Məhkəmə qərarları › İş №2-1(102)-42/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-42/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-42/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (xx.xx.2015-ci il qeydiyyata alınıb; VÖEN:**********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inz ibati aktın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1335/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 aprel 2020-ci il tarixli, **********968300 nömrəli qərarına əsasən İddiaçı MMCyə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları nın hesablanması barədə” 2 iyun 2020-ci il tarixli, **********161400 nömrəli qərarına əsasən İddiaçı MMC-yə 2019-ci il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

3. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “mənfəət vergisinin bəyannaməsi”ndən görünür ki, İddiaçı MMC tərəfindən 2019-cu il üçün 504.265,5 manat məbləğində ümumi gəlir, 515.401,75 manat məbləğində ümumi gəlirdən çıxılan xərclər, 11.136,25 manat məbləğində zərər bəyan edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 02 iyun 2020-ci il tarixli, **********161400 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bak ı İnzibati Məhkəməsinin 2-1(112)-1023/2021 nömrəli, 6 may 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, cavabdehin 2 iyun 2020-ci il tarixli, **********161400 saylı qərarı ləğv edilmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2021/2021 nömrəli, 5 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini v ə iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)30/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1335/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.Baxışova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkə məsinin 6 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 iyun 2020-ci il tarixli, **********161400 saylı qərarı, 20.970,29 manat məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv edilmiş, qərar qalan hissədə (25.341,16 manat məbləğində mənfəət verginin hesablanması hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılmış, iddia tələbi qalan hissədə rədd edilmişdir.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİNDA İCRAAT

12. Cavabdeh vəsatətlə məhkəməyə müraciət etmişdir.

13. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli, **********161400 saylı qərarın ləğv edilməsi barəsində qərar qəbul olunmasını xahiş etmişdir.

14. Vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi üzrə hesablanmış 46,311.47 manat əlavə vergi məbləği xx.xx.2022-ci il tarixli, **********494400 nömrəli qərar əsasında azaldılmış və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir.

15. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən e dilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə mübahisəsi olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edə n hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları, cavabdehin vəsatətini və iddiaçının təqdim etdiyi ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

18. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 iyun 2020-ci il tarixli, **********161400 nömrəli qərarının ləğv edilməsinə (məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə icraata qəbul edilmiş ərizəyə əsasən) və bunun üzərindən həmin qərarla İddiaçı MMC-yə 2019-ci il üçün hesabla nmış 46.311,46 manat məbləğində mənfəət vergisinin silinməsinə yönəlmişdir.

19. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, kameral vergi yoxlaması ilə İddiaçı MMC-yə 2019-cu ilin mənfəət vergisi üzrə hesablanmış 46,311.47 manat əlavə vergi məbləğinin xx.xx.2022-ci il tarixli, **********494400 nömrəli qərar əsasında azaldıldığını və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində bununla bağlı müvafiq düzəlişlər edildiyini bildirmiş, bu baxımdan İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı nəzərə alınaraq məhkəmə icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. İddiaçı həm in vəsatətlə bağlı məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi öz vəsatətində hesablanmış vergi borcunun xx.xx.2022-ci il tarixli, **********494400 nömrəli qərar əsasında azaldıldığını və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edildiyini bildirmiş və İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən (bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda) icraata xitam verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müvafiq düzəliş edilsə də, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********968300 saylı qərar qüvvədədir. Hesab ed ir ki, xx.xx.2020-ci il tarixli, **********968300 saylı qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi təqdim etdiyi vəsatətlə də həmin qərarın əsassız olduğunu etiraf etmişdir. Ərizədə göstərilənlərin nəzərə alınması və kassasiya şikayətinə baxılaraq qərar qəbul olunması xahiş edilmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-cı bəndində istinad olunan normanın məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

22. Cavabdehin təqdim etdiyi və mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş sənədlərdən (“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********494400 nömrəli qərarın və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarışın təsdiq olunmuş surətlərindən) iddiaçıya hesablanmış vergi borcunun azaldıldığı görünür. İddiaçı özü də həmin vəsatətlə bağlı məhkəməyə təqdim etdiyi ərizəsində müvafiq düzəlişin olunduğunu təsdiq edir.

23. İddiaçının ərizəsində istinad etdiyi “müvafiq düzəliş edilsə də, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********968300 saylı qərar qüvvədə olduğu üçün həmin qərarın ləğv edilməli olması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə icraata qəbul edilmiş ərizəyə əsasən, iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2 iyun 2020-ci il ta rixli, **********161400 nömrəli qərarın ləğv edilməsini tələb etmişdir və məhkəmə tərəfindən hazırkı işə həmin tələb həddində baxılmışdır. Digər tərəfdən, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya hesablanmış vergi borcunun silinməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, **********494400 nömrəli qərarın qəbulu əvvəlki, o cümlədən də xx.xx.2020-ci il tarixli, **********968300 saylı qərarın ləğvini və onun hüquqi qüvvəsinin itirməsini də ehtiva edir. Belə ki, inzibati icraat hüququnun tələbləri baxımından, inzibati orqan tərəfindən eyni şəxsə münasibətdə və eyni predmet barəsində etibarlı inzibati akt ləğv olunmadan yeni inzibati akt qəbul edilə bilməz. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə cavabdeh həmin qərara əsasən vergi ödəyicisinə, yəni iddiaçıya təkrar hər hansı vergi h esablamaqda haqlı sayıla bilməz.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin tam təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı və yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar