Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-419/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (15.8.1965-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2178/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara görə o, 1 sentyabr 1982-cü il tarixdən 20 iyul 1983-ci il tarixədək Azərbaycan SSR X1 Təhsili Komitəsinin Bakı şəhəri 22 nömrəli Texniki Peşə Məktəbində təhsil almış, 3 avqust 1983-cü il tarixdən 19 sentyabr 1983-cü il tarixədək B.Sərdarov adına Bakı Maşinqayırma Zavodunun 7 nömrəli Mexaniki yığma sexində 3-cü dərəcəli çilingər vəzifəsində işləmiş, 4 may 1984-cü il tarixdən 10 iyun 1986-cı il tarixədək hərbi xidmətdə olmuş, 19 noyabr 1986-cı il tarixdən 8 aprel 1988-ci il tarixədək Ağsu rayonunun M.Əzizbəyov adına Üzümçülük Sovxozunda fəhlə, 9 aprel 1988-ci il tarixdən 1 sentyabr 1992-ci il tarixədək Ağsu rayonunda poçtalyon, 18 mart 1994-cü il tarixdən 25 aprel 1995-ci il tarixədək Sumqayıt şəhərində “Nərgiz” kiçik müəssəsində 4-cü dərəcəli çilingər işləmişdir. 18 may 1995-ci il tarixdən Sumqayıt “Sintezkauçuk” Zavodunun Mexaniki təmir sexinin quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsinə işə qəbul edilmişdir. 1 sentyabr 1995-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” Zavodunun Mexaniki təmir sexinə avadanlıqların quraşdırılması üzrə divinil, spirt, ka uçuk istehsalatları üzrə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsinə, 1 aprel 2002-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” Zavodunun Mexaniki təmir və quraşdırma sexinin quraşdırma sahəsinə spirt, divinil, kauçuk istehsalı üzrə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə, 4 oktyabr 2005-ci il tarixdə isə Sumqayıt “Sintezkauçuk” Zavodunun Təmir quraşdırma sexinin quraşdırma sahəsinə spirt, divinil, kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə 6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsinə keçirilmişdir. 20 oktyabr 2008-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” Zavodunun Mexaniki təmir quraşdırma sexinin quraşdırma sahəsinə avadanlıqların quraşdırılması üzrə spirt, divinil, kauçuk istehsalı üzrə 6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsinə keçirilmişdir və halhazırda da həmin zavodda işləyir.
2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə görə mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1 sentyabr 1982-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək 20 il 06 ay ümumi iş stajına 10 ildən çox ağır zərərli şəraitdə işlədiyim iş stajına malikdir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 30 yanvar 2018-ci il tarixli 42 saylı arayışına əsasən o, 1 sentyabr 1995-ci il tarixdən 31 dekabr 2005ci il tarixinə kimi “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. İddiaçı 6 avqust 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək, ona Bakı şəhəri 2 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı dövrü nəzərə almaqla 52 yaşdan, yəni 15 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəyə qanunvericiliyin tələblərinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin, Bakı şəhər 2 nömrəli Texniki Peşə Məktəbini bitirməsini təsdiq edən diplomun və hərbi biletin 1 – 3-cü səhifələrinin notarial qaydada təsdiq edilmiş surətlərini, əmək kitabçasının əslini, güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair “Azərkimya” İB “Etilen-Polietilen” Zavodunun 30 yanvar 2018-ci il tarixli 42 saylı arayışını, “Azərk imya” İB Təmir-Tikinti İdarəsinin təqdimatını və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a" bəndinə əsasən pensiyanın təyin edilməsinə dair müraciəti əlavə etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi 10 sentyabr 2021-ci il tarixli məktubu ilə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir.
6. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-2726/2022 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilərək iddiaçıya 1982 – 1983-cü illərdə Bakı şəhəri 22 nömrəli Texniki Peşə Məktə bində təhsil aldığı dövr və “Azərkimya” İB “EtilenPolietilen” Zavodu tərəfindən verilmiş 30 yanvar 2018-ci il tarixli 42 saylı arayışda göstərilən müddət nəzərə alınmaqla 52 yaşdan – 15 avqust 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində tələb kimi “1982 – 1983-cü illərdə Bakı şəhəri 22 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı dövr və “Azərkimya” İB “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 30 yanvar 2018-ci il tarixli 42 saylı arayış nəzərə alınmaqla 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” göstərsə də, tələbdəki natamamlıq nəzərə alınmalı və mübahisənin mahiyyəti və iddiaçının məqsədi baxımından həmin hal formal xəta qismində qiymətləndirilməli və iddia tələbi “iddiaçıya 1982 – 1983-cü illərdə Bakı şəhəri 22 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı dövr və “Azərkimya” İB “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş 30 yanvar 2018-ci il tarixli 42 saylı arayışda göstərilən müddət nəzərə alınmaqla 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qəbul edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2178/2022 nömrəli qərarı ilə (hakimlər Z.M.Allahyarov - /sədrlik edən və məruzəçi/ M.K.Həsənov və O.N.İsmay ılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022 il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mpvqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətinə verilən imtinanın məzmunu eynilik təşkil etmişdir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci, 9.1 və 9.8-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şi kayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ ve rən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:.... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşə lərin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”:
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəm ə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vax tında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən hallarına əsasən, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il güz əştli iş stajı, 52 yaşını tamamlaması (xx.xx.2017-ci il tarixdə) şərtləri iddiaçıya münasibətdə tam ödənilmişdir və cavabdeh də kassasiya şikayətində işin bu hallarını mübahisələndirmir. Cavabdehin şikayətinin əsas dəlili iddiaçıya münasibətdə yaş və stajla bağlı tələblər ödənilsə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.
25. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 15-ci bəndində qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün şərtlər xx.xx.2006-cı ilədək yarandığından ona münasibətdə pensiya kapitalı şərtinin ödənilməsi tələb edilə bilməz. Çünki, həmin dövrdə (xx.xx.2006-cı il tarixədək) güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı tələb edilmirdi. Pensiya kapitalına dair tələb isə “Əmək pensiyaları haqqında” AR qanununun 9.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir.
26. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi və 10 ildən çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan, və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu nun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən, onun 52 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2178/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.