Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4180/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxxx xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, xxxx xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından xxxx tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Bakı şəhər İcra Hakimiyyətinin ## ###### 2003-cü il tarixli *** saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman və ticarət mərkəzinin yaradılması üçün “xxxx” firmasının istifadəsinə icarə əsasında 0.5 ha torpaq sahəsi ayrılmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən xxxx MMC-nin müraciətinə cavab olaraq ünvanlanmış # ###### 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə ## ###### 2019-cu il tarixli qərarı İdarə tərəfindən icra edilərək, Bakı şəhəri, Sahil qəsəbəsi, M.Seyidqv küçəsində yerləşən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqları mövcud vəziyyətdə, tikintialtı sahəsi 4.752 kv.m, texniki pasporta əsasən faktiki torpaq sahəsi 4.920 kv.m olmaqla xxxx MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Qərar qanuni qüvvəyə minmədən Əmlak Məsələləri Dövlət Xidməti ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli 2- *(***)-*****/**** nömrəli qərardadı ilə ərizə (vəsatət) təmin edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli 2-1(103)- ****/**** nömrəli qərardadı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xxxx kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından xxxx tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
4. xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “xxxx”) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin ## ###### 2003-cü il tarixli *** saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman və ticarət mərkəzinin yaradılması üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən qeyri-yaşayış sahəsi üçün ərazi 0.5 ha-dır. Həmin torpaq sahəsi “xxxx” firmasının istifadəsinə verilmişdir. Sonradan Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən ümumi sahəsi 0.5 ha olan sahədə mövcud olan qeyri-yayayış binasına dair hüququn qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən çıxarış əldə edilmişdir. Sözügedən ərazidə yerləşən əlavə tikililər, eyni zamanda ümumilikdə qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. xxxx tərəfindən səlahiyyətli orqanlara müraciət edilmiş, lakin bir müddət keçsə də, hər hansı cavab verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.1, 157.8, 240.1, 240.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən xxxx MMC-yə məxsus 0.5 ha torpaq sahəsinə dair istifadə hüquqlarının xxxx MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsini öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur.
6. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, xxxx müvafiq iddia tələbi ilə bağlı ## #### 2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq 233020340210 xaricolma nömrəli, # ###### 2023-cü il tarixli məktubla ona cavab verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)- ****/**** saylı iş üzrə ## ###### 2019-cu il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasına dair mülkiyyət hüquqları mövcud vəziyyətdə, tikintialtı sahəsi 4.752 kv.m, texniki pasporta əsasən faktiki torpaq sahəsi 4.920 kv.m olmaqla xxxx MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Bundan əlavə, qeyd olunan qeyri-yaşayış binası ## ###### 2020-ci il tarixdən ## ###### 2025-ci il tarixədək “xxxx” MMC-nin xeyrinə icarə hüququ ilə yüklü edilmişdir. Göstərilənlərə və “Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə! Azərbaycan Respublikası Prezidentinin *** nömrəli Fərmanına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – R.Kərimli).
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, Bakı ŞİH ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncamına münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, xxxx xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı ŞİH-in ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncamı mötəbər sübut kimi qiymətləndirilməlidir. Xüsusi ilə o da qeyd olunmalıdır ki, adıçəkilən sərəncamda torpaq sahəsinin “xxxx” firmasının istifadəsinə verilməsi nəzərdə tutulsa da, məhkəmə icraatı zamanı təqdim olunmuş nizamnamədən məlum olur ki, xxxxxxxx“xxxx” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisi olmuşdur. Başqa sözlə, mübahisəli torpaq sahəsi torpaqayırma sənədinə əsasən qanuni olaraq “xxxx” MMC-nin istifadəsindədir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş və iddia rədd olunmuşdur (sədrlik edən - Ş.Məmmədova, hakimlər - C.Məmmədov, P.Hüseynov).
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, tətbiq olunan torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə sərəncam verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olduğundan, qeyd olunan quruma müraciət olunması xxxxya bildirilmişdir. Bakı İnzibati Məhkəməsində hazırkı iddiası üzrə işə baxılmamışdan əvvəl Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ## ####### 2023cü il tarixli *-**-*/*-*****/**** nömrəli bildirişlə xxxxxxxx“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq iddianın predmeti olan torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi cəmiyyətə təklif olunmuşdur. Lakin xxxx tərəfindən Xidmətin qeyd olunan təklifindən imtina olunduğundan, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xxxxya qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, hazırda qeyd olunan kommersiya işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır və hazırkı işə baxılıb qurtarana kimi həmin işin icraatı dayandırılmışdır.
12. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, xxxx tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Bakı ŞİH başçısının ## ###### 2023-cü il tarixli *** nömrəli sərəncamı ilə Qaradağ RİH başçısının ## ###### 2023-cü il tarixli */*** saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman sağlamlıq və ticarət mərkəzinin layihələndirilməsi və tikintisi üçün 0.5 ha torpaq sahəsi icarə əsasında “xxxx” firmasının istifadəsinə verilmişdir. Sərəncamın 6.1-ci bəndinin yeddinci abzasından görünür ki, qeyd olunan sərəncam yalnız inşa olunacaq qeyri-yaşayış obyektinin layihələşdirilməsi məqsədilə “xxxx” firmasının icarə əsasında istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası diqqətə çəkir ki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin ikinci hissəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə verildiyi subyektlərin siyahısı müəyyən olunmuşdur. Məcəllədən göründüyü kimi, dövlət mülkiyyətində olanda torpaq sahələrinin daimi istifadə hüququ ilə kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatlara verilməsi qanunvericiliyə əsasən yolverilməzdir. Bu baxımdan, qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsasını təşkil edən sərəncamın mahiyyəti və mövcud mübahisə ilə bağlı tətbiq edilməli olan qanunvericilik normaları ətraflı araşdırılmadan iddia təmin olunmuşdur. İddianın predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair verilmiş ## ##### 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, qeyd olunan qeyri-yaşayış binası xxxx MMC-nin mülkiyyətində olmaqla, binanın yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada xxxx, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.
13. Qanunvericilik normalarına görə, fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Lakin xxxxxxxxünvan 2 ünvanında yerləşən 4.920 kv.m torpaq sahəsinin icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən xxxxnın iddianın predmeti olan torpaq sahəsi üzərində onun daimi istifadə hüququnun qeydiyyata alınması qeyrimümkündür və hazırkı halda Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müvafiq müqavilə əsasında xxxxnın torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarının qeydiyyata alınması mümkündür. xxxxnın hazırkı tələbi dövlətə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydə alınması ilə bağlıdır və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsinə yalnız icarə əsasında verildiyindən və bununla bağlı səlahiyyətlər Xidmətə məxsus olduğundan iddia rədd olunmalıdır.
14. xxxx həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxxx 2003-cü ildən etibarən torpaqdan fasiləsiz istifadə etmiş, dövlət orqanları tərəfindən bu fakt tanınmış, binaya mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Qeyd olunmalıdır ki. Bakı ŞİH ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncamına münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, xxxx etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən ##.##.2003-cü il tarixli, *** nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədəolma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı ŞİH-in ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncamı mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunan sərəncam araşdırılmadan yalnız cavabdehin mövqeyi əsas götürülmüşdür.
16. Kassasiya şikayətinə əlavədə bildirilmişdir ki, birinci instansiya məhkəməsinə təqdim edilən sübutlara əsasən, Bakı ŞIH-in ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncamında torpaq sahəsinin "xxxx" firmasının istifadəsinə verilməsi nəzərdə tutulsa da, xxxxxxxx"xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisi olmuşdur. Başqa sözlə, mübahisəli torpaq sahəsi torpaqayırma sənədinə əsasən qanuni olaraq xxxxnın istifadəsindədir. Bundan başqa, sözügedən ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədəolma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Həmçinin qeyd edilməlidir ki, əmlakın “xxxx” MMC-nin xeyrinə icarə hüququ ilə yüklü edilməsi xxxxnın onun altındakı (əhatəsindəki) torpaq sahəsinə istifadə hüququnun qeydiyyata alınmasına imtinası üçün əsassızdır. “xxxx”xxxxöz iradə ifadəsini iş materiallarında olan müvafiq məktubla biidirmişdir. Nəzərə alınmalıdır ki, icarə müqaviləsinin obyekti sahədə yerləşən tikililərdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinadən Bakı ŞİH-nin ## ###### 2003-cü il tarixli *** nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə xxxxnın istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, həmin sərəncam müvafiq ərazidəki 0,5 ha ölçüdə torpaq sahəsinin ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq xxxxnın ona istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Beləliklə, cavabdehin imtinası qanuna zidd və xxxxnın hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, Bakı ŞİH ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncamına münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-cі maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, həmçinin Qanunun 13-cü maddəsinə əsasən, xxxx etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən ## ###### 2003-cü il tarixli *** nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədəolma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 55-ci maddəsinə əsasən, xxxxnın və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün əsasdır. 66-cı maddəsinin 1-ci bəndinə görə, dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 51-ci maddəsinin altıncı hissəsinə və «Torpaq icarəsi haqqında» Qanunun 4-cü maddəsinin ikinci bəndinə əsasən, Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 1999-cu il tarixli, *** nömrəli Fərmanın: 2.4-cü bəndinə əsasən həmin Qanunun 10-cu maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “xxxx”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir
21. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı mübahisə ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı iş üzrə xxxxnın hüquqi marağı torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
30. İşin faktiki hallarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin ## ###### 2003-cü il tarixli *** saylı sərəncamı ilə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində idman və ticarət mərkəzinin yaradılması üçün “xxxx” firmasının istifadəsinə icarə əsasında 0.5 ha torpaq sahəsi ayrılmışdır.
31. Adıçəkilən sərəncamın 6.1-ci bəndinin yeddinci abzasına əsasən, qeyd olunan sərəncam yalnız inşa olunacaq qeyri-yaşayış obyektinin layihələşdirilməsi məqsədilə “xxxx” firmasının icarə əsasında istifadəsinə verilmişdir.
32. Qeyd etmək lazımdır ki, adıçəkilən sərəncamda torpaq sahəsinin “xxxx” firmasının icarə əsasında istifadəsinə verilməsi nəzərdə tutulsa da, həmin torpaq sahəsi ilə bağlı hüquq və vəzifələr firmadan ayrılmış “xxxx” MMC-yə keçmiş və xxxxxxxx“xxxx” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisi olmuşdur.
33. Nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin ikinci hissəsində dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə verildiyi subyektlərin siyahısı müəyyən olunmuşdur. Həmin Məcəllədən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadə hüququ ilə kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatlara verilməsi qanunvericiliyə əsasən yolverilməzdir.
34. Məhz torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına dair verilmiş ## ##### 2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan görünür ki, qeyd olunan qeyri-yaşayış binası xxxx MMC-nin mülkiyyətində olmaqla, binanın yerləşdiyi torpaq sahəsi onun istifadəsindədir.
35. Qanunvericilik normalarına əsasən, fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdı.
36. İş materiallarından isə görünür ki, xxxxxxxxünvan 2 ünvanında yerləşən 4.920 kv.m torpaq sahəsinin icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, qanunvericiliyə əsasən, xxxxnın iddianın predmeti olan torpaq sahəsi üzərində onun daimi istifadə hüququnun qeydiyyata alınması qeyri-mümkündür və hazırkı halda Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müvafiq müqavilə əsasında xxxxnın torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarının qeydiyyata alınması mümkündür. xxxxnın hazırki tələbi dövlətə məxsus torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydə alınması ilə bağlıdır və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan torpaq sahələri kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsinə yalnız icarə əsasında verildiyindən və bununla bağlı səlahiyyətlər Xidmətə məxsus olduğundan iddia rədd olunmalıdır.
38. Məhkəmə kollegiyası qanunvericilyin yuxarıda qeyr edilən normalarına istinadən belə qənaətə gəlir ki, icarə hüququ əsasında (icarəyə) ayrılmış torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydiyyata alınması qeyri-mümkündür.
39. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
xxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.