Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-419/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) “qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2338/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin onun adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)4404/2017 qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin İddiaçı1 adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 3. "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)4404/2017 nömrəli qərarının ləğv edərək onun üçüncü şəxs kimi məhkəmə iclasına cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(81)-4404/2017 nömrəli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-4404/2017 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(81)-1416/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
6. İddiaçı hər iki məhkəmə aktından, yəni Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(81)-44 04/2017 nömrəli qərardadından və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(81)-1416/2022 nömrəli qərarından ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2338/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(81)-4404/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Qeyd edilən qərardad xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinə (vəkilinə) təqdim edilmişdir.
9. Həmin qərardaddan iddiaçı və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
10. İddiaçının və vəkilinin nəzərinə çatdı rılmışdır ki, iş materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)2338/2023 nömrəli qərardadı şəxsən xx.xx.2023-cü ildə iddiaçıya təqdim olunmuş, lakin həmin qərardaddan kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İddiaçıya prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
11. İddiaçının vəkili tərəfindən məhkəməyə verilən vəsatətə əsasən kassasiya şikayətində qərardadı n alınma tarixi mexaniki səhv olaraq xx.xx.2023-cü il kimi göstərilmişdir. Həmin qərardad xəbərnaməli məktubla xx.xx.2023-cü il tarixində Az1096 saylı poçt şöbəsinə daxil olmuş, xx.xx.2023-cü il tarixində poçt tərəfindən iddiaçıya təqdim olunmuşdur. Vəsatətə poçt zərfinin surəti və Az1096 saylı poçt şöbəsinin arayışı əlavə edilir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-2338/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim olunmuş, xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti verilmişdir. Qeyd edilənləri nəzərə alaraq qərardaddan verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qə rarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müd dəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
13. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü ki mi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəkilinin vəsatətdə istinad etdiyi hallar müddətin ötürülməmiş hesab edilməsinə əsas vermir. Belə ki, İPM-in 31.2-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
16. Mübahisələndirilən məhkəmə aktı ilk dəfə xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinə (vəkilinə) təqdim edildiyindən iddiaçının kassasiya şikayəti verməsi üçün Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsində göstərilən müddət axımı da məhz xx.xx.2023-cü il tarixdən başlamışdır.
17. Beləliklə, prosessual müddət ötürülmüşdür.
18. Yuxarıda göstərilənlərə əsasən, məhk əmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair vəsatət təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2338/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.