Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4192/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyev ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T saylı əmri ilə IV kursda İddiaçı ##.##.1992-ci ildən ##.##.1992-ci ilədək müharibə bölgəsi Tər-tər rayonunda hərbi təlim keçməyə göndərilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibbi Universitetinin ##.##.2022-ci il tarixli **** №-li arxiv arayışında qeyd olunur ki, “Verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Cavabdeh ##.##.1992-ci il tarixli *** saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T saylı əmri ilə IV kursda ##.##.1992-ci ildən ##.##.1992-ci ilədək müharibə bölgəsi Tər-tər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir”.
3. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin ##.##.2021-ci il tarixli */*-**** nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
4. Cavabdeh orqan iddiaçıya ünvanladığı ##.##.2023-cıı il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibbi Universitetinin ##.##.2022-ci il tarixli **** №-li arxiv arayışında qeyd olunur ki, “Verilir İddiaçı ondan ötrü ki, o həqiqətən Cavabdeh ##.##.1992-ci il tarixli *** saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T saylı əmri ilə IV kursda ##.##.1992-ci ildən ##.##.1992-ci ilədək müharibə bölgəsi Tər-tər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir”. Həmin arxiv arayışında qeyd olunanlar cavabdeh tərəfindən Müharibə Veteranı” statusunun və vəsiqəsinin verilməsi üçün tutarlı əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Müharibə veteranları” hissəsinin onuncu və on birinci abzaslarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak elmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə-döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasan, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yelirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Tibb Universitetinin Arxiv şöbəsindən İddiaçı həqiqətən də ##.##.1992-ci ildən ##.##.1992-ci il tarixinə qədər müharibə bölgəsi Tər-tər rayonunda hərbi təlim keçməsi, döyüşlərdə iştirak etməsi və yaralılara tibbi yardım göstərilməsi haqqında əmrlərin, N.Nərimanov adına Azərbaycan Tibb Institutunun ##.##.1992-ci il tarixli 456/T əmrdə İddiaçı ata adı mexaniki olaraq səhv yazılmışdır. Bununla əlaqədar olaraq Pediatriya fakültəsinin kursdan kursa keçmə barədə ##.##.1992-ci il tarixli ***/T nömrəli əmrin surətini əlavə etmişdir.
8. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2025-ci il tarixli qərarı ilə (hakim H.Nəcəfov) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ##.##.1992-ci il tarixli *** saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin ##.##.1992-ci il tarixli ***/T saylı əmri ilə IV kursda ##.##.1992-ci ildən ##.##.1992-ci ilədək müharibə bölgəsi Tər-tər rayonunda hərbi təlim keçmiş, döyüşlərdə iştirak etmiş, yaralılara tibbi yardım göstərmiş və ona üçqat mislində təqaüd ödənilmişdir. Iddiaçı müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı ilə bir yerdə döyüşlərdə iştirak etmiş və yaralılara yardım göstərən X2 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2019-cu il tarixli iclasında baxılmış, *** nömrəli protokol ilə ona “Müharibə veteranı” adı verilmiş və M/V-****** nömrəli vəsiqə ayrılmışdır. ##.##.1964-cü il təvəllüdlü vətəndaş X1 “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi üçün daxil olan sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış, ##.##.1999-cu il tarixli ** nömrəli protokol ilə ona “Müharibə veteranı” adı və M/V-****** nömrəli vəsiqə verilmişdir. Qeyd edilən qərara və sənədlərə baxış keçirilən zaman mahiyyət etibarı ilə iddianın əsaslarının hər iki şəxs üzrə eynilik təşkil etdiyi müəyyən edilir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov /sədrlik edən və məruzəçi/, P.Əhmədov və M.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.
12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Tibb Universitetinin 4-cü kurs tələbəsi olduğu zaman ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək müharibə bölgəsi olan Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə stajkeçmə kursuna cəlb edilmişdir. Həmin dövrdə döyüşlərdə iştirak etməsini və yaralılara tibbi xidmət göstərməsini əsas gətirərək hesab edir ki, müvafiq Əsasnaməyə əsasən ona müharibə veteranı statusu verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən 1991ci il #######ın #-dan 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Göründüyü kimi, Əsasnamə 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət edən, yaxud həmin hərbi hissələrə ezam olunmuş şəxslərə müharibə veteranı statusunun verilməsini həmin şəxslərin mütləq şəkildə hərbi qulluqçu olmaları ilə şərtləndirmişdir. Əsasnamədə hərbi qulluqçu olmayan, yəni özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə də müvafiq statusun verilməsi nəzərdə tutulsa da, iddiaçı həmin şəxslərin də dairəsinə düşmür.
13. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri 14. Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli qərarının müddəaları həmin tarixədək döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli Qərarı maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə müşahidə olunduğundan həmin qərar ləğv edilməlidir.
TƏTBIQ EDILƏN HÜQUQ
15. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə Bənd 1. 1991-ci il #######ın #-dan 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
22. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı ##.##.1992-ci ildən ##.##.1992-ci ilədək Tərtər rayonunda yerləşən hərbi hissədə təlim keçmiş, müvafiq arayışın məzmununa görə döyüşlərdə iştirak etmiş və yaralılara tibbi yardım göstərmişdir. Bu səbəbdən iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi arzusundadır.
23. Mübahisənin predmeti “müharibə veteranı” statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğunluğun müəyyən edilməsi ilə bağlıdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndində 1991-ci il #######ın #-dan 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində, o cümlədən Tərtər (keçmiş Mirbəşir) rayonu ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur.
25. Hazırkı işdə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və ya həmin hərbi hissəyə rəsmi qaydada ezam olunmuş şəxs olduğu müəyyən olunmur.
26. Iddiaçının istinad etdiyi hal- müvafiq dövrdə Azərbaycan Tibb Universitetinin tələbəsi olub, müvafiq hərbi hissədə stajkeçmə kursuna cəlb edilməsi və həmin dövrdə döyüşlərdə iştirak etməsi, yaralılara tibbi xidmət göstərməsi isə onun adı çəkilən Əsasnamədə göstərilən subyektlər dairəsinə aid olub, ona müvafiq statusun verilməsi üçün həm yetərli deyil, həm də bunun üçün hüquqi əsas yaratmır.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət vəmötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.