Məhkəmə qərarları › İş №2-1(102)-4196/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4196/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4196/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinə (üçüncü şəxslər üçüncü şəxs3, üçüncü şəxs2 və Əhaliyə Məişət Xidməti X2) qarşı “qeyri-yaşayış obyekti üzərində hüququn vəfat etmiş əri X1 məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ##.##.1997-ci il tarixli, ** nömrəli Auksion Protokolundan görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX “xxxx” İKF tərəfindən 2699000 (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X1.

2. ##.##.1997-ci il tarixli, **** nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”ndən görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyriyaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX “xxxx” İKF tərəfindən 2699000 (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X1.

3. ##.##.2019-cu il tarixli, *** nömrəli arayışın surətindən görünür ki, X1 ilə X5 arasında ##.##.1983-cü il tarixdə *** nömrəli aktla nikah qeydə alınmışdır.

4. ##.##.2017-ci il tarixli, AZ-İ ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X1 ##.##.2017-ci il tarixdə vəfat etmişdir.

5. Lənkəran rayon * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli, **** nömrəli məktubunda qeyd edilmişdir ki, X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Lənkəran rayonun * saylı notariat ofisinə müraciət daxil olmuşdur. X1 ##.##.2017-ci il tarixdə vəfat etmişdir və vərəsələrin dairələri müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən arvadı – İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir.

6. İddiaçı həmin qeyri-yaşayış obyektinin (ayaqqabı təmiri köşkü) mülkiyyət hüquqlarının vəfat etmiş əri X1 məxsus olması haqqında arayışın verilməsi ilə bağlı cavabdehə Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir.

7. Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmamış, həmçinin əmlak üzərində mübahisə mövcuddur. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlakla bağlı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi qanunamüvafiq hesab edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, 13.5 kv.metr ölçüdə qeyri-yaşayış obyektinin (ayaqqabı təmiri köşkü) mülkiyyət hüquqlarının vəfat etmiş əri X1 məxsus olması haqqında arayışın (hüququn ölmüş şəxsə məxsus olmasına dair) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Lənkəran şəhər ƏMX (Əhaliyə Məişət Xidməti) “xxxx” İKF (İstehsalat Kommersiya Firması) arasında bağlanmış ## ###### 1997-ci il tarixli, “Müəssisənin (obyektin) **** nömrəli alqı-satqı müqaviləsi” əsasında ümumi sahəsi 13,5 kv.m. ölçülərində qeyri-yaşayış binası olan “Ayaqqabıların təmiri köşkü” həyat yoldaşı X1. Bu səbəblərdən həyat yoldaşı X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin ona verilməsi ilə bağlı Lənkəran rayon * saylı notariat kontoruna müraciət etmişdir. Notariat kontoru X1 ##.##.2017-ci il tarixdə vəfat etməsini və vərəsələrin dairəsini müəyyən etmişdir. Qanunvericiliyin tələbinə əsasən onu, miras qoyanın vərəsəsi olması faktını ## ####### 2023-cü il tarixli № **** nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” (İN ƏMDX DƏDKR) publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi İdarəsinə etdiyi müraciətlə müəyyən etmişdir. Odur ki, ## ####### 2023-cü il tarixli, № **** nömrəli müraciətlə, Lənkəran rayon * saylı Notariat Ofisi, onun miras qoyanın vərəsəsi olmağı barədə ** saylı Lənkəran Ərazi İdarəsinə məlumat vermişdir. Bundan başqa, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü ## ###### 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə ** saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. ** saylı Lənkəran Ərazi İdarəsi imtina cavabında səbəb kimi hüquqmüəyyənedici sənədlərin əslinin təqdim olunmamasını, həmçinin əmlak üzərində mübahisənin mövcud olmasını qeyd etmişdir. Halbuki, ** saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşı əlbəəl qəbul etdiyi sənədlərin ancaq təsdiq olunmuş surətlərini ondan almışdır. İmtina bildirişində əmlak üzərində mübahisənin mövcud olması hissəsinə cavab olaraq bildirir ki, ## ###### 1997ci il tarixli, saat 14:00-da X3 Xidmətinin zalında keçirilən auksion protokolunda satıcı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, alıcı isə yalnız X1 adının olması reallığı qeyd olunmuşdur. ## ###### 1997-ci il tarixli, “Müəssisənin (obyektin) **** nömrəli alqısatqı müqaviləsində Lənkəran şəhəri, Səmədzadə küçəsində ümumi sahəsi 13,5 kv.m. ölçülərində qeyri-yaşayış binası olan “Ayaqqabıların təmiri köşkü”nün yeganə alıcısı həyat yoldaşı X1 adının olması faktı da qeyd olunmuşdur. Cavabdeh ##.##.2017-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 məxsus qeyri-yaşayış obyektini onun adına dövlət qeydiyyatına almaqdan bilərəkdən qərəzli olaraq heç bir tutarlı əsas səbəb gətirmədən yayınır, boyun qaçırır, imtina edir.

10. Cavabdeh tərəfindən iddiaya dair yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

11. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim P.Qurbanova) iddia təmin edilmiş, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış (ayaqqabı təmiri köşkünə dair) mülkiyyət hüquqlarının iddiaçının vəfat etmiş həyat yoldaşı X1 məxsus olması haqqında arayışın (hüququn ölmüş şəxsə məxsus olması) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.1997-ci il tarixli, ** nömrəli auksion protokoluna əsasən Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri köşkü” Lənkəran şəhər ƏMX “xxxx” İKF tərəfindən 2699000 (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X1. Bundan sonra **** nömrəli, ##.##.1997-ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” ilə Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri köşkü” Lənkəran şəhər ƏMX “xxxx” İKF tərəfindən 2699000 (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X1. Beləliklə də, iddiaçının mərhum əri həmin əmlak üzərində mülkiyyət hüquqlarını tam qanunauyğun şəkildə əldə etmiş, həmin hüquqlar dövlət tərəfindən tanınmışdır. Üçüncü şəxslərin həmin əmlak üzərində mübahisəsi olsa da, mülkiyyət hüquqları mövcud deyildir. Həmçinin onlar tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sübut əhəmiyyəti daşıyan sənəd də məhkəməyə təqdim edilməmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər F.Hüseynov – məruzəçi, İ.Əsədov və C.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

18. Kassator göstərmişdir ki, iddia predmeti olan qeyri-yaşayış binası (“Ayaqqabı təmiri köşkü”) əvvəlcə dövlət mülkiyyətində olmuş, daha sonra qeyd olunan tikili özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir, torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. Deməli ilk növbədə torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmalı idi.

19. Məhkəmə kollegiyası maddi hüquq normalarının pozulmasına yol verərək nəzərə almamışdır ki, mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə müvafiq icarə müqaviləsi bağlanmalı idi. İddiaçı isə dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan hüquqdan sui-istifadəyə yol verir, bu da qanunvericiliklə qadağan edilmişdir.

20. Məhkəmə kollegiyası prosessual hüquq normasının pozulmasına yol verərək Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməmişdir, halbuki, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşdiyindən, habelə iddiaçı özəlləşdirmə zamanı torpaq sahəsini özəlləşdirmədiyinə görə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ƏMDX ilə torpaq sahəsinə dair icarə müqaviləsi bağlamalı idi.

21. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 51-ci maddəsinə, “Torpaq icarəsi haqqında” Qanunun 4-cü maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

33. Hazırkı iş üzrə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsinin mərhum əri X1 məxsus olması ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Belə ki, ##.##.1997-ci il tarixli, ** nömrəli Auksion Protokolundan görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri köşkü” Lənkəran şəhər ƏMX “xxxx” İKF tərəfindən 2699000 (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X1, daha sonra bu barədə ##.##.1997-ci il tarixli, **** nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” bağlanmışdır. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddia predmeti olan qeyriyaşayış34. binası (“Ayaqqabı təmiri köşkü”) əvvəlcə dövlət mülkiyyətində olmuş, daha sonra qeyd olunan tikili özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir, torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətində qalmışdır. Deməli ilk növbədə torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmalı və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli idi.

35. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia predmeti sadəcə qeyri-yaşayış sahəsi ilə bağlıdır və buna dair müvafiq və mötəbər hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı mübahisə açmamışdır.

36. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 29.6-cı maddəsinə əsasən özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər.

37. Göründüyü kimi qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi zamanı torpaq sahəsinin də mütləq şəkildə özəlləşdirilməsi və ya icarəyə götürülməsi nəzərdə tutulmamış, qanunverici dövlət əmlakını özəlləşdirmiş mülkiyyətçiyə həmin əmlakın yerləşdiyi torpaq sahəsini satın alma, satınalma hüququ ilə və ya satınalma hüququ olmadan icarəyə götürmə kimi müxtəlif imkanlar nəzərdə tutmuşdur.

38. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia predmeti olan qeyri-yaşayış binası (“Ayaqqabı təmiri köşkü”) əvvəllər dövlət mülkiyyətində olduğundan, sonradan iddiaçının mərhum əri X1 tərəfindən özəlləşdirildiyindən, lakin X1 həmin hüququnu təsdiq edən çıxarış almadan vəfat etdiyindən onun qanun üzrə vərəsəsi olan iddiaçıya hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməli, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, bundan sonra “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 29.6-cı maddəsinə əsasən özəlləşdirilmiş dövlət əmlakının yeni mülkiyyətçisi ilə həmin əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı satın alma və ya icarəyə vermə münasibətləri rəsmiləşdirilməlidir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar