Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-419/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Cavabdehlər Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanın qərarının mübahisələndirilməsi; inzibati icraat qaydalarının tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra mətndə - İ cavabdeh) və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə (bundan sonra mətndə - İİ cavabdeh) qarşı “vergi orqanlarının qərarlarının mübahisələndirilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 noyabr tarixli, 21(107)-407/2021 nömrəli qərarından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İ cavabdehin 19 mart 2018-ci il tarixli, **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisi, 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisi, 2016-cı il üz rə 2340,36 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci il üzrə 198 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 77043,59 manat maliyyə sanksiyası hesablanmışdır.
2. İİ cavabdehin 3 iyun 2019-cu il tarixli, **********184368 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçıya 2017-ci il üzrə 48431,44 mənfəət vergisi, 2017-ci il üzrə 5781,04 manat əlavə dəyər vergisi, 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 30753,74 manat maliyyə sanksiyası hesablanmışdır.
3. Bundan sonra, İ cavabdehin 13 sentyabr 2019-ci il tarixli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi barədə" qərarı ilə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19 mart 2018-ci il tarixli **********144714 nömrəli qərarı ləğv edilmişdir.
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə İ cavabdehin 13 sentyabr 2019-cu il tarixli **********485700 nömrəli qərarı ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 29 mart 2018-ci il tarixdə İ cavabdehə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 19 mart 2018-ci il tarixli, **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qə rarın ləğv edilməsini, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsini xahiş etmişdir.
6. İddiaçı 2 iyul 2019-cu il tarixdə İİ cavabdehə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 3 iyun 2019-cu il tarixli, **********184368 nömrəli qərarın ləğv edilməsini, həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddialar üzrə inzibati işlər bir icraatda birləşdirilmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı hər iki tələbini onunla əsaslandırmışdır ki, vergi yoxlaması vergi qanunvericiliyinin pozulması ilə keçirilmişdir. Müəssisənin m ənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli "Vergi ödəyicisinin mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na əsasən hesablanmışdır, halbuki bu qaydalar gəliri birbaşa müəyyən etmək mümkün olmadıqda tətbiq olunur. Əgər Qaydaların tətbiqində gəlir "Mənfəət vergisi bəyannaməsi"ndən birbaşa götürülürsə, yəni gəliri birbaşa təyin etmək mümkündürsə, onda bu qaydalardan istifadə edilməməlidir. Vergi orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsində öz əksini tapan əlaqəli məlumatlardan istifadə etməli, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməlidir. Cavabdehlərin etirazları:
9. Cavabde hlər iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazlarda göstərilmişdir ki, müəssisə yoxlanılan dövrdə fındıq məhsulunun tədarükü, emalı və fındıq ləpəsinin ixracı ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə fındıq məhsulunun tədarükü ilə bağlı müvafiq sənədləşmələr düzgün tərtib edilməmiş, eləcə də mühasibat uçotu və vergi qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, yoxlanılan dövrdə fındıq məhsulu müəssisənin tədarükçüsü tərəfindən Zaqatala bazarı və ətraf kəndlərdən tədarük edilmiş, məhsul təqdim edən hər bir şəxslə ayrı-ayrılıqda müvafiq adda alış aktı əvəzinə ümumi tədarük üçün bir alış aktı tərtib edilmişdir. Vergi bəyannaməsinin düzgünlüyü yoxlanılarkən xərc sənədləri yoxlamaya təqdim edilmədiyindən mənfəəti müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda, həmin mənfəətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması" Qaydalarına müvafiq olaraq aparılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 13 iyul tarixli, 2-1(116)-17/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, - cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 19 mart 2018-ci il tarixli, **********144714 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisinə və 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisinə, eləcə də həmin məbləğlərə hesablanmış müvafiq olaraq 23147,69 manat və 52626,715 manat maliyyə sanksiyasına aid hissədə ləğv edilmiş, qərarın həmin hissəsi əsasında iddiaçıya əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmuş, - cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 3 iyun 2019-cu il tarixli, **********184368 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2017-ci il üzrə 48431,44 mənfəə t vergisinə və 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergiyə, eləcə də bu məbləğlərə hesablanmış müvafiq olaraq 24215,72 manat və 3487,5 manat maliyyə sanksiyasına aid hissədə ləğv edilmiş, qərarın həmin hissəsi əsasında iddiaçıya hesablanmış 55406,44 manat əsas borcun və 27703,22 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin üzərinə qoyulmuş, - iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 13 saylı Ərazi Vergilər İdarəsinin 19 mart 2018-ci il tarixli qərarı 2015-ci il üzrə 46295,38 manat mənfəət vergisinə və 2016-cı il üzrə 105253,43 manat mənfəət vergisinə, eləcə də həmin məbləğlərə hesablanmış müvafiq olaraq 23147,69 manat və 52626,715 manat maliyyə sanksiyasına aid hissədə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 3 iyun 2019-cu il tarixli qərarı 2017-ci il üzrə 48431,44 mənfəət vergisinə və 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergiyə, eləcə də bu məbləğlərə hesablanmış müvafiq olaraq 24215,72 manat və 3487,5 manat maliyyə sanksiyasına aid hissədə qanuni deyildir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi kifayət qədər aydın, tam, əsaslıdır və Vergi Məcəlləsinin tələblərinə uyğundur. Cavabdehlər məhkəməyə ekspert rəyini təkzib edən heç bir dəlil təqdim edə bilməmişlər. Beləliklə, məhkəmə ekspert rəyinin sübut kimi qəbul olunmasını mümkün hesab etmişdir. Hazırkı iddiada mübahisələndirilən inzibati aktlar iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdırlar. Həmin qərarların yuxarıda göstərilən hissələri qanunsuz olduğuna görə qərarlar həmin hissələrdə ləğv edilməli, qərarların həmin hissələri ilə iddiaçıya əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır.
12. İ cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə rədd olunmasını xahiş etmişdir.
13. İİ cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 noyabr tarixli, 2-1(107)-407/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tаrixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İ cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə rədd olunmasını xahiş etmişdir.
17. İİ cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilən hissədə rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətlərinin dəlilləri
18. İ cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının tərtib etdiyi aktlardan görünür ki, 2015-ci ildə (sentyabr ayı istisna ol maqla) və 2017-ci ildə (oktyabr-dekabr ayları İstisna olmaqla) müəssisə tərəfindən tədarük edilmiş fındığın alış vaxtı nəmliyi (19.5%) orta hesabla texniki ədəbiyyatlarda və Dövlət Standartlarında göstərilənlərə (1^-22%) uyğun olsa da, 2016-cı ildə normadan çox (25.2%) olmuşdur. Yanvar-avqust ayları üzrə bu göstərici 2017-ci ildə 10% və 2015-ci ildə 15% olduğu halda, 2016- cı ildə 24.8% olmuşdur ki, bu da qanunauyğunluğa və standartlara ziddir. Yığım ayı hesab edilən sentyabr ayında bu göstərici 2016-cı ildə standartlara uyğun olaraq 18.5% olduğu halda, 2015-ci ildə i 28%, 2017-ci ildə 29% olmuşdur. Oktyabr-dekabr aylarında bu göstərici 2015-ci ildə 19.2% olduğu halda, 2016-ci ildə 26%, 2017-ci ildə 22% olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehsal prosesind ə əhəmiyyətli itkilərin olduğu göstərilmiş, nəticədə xammal silgisi olduğundan çox göstərilmişdir. Müəssisənin “anbara təhvil aktlarında” göstərilən qədər fındıq alması sənədlərlə də sübut olunmur. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, əsasən alış faktı rəsmiləşdirilməmiş və malsatanlar qeyrimüəyyəndir.
19. Şəki İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 5 noyabr 2020-ci il tarixli, 21(116)-72/2020 saylı qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6 aprel 2021-ci il tarixli, 9/5265 nömrəli ekspert rəyi ilə iddiaçıya hesablanmış vergilərdən yalnız 5.781,04 manat ƏDV təsdiqlənmiş, səyyar vergi yoxlaması ilə hesablanmış digər vergilər isə öz təsdiqini tapmamışdır. 6 aprel 2021-ci il t arixli ekspertiza rəyində ekspertin hansı metoddan (üsuldan) istifadə etməsi, ümumiyyətlə qoyulmuş suallarla bağlı hər hansı araşdırma, tədqiqat aparması müəyyən edilmir. Halbuki, mübahisələndirilən səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin fəaliyyəti 4 fərqli istiqamətdə ətraflı olaraq tam araşdırılmış və əldə edilmiş nəticələr üzrə iddiaçıya ən əlverişli olan metod ilə iddiaçının vergi öhdəliyi müəyyən edilmişdir. Belə ki, yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə fındığın tədarükü, emalı və ləpə şəklində müxtəlif ölkələrə ixracı fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının gəliri bilavasitə ixracdan formalaşdığından və mötəbər sənədlərlə təsdiqini tapdığından olduğu kimi qəbul, edilmiş və yalnız xammal xərcləri müvafiq sənədlərlə təsdiqini tapmadığı üçün yoxlama ilə azaldılmışdır. 2016-2017-ci illər üzrə vergi ödəyicisi tərəfindən sənədlər təqdim edildikdən sonra belə xərcləri təsdiq edən sənədlər tam olmamış, bu da vergi ödəyicisində mənfəət vergisinin mütəxəssis rəyi əsas götürülməklə gəlir və xərclər əsasında müəyyən edilməsinə əsas vermişdir. Ekspert isə yalnız “Vergi Məcəlləsində mənfəət vergisi üzrə öhdəliyin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırma apararaq verginin hesablanmasının nəzərdə tutulmadığı” kimi heç bir normativ əsası olmayan qeyd aparmaqla kifayətlənərək qanunsuz rəy tərtib etmişdir. Belə ki, əsas funksiyası mənfəət vergisi ilə bağlı hesablamaya rəy bildirmək olan ekspert qarşısında qoyulmuş əsas sualla bağlı isə “Vergi Məcəlləsində mənfəət vergisi üzrə öhdəliyin müəyyən edilməsi məqsədilə 4 istiqamətdə araşdırma aparılaraq verginin he sablanmasının nəzərdə tutulmadığını" deməklə öz tədqiqatını yekunlaşdırmışdır. Eyni zamanda, ekspert ciddi bir nöqsana yol verərək qeyd etmişdir ki, Vergi Məcəlləsində səyyar vergi yoxlaması ilə 2015-2016cı illər üçün müəssisəyə əlavə olaraq hesablanmış mənfəət vergisinin sonrakı səyyar vergi yoxlaması aktında kameral bəyannamə kimi götürülərək hesablama aparılması nəzərdə tutulmamışdır. Göründüyü kimi, vergi qanunvericiliyində vergi orqanının hesablanmalı olan vergi məbləğini bir neçə üsuldan birinə əsasən hesablamaq imkanı ziddiyyət və ya aydın olmayan məqam kimi qiymətləndirilə bilməz.
20. Müəssisəyə əlavə mənfəət vergisi hesablanması zamanı əvvəlki səyyar vergi yoxlaması aktına bağlı bəyannamə məlumatları əsasında deyil, məhz vergi ödəyicisinin özü tərəfindən 10 aprel 2017-ci il tarixd ə 2015-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi məlumatlarından istifadə edilmişdir. Bu barədə 15 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması aktının 14-cü səhifəsinin 4-cü abzasında qeyd edilmişdir. Göründüyü kimi, işin faktiki hallarını düzgün araşdırmamış ekspert və məhkəmənin ciddi yanlışlığa yol verərək belə bir dəlil irəli sürmüşlər. Bununla yanaşı qeyd edilməlidir ki, vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatların əsas götürülərək vergilərin hesablanması yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin tələbindən irəli gəlir. Həmçinin ekspert rəyində səyyar vergi yoxlaması aktında 2 tərəfli alış aktlarının təqdim olunmaması qeyd edilsə də, iş materiallarında həmin aktların olduğunu bildirmişdir. Şəki İnzibati Məhkəm əsi də həmin 2 tərəfli alış aktlarının iş materiallarında mövcud olması qənaətinə gəlmişdir. Bununla bağlı qeyd edilməlidir ki, ekspert rəyində həqiqətə uyğun olmayan məlumatlar əks edilmişdir. Belə ki, müəssisədə keçirilən səyyar vergi yoxlamasının gedişində müəssisəyə “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi” haqqında tələbnamə verilmiş, maya dəyərini müəyyən etməyə imkan verən kalkulyasiya cədvəli, fındıq satanları müəyyən etməyə imkan verən müqavilələr, ödəniş sənədləri və 2 tərəfli alış aktları, fındığın alınaraq anbara mədaxil edildiyi anda nəmliyini müəyyən edən laboratoriya aktları, sintetik uçot registrləri və digər zəruri sənədlər yoxlamaya təqdim edilməmiş, iddiaçının direktoru çatışmayan sənədlərin tərtib edilmədiyini bildirərək yoxlama ya təqdim etməmiş və bu barədə 25 yanvar 2019-cu il tarixli və 29 mart 2019-cu il tarixli imtina aktları tərtib edilmişdir. Yəni sənədlər yoxlamaya tam təqdim edilməmişdir. Cavabdeh tərəfindən yoxlama üçün zəruri olan sənədlərin, o cümlədən 2 tərəfli alış aktlarının yoxlamaya təqdim edilmədiyi həm səyyar vergi yoxlaması aktında və materiallarında, həm iddia ərizəsinə dair verilmiş etirazda, həm də 6 aprel 2021-ci il tarixli ekspert rəyinin əsassız olması barədə məhkəməyə təqdim edilmiş vəsatətdə (mülahizədə) dəfələrlə bildirilsə də, Şəki İnzibati Məhkəməsi tərəfindən işin bu ziddiyyətli məqamları araşdırılmamış, həmin sənədlər tədqiq edilməmişdir. Ümumiyyətlə 2 tərəfli alış aktlarının hansı sənədlərdən ibarət olması, qarşı tərəflərin kimliyi rekvizitləri və s. barədə məlumatlar cavabdehə məlum deyil və bu barədə məhkəmə iclaslarında araşdırma aparılmamışdır. Eyni zamanda, ekspert rəyində qeyd edilmişdir ki, yoxlama ilə vergi ödəyicisinin xərc sənədi kimi nəzərə alınmamış alış aktlarının forması 2017-ci ilin noyabr ayında qüvvəyə minmişdir. Yəni xərc kimi nəzərə alınmamış anbara təhvil aktlarının, alış aktlarının və s. forması 2015-2016-cı illərdə mövcud olmamışdır. Göründüyü kimi, ekspert əslində bir-birinə zidd olan fikirlərlə münasibət bildirməklə həmin xərc sənədi kimi nəzərə alınmamış alış aktlarının vergi ödəyicisində olmadığını təsdiq etmişdir. İddiaçı tərəfindən ixrac edilmiş malların maya dəyərini, yəni ona çəkilmiş xərcləri müəyyən etmək üçün tələb edilən həmin malların alış aktları yoxlamaya təqdim edilməmişdir. Həmçinin ekspert 2017-ci il üzrə 2.912,0 kq fındıq ləpəsinin qalıqda qalmadığını və ixracının bəyan edilmədiyinin əsaslı hesab olunduğu təqdirdə müəssisə tərəfindən aparılmış əməliyyatları ƏDV məqsədləri üçün qəbul etsə də, mənfəət vergisinə münasibətdə bunu nəzərə almayaraq həmin il üzrə mənfəət vergisini ümumiyyətlə əsassız hesab etmişdir.
21. Müəssisəyə 2017-ci ilin 4-cü rübü üzrə hesablanmış 6,975,0 manat ÖMV-nin ləğvi əsası kimi ekspert və məhkəmə qeyd etmişdir ki, xalis mənfəətin dövriyyədən çıxarılması barədə hər hansı sənəd iş materiallarında öz əksini tapmadığından ÖMVnin az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Bununla bağlı qeyd edilməlidir ki, müəssisəyə qeyd olunan verginin hesablanmasının sübutu qismində müəssisə tərəfindən 2015-2017-ci illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələri və həmin bəyannamələrin 1 n ömrəli əlavəsinin 2.1.2-ci və 2.1.3-cü bəndləri çıxış edir. Belə ki, 2015-2017-ci illər bəyan edilmiş 325.306,57 manat mənfəətdən 65.061,32 manat mənfəət vergisi hesablandığı halda, sərbəst (bölüşdürülməmiş) mənfəət qalığı 260.245,25 manat təşkil etmişdir. Lakin 2017-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 2.1.2-ci və 2.1.3-cü bəndlərində cəmi 260.245,25 manat əvəzinə 190.396,47 manat sərbəst (bölüşdürülməmiş) mənfəət göstərilmişdir. Nəticədə 69.848,78 manat xalis mənfəətin istifadə olunduğu aşkar edilmiş və bu istifadə divident ödənişlərinə bərabər tutularaq Vergi Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq 6.975,0 manat ÖMV hesablanmışdır. Yoxlama zamanı məbləğlər yuvarlaqlaşdırıldığından vergi ödəyicisinin xeyrinə olaraq 6.984,878 manat əvəzinə 6.975,0 manat vergi h esablanmışdır.
22. Ekspertizanın növü məhkəmə-mühasibatlıq ekspertizası olsa da, ekspert xüsusi biliyindən kənara çıxaraq hüquqi məsələlərə qiymət vermiş, eləcə də üçüncü və dördüncü suallar üzrə isə heç bir tədqiqat aparmamışdır. Həmçinin qeyd edilməlidir ki, ekspertiza təyin edilərkən ekspertiza zamanı baxılmalı olan sualların təqdim edilməsi ilə bağlı cavabdehin mövqeyi ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyini təsdiq etməsinə baxmayaraq qeyd olunan mövqe ilə razılaşma səbəblərini göstərməmiş və əsaslandırmamışdır. Beləliklə, hesab edilməlidir ki, səyyar vergi yoxlaması ilə hesablanmış mənfəət vergisi və ÖMV-nin ləğv edilməsi üçün ekspert rəyində heç bir əsas olmadığı üçün iddianın bu tədiyyə növləri üzrə təmin edilməsi yolverilməzdir. Nəticə etibarı ilə, yuxarıda qeyd olunan maddi hüquq normaları iş üzrə tətbiq edilməli olduğu halda tətbiq edilməmiş və heç bir əsas olmadan nəzərə alınmamışdır.
23. Maddi hüquq normalarına münasibətdə məhkəmə kollegiyası qərarın əsaslandırma hissəsində qeyd olunan maddi hüquq normalarını sadalamaqla kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə isə işin faktiki hallarına uyğun ümumiyyətlə münasibət bildirməmişdir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq yalnız ekspert rəyinə istinad etməklə ekspert rəyini olduğu kimi qərara köçürərək heç bir münasibət bildirmədən rəyin əsaslı olduğu qənaətinə gəlmiş və əlavə araşdırma aparmadan əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tətbiqi ə saslarını bildirməmiş, işin məhkəmə tərəfindən müəyyən olunmuş hansı faktiki hallarına həmin maddi hüquq normalarının tətbiq edilməsi ilə bağlı qəbul etdiyi qərarında əsaslandırma aparmamışdır.
24. İİ cavabdehin kassasiya şikayətinin dəlilləri İ cavabdehin kassasiya şikayətində qeyd edilənlərlə eynilik təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək cavabdehlər tərəfindən təqdim edilən kassasiya şikayətlərinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin etirazda göstərilmişdir ki, vergi yoxlaması heç bir əsası olmayan hesablamalar, heç bir əsası olmayan müqayisələr aparmaqla, Vergi Məcəlləsinin 3.8, 67 və 89.3 maddələrini düzgün tətbiq etməməklə vergi ödəyicisinə münasibətdə qər əzli mövqe əks etdirmişdir. Vergi yoxlayıcıları 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalardan istifadə etməklə vergi hesablamışdır. Başqa sözlə, vergi yoxlayıcılarının həmin Qaydaların tətbiqi üçün hüquqi əsası olmamış və həmin Qaydaların tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu ilə heç bir dəlil təqdim etməmişlər. 2 fevral 2018-ci il tarixdə 13 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən müəssis əyə **********125189 saylı, 29 yanvar 2018-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı təqdim edilərkən əsas qeydlərdən biri də aktın 6/14 və 7/14 səhifələrində “vergi bəyannaməsinin düzgünlüyünü yoxlayarkən xərc sənədləri yoxlamaya təqdim edilmədi və mənfəəti müəyyənləşdirmək mümkün olmadı” qeydinin göstərilməsidir. Halbuki, 12 yanvar 2018-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında “ **********101008 saylı Protokolun 8 saylı əlavəsinə əsasən 584 vərəqdə 2015-16 illər üzrə xəzinə mədaxil məxaric sənədləri,2015-16 illər üzrə 36 vərəqdən ibarət fındıq alışı aktları və digər sənədlər olmaqla cəmi 643 vərəq sənəd götürülmüşdür.
26. Digər şirkətlərin vergi öhdəliklərini araşdıraraq iddiaçıya məlum olmuşdur ki, daha az fındıq ləpəsi ixrac etməklə, daha çox vergi ödəy ən şirkət İddiaçı MMC-dir. 2015-ci ildə iddiaçının bəyan edərək ödədiyi 27034.3 man mənfəət vergisi, digər şirkətlərin ixrac etdiyi fındıq ləpəsinin çəkisinə və dəyərinə nisbətən müqayisədə ən yüksək göstəricidir. İddiaçının mənfəət vergisi bəyannamələrinə əsasən 2015-17-ci hesabat dövründə cəm olaraq 1025 ton ləpə ixrac etmiş, bəyan edilmiş mənfəət vergisi hesabatlarına əsasən ümumi gəlirdən xərclərin çıxılmasından sonra yerdə qalan gəlirdən 20% vergini, 65.061 manat mənfəət vergisini ödəmişdir. İddiaçı 8 ixracaatçı içərisində yoxlanılan dövr üçün ən çox mənfəət vergisi bəyan edərək ödəmişdir. 8 ixracaatçı cəm şəklində həmin hesabata görə ortalama 35,38 manat mənfəət bəyan edərək ödədikləri halda iddiaçı 63,47 manat mənfəət vergisi ödəmişdir. Səyyar vergi yoxlamaları nəticəsində iddiaçıya qarşı ən yüksək mənfəət vergisi hesablanmışdır. Qeyd olunan nöqsanlar bir daha sübut etmişdir ki, cavabdeh 201517-ci illərdə keçirdiyi səyyar vergi yoxlamaları çox şübhəli məqamlardan xəbər verir.
27. Vergi orqanı mənfəətin müəyyən edilməsi üçün mövcud olan şərti üsulların ardıcıllığı barədə vergi qanunvericiliyində konkret göstərişin olmamasını, üsulların bərabər statusa malik olmasını və birinin digəri üzərində üstünlüyünün mövcud olmamasını qeyd etmişdir. Vergi orqanı şərti üsullar dedikdə hansı üsulları nəzərdə tutduğu məlum deyil, cünki Vergi Məcəlləsində hansısa bir şərti üsul anlayışı yoxdur. Sadəcə verginin, o cümlədən mənfəət vergisinin (bu isə öz növbəsində mənfəətin təyinidir) müəyyən şərtlərdən asılı olaraq bazar qiymətləri, analoji üsul və s. ilə hesablamaq imkanlarını müəy yən ardıcıllıqla göstərmişdir. Həmçinin vergi orqanı qeyd etmişdir ki, analoji vergi ödəyicisinə məxsus xüsusi çəki əmsalının tətbiqi təcrübədə olduqca mürəkkəbdir. Bütün göstəriciləri eyni olan iki analoji vergi ödəyicisinin müəyyən edilməsi bir çox hallarda mümkün olmur. Qeyd edilməlidir ki, Qax, Balakən, Zaqatala regionu demək olar ki, ən çox bir cəhətli təsərrüfatla-fındıq tədarükü və onun xarici bazara çıxarılması ilə məşğuldur. Bu zonada kifayət qədər analoji fəaliyyətlə məşğul olan müəssisə mövcuddur.
28. Vergi orqanı Vergi Məcəlləsinin 71, 130.1, 130.2 maddələrinə və Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında” 29 iyun 2004-cü il 716-İİQ nömrəli Qanununa istinad edərək vergi ödəyicilərinin öhdəliklər yaranmasına səbəb olan əməliyyatların sənədləşdirməsinə, gəlir və xərclər inin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, gəlir və xərcləri onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid edilməsinə, bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasının təmin edilməsinə, mühasibat uçotunun uçot qaydalarına uyğun aparılmasına borclu olduğunu bildirir. Lakin vergi orqanı iddiaçı tərəfindən bu tələblərinin hansınasa əməl edilməməsi barədə heç bir nümunə göstərməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən e tibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfində n və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
30. İnzibati Prosessual Məcəllə: Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
34. Şikayətlərin təmin oluna bilməməsi, ilk növbədə cavabdehlərin mübahisələndirilən qərarlarının qanunsuz olmasından və iddiaçının hüquqlarını pozmasından irəli gəlir (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır.
35. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı qərarlarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına, onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər.
36. Məhkəmə kollegiyası İ cavabdehin mübahisələndirilən 19 mart 2018-ci il tarixli, **********144714 nömrəli qərarına münasibətdə aşağıdakıları qeyd edir.
37. Cavabdehlər təsdiq edirlər ki, əvvəlki (İ cavabdeh tərəfindən aparılmış) səyyar vergi yoxlaması zamanı MMC-nin fındıqların ”anbara təhvil aktları” xərc sənədləri kimi nəzərə alınmamış və Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik dərəcəsi (20%) tətbiq edilməklə MMC-nin mənfəəti müəyyən edilmiş və onun əsasında MMC-yə 2015-2016-cı illər üzrə 151548,81 manat mənfəət vergisi hesablanmışdır.
38. Vergi Məcəlləsinin 67-ci maddəsinin müddəalarına görə (burada və aşağıda Vergi Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan redaksiyasına istinad edilir), bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergi tutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəb lərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır (67.1). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün həmin maddədə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir (67.2). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində v erginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir (67.3). Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır (67.4). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır (67.14). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (83.9).
39. İ cavabdeh Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlardan, eləcə də analoji fəaliy yətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalardan istifadə etməklə vergi hesablamışdır. İnzibati orqanın həmin Qaydaların tətbiqi üçün hüquqi əsası olmamışdır.
40. Hazırkı işdə İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Belə ki, İ cavabdehin mübahisələndirilən qərarı qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarını pozur.
41. Məhkəmə kollegiyası İ cavabdehin şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının həmin cavabdehin qərarına münasibətdə ləğvi üçün yet ərli əsas kimi qəbul etmir. Belə ki, həmin dəlillər İ cavabdehin mübahisələndirilən inzibati aktının yuxarıda qeyd edilən əsaslara görə qanuna zidd olduğuna və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğuna dair məhkəmə kollegiyasının gəldiyi nəticəyə təsir etmir.
42. İ cavabdehin İİ cavabdeh tərəfindən qəbul edilmiş qərarı ilə bağlı dəlilləri isə, ümumiyyətlə qəbul edilən deyil, belə ki, həmin qərar digər inzibati orqan (onların eyni yuxarı orqanın struktur bölmələri olduqlarına baxmayaraq) tərəfindən və başqa icraat çərçivəsində qəbul edildiyindən, həmin qərarla bağlı hər hansı subyektiv hüquqa və ya səlahiyyətə malik deyil.
43. Məhkəmə kollegiyası İİ cavabdehin mübahisələndirilən 3 iyun 2019-cu il tarixli, **********184368 nömrəli qərarına münasibətdə aşağıdakıları qeyd edir.
44. Az ərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-cü maddəsinin (Sübutların toplanılması) müddəalarına görə, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (143.1). Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır (143.2).
45. Vergi Məcəlləsinin 38.3, 38.3.6-cı madd ələrinə görə, cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər.
46. Hazırkı işin materiallarına görə, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və Təhqiqat İdarəsinin 4-cü şöbəsinin müstəntiqinin ********* nömrəli cinayət işi üzrə 25 dekabr 2018-ci il tarixli qərarı ilə 1 mart 2015-ci il tarixdən 31 avqust 2017-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də yaranmış vergi öhdəliklərinin və vergi borclarının dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə qərar verilmiş, qərarın icrası həmin Departamentin Audit şöbəsinə həvalə edilmişdir.
47. Həmin qərarın icrasının təmin olunması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 4 yanvar 2019-cu il və 21 fevral 2019-cu il tarixli qərarlarına əsasən, "xxxx" MMC-də mart 2015ci ildən dekabr 2017-ci ilədək olan müddət üzrə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələri 15 aprel 2019-cu il tarixli **********173527 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Həmin akta uyğun olaraq, İİ cavabdehin qəbul etdiyi 3 iyun 2019-cu il tarixli, **********184368 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən, iddiaçıya 2017-ci il üzrə 48431,44 mənfəət vergisi, 2017-ci il üzrə 5781,04 manat əlavə də yər vergisi, 2017-ci il üzrə 6975 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də bu məbləğin hər birinə görə 50 faiz olmaqla, cəmi 30753,74 manat maliyyə sanksiyası hesablanmışdır. 48. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarından göründüyü kimi, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64. 2).
49. İşdən göründüyü kimi, İİ cavabdehin qərarı əsasında yoxlanılan dövrün nəticələrinə dair ləğv edilməmiş inzibati akt var idi və onun qüvvəsinə xitam verilməmişdi.
50. Bu qərarın 3-cü bəndində qeyd olunanlar - İ cavabdehin 13 sentyabr 2019-ci il tarixli qərarı ilə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 19 mart 2018-ci il tarixli, **********144714 nömrəli qərarının ləğv edilməsi də vəziyyəti dəyişmir. Belə ki, İİ cavabdehin 3 iyun 2019-cu il tarixli, **********184368 nömrəli qərarı qəbul edilərkən İ cavabdehin 19 mart 2018-ci il tarixli, **********144714 nömrəli qərarı qüvvədə idi.
51. Digər tərəfdən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə İ cavabdehin 13 sentyabr 2019-cu il tarixli, **********485700 nömrəli qərarı ləğv edilmiş, 19 mart 2018-ci il tarixli **********144714 nömrəli qərar qüvvəsini saxlamışdır (bu qərarın 4-cü bəndi).
52. Eyni ilə, ikinci yoxlamanın cinayət prosessual qanunvericiliyinə uyğun olaraq hüquq mühafizə orqanının müvafiq qərarı ilə, yəni cinayət prosessual icraatla bağlı keçirilməsi də vəziyyəti dəyişməmişdir. Belə ki, istintaq orqanın qərarından sonra vergi orqanı (İİ cavabdeh) səyyar vergi yoxlaması barədə qərar qəbul etmiş, səyyar vergi yoxlaması keçirmiş, yoxlamanın nəticələrini aktlaşdırmışdır. Yoxlamanın istintaq orqanın təşəbbüsü ilə başlandığını nəzərə aldıqda, həmin yoxlama aktının da (sübutetmə vasitəsi kimi) cinayət təqibi üzrə icraat materiallarına aid olduğu qəbul edilməlidir, belə ki, vergi yoxlama sı cinayət təqibini həyata keçirən orqan tərəfindən məhz həmin təqibin məqsədləri üçün təyin edilmişdir. Bununla yanaşı, vergi orqanı həmin yoxlama aktına əsasən vergi ödəyicisini (hüquqi şəxsi) vergi məsuliyyətinə cəlb etmişdir. Başqa sözlə, vergi orqanı 2-ci səyyar vergi yoxlamasının nəticələri üzrə iddiaçı hüquqi şəxs barəsində inzibati icraat da həyata keçirmişdir. Deməli, o, inzibati icraatla bağlı şərtləri də gözləməli idi.
53. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:... 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi.
54. Həmin Məcəllənin 49.1-1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 49.1.4cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir.
55. Qeyd olunan normaların tələbləri nəzərə alındıqda, Vergi Məcəlləsinin 38.3cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən (növbədənkənar) səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarla əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın da hüquqi taleyi səlahiyyətli inzibati orqan (əvvəlki qərarı qəbul etmiş İ cavabdeh və ya subordinasiya qaydasında yuxarı orqan) tərəfindən həll edilməli idi. Bu zaman, İ cavabdehin qərarını ləğv etməkdə İİ cavabdehin səlahiyyətli olmadığı nəzərə alındıqda, ikinci yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt (sübutetmə vasitəsi kimi cinayət təqibini həyata keçirən orqana göndərilməklə yanaşı) inzibati icraat qaydasında mahiyyəti üzrə baxılması, deməli həm də əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın hüquqi taleyinin Vergi Məcəlləsinin 49.1.4-49.1.6-cı maddələrində nəzərdə tutulmuş qaydada həll edilməsi üçün səlahiyyətli inzibati orqana (əvvəlki qərarı qəbul etmiş İ cavabdehə və ya subordinasiya qaydasında yuxarı orqana) göndərilməli idi (“İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsi).
56. Hazırkı halda bu, baş verməmiş, “İnzib ati icraat haqqında” Qanunun 64-cü və Vergi Məcəlləsinin 49.1-ci maddələrinin yuxarıda istinad edilən müddəalarının tələbləri pozulmuşdur. Nəticədə biri-birini təkzib edən iki qanunsuz və iddiaçının hüququnu pozan əlverişsiz qərarlar qəbul edilmişdir. Qanunsuz əlverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalıdır (“İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsi).
57. Məhkəmə kollegiyası İİ cavabdehin şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının həmin cavabdehin qərarına münasibətdə ləğvi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, həmin dəlillər İİ cavabdehin mübahisələndirilən inzibati aktının yuxarıda qeyd edilən əsaslara görə qanuna zidd olduğuna və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğuna dair məhkəmə kollegiyasının gəldiyi nəticəyə təsir e tmir. Habelə, iddiaçı barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formalhüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Bu baxımdan, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasına, nəticə etibarilə ehtiyac yoxdur.
58. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi qərarında bu qərarda göstərilənlərdən fərqli əsaslara istinad etsə də, mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən, qərarın dəyişdirilməsi və ya ləğvi üçün əsaslar yoxdur.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 noyabr tarixli, 2-1(107)-407/2021 nömrəli qərarı dəyişdirilm