. Ümumilikdə isə güzəştli iş stajı 21 il 11 ay 26 gün təşkil edir. 13.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 14.Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə imtinasının dəlilləri eynilik təşkil edir. 15.Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə nəzər salsaq görərik ki, ##.##.1985-ci il tarixdə 68№-li əmrlə “асфальтобетонщик” vəzifəsinə qəbul edilib, ##.##.1993-cü il tarixdə 3№-li əmrlə “слесарь” vəzifəsinə keçirilib. Göründüyü kimi, “xxxx” ASC-nin məktubunda qeyd ediləndən fərqli olaraq, iddiaçı ##.##.1985-##.##.1998-ci il tarixləri arasındakı bütün dövr ərzində “асфальтобетонщик” vəzifəsində işləməmişdir. Məhkəmə bu fakta hüquqi qiymət verməmiş, iddiaçının işlədiyi iki müxtəlif vəzifəni Siyahıda nəzərdə tutulan “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğunlaşdırmaqla bütövlükdə onun güzəştli iş stajına daxil etmişdir. Məhkəmə iddiaçının işlədiyi vəzifəni Siyahıda nəzərdə tutulan vəzifəyə uyğunlaşdırmaqla yanlış hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X4 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 16.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## #### 1997-ci il tarixli **-*/* nömrəli kollegiya qərarı ilə “Tikinti quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası” (bundan sonra – Kitabça) təsdiq edilmişdir. Kitabçanın “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsinə daxil olan fəhlə peşə adlarının indiyə qədər fəaliyyətdə olan peşə adları ilə müqayisəsi və dərəcələr diapazonu”nun “indiyə qədər fəaliyyətdə olan peşə adları” sütununda “asfaltbetonçu” peşəsinin qarşılığı “aсфальтобетонщик” olaraq qeyd edildiyi halda, “asfaltbeton döşəyən” peşəsinə isə “машинист укладчика асфальтобетона” peşəsi uyğun gəlir. 17.Iddiaçının əmək kitabçasında ##.##.1985-ci ildə “асфальтобетонщик” vəzifəsinə qəbul edildiyi qeyd olunub, hansı ki, Kitabçada “asfaltbetonçu” peşəsinə uyğun gəlir. Iddiaçıya dair ## #### 2024-cü il tarixli *-**-DA-**F/*-***-**** nömrəli arayışda da vəzifəsi “asfaltbetonçu” olaraq qeyd edilmişdir. Halbuki “asfaltbetonçu” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Siyahıda nəzərdə tutulan vəzifənin adı “asfalt və beton döşəyənlər”dir. Əgər iddiaçı Siyahıda nəzərdə tutulan vəzifədə işləmiş olsaydı, əmək kitabçasında “машинист укладчика асфальтобетона” kimi qeyd edilərdi. 18.Digər tərəfdən qeyd etməyi zəruri hesab edirik ki, hər iki instansiya məhkəməsi iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərin iş stajına daxil edilibedilməməsi məsələsinə münasibət bildirməmişdir. TƏTBIQ EDILƏN HÜQUQ 19.Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 20.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI 22.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 23.Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız cavabdeh qurum tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissələrdə yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI 24.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Hazırki iş üzrə iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu ##.##.2024cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. 26.Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərkən, həmçinin kassasiya şikayətində qeyd edir ki, iddiaçının ##.##.1995-##.##.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu müddəti onun iş stajına daxil etmək mümkün deyil, bu səbəbdən onun ümumi iş stajı 25 ildən az (22 il 2 ay 17 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 9 ay 17 gün) təşkil etmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. 27.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaşının tamam olduğu tarixə 25 il ümumi staj, 12 il 6 ay xüsusi staj tələb edilir. (## #### 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı aparılarkən pensiya kapitalı tələbi ləğv edilmişdir). 28.Cavabdeh iddiaçının ümumi stajını 22 il 2 ay 17 gün (##.##.1982-##.##.1983-cü il, ##.##.1985-##.##.1995-ci il, ##.##.1998-##.##.1999-cu il, ##.##.2000-##.##.2000-ci il, ##.##.2000-##.##.2001-ci il, ##.##.2003-##.##.2003-cü il tarixləri arasındakı dövrlər) hesab edərkən, onun ##.##.1979-cu ildən ##.##.1982-ci ilədək təhsil aldığı, ##.##.1983- ##.##.1985-ci il tarixlərdə hərbi xidmətdə olduğu dövrü, həmçinin ##.##.1995- ##.##.1998-ci il tarixlərdə ödənişsiz məzuniyyət dövründən nəzərə alınan 6 ayı (Ali Məhkəmənin formalaşmış praktikasına əsasən ardıcıl ödənişsiz məzuniyyət dövrünün 6 ayı ümumi staja daxil edilir) ümumi staja daxil etməmişdir. Həmin dövrləri cavabdehin qəbul etdiyi 22 il 2 ay 17 gününü üzərinə gəldikdə iddiaçının ümumi stajı 27 ildən artıq təşkil edir, bu isə ona pensiya təyin edilməsi üçün ümumi staj olaraq tələb edilən 25 ildən artıq təşkil edir. 29.Cavabdeh iddiaçının güzəştli stajına münasibətdə qeyd edir ki, iddiaçının ##.##.2009-##.##.2010-cu il, ##.##.2010-##.##.2014-cü il və ##.##.2014-##.##.2019-cu il tarixləri arasındakı işlədiyi dövrlər nəzərə alınmaqla onun stajı 8 il 9 ay 17 gün təşkil edir. 30.Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli *-***/** saylı Icmal məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.” 31.“xxxx” ASC-nin ##.##.2024-cü il tarixli **-PH/*** saylı məktubuna əsasən 1964cü il təvəllüdlü İddiaçı ##.##.2009-cu ildə (əmr № **/**-kş, ##.##.2009-cu il) “xxxx” ASCnin Tikinti Məmulatlarının Istehsalı Idarəsinin * №-li Sumqayıt Tikinti sahəsinə qaz kəsicisi peşəsinə qəbul edilib, ##.##.2009-cu ildə (Əmr №**/**-kş, ##.##.2009-cu il) peşə və dərəcəsi saxlanılmaqla həmin Idarənin Metal kəsmə sahəsinə keçirilib və ##.##.2010-cu ildə (Əmr №-35/18-kş, ##.##.2010-cu il) Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən qaz kəsicilərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cii il tarixli *** saylı qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ * №-li siyahısının, XXXIII “Ümumi peşələr” Fəslinə (şifrə-23200000) əsasən ********-***** saylı şifrəsinə əsasən qaz kəsiciləri kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 08 ay 01 gün təşkil edir. Məlumat üçün bildirilir ki, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2008-ci il tarixli *** №-li sərəncamına əsasən “xxxx” ASC adlandırılmışdır. 32.“xxxx” ASC-nin ##.##.2025-ci il tarixli **-PH/*** saylı məktubuna əsasən ##.##.1964-cü il təvəllüdlü İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən bildirilir ki, ##.##.1985-ci ildən (Əmr № **, ##.##.1985-ci il) ##.##.1998-ci ilədək (Əmr № **-c, ##.##.1998-ci il) “Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin * №-li X2 Trestinin ** №-li Xüsusiləşdirilmiş Mexanikləşdirilmiş Idarəsində asfalt-beton döşəyən peşəsində işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “asfalt-beton döşəyənlər” bəndinə əsasən zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li siyahısının XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-11140 şifrəsi ilə qeyd edilmiş “asfalt-beton döşəyənlər” bəndinə əsasən asfalt-beton döşəyənlər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 13 il 02 ay 09 gün təşkil edir. 33.Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə nəzər salsaq görərik ki, ##.##.1985-ci il tarixdə 68№-li əmrlə “асфальтобетонщик” vəzifəsinə qəbul edilib, ##.##.1993-cü il tarixdə 3№-li əmrlə “слесарь” vəzifəsinə keçirilib. Göründüyü kimi, “xxxx” ASC-nin məktubunda qeyd ediləndən fərqli olaraq, iddiaçı ##.##.1985-##.##.1998-ci il tarixləri arasındakı bütün dövr ərzində “асфальтобетонщик” vəzifəsində işləməmişdir. Məhkəmə bu fakta hüquqi qiymət verməmiş, iddiaçının işlədiyi iki müxtəlif vəzifəni Siyahıda nəzərdə tutulan “asfalt və beton döşəyənlər” vəzifəsinə uyğunlaşdırmaqla bütövlükdə onu güzəştli iş stajına daxil etmişdir. 34.Göründüyü kimi, cavabdeh özü də iddiaçının ##.##.1985-##.##.1993-cü il tarixlərdə “асфальтобетонщик” vəzifəsində işlədiyi dövrləri güzəştli staj kimi qəbul edir. Beləliklə, cavabdehin iddiaçının güzəştli staj kimi qəbul etdiyi 8 il 9 ay 17 günün üzərinə ##.##.1985-##.##.1993-cü il tarixlərdə işlədiyi 7 il 4 ay 3 günü də əlavə etdikdə onun güzəştli iş stajı 16 ildən artıq təşkil edir. Bu isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 12 il 6 aydan artıqdır. 35.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına dair əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. 36.Odur ki, iddiaçı hazırkı məzmunda tələb irəli sürməkdə haqlı sayılmalıdır. 37.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin tələbinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmaqla yanaşı, onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına da səbəb olmuşdur. 38.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar