Məhkəmə qərarları › İş №2-1(102)-42/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-42/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-42/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə 50 yaşdan əmək pensiyasının təyin edilməsi, işin hallarının tam və hərtərəfli araşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavab deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-195/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1963-cü il təvəllüdlü iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək Azərelektroişıq Naxçıvan ETZ-də birinci dərəcəli təmizləyici, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək birinci dərəcəli presləyici, xx.xx.1994-cü i ldən xx.xx.1995-ci ilədək Naxçıvan MR X2 Cəmiyyətində inspektor, xx.xx.1995-ci ildən xx.xx.2008-ci ilədək həmin cəmiyyətdə nəzarətçi vəzifəsində işləmişdir.

2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, 15/**********5 nömrəli məktubla bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, 2 019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-ci il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22.1.2-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtlərini ödəmədiyi üçün, yəni 61 yaşının tamam olmadığı səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2013-cü il tarixindən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təy in edilməsi və bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 50 yaşı xx.xx.2013-cü ildə tamam olub və həmin tarixə onun 28 il ümumi iş stajı, 14 il güzəştli iş stajı olmuşdur.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası X2 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla ona xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. C avabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 21(82)1681/2019 nömrəli qərarı ilə (hakim R.Daşdəmirov) iddia tələbi təmin edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan X2 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla İddiaçı xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.1997-ci il tarixədək 20 ildən artıq ümumi iş stajına, həmçinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ v erən 10 il iş stajı – xüsusi stajına malik olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

9. Qərardan narazı qalan cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-195/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.Ə.Baxışova və H.Ü.Həmidov) iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-195/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.Ə.Baxışova və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)1681/2019 nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə pensiya hüququnun yaranması üçün əsas olan 10 illik xüsusi sığorta stajına malik deyildir. Belə ki, iddiaçının məhkəmə iclasında gördüyü iş haqqında verdiyi izahatı ilə onun iddia ərizəsi arasında ziddiyyət mövcuddur və o, güzəştli şərtlə pensiya hüququ ve rən işdə çalışmasına dair arayış təqdim edilməmişdir.

13. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 y aşına (xx.xx.2017-ci il tarixdən 60 yaşına) çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

15. Təyinat üçün əsas şəxsin xx.xx.2006-cı il tarixə qədər 20 ildən çox sığorta stajının və 10 ildən çox Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş güzəşt hüququ verən 1 nömrəli siyahı üzrə güzəştli stajının olması əsas götürülmüşdür. Yəni, yaşa və s taja görə əvvəlki qanunvericiliyin tələbləri əsas götürülmüşdür. Hazırda qüvvədə olan qanunvericilikdə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmamışdır. Qanunun 9.8-ci maddəsi yalnız yaşa və staja görə əvvəlki qanunvericiliyin tələblərini nəzərə alır. Pensiyanın hesablanması və ödənilməsi istisnasız olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir. Vətəndaşın 52 yaşda yaşa görə güzəştli şərtlərlə əmək pensiya hüququ hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən müəyyən edilmişdir.

16. Həmin qanuna əsasən 52 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ 3 zəruri şərtin yerinə yetirilməsi ilə mümkün olur. Bunun üçün 20 ildən çox ümumi iş stajının, 10 ildən çox 1 nömrəli s iyahı üzrə güzəştli iş stajının və 52 yaşının tamam olması zəruridir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərkən ona əsaslanmışdır ki, iddiaçı xx.xx.1997-ci il tarixədək 20 ildən çox ümumi iş stajına malik olmuş həmin müddətin 10 ildən artıq olan müddətini əmək şəraitinin zərərli və ağır olduğu işlərdə çalışdığından ona 50 yaşı tamam olan zaman, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Apellyasiya məhkəməsi qanunsuz olaraq, iddiaçının əmək şəra itinin zərərli və ağır olan işlərdə çalışma müddətinin 10 illik əmək stajından az olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. xx.xx.2006-cı il tarixədək qüvvə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlər lə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəf indən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmaması barədə səhv nəticəyə gəlmişdir.

27. Apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallarla bağlı xidməti vəzifəsinə uyğun olaraq, iş üçün əhəmiyyət kəsb edən aşağıdakı faktiki hallarla bağlı tam və hərtərəfli araşdırma aparmamışdır.

28. İşə baxan apelyasiya instansiya məhkəməsi iddiaçının gördüyü iş haqqında verdiyi izahatla, iddia ərizəsində qeyd edilənlər arasında ziddiyyət mövcud olduğunu bildirsə də, həmin ziddiyyətin nədən ibarət olması, həmçinin bu halın onun güzəştli stajının müəyyən edilməsində hansı rol oynadığını qeyd etməmişdir. Bundan əlavə, idd iaçının işlədiyi müəssisədən güzəştli pensiya hüququ verən işdə çalışmasına dair arayış əldə edilməsi ilə bağlı məhkəmə tərəfindən hər hansı hərəkət edilməmiş, bununla da prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Halbuki, İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından, məhkəmə xidməti vəzifəsinə görə, iddiaçının güzəştli pensiya hüququ verən işdə çalışmasına dair arayışı əldə etməklə bağlı özü də müəyyən hərəkətlər etməli idi (məsələn, sorğular verməklə).

29. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddiaçının işə qəbul edilmə və işdən çıxarılma barədə əmrlərin nömrəsi ilə bağlı əmək kitabçasındakı məlumatlarla arxiv arayışında olan məlumatlar arasında ziddiyyətlərin olmasına dair dəlili ilə bağlı qeyd edir ki, belə bir ziddiyyətin mövcudluğu əmək kitabçasındakı mə lumatların mötəbər olmaması və iddiaçının həmin illərdə “Azərelektroişıq” Naxçıvan ETZ-də işləməməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, əmək kitabçasında qeyd olunan məlumatlar müəssisisə rəhbərliyi tərəfindən doldurulur və həmin məlumatlardakı səhvlər iddiaçının təqsiri kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş arayış da iddiaçının xx.xx.1980 - xx.xx.1994-cü illərdə qeyd edilən müəssisədə işləməsini təsdiq edir və işə baxan apelyasiya instansiya məhkəməsi əmək kitabçası doldurulan zaman texniki səhvə yol verilməsi ehtimalını istisna etməməli idi. Bu məsələnin həlli ilə bağlı isə apelyasiya məhkəməsi tərəfindən Naxçıvan MR Dövlət Arxivinə sorğu ünvanlanıb arxiv arayışının verilməsinə əsas olan sənədlər tələb edilməklə iddiaçını n xx.xx.1980 - xx.xx.1994-cü illərdə “Azərelektroişıq” Naxçıvan ETZ-də işləməsi ilə bağlı daha ətraflı və dəqiq məlumat əldə edilə bilərdi. İşə baxan apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda ziddiyyətlərin aradan qaldırılması ilə bağlı iddiaçıya əlavə sənəd təqdim olunmasını təklif etdiyini, lakin iddiaçı tərəfindən hər hansı əlavə sənədin təqdim edilmədiyini bildirsə də, bu hal İPM-nin 12.1-ci maddəsində nəzərdə tutulmuş “işin hallarının araşdırılması prinsipinə” ziddir. Belə ki, işə baxan məhkəmə özü xidməti vəzifəsinə uyğun olaraq əlavə sənədlər tələb etməklə bu ziddiyyətin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görməli idi.

30. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddiaçının Azərbaycan Tarix Abidələri Mühafizə Cəmiyyətindəki stajı ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, bir tərəfdən iddiaçının əmək kitabçasında onun həmin müəssisədə xx.xx.1994 - xx.xx.2008-ci il tarixləri arasında işlədiyi qeyd olunsa da, vergi orqanı tərəfindən verilmiş arayışda (iş v. 34) hüquqi şəxslərin dövlət reyestrində “Tarix və X1 Cəmiyyəti”nin Naxçıvan MR şöbəsi adlı kommersiya qurumunun aşkar olunmadığı qeyd edilmişdir. Bundan əlavə, əmək kitabçasında işə daxil olma qeydində müəssisənin adı “Azərbaycan Tarixi Abidələrinin Mühafizə Komitəsi”, işdən azad edilmə qeydinə vurulmuş möhürün üzərində isə “Azərbaycan Tarix və X1 Cəmiyyəti” qeyd edilmişdir. Həmçinin, əmək kitabçasında işdən çıxarılma barədə qeydin əsasını təşkil edən əmr barədə məlumat qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən vergi orqanına ünvanlanmış sorğuda isə ( iş v. 32) Tarix və X1 Cəmiyyətinin Naxçıvan MR şöbəsi barədə məlumat tələb edilmişdir. İş materiallarında həmçinin Azərbaycan Tarix və X1 Cəmiyyətinin Naxçıvan MR şöbəsi tərəfindən verilmiş arayış mövcuddur (iş v. 49).

31. Göründüyü kimi, iddiaçının xx.xx.1994 - xx.xx.2008-ci il tarixləri arasında işlədiyini iddia etdiyi müəssisənin adı ilə bağlı ziddiyyətlər mövcuddur. Lakin bununla bağlı da işə baxan apelyasiya məhkəməsi tərəfindən “işin hallarının araşdırılması” prinsipi pozulmuş, iddiaçının işlədiyi müəssisənin dəqiq adı müəyyənləşdirilmədən müvafiq qurumlara sorğu verilmişdir. Bundan əlavə, iş materiallarında Azərbaycan Tarix və X1 Cəmiyyətinin Naxçıvan MR şöbəsi tərəfindən verilmiş arayışın xx.xx.2019-cu il tarixli olması nəzərə alındıqda, həmin müəssisəyə sorğu göndərilə bilər, həmi n müəssisənin rəhbərliyi məhkəmə iclasına dəvət edilə və ziddiyyətli hallar aradan qaldırıla bilərdi. Lakin işə baxan apelyasiya instansiya məhkəməsi bunları etmək əvəzinə, yenə də iddiaçıya ziddiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə sənəd təqdim edilməsini təklif etdiyini, lakin iddiaçı tərəfindən hər hansı əlavə sənədin təqdim edilmədiyini bildirərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bundan əlavə, iddiaçının işlədiyi müəssisəyə dair sənədlərin dövlət arxivinə təhvil verilməməsi, həmçinin işdən çıxarılma barədə qeydin əsasını təşkil edən əmr barədə məlumatın əmək kitabçasında əks etdirilməməsi birmənalı olaraq iddiaçının həmin müəssisədə işləməməsini deməyə əsas vermir. İşin bütün halları ətraflı araşdırıldıqdan sonra iddiaçının sosial sığorta stajının mövcudl uğu ilə bağlı qənaətə gəlmək olar.

32. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

33. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar prosessual hüquq nor malarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

34. Yuxarıdakılara əsasən və İPM-in 96.9-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-195/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar