Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4193/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi" tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ##.##.1961-ci ildə doğulmuşdur. Iddiaçı ##.##.1976-ci il tarixdən ##.##.1979-cu il tarixədək Naxçıvan Muxtar Respublikası ** nömrəli Texniki Peşə məktəbində “armaturqaynaqçı” peşəsi üzrə təhsil almış, ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək Naxçıvan şəhər * nömrəli traktor briqadasında traktorçu işləmiş, ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Iddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra ##.##.1982-ci il tarixdən müxtəlif müəssisələrdə müxtəlif peşələrdə əmək fəaliyyətini davam etdirmişdir.
2. Iddiaçı ##.##.2023-cü il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina edilməsi barədə ##.##.2023-cü il tarixli qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan xüsusi stajların X4 Sistemi ilə qarşılıqlı yoxlanması zamanı təsdiq olunan staj ##.##.2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etmişdir. Iddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan 25 il ümumi staj təsdiq olunsa da, 12 il 6 ay xüsusi stajı təsdiq edilmədiyinə görə ona xüsusi şərtlərlə pensiya təyin edilməsi mümkün olmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona bu hüququnun yarandığı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2002-##.##.2003-cü il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometeorologiya idarəsində operator vəzifəsində, ##.##.2003-##.##.2003-cü il tarixədək Meşəsalma müəssisəsində traktorçu vəzifəsində, ##.##.2007-##.##.2008-ci il tarixədək təmirçiçilingər vəzifəsində, ##.##.2008-##.##.2009-cu il tarixədək Naxçıvan MR Nazirlər kabineti yanında X1 idarəsində qaynaqçı vəzifəsində, ##.##.2009-cu il tarixdən X2 MMC-də sürücü vəzifəsində, ##.##.2010-cu il tarixdən X2 MMC-də qaynaqçı vəzifəsində işləmişdir. ##.##.2016-cı il tarixdə işin azalması ilə əlaqədar işdən azad olunmuşdur. ##.##.2016-##.##.2019-cu illərdə yenidən X2 MMC-də qaynaqçı vəzifəsində, ##.##.2009-cu il tarixdən ##.##.2020-ci il tarixədək “xxxx” MMC-də qaynaqçı vəzifəsində işləmişdir. 2020-ci il tarixdə MMC ləğv edildiyindən işdən azad olunmuşdur. O, ##.##.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində 7-ci dərəcəli qaynaqçı vəzifəsində işləyir. Göstərilənlərə əsasən “xxxx” publik hüquqi şəxsin Naxçıvan Şəhər Idarəsinin ##.##.2023cü il tarixli ** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, ** nömrəli arayışa əsasən iddiaçı ##.##.1976-ci il tarixdən ##.##.1979-cu il tarixədək (2 il 10 ay) Naxçıvan Muxtar Respublikası ** nömrəli Texniki Peşə məktəbində “armatur-qaynaqçı” peşəsi üzrə təhsil almışdır. Iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək (7 ay) Naxçıvan şəhər * nömrəli traktor briqadasında traktorçu işləmiş, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər Idarəsinin ## ###### 2023-cü il tarixli, *** nömrəli arayışına əsasən ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək ( 2 il 2 ay) SSRI Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Iddiaçının təqdim etdiyi ## ### 1961-ci il tarixli, əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, ##.##.1982-ci il tarixdən ##.##.1982-ci il tarixədək (2 ay) Naxçıvan * nömrəli traktor briqadasında traktorçu, ##.##.1982-ci il tarixdən ##.##.1983-cü il tarixədək (7 ay 6 gün) X3 2-ci dərəcəli mexanik, ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək (1 il 3 ay) Babək rayon Mexanika Birliyinin * nömrəli traktor briqadasında traktorçu, ##.##.1984-cü il tarixdən ##.##.1985-ci il tarixədək (4 ay 23 gün) *** nömrəli Körpü Tikinti briqadasında betonçu, ##.##.1985ci il tarixdən ##.##.2000-ci il tarixədək (15 il 10 ay) Babək rayon Kənd Təsərrüfatında traktorçu vəzifələrində işləmişdir. İddiaçı təqdim etdiyi ## ###### 2002-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, ##.##.2002-ci il tarixdən ##.##.2003-cü il tarixədək (1 il 2 ay) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Hidrometeorologiya Idarəsində operator, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək (5 ay 14 gün) Meşəsalma müəssisəsində traktorçu, ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək (2 ay) N nömrəli hərbi hissədə təmirçi çilingər, ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixədək (9 ay) Naxçıvan MR Nazirlər Kabineti yanında X1 Idarəsində qaynaqçı, ##.##.2009-cu il tarixdən ##.##.2009-cu il tarixədək (4 ay 20 gün) yenidən Naxçıvan MR Nazirlər Kabineti yanında X1 Idarəsində qaynaqçı, ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək (4 ay 8 gün) X2 MMC-də sürücü, ##.##.2010-cu il tarixdən ##.##.2016-cı il tarixədək (16 il 1 ay 17 gün) həmin MMC-də qaynaqçı, ##.##.2016cı il tarixdən ##.##.2016-cı il tarixədək (2 ay) Babək rayon suvarma sistemləri Idarəsində qaynaqçı, ##.##.2016-cı il tarixdən ##.##.2019-cu il tarixədək (3 il 2 ay) yenidən X2 MMC-də qaynaqçı, ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək (5 il 5 ay) “xxxx” MMC-də qaynaqçı vəzifələrində işləmişdir. Iddiaçı ##.##.2021-ci il tarixdən bu günədək Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər Idarəsində 7ci dərəcəli qaynaqçı vəzifəsində işləyir. İddiaçı əmək kitabçasındakı qeydlərə və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən, onun əmək fəaliyyətinə başladığı 1976-ci il tarixdən 2021-ci il tarixədək 37 il 8 ay 18 gün ümumi, 12 il 10 ay 14 gün xüsusi iş stajı vardır. Lakin iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən xüsusi iş stajları X6 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı təsdiq olunan stajı ##.##.2006-cı il tarixdən ##.##.2022-ci il tarixədək 11 il 11 ay 22 gün təşkil etmişdir. Beləliklə, İddiaçı tələb olunan 25 il ümumi iş stajı təsdiq olunsa da, 12 il 6 ay xüsusi iş stajı təsdiq olunmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.
7. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya bu hüququnun yarandığı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Hakim Elnur Hüseynov).
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı 60 yaşını 2021-ci ildə tamamlasa da, işdə olan sığortaolunanın fərdi hesabındakı aparılmış sonuncu qeydə əsasən pensiya hüququnu 2022-ci ilin dekabr ayının 20-də qazanmışdır. Bu hal həm Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinin ##.##.2023-cü il tarixli arayışından, həm də sığortaolunanın hesabından müəyyən edilir. Qeyd olunan arayışda İddiaçı qaynaqçı vəzifəsində işlədiyi peşənin AR Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olduğu işəgötürən tərəfindən təsdiq edilmişdir. Həmçinin, hazırkı iş üzrə məhkəmə qərarının qəbul edildiyi anadək iddiaçının çalışdığı qaynaqçı peşəsi üzrə əmək müqaviləsinə xitam verilməməsi də gözardı edilməməlidir.
9. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı “xxxx" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında ## ##### 2023-cü il tarixli, ** nömrəli qərarını haqlı olaraq mübahisələndirməmişdir. Həmin qərarın qəbul olunduğu zaman kəsiyində iddiaçını hər hansı hüququndan məhrum etmədiyi və ya onun hüququnu məhdudlaşdırmadığı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt olmadığı üçün əlverişsiz inzibati akt sayılmır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Naxçıvan MR Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-*/**** nömrəli, # ###### 2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin ## ##### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi tənim edilməmişdir (hakimlər: Yusifəli Qurbanov /sədrlik edən və məruzəçi/, Müşfiq Həsənov və Səxavət Novruzov).
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək kitabçasına əsasən iddiaçı ##.##.1984-cü ildən ##.##.1985-ci ilədək *** nömrəli Körpü Tikinti briqadasında betonçu işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993 cü il 21 iyun tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * nömrəli Siyahısının 2-ci bəndində tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlərdə işləyən betonçular nəzərdə tutulmuşdu. Iddiaçının məhkəmə iclasında verdiyi izahata görə o, betonçu kimi göstərilən sahələrdə və yeraltı işlərdə işləmədiyindən, onun betonçu kimi işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi staja aid edilməsi mümkün deyildir.
13. Həmçinin iddiaçının 2006-cı ilin ######ın #-dək işlədiyi təmir emalatxanasında çilingər, Hidrometerologiya idarəsində operator, X3 mexanik peşələri həmin Siyahıda nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək Naxçıvan şəhər * nömrəli traktor briqadasında, ##.##.1982-ci il tarixdən ##.##.1982-ci il tarixədək Naxçıvan * nömrəli traktor briqadasında, ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Babək rayon Mexanikə Birliyinin * nömrəli traktor briqadasında, ##.##.1985-cı il tarixdən ##.##.2000-ci il tarixədək Babək rayon Kənd Təsərrüfatında və ##.##.2003cü il tarixdən ##.##.2003-cü il tarixədək Meşəsalma müəssisəsində ümumilikdə 17 il, 6 ay, 01 gün traktorçu peşəsində işləmişdir.
14. Lakin, iddiaçının işlədiyi vaxt, yəni 2006-cı ilin ######ın #-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin Z bəndində kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlərin kişilər-55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya almaq hüququ nəzərdə tutulmuşdu. Qeyd edildiyi kimi iddiaçının traktorçu peşəsində işlədiyi müddət qanunda nəzərdə tutulmuş 20 il müddətdən az olduğundan həmin müddət güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi staj kimi qəbul edilə bilməz. Iddiaçı traktorçu peşəsində işlədiyi müddətlə digər güzəştli sahədə işlədiyi müddətin birləşdirilməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etsə də kollegiya qeyd edir ki, traktorçu peşəsi üzrə xüsusi staj ayrıca tənzimləndiyindən qanunvericilikdə həmin müddətlərin birləşdirilməsi nəzərdə tutulmamışdır.
15. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-*/**** nömrəli,##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilmişdir (Hakimlər - Z.Quliyev (məruzəçi), N.Rəsulbəyova və K.Bədəlov).
17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xüsusi iş stajı ilə bağlı məhkəmənin və hətta cavabdehin göstərdiyi rəqəmlər arasında uyğunsuzluq mövcuddur.
18. Belə ki, məhkəmə apellyasiya instansiyası məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində iddiaçının xüsusi iş stajı (peşəsi əl ilə qaynaqçı-qeyd: Ali Məhkəmənindir) ##.##.2022-ci il tarixinə ümumilikdə 11 il 9 ay 25 gün kimi göstərdiyi halda, cavabdehin məhkəməyə verdiyi şikayətində (iddiaya dair etirazda-qeyd: Ali Məhkəmənindir) iddiaçının iş stajları X6 Sistemi ilə qarşılıqlı yoxlanılması zamanı təsdiq olunan ümumi iş stajı ##.##.2006-cı il tarixdən ##.##.2022-ci il tarixədək 11 il 11 ay 22 gün olaraq yazılmışdır. Halbuki həmin şikayətdə cavabdeh göstərmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə və Naxçıvan MR Dövlət Arxivi tərəfindən təqdim edilmiş arayışa əsasən, onun əmək fəaliyyətinə başladığı 1976-cı il tarixdən 2021-ci il tarixədək 37 il 8 ay 18 gün ümumi,12 il 10 ay 14 gün xüsusi iş stajı vardır. Göründüyü kimi, iddiaçının xüsusi iş stajı ilə əlaqədar olan rəqəmlər arasında fərq vardır, lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi inzibati mübahisənin düzgün həll edilməsi üçün böyük əhəmiyyət kəsb edən həmin məqamı araşdırmalı olduğu halda, bunu etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə təkrar baxıldığı zaman inzibati mübahisənin bu xüsusatı tam, hərtərəfli və diqqətlə tədqiq edilməlidir. Sözügedən məsələ həm də ona görə önəmlidir ki, iddiaçıya məhkəmələr tərəfindən təqaüdə çıxma yaşı 61 yaşından müəyyən edilmişdir. Eyni zamanda hazırkı işdə xüsusi önəm daşıyan digər bir məqam ondan ibarətdir ki, iddiaçı hal-hazırkı tarixə qədər 7-ci dərəcəli qaynaqçı vəzifəsində ##.##.2021-ci il tarixdən fasiləsiz çöl şəraitində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində işləyir və bu işin təkzib olunmaz faktıdır.
19. Lakin işin bu mühüm halı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməsində həmin məqam xüsusi əhəmiyyətə malikdir. Işə apellyasiya məhkəməsində təkrar baxıldığı zaman yuxarıda göstərilənlər mütləq qaydada nəzərə alınmaqla, IPM-in 13-cü maddəsinin tələbləri baxımından iddiaçıya yardım edilməklə, onun təqaüdünün təyin edilməsi düzgün aparılmalı, bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir.
ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli qərarı ləğv edilmişdir (hakimlər - Səadət Bəktaşi /sədrlik edən və məruzəçi/, Mehman Allahverdiyev və Sənan Qarayev).
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçının 25 ildən artıq ümumi iş stajı vardır. Lakin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən biri olan ümumi iş stajının ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı olması şərti iddiaçıya münasibətdə mövcud deyil. Belə ki, işin hərtərəfli araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı fərdi uçot məlumatlarına əsasən onun 2006-cı ilin ######ın #-dən sonra iddia tələbində göstərdiyi ##.##.2022-ci il tarixədək əl ilə qaynaqçı peşəsində işlədiyi Naxçıvan MR Nazirlər Kabineti yanında X1 Idarəsində, “X2” MMC-də, Babək Rayon Meliorasiya və Su təsərrüfatı Idarəsində, “xxxx” MMC-də və hazırda işlədiyi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsində ümumilikdə 11 (on bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün xüsusi iş stajı mövcuddur. Cavabdeh qeyd edilən dövrlər üzrə iddiaçının fərdi uçot məlumatlarına əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətin iş stajı kimi nəzərə alındığını göstərmişdir.
22. Əmək kitabçasına əsasən iddiaçı ##.##.1984-cü ildən ##.##.1985-ci ilədək *** nömrəli Körpü Tikinti briqadasında betonçu işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * nömrəli Siyahısının 2-ci bəndində tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. Yeraltı qurğularda yeraltı işlərdə işləyən betonçular nəzərdə tutulmuşdu. Iddiaçının məhkəmə iclasında verdiyi izahata görə o, betonçu kimi göstərilən sahələrdə və yeraltı işlərdə işləmədiyindən onun betonçu kimi işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ verən xüsusi staja aid edilməsi mümkün deyildir. Həmçinin iddiaçının 2006-cı ilin ######ın #-dək işlədiyi təmir emalatxanasında çilingər, Hidrometrologiya idarəsində operator, X3 mexanik peşələri həmin Siyahıda nəzərdə tutulmamışdır.
23. Həmçinin kollegiya qeyd edib ki, iddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək Naxçıvan şəhər * nömrəli traktor briqadasında, ##.##.1982-ci il tarixdən ##.##.1982-ci il tarixədək Naxçıvan * nömrəli traktor briqadasında, ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Babək rayon Mexanikə Birliyinin * nömrəli traktor briqadasında, ##.##.1985-cı ıl tarixdən ##.##.2000-ci il tarixədək Babək rayon Kənd Təsərrüfatında və ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək Meşəsalma müəssisəsində ümumilikdə 17 il, 6 ay, 01 gün traktorçu peşəsində işləmişdir.
24. Lakin iddiaçının işlədiyi vaxt, yəni 2006-cı ilin ######ın #-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin Z bəndində kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu maşinistlərin kişilər-55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya almaq hüququ nəzərdə tutulmuşdu. Qeyd edildiyi kimi iddiaçının traktorçu peşəsində işlədiyi müddət qanunda nəzərdə tutulmuş 20 il müddətdən az olduğundan həmin müddət güzəştli şərtlərlə yaşa görə əmək peniyası hüququ verən xüsusi staj kimi qəbul edilə bilməz. Iddiaçı traktorçu peşəsində işlədiyi müddətlə digər güzəştli sahədə işlədiyi müddətin birləşdirilməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etsə də kollegiya qeyd edir ki, traktorçu peşəsi üzrə xüsusi staj ayrıca tənzimləndiyindən qanunvericilikdə həmin müddətlərin birləşdirilməsi nəzərdə tutulmamışdır
25. Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuni və əsaslıdır. Çünki iddiaçının 2006-cı il ######ın #-dək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə işləmədiyinə və 2006-cı ilin ######ın #-dən sonra işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci bəndində ümumi peşələrə aid əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olsa da iddiaçının fərdi uçot məlumatlarında məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əsasən qeydə alınmış xüsusi iş stajının 12 il 6 aydan az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyil.
26. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçası, arxiv arayışları və verilmiş sorğulara verilmiş cavab məktublarından aydın olur ki, onun 12 il 10 ay 14 gün xüsusi iş stajı vardır. Buna baxmayaraq cavabdeh mövcud olan 12 il 10 ay 14 gün xüsusi iş stajının X6 Sistemində yoxlanması zamanı 11 il 11 ay 22 gün təşkil etməsi göstərilmiş, 25 il ümumi iş stajı təsdiq olunsada 12 il 6 ay xüsusi iş stajı X6madığı üçün güzəştli şərtlərlə əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. Cavabdeh təşkilat əmək kitabçasındakı müvafiq qeydlərin X8 Sistemində öz əksini tapmamasını onun hərəkət və ya hərəkətsizliyinin nəticəsi kimi qiymətləndirmişdir. X6 Sistemində müvafiq qeydlərin müəyyən oluna bilməməsi bu və ya digər səbəblərdən mümkün olmaması onun təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
28. ##.##.1976-cı il tarixli, ** №-li əmrlə “armatur-qaynaqçı” qəbul edilməsi və ** №-li qrupda oxuması, ##.##.1979-cu il tarixli, ** №-li əmrlə məktəbi bitirməsi əmrlər kitabında göstərilmişdir. Naxçıvan MR-sı ** nömrəli Texniki Peşə Məktəbində armaturqaynaqçı peşəsi üzrə təhsil aldığı 3 ildən artıq olan müddətə, habelə ##.##.1984-cü ildən ##.##.1985-ci ilədək (4 ay 23 gün) *** nömrəli Körpü Tikinti briqadasında betonçu vəzifəsində işlədiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən sahədə fəaliyyət göstərdiyi dövrlər güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işlədiyi müddətlər tam olaraq əmək stajına daxil edilərək nəzərə alınmalıdır. Qanunvericiliyə əsasən əmək kitabçası və ya arxiv sənədi ilə təsdiqlənən 2006-cı ilədək olan iş stajı, fərdin pensiya hüququ hesablanarkən sığorta stajına əlavə edilir. Yəni staj bərpa olunaraq pensiya hesablanmasında nəzərə alınmalı idi. b. Kassasiya şikayətinə etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi ## ###### 1997-ci il tarixdən ## ###### 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (əvvəlki redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
32. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi IPM-in 96.11-ci maddəsinə uyğun olaraq Ali Məhkəmənin göstərişlərin icra etmişdir.
40. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.