Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-418/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçı xxxxvə vəkili Səlimxan İsmayılovun iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1089/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin **********42 saylı 02 avqust 2019-cu il tarixli məktubunda göstərilənlərin qanunsuz hesab edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsün ün tərtib edilməsi və həmin torpaq sahəsinin sərhədlərinin yerində ölçülərək ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpağın ona məxsus olmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 16 may 2006-cı il tarixdə ******* saylı çıxarış almışdır. Həmin çıxarışda qeyd edilən 0,05 ha torpaq sahəsi onun mülkiyyətində olduğundan həmin torpaq sahəsində fərdi ev tikmiş və məcburi köç kün olaraq ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair çıxarış olsa da, faktiki olaraq ona məxsus torpaq sahəsinin sərhədləri daş hasarla çəkdiyi divarın hüdudlarından kənarda (küçə hissədə) yerləşdiyindən həmin torpaq sahəsinin müəyyən hissəsi onunla qonşu olan müəyyən şəxslər tərəfindən faktiki olaraq zəbt edilmişdir. Torpaq sahəsinin plan və ölçüsünü olmaması, həmçinin torpağın sərhədlərinin yerində ölçülüb ona verilməməsi səbəbindən onunla qonşular arasında torpaq sahəsinin sərhədlərinə dair baş verən mübahisə və anlaşılmazlıq həll edilməmiş qalmışdır. Bu səbəbdən də cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş və mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsünü yerində müəyyənləşdirilmə sini və bu barədə rəsmi sənəd verilməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh orqan 02 avqust 2019-cu il tarixdə **********42 saylı məktubla ona cavab vermiş və həmin cavab məktubu ilə onun qanuni və əsaslı tələbi təmin edilməmişdir. Cavabdeh orqan əsassız olaraq tələbini təmin etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin xxxx-cu il tarixli, 2-1(82)-3300/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasının «torpaq sahəsinin sərhədlərinin yerində ölçülərək ona təhvil verilməsi» hissəsinin qeyri-mümkün sayılması qərara a lınmışdır.
4. Birinci instansiya məhkəməsinin xxxx-cu il tarixli 2-1(82)-3300/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, cavabdeh DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması, 16 may 2006-cı il tarixdə ******* saylı çıxarışa istinadən iddiaçı X2 mülkiyyətində olan Bakı şəhəri, xxxx yerləşən 0.05 hektar torpaq sahəsinin plan və ölçünün tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 139.1, 139-1.1.3-cü maddələrinə, Torpaq Məcəlləsini n 84.1-ci maddəsinə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, «Daşınmaz əmlakın reyestri haqqında» Qanunun 2.1, 2.2, 8.0.1, 8.0.3, 8.0.5, 15.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 1, 15.2, 19.1, 19.2-ci maddələrinə, həmçinin İnzibati Prosessual Məcəllənin 2.2.3, 52, 68.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
6. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxx-ci il tarixli 2-1(103)-1089/2020 nömrəli (hakimlər Xəyalə Cəmilo va - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Rəşad Həsənov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xxx-cu il tarixli, 2-1(82)-3300/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını tətbiq edərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin xxx-cu il tarixli qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
9. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib olunmuş 21 may 2004-cü i tarixli JN-5779D saylı şəhadətnaməyə əsasən X5 0,08 hektar torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinin 0,03 hektar hissəsi ayrı-ayrı fiziki şəxslərə satılmış, yerdə qalan 0,05 hektar torpaq sahəsi üzərində isə X3 mülkiyyət hüququ 15 may 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış, yoxlama-ölçü işləri zamanı iddiaçı tərəfindən şərti sərhədləri göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 0,2305 hektar olduğu, həmin ərazidə digər fiziki şəxslər tərəfindən fərdi yaşayış evləri inşa edildiyi, həmin evlərə gedən yolların həmin torpaq sahəsi ərazisindən olduğu və torpaq sahəsinin bir hissəsinin yaxınlıqdan keçən 35 kV-luq hava elektrik ötürücü xəttinin mühafizə zonasına düşdüyü məlum olmuşdur.Həmçinin, müvafiq ünvanda hasarlanma işləri sənəd üzrə aparılmamış və qonşular arasında mübahisə mövcuddur.Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır.Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsi zliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmiş, ekspertiza keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə İdarənin vəsatətləri təmin edilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir.Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxx-ci il tarixli, 2-1(103)-1089/2020 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b) Ka sasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili S.İsmayılov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı xxxx da vəkili S.İsmayılovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
15. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
19. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin İnzibati Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xxx-ci il tarixli qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cava bdehin kasasiya şikayətində göstərdiyi dəlilləri apelyasiya şikayətində yazdığı dəlillərlə eyni olmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər əsassız hesab edilərək onlara düzgün hüquqi qiymət verilmişdir, inzibati mübahisə həll edilərkən maddi və prosessual hüquq normaları qanunauyğun tətbiq edilmişdir.
20. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 16 may 2006-cı il tarixli, ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, xxxx yerləşən 0.05 hektar torpaq sahəsi iddiaçıya məxsusdur. X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
21. İddiaçı Bü l-bülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi (indiki Deputat küçəsi) 53 saylı ünvanda yerləşən 0,05 hektar torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur.
22. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 02 avqust 2019-cu il tarixli, **********42 saylı məktubundan görünür ki, 10 iyun 2019-cu il tarixdə iddiaçıya ünvanlanmış məktubda qeyd olunmuş iradlar aradan qaldırılmadığından ərizənin icrası mümkün olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
23. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hü ququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
27. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikas ının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
28. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır.
29. Həmin Qanunun 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə əsasən da şınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam v erilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. Apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, Bakı şəhəri, xxxə yerləşən 0.05 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir və bu hüququ ilə bağlı qeydiyyat dövlət reyestrində aparılmışdır. Hazırki işdə iddiaçı ona daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədinin verilməsini tələb edir.
31. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə haqlı olaraq istinad etmişdir, belə ki, həmin Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların X7 ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqları n dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydad a torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir.
32. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddət ində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
33. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərb aycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir.
34. Belə olan halda apelyasiya instansiyası məhkəməsi xxx-ci il tarixli qərarında düzgün olaraq göstərmişdir ki, «Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, bu barədə reyestrdən çıxarışın və «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi mütləqdir».
35. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və bu imtinasını faktiki və hüquqi baxımdan əsaslandırmamışdır. Belə ki, yuxarıda qeyd olunan imtina məktubu ilə cavabdeh inzibati orqan 10 iyun 2019-cu il tarixdə iddiaçıya ünvanlanmış məktubda qeyd olunmuş ira dların aradan qaldırılmadığından ərizənin icrasının mümkün olmadığını bildirmiş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarına istinad etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsinə istinad edilən 10 iyun 2019-cu il tarixli məktubun təqdim olunması təklif olunsa da, həmin məktub nə apelyasiya instansiyası məhkəməsi, nə də kasasiya məhkəməsinə təqdim olunmamışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmişdir.
37. Belə ki, həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
38. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
39. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
40. Lakin hazırkı işdə cavabdeh inzibati orqan nə imtina məktubunu, nə də kasasiya şikayətində göstərdiyi dəlilləri, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, «xxxx» ASC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin iş üzrə 3-cü şəxs qismində cəlb edilmələrinin, ekspertizanın təyin edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir.
41. Digər tərəfdən cavabdehin kasasiya şikayətində göstərdiyi «iddiaçıya məxsus torpaq sahəsinin faktiki ölçüsünün 0,1509 hektar olması, həmin ərazidə digər fiziki şəxslər tərəfindən fərdi ya şayış evlərinin inşa edilməsi və torpaq sahəsinin bir hissəsinin yaxınlıqdan keçən 35 kV-lıq hava elektrik ötürücü xəttinin mühafizə zonasına düşməsi» barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin dəlillər bu halları təsdiq edə biləcək hər hansı sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən əsassızdır və qəbul edilməməlidir.
42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xxx-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Koll egiyasının xxx-ci il tarixli, 2-1(103)1089/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.