Məhkəmə qərarları › İş №2-1(102)-4194/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4194/2025

23.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4194/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Iddiaçı ASC-nin cavabdeh xxxxnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı Iddiaçı ASC-nin cavabdeh xxxxnin * saylı Bərdə Ərazi Idarəsinə qarşı “daşınmaz əmlaka istifadə hüquqlarının qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1984-cü il tarixli, *** nömrəli qərarı ilə Sənaye Tikinti Materialları Nazirliyinə Ağcakənd Gips Mədəninin yaradılması üçün Goranboy rayonunda fəaliyyət göstərən Kirov adına kolxozun ərazisindən 98 ha torpaq sahəsi (10 ha örüş, 88 ha yararsız) daimi istifadəyə verilmişdir.

2. Bu torpaq sahəsinə 1986-cı ildə “Torpaqdan daimi istifadə hüququna aid dövlət aktı” tərtib edilmiş, aktda torpaq sahəsinin müddətsiz istifadəyə verildiyi əksini tapmışdır.

3. “Azərtikintimaterialsənaye” Dövlət Konserninin tabeliyində olmuş X2 kombinatının bazasında Iddiaçı ATSC yaradılıb və onun hüquqi varisidir.

4. Iddiaçı ATSC 2000-ci ildə qeydiyyata alınıb.

5. Iddiaçı ATSC-yə ##.##.2002-ci il tarixdə JN:849, KOD 50900001 “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı verilib (aktda torpağın müddətli və ya müddətsiz verilməsi qeyd olunmayıb).

6. 2003-cü ildə Iddiaçı ATSC-nin adı dəyişdirilib, Iddiaçı ASC kimi qeydiyyata alınıb.

7. ##.##.2023-cü il tarixli, 0195N reyestr nömrəli X3 X4 **** nömrəli “Dağ-mədən ayırması” aktına əsasən, X2 yatağı gips hasilatı məqsədi ilə Iddiaçı ASC-yə verilmiş, dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 8.1 ha təşkil edir.

8. Iddiaçı ASC xxxx publik hüquqi şəxsin * saylı Bərdə Ərazi Idarəsinə müraciət edərək, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin * saylı Bərdə Ərazi Idarəsi qeydiyyat aparmaqdan imtina etmiş, ASC-yə “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” ##.##.2025-ci il tarixli bildirişində qeyd edilmişdir ki, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2024 cü iI tarixli, ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Qüvvədə olan Torpaq Məcəlləsinin 50.2-ci maddəsinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, kimlərə verilməsi qeyd olunmuşdur. Təqdim olunmuş JN-*** nömrəli “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı”na əsasən ayrılmış torpaq sahəsi həmin maddəyə əsasən Açıq Səhmdar Cəmiyyətləri üçün nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarında qeyd edildiyi kimi hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN 0849, KOD ******** nömrəli “Torpaqların daimi istifadə hüququna dair” dövlət aktında əks olunan torpaq sahəsindən ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən Qaraçay çayının mühafizə zonasını əhatə edən 1 ha, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli planda əks olunan tikililərin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 79,88 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyət Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakı Nazirliyinin ##.##.2000-ci il tarixli, *** nömrəli əmri ilə “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq yaradılmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən cəmiyyətə dağ-mədən işləri, dağ və buruq qazmaları aparılmasına dair IN/L-209/**** qeydiyyat nömrəli, ##.##.****-ci il tarixli lisenziya verilmişdir. Keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin *** saylı, ##.##.1984-cü il tarixli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktına əsasən, 98 ha torpaq sahəsi gips istehsal etmək məqsədilə yalnız indiki ASC-yə ayrılmışdır. Iddia tələbi onunla bağlıdır ki, torpaq sahəsinə olan hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın verilməsi üçün cəmiyyət cavabdeh orqana müraciət etmiş, lakin buna imtina cavabı verilmişdir. JN-**** saylı “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktına əsasən, 98 ha torpaq sahəsi gips istehsal etmək üçün cəmiyyətin istifadəsinə verilmişdir. Iddiaçı tərəf qeyd edir ki, imtina ərizəsində təqdim edilən qanuni əsaslar mübahisəlidir və hüquqi baxımdan qeyri-dəqiqdir.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, JN-*** saylı “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktına əsasən, ayrılmış 98.0 ha torpaq sahəsinin istifadə müddəti bitmişdir. Belə ki, qüvvədən düşmüş ***-XII nömrəli, ##.##.1991-ci il tarixli Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 15-ci maddəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısa müddətli - 3 ilədək və uzun müddətli - 10 ilədək ola bilər. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilə bilər. Istehsalat zərurəti olduqda, bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Həmin maddəyə əsasən, müvəqqəti istifadə üçün torpaq sahələri vətəndaşlara, kolxozlara, sovxozlara, kooperativlərə, kəndli (fermer) təsərrüfatlarına, müəssisələrə, idarələrə və təşkilatlara kənd təsərrüfatı ilə məşğul olmaq üçün, layihə, axtarış və müvəqqəti tikinti işlərinin aparılması, icarə, bostançılıq, ot çalını, mal-qara otarılması üçün və xidməti pay torpaqları şəklində verilir. Eyni zamanda müəyyən olunmuşdur ki, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisindən Iddiaçı ASC-yə ayrılmış 98 ha torpaq sahəsinin 8.12 ha hissəsindən hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyi istifadə edir və həmin hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid tikililər mövcuddur.

12. Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, Iddiaçı ASC ##.##.2003-cü il tarixli 0303-Q1 555 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, ##.##.2004-cü il tarixdə ********** nömrəli VÖEN ilə vergi uçotuna alınmış. ASC Ədliyyə Nazirliyi Tərəfindən ##.##.2000-ci il tarixdə D-**** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Iddiaçı ASC-nin mülkiyyət formasının dəyişməsi ilə əlaqədar onun bazasında hüquqi varislik prinsipi əsasında yaradılmışdır. Iddiaçı ASC ilə ləğv edilmiş “Azərtikintimaterialsənaye” Dövlət Konserinin tabeliyində olmuş X2 kombinatının bazasında yaradılmışdır və onun hüquqi varisidir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən, hazırda ASC-nin tam adı Iddiaçı Açıq Səhmdar Cəmiyyətidir. ASC-nin hüquqi ünvanı Goranboy rayonu, Yuxarı Ağcakənd ŞTQ-dir.

13. Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli “iş üzrə məlumatın təqdim edilməsi barədə” məktubda göstərilir ki, JN-**** nömrəli (kod 50900001) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı barədə elektron bazada məlumat mövcuddur. Elektron bazada olan 1999-cu ilə aid “Azərbaycan Respublikası Goranboy rayonu Şikar Şikarov adına təsərrüfatın ərazisində aparılan torpaq islahatı ilə əlaqədar dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaqların yerquruluşu layihəsi”nə əsasən, JN-**** nömrəli (kod 50900001) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsinin 59.0 ha hissəsi dövlət mülkiyyətində olan meşə fondu torpağı, 39.0 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Arxivdə saxlanılan 2002-ci ilə aid “Azərbaycan Respublikası Goranboy rayonu Şikar Şikarov adına təsərrüfat ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq dövlət mülkiyyətində saxlanılan bələdiyyə və xüsusi mülkiyyətinə verilən torpaqların yerquruluşu Layihəsi”nə əsasən isə JN-0849 (kod 50900001) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktında qeyd olunan torpaq sahəsinin 84.0 ha hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş, 14.0 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-Istismar Hissəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-***/*-****/**** nömrəli məktuba əsasən, Goranboy rayonu, Yuxarı Ağcakənd ərazisində yerləşən Iddiaçı ASC-nin istifadəsində olan gips mədəni ərazisində yerləşən hərbi şəhərciyin torpaq sahəsi Müdafiə Nazirliyinin balansında deyil. Ərazidə olan * nömrəli əsgər yataqxanası, * nömrəli əsgər yataqxanası, * nömrəli qərargah və ** nömrəli nəzarət buraxılış məntəqəsi binaları istisna olmaqla, digər hərbi təyinatlı tikililər Müdafiə Nazirliyi tərəfindən inşa edilmişdir.

15. * saylı Bərdə Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-21-3 **/*-****/**** nömrəli “mütəxəssis rəyinin göndərilməsi ilə bağlı” məktuba qoşma şəklində əlavə edilmiş rəyə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1984 cü il tarixli, *** saylı qərarı ilə Iddiaçı ASC-nin istifadəsinə verilmiş, DT və XK tərəfindən verilmiş ##.##.2002-ci il tarixində 28 nömrə ilə qeydə alınmış (JN 849, KOD: 50900001) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktında qeyd edilən torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən 42.84 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlara, dövlət mülkiyyətinə aid örüş sahəsinə, 55.16 ha hissəsi isə X1u torpaqlarına düşür. Hal-hazırda TEKUIS-a əsasən kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqdır və islahat uqodiyası təmiz örüş və meşə ilə örtülüdür. Həmçinin, iddiaçı tərəfindən naturada istifadə edilən torpaq sahəsi ##.##.2002-ci il tarixli, ** nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktındakı cizgilər daxilində yerləşir. Təqdim edilən sənəd və göstərilən torpaq sahəsinin hüdudları daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid yaşayış, qeyri-yaşayış binaları və iddiaçının özünə məxsus bir ədəd mişar daşından tikilmiş qeyri-yaşayış tikilisi mövcuddur. Hal-hazırda iddiaçı tərəfindən faktiki istifadə edilən və ya “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktında qeyd edilən torpaq sahəsinin kiçik bir hissəsi (təqribi 1.00 hektara qədər) Qaraçay çayının mühafizə zonasına düşür, üzərindən 10 KLV-luq elektrik xətti keçir. Faktiki istifadə edilən və ya “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktında qeyd edilən torpaq sahəsi hər hansı digər şəxslərin adına qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəməyə sübut olaraq təqdim edilən rəy “TEKUIS” informasiya sisteminə və Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hazırlanmışdır.

16. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, J№ ****, KOD ******** nömrəli “torpaqların daimi istifadə hüququna dair” dövlət aktında əks olunan torpaq sahəsindən ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilən Qaraçay çayının mühafizə zonasını əhatə edən 1 ha, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli planda əks olunan tikililərin yerləşdiyi torpaq sahəsi istisna olunmaqla, Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yerləşən 79,88 ha torpaq sahəsi üzərində cəmiyyətin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur (Hakim Nurəli Hüseynov).

17. Məhkəmə hesab etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1984-cü il tarixli, *** nömrəli qərarına, həmçinin iddiaçı Iddiaçı ATSC-nin adına ##.##.2002-ci il tarixli, ** nömrəli, JN-849 (KOD 50900001) “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına münasibətdə hər hansısa ləğvetmə, dəyişdirilmə və ya geriçağırılma ilə bağlı hüquqi nəticələr doğuracaq hərəkətlər edilməmiş, yuxarıda qeyd edilən qərarda torpaq sahəsinin daimi əsaslarla istifadəyə verildiyi qeyd edilmiş, dövlət aktında isə onun qüvvədə olma müddəti ümumiyyətlə göstərilməmişdir. Bu isə onu deməyə əsas verir ki, dövlət aktı hələ də qüvvədədir və o, əlverişli inzibati akt statusu ünvanını saxlayaraq iddiaçıya torpaq sahəsi üzərində qanunvericiliyin tələblərinə uyğun istifadə etmək hüququnu verir. Həmçinin hüquqi varislik yolu ilə torpaq sahəsi üzərində istifadə etmək hüququ hazırkı iş üzrə iddiaçı qismində iştirak edən Iddiaçı ASC yə məxsusdur. Yekun olaraq məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh orqanın iddiaçının tələbinə münasibətdə imtinası əsassız olmuş və qanunvericiliyin tələbləri gözlənilmədən və tətbiq edilmədən onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Aygül Isgəndərova).

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, * saylı Ərazi Idarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, TEKUIS məlumatlarına əsasən sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqdır, islahat uqodiyası təmiz örüş və meşə ilə örtülü torpaqlardır. Belə olan halda cavabdeh haqlı olaraq qeydiyyat aparmaqdan imtina etmişdir.

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin pozulmasını nəzərə almamışdır. Həmin normada dövlət torpaqlarının daimi istifadəyə verildiyi subyektlərin dairəsi müəyyən edilmişdir, lakin iddiaçı Iddiaçı ASC həmin subyektlərin sırasına daxil deyildir

24. Qeyd edilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasına dair heç bir müqavilə mövcud deyildir. Iddiaçı dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə, hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Mübahisəli torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə müvafiq icarə müqaviləsi bağlanmalı idi. Iddiaçı isə dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir.

25. Iddiaçı Iddiaçı ASC məhz özəlləşdirilmiş hüquqi şəxsdir. Belə olan halda isə Cəmiyyət sözügedən torpaq sahəsini ya özəlləşdirməli ya da icarə müqaviləsi bağlamalıdır. Məhz bundan sonra torpaq sahəsi üzərində onun hüquqları dövlət qeydiyyatına alına bilər.

26. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Iddiaçı ASC-yə verilmiş ##.##.2002-ci il tarixində 28 nömrə ilə qeydə alınmış (JN 849, KOD: 50900001) "Torpaqdan daimi istifadə hüququna dair" dövlət aktında qeyd edilən torpaq sahəsi Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair komplekt yerqurluşu layihəsinə əsasən 42.84 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlara, dövlət mülkiyyətinə aid örüş sahəsinə düşür, 55.16 ha hissəsi isə X1 torpaqlarına düşür.

27. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hüquqların dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

28. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özələşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Bu səbəbdən hesab edirik ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanına uyğun olaraq həll olunmalı olduğundan, iddia rədd olunmalı idi.

29. Iddia predmeti olan dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak özəlləşdirilmə nəticəsində iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq həmin torpaq sahəsi üzərində istifadə hüquqları yalnız icarə müqaviləsi əsasında həyata keçirilə bilər.

b. kassasiya şikayətinə etirazın dəlilləri

30. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152 Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. ... 241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir

32. Azərbaycan SSR Torpaq Məcəlləsi (1971-ci ilin ######ın #-dən 1991-ci ilin #####in #-dək qüvvədə olmuş) Maddə 3. Mədən, meşə və su münasibətlərinin tənzimlənməsi Mədən, meşə və su münasibətləri SSR Ittifaqının və Azərbaycan SSR-in xüsusi qanunvericiliyi ilə tənzimlənir. Maddə 4. Torpaq üzərində dövlət (ümumxalq) mülkiyyəti SSRI Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq torpaq dövlət mülkiyyətidir, yəni ümumxalq malıdır. (1-ci hissənin ilkin mətni) SSRI Konstitusiyasına və Azərbaycan SSR Konstitusiyasına uyğun olaraq torpaq dövlət mülkiyyətidir - bütün sovet xalqının ümumi malıdır. (## #### 1980-ci il tarixli Fərmanla 1-ci hissənin yeni redaksiyada verilmiş mətni) SSRI-də torpaq ancaq dövlət mülkiyyətidir və yalnız istifadəyə verilir. Torpaq üzərində dövlət mülkiyyəti hüququnu açıq və ya gizli şəkildə pozan hərəkətlər qadağan edilir. Maddə 10. Torpaq istifadəçiləri Azərbaycan SSR-də torpaq istifadə üçün aşağıdakılara verilir: kolxozlara, sovxozlara, digər kənd təsərrüfatı dövlət, kooperativ, ictimai müəssisələrinə, təşkilatlarına və idarələrinə, müəssisələrinə, idarələrinə və təşkilatlarına; sənaye, nəqliyyat və digər qeyri-kənd təsərrüfatı dövlət, kooperativ, ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına; SSRI vətəndaşlarına. SSR Ittifaqının və müttəfiq respublikaların torpaq qanunvericiliyi Əsaslarına uyğun olaraq SSR Ittifaqı qanunvericiliyində nəzərdə tutulmuş hallarda torpaq digər təşkilatların və şəxslərin də istifadəsinə verilə bilər. Maddə 11. Torpaqdan pulsuz istifadə Torpaq kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai müəssisələrinin, təşkilatlarının, idarələrinin müəssisələrinin, idarələrinin, təşkilatlarının və SSRI vətəndaşlarının istifadəsinə pulsuz verilir. (maddənin ilkin mətni) Maddə 12. Torpaqdan istifadə müddətləri Torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir.

33. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

M a d d ə 4 . Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. ...

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. M a d d ə 1 0 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. M a d d ə 1 1 . Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. ... Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası ...

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. ... M a d d ə 5 0 . Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.

2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər.

3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. ...

6. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir.

7. Torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər.

Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

34. “Yerin təki haqqında” Qanun

Maddə 13. Yer təkinin istifadəyə verilməsi

Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

41. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

42. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

43. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktına əsasən, “xxxx” ATSC-nin istifadəsinə verilmiş torpaq sahəsinin 79,88 ha hissəsi üzərində istifadə hüquqlarının “xxxx” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasıdır.

44. Işin hallarından müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1984-cü il tarixli, *** nömrəli qərarı ilə, indiki Goranboy rayonun sənaye sahəsi olan Verxne-Ağcakənd gips mədəninin karxanasının təşkili üçün Tikinti Materialları Sənayesi Nazirliyinə 98 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində yerləşən Ağcakənd gips-mədən karxanası (“Azərtikintimaterialsənaye” Dövlət Konserinin tabeliyində olmuş X2 Kombinatı) sonradan özəlləşdirilərək Iddiaçı ATSC təşkil edilmişdir. Bundan sonra, Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1984-cü il tarixli, *** nömrəli qərarında qeyd olunan 98 ha torpaq sahəsinə dair Iddiaçı ATSC adına ##.##.2002-ci il tarixli, ** nömrəli, JN-0849 (KOD 50900001) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı qeydə alınmışdır. Iddiaçı ATSC-nin mülkiyyət formasının dəyişməsi səbəbi ilə bazasında hüququ varislik prinsipi əsasında Iddiaçı ASC yaradılmış, sonuncu ##.##.2003-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, ##.##.2004-cü il tarixdə isə VÖEN ilə vergi uçotuna alınmışdır.

45. Iddiaçı qeyd olunan torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi qeyd olunmuşdur ki, “Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.2-ci maddəsinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, kimlərə verilməsi qeyd olunmuşdur. Təqdim olunmuş JN-*** nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na əsasən ayrılmış torpaq sahəsi həmin maddəyə əsasən Açıq Səhmdar Cəmiyyətləri üçün nəzərdə tutulmamışdır”.

46. Apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1984-cü il tarixli, *** nömrəli qərarı əsasında qeyd olunan 98 ha torpaq sahəsinə dair Iddiaçı ATSC-nin adına verilmiş ##.##.2002-ci il tarixli, ** nömrəli, JN-0849 (KOD 50900001) “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən “xxxx” ASC-nin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq Məcəlləsinin 9.2-ci maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

48. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən həyata keçirilir.

49. Həmçinin həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

50. Beləliklə, hazırkı iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsinə istifadənin meşə fondu və örüş torpaqları məqsədli təyinatına və hüquqi statusuna uyğun olubolmamasını araşdırmamışdır.

51. Həmçinin ayrılmış torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi iş materialları ilə təsdiq edilmir.

52. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məhkəmələr cavabdehin torpaq islahatı nəticəsində mübahisəli torpaq sahəsinin meşə fondu və bələdiyyə mülkiyyətinə aid edilməsi barədə dəlili ilə yanaşı, Torpaq Məcəlləsinin 50.2-ci maddəsinə əsaslanan etirazına, açıq səhmdar cəmiyyətlərinin dövlət torpaqlarını daimi istifadə hüququ ilə əldə edə bilən subyektlər sırasına daxil olmaması barədə dəlilinə hüquqi qiymət verməmişdir.

53. Məhkəmə iddiaçının təqdim etdiyi ##.##.1984-cü il tarixli Azərbaycan SSR Nazirlər Sovetinin qərarını və ##.##.2002-ci il tarixli JN-*** nömrəli dövlət aktını Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1 və 8.0.5-ci maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər kimi qiymətləndirməklə kifayətlənmiş, lakin həmin sənədlərin hazırkı hüquqi rejim baxımından hüququn davam etməsi üçün yetərli olubolmamasını araşdırmamışdır.

54. Qeyd edilməlidir ki, baxılan işdə cavabdehin Torpaq Məcəlləsinin 50-ci maddəsinə istinadən irəli sürdüyü etiraz dəlilləri "1984-cü il tarixli qərarı qanunidirmi?" sualı yaratmırdı. Çünki həmin qərarın qanuniliyi mübahisələndirilmir. Cavabdehin dəlili üzrə təhlil olunmalı məsələ ondan ibarət idi ki, 1984-cü ildə yaranmış daimi istifadə hüququ müasir hüquq sistemində qeydiyyata alınmalı olan qüvvədə olan əşya hüququ hesab edilə bilərmi? Bununla bağlı məhkəmələrin “inzibati akt qüvvədədirsə, hüquq da qüvvədədir və nəticə olaraq qeydiyyat aparılmalıdır” düsturu məsələyə bəsit yanaşmadır. Çünki qeydiyyat zamanı yalnız hüququ yaradan sənəd deyil, hazırkı tarixdə həmin hüququn hüquqi mövcudluğu da yoxlanılır.

55. Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən olunan dövlət qeydiyyatı tam mexaniki prosedur deyildir. Başqa sözlə reyestr orqanı yalnız sənədin mövcudluğunu yoxlamır. O, həm də müəyyən edir ki, təqdim olunan hüquq qüvvədə olan qanunvericiliyə əsasən daşınmaza hüququ kimi mövcuddurmu? Əks halda hər hansı sənəd heç bir hüquqi qiymətləndirmə aparılmadan avtomatik qeydiyyata alınmalı olardı. Bu isə hüququn məqsədinə ziddir.

56. Torpaq Məcəlləsinin 50-ci maddəsi baxımından dövlət torpaqlarının daimi istifadəyə verilə biləcək subyektlərin dairəsi məhduddur və ASC həmin subyektlər sırasında yoxdur. Cavabdeh də məhz bu hala istinad edir və cavabdehin dəlilləri açıqaşkar əsassız deyil. Bu halda məhkəmələr cavabdehin hazırda qüvvədə olan torpaq qanunvericiliyinə əsasən torpaq sahəsinin müddətsiz istifadəyə verilməsi ilə bağlı məhdudiyyətlərin müəyyən olunduğu barədə kifayət qədər aydın ifadə olunmuş etiraz dəlillərini təhlil edib, bu dəlillərə tutarlı hüquqi cavab verməli idi.

57. Adətən məhkəmələrin mövqeyi ondan ibarət olur ki, bu norma yalnız yeni hüquqlar üçün tətbiq olunur. Lakin bunun üçün qanunda birbaşa keçid norması yoxdur. Əksinə, torpaq münasibətləri davam edən hüquq münasibətləridir. Əgər hüquq bu gün də davam edirsə, deməli, o, bugünkü hüquq qaydalarına da uyğun olmalıdır, uyğun olmadığı halda qeydiyyatın aparılması barədə gəlinən nəticə əsaslandırılmalıdır.

58. Qərarda göstərilməmişdir ki, mövcud qanunvericilikdə həmin hüququn əvvəlki hüquqi rejimdə saxlanılmasını nəzərdə tutan keçid norması hansı hüquqi əsasdan irəli gəlir. Halbuki, torpaq münasibətləri davam edən hüquq münasibətləri olmaqla, onların mövcudluğu hazırkı imperativ torpaq qanunvericiliyinin tələbləri baxımından da qiymətləndirilməlidir.

59. Nəzərə alınmalıdır ki, torpaq strateji sərvət olmaqla, ondan uzun müddət üçün müəyyən olunan istifadə qaydaları və əsaslarını dövlətin dəyişməsi mümkündür. Sonuncu Torpaq Məcəllələri ilə dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin istifadənin müddətli olması müəyyən edilmişdir. Habelə torpaq hər bir şəxsin istifadəsinə deyil, məhz Torpaq Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan subyektlərə verilir.

60. Beləliklə, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, cavabdehin əsaslı hüquqi arqumentlərinə münasibət bildirilməmiş, nəticədə maddi hüquq normaları düzgün tətbiq edilməmiş və məhkəmə qərarı kifayət qədər əsaslandırılmamışdır.

61. Ənənəvi məhkəmə təcrübəsi "qazanılmış hüquqlar" prinsipini müəyyən mənada həddindən artıq geniş şərh etmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsi hüququn mövcudluğunu deyil, hüququ təsdiq edən sənədlərin növlərini müəyyən edir. Buna görə də reyestr orqanı yalnız inzibati aktın mövcudluğunu deyil, həmin aktın yaratdığı əşya hüququnun müasir hüquq sistemində qüvvəsini saxlayıbsaxlamadığını da qiymətləndirməlidir.

62. Bu məsələ yalnız Torpaq Məcəlləsinə deyil, həm də qanunların zaman baxımından tətbiqi, qazanılmış hüquqların sərhədləri, hüquqi müəyyənlik prinsipi və torpaq hüququnun ictimai-hüquqi xarakteri kontekstində sistemli şəkildə təhlil olunmalıdır.

63. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

65. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı)

66. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə ## ###### 2007-ci il tarixli qərarı).

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

68. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

69. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar