Məhkəmə qərarları › İş №2-1(102)-42/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-42/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-42/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququnun qeydə alınaraq vahid əmlaka dair çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il tarixli; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrini n 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 2-1(103)-1216/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Suraxanı rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Serebrovski (indiki Qaraçuxur) qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, ev 1 ünvanında yerləşən 2 saylı b ir otaqlı mənzilə X4 adına xx.xx.1992ci il tarixli, 015806 nömrəli order verilmişdir. 2. 07.02.1997-ci il tarixli, 011523 nömrəli müqavilə ilə X10 xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus sözügedən mənzili X2 və sonuncunun adına xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.

3. Sözügedən mənzil yanğın nəticəsində yararsız vəziyyətə düşdüyündən X11 tərəfindən sökülərək yerində iki otaqlı yaşayış evi tikilmiş və Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1950 nömrəli sərəncamına əsasən, sahəsi 39,5 kv.m olan 2 yaşayış otağından, sahəsi 23,4 kv.m olan köməkçi otaqdan (texniki pasportda 1 otaqdır) və 550 kv.m həyətyanı torpaq sahəsindən ibarət Qaraçuxur qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, ev 1 ünvanında yerləşən 2 s aylı mənzilin X5 adına rəsmiləşdirilməsinə icazə verilmişdir.

4. Həmin sərəncam əsasında xx.xx.1999-cu il tarixdə X5 adına tərtib edilmiş texniki pasportda ünvan 3, mənzil 2 qeyd edilsə də, torpaq sahəsinin perimetr ölçüləri göstərilmişdir. 5. 14.03.2000-ci il tarixli, 068073 nömrəli müqaviləyə əsasən X11 ona məxsus həmin mənzili X3 və sonuncunun adına xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.

6. Daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, X12 ona məxsus həmin mənzili İddiaçı bağışlamış və həmin mənzilə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış verilmişdir.

7. İddiaçı cavabdehə müraciət edərək, mülkiyyətində olan həmin mənzilin (fərdi evin) yerləşdiyi torpaq sahəsinin (texniki pas portda göstərilən ölçülər daxilində) mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmasını və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsini xahiş etmişdir.

8. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmamışdır və həmin mənzil dövlət reyestrində fərdi yaşayış evi kimi qeydiyyata alındığı təqdirdə iddiaçının müraciətinə yenidən baxıla bilər. Bundan başqa, əlavə 145 kv.metr sahə zəbt edilərək iddiaçı tərəfindən istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq 35 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci (əslində xx.xx.2018-ci) il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi evin) mənzilin yerləşdiyi torpaq sahəsinin, xx.xx.1999-cu il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrind ə adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci (əslində xx.xx.2018-ci) il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi evin) mənzilin yerləşdiyi torpaq sahəsinin xx.xx.1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportu var. Həmin texniki pasportda mənzil A tikilisi olaraq göstərilməklə yanaşı, mənzilin yerləşdiyi torpaq sahəsinin ölçüləri yazılmış, hüdudları da göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmla kın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əmlak üzərində hüquqların əldə olunmasını təsdiq edən sənəd kimi nəzərdə tutulmuşdur. İddiaçı yuxarıda sadalananlara əsaslanaraq, cavabdehə müvafiq sənədlərin əlavə edildiyi xx.xx.2020-ci il tarixli yazılı ərizə ilə müraciət edərək mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinin (texniki pasportda göstərilən ölçülər daxilində) mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmasını və ona hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tələbini təmin etməmiş və ona xx.xx.2020-ci il tarixli imtina məktubu göndərərək mənzil altında yerləşən torpağın özəlləşdirilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Halbuki onun müraciəti mənzilin deyil, fərdi tikilinin yerləşdiyi torpaq sahəsinə aiddir. Bu isə o deməkdir ki, cavabdeh ümumiyyətlə ona həvalə olunan işlərə məsuliyyətsiz yanaşır və qanunsuz hərəkətlər nümayiş etdirir. O ki, qaldı zəbt qeydinə, iddiaçı texniki sənəddə göstərilən ərazi hüdudları daxilində özəlləşdirilməni tələb etmişdir və edir. İddiaçı imtinanı əsassız hesab etdiyi üçün və cavabdehin hərəkət və hərəkətsizliyindən müdafiə oluna bilməsi, eləcə də tələbinin icra sının cavabdehin üzərinə bir öhdəlik olaraq qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

11. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, qanunvericilikdə mənzilin altındakı torpaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, əlavə 123 kv.m torpaq sahəsi iddiaçı tərəfindən zəbt edilərək istifadə edilməkdədir və arxiv texniki pasportu ilə faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü fərqi mövcuddur. Həmçinin torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir. Müvafiq mənzilə dair Bakı şəhəri Suraxanı rayon İcra Hakimi yyəti tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 1950 nömrəli sərəncamda torpaq sahəsi deyil, yalnız mənzilin X5 adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. X12 ilə İddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli, 4Ə-120 nömrəli alqı-satqı müqaviləsinə əsasən, sözügedən mənzilə dair İddiaçı adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir

12. Bakı İnzibati Məhkəməsinin (hakim: Pərviz Hüseynov) 26 avqust 2021-ci il tarixli, 2-1(112)-3363/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata al ınmışdır. Hazırda iddiaçı həmin mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Lakin həmin ünvana dair sənədlərdə ünvanın daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyata alındığı öz təsdiqini tapır. Belə ki, Suraxanı rayon XDS tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli orderdə, Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamında, alqı-satqı və bağışlama müqavilələrində, habelə xx.xx.1999-cu ildə tərtib edilmiş texniki pasportda həmin ünvan mənzil kimi qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasını n Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 2.4-cü bəndə istinad etsə də, həmin bənddə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport nəzərdə tutulmuşdur. İddiaçının mülkiyyətində olan əmlak isə daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyatdadır. Eyni zamanda, iddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yan var tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərdən hər hansı birini həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir və iddiaçı onun altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini təqdim edə bilməmişdir.

14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərar ın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Səadət Bəktaşi və Azər Hüseynov) 23 iyun 2022-ci il tarixli, 21(103)-407/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçının ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci (əslində xx.xx.2018-ci) il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, xx.xx.1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pa sportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci (əslində xx.xx.2018-ci) il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, xx.xx.1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasından və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəy ova /sədrlik edən və məruzəçi/, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) 15 noyabr 2022-ci il tarixli, 2-1(102)-2044/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(103)-407/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci (əslində xx.xx.2018-ci) il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, xx.xx.1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır. Cavabdeh inzibati icraat zamanı qeydiyyatdan imtinanın dəlillərində, sonradan məhkəmə icraatında iddia tələbinə etirazın dəlillərində və kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulmamışdır. Texniki pasportda mənzilin yerləşdiyi torpaq sahəsinin planı qeyd olunsa da, torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir. Həmçinin apellyasiya in stansiyası məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddianın təmin edilməsi barədə qərar qəbul edilsəydi belə, texniki pasportda torpaq sahəsinin ölçüləri göstərilmədiyindən, qərarın torpaq sahəsinin texniki pasportunda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə vahid əmlaka dair çıxarışın verilməsi hissədə icrası mümkünsüz olacaqdı. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, sözügedən mənzilin texniki pasportunda qeyd olunan ölçülərə əsasən torpaq sahəsi 5 59 kv.m olsa da, faktiki olaraq hasar daxili 675,8 kv.m təşkil etdiyi, həmin torpaq sahəsi üzərində yerləşən iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 62,9 kv.m təşkil etsə də, iddiaçının mülkiyyətində olan mənzilə bitişik əlavə 60 kv.m sahə inşa etdiyi, həmçinin, mənzilin xx.xx.1999-cu il tarixli texniki pasportunun baş planında göstərilən “İ” və “B” literli həyət tikililərinin söküldüyü, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən mənzilin torpaq sahəsinin daxilindən keçən elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

21. Təkrar apellyasiya baxışı zamanı iddiaçı verilən suala cavabında mülkiyyətində olan mənzilə bitişik əlavə 60 kv.m sahə inşa etdiyini, həmçinin, mənzilin xx.xx.1999-cu il tarixli texniki pasportunun baş planında göstərilən “İ” və “B” literli həyət tikililərinin söküldüyünü bildirmişdir.

22. Həmçinin məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi 1964-cü ildə istismara verilmiş “369 YST-PQ 131/KTM 3503” elektrik hava xəttinin mühafizə zonasında yerləşir.

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Kamran Əkbərov) 30 may 2023-cü il tarixli, 2-1(103)-1216/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan əmlakın daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçməsi və qanu nvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının nəzərdə tutulmaması barədə cavabdehin dəlillərini əsassiz hesab edərək qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətində olan mənzilin ümumi sahəsi 62,9 kv.m təşkil etsə də, iddiaçının mülkiyyətində olan mənzilə bitişik əlavə 60 kv.m sahə inşa etdiyi və həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim etm ədiyi müəyyən edildiyindən, bu hal həmin mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istisna edir. İddiaçının tələbinin digər hissəsi mənzil fərdi yaşayış evi kimi qeydə alındığı təqdirdə həmin evin (mənzilin) yerləşdiyi, yəni xx.xx.2015-ci (əslində xx.xx.2018-ci) il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, xx.xx.1999-cu il tarixində Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması, bunun da hüquqi imkanı kimi hər iki əmlaka münasibətdə o na vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır. Göründüyü kimi, iddia tələbinin birinci hissəsinin (iddiaçının mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması) təmin olunmasına hüquqi əsasların olmaması, iddia tələbinin ikinci hissəsinin də (ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci (əslində xx.xx.2018-ci) il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan 2 saylı (fərdi ev) mənzilin yerləşdiyi torpaq sahəsinin, xx.xx.1999-cu il tarixində, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması və hər iki əmlaka münasibə tdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını) təmin edilməsini mümkünsüz edir. Bundan başqa məhkəmə kollegiyası vurğulayır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının digər dəlili ondan ibarətdir ki, torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə uyğun olaraq elektrik xəttinin mühafizə zolağında yerləşir. Halbuki, istehlakçı “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməy i və yanaşmağı təmin etməli, həm-çinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.5-ci maddəsi).

25. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

26. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudi yyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həy ətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

55. Hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Maddə 88.1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə mü əyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

31. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan tor paqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəy ə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs h əmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

33. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qa nunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) 34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güd düyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə yə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

40. Hazırkı iş üzr ə iddiaçının hüquqi marağı və məqsədi ünvan 1 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 2 saylı mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin mənzilə dair xx.xx.1999-cu il tarixdə tərtib olunmuş texniki pasportda göstərilən ölçülər daxilində dövlət reyestrində onun adına qeydiyyata alınmasına və hər iki əmlaka münasibətdə vahid əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

41. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Serebrovski ( indiki Qaraçuxur) qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, ev 1 ünvanında yerləşən 2 saylı bir otaqlı mənzil xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X6 məxsus olmuş, daha sonra həmin şəxs sözügedən mənzili X2 və sonuncunun adına xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzil yanğın nəticəsində yararsız vəziyyətə düşdüyündən X11 tərəfindən sökülüb yerində iki otaqlı yaşayış evi tikilmiş və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1950 nömrəli sərəncamı ilə sahəsi 39,5 kv.m olan 2 yaşayış otağından, sahəsi 23,4 kv.m olan köməkçi otaqdan və 550 kv.m həyətyanı torpaq sahəsindən ibarət Qaraçuxur qəsəbəsi, Üzümlük (indiki T.Şirinov) küçəsi, ev 1 ünvanında yerləşən 2 saylı mənzilin X5 adına rəsmiləşdirilməsinə icazə v erilmişdir. Həmin sərəncam əsasında xx.xx.1999-cu il tarixdə X5 adına texniki pasport tərtib edilmiş, texniki pasportda ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi mənzil 2 kimi qeyd edilsə də, həmin mənzilin yerləşdiyi torpaq sahəsinin perimetr üzrə ölçüləri də göstərilmişdir. Daha sonra, həmin mənzil (fərdi yaşayış evi) X11 tərəfindən X1, sonuncu həmin mənzili (fərdi yaşayış evini) İddiaçı bağışlamış və həmin mənzilə (fərdi yaşayış evinə) dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış verilmişdir.

42. İddiaçı cavabdehə müraciət edərək, mülkiyyətində olan həmin mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinin texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ əsasında adına qeydiyyata alınmasını və hər iki əmlaka mü nasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur.

43. Cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlilləri ondan ibarətdir ki, qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması nəzərdə tutulmamışdır. Texniki pasportda mənzilin yerləşdiyi torpaq sahəsinin planı qeyd olunsa da, torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Torpaq sahəsi və üzərində inşa edilmiş əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi qaydaları” ilə müəyyən olunmuş elektrik xəttinin mühafizə zolağında yerləşir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsi müvafiq sənədlərdə mənzil kimi qeyd olunsa da, əslində həm işə əlavə olunmuş sənədlərdən, həm işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından, həm də mənzilin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin mənzil mövcuddur və həmin mənzil təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda hər hansı başqa mənzilin, yaşayış sahəsinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də belə bir halın mövcudluğuna istinad edilməmiş və bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Mənzilin çoxmənzilli evdə müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir ne çə otaqdan və müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin mənzil kimi qeyd olunmasına rəğmən, həmin mənzil hazırkı mübahisəyə münasibətdə fərdi yaşayış evi kimi qiymətləndirilməli və qəbul edilməlidir.

45. Mübahisəyə birinci apellyasiya baxışı zamanı məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin m övqeyi ilə razılaşır.

46. Belə ki, bu qərarın 29-31-ci bəndlərində istinad edilən normalara əsasən, vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin evə dair xx.xx.1999-cu il tarixdə tərtib edilmiş və iş üzrə materiallara əlavə olunmuş texniki pasportda torpaq sahəsinin perimetr üzrə ölçüləri göstərilmişdir və həmin ölçülərə əsasən torpaq sahəsinin ölçüsünün müəyyən olunması mümkündür.

48. Həmçinin hazırkı mübahisəyə münasibətdə iş üzrə təkrar apellyasiya baxışı zamanı təqdim olunmuş mütəxəssis rəyi ilə sözügedən texniki pasportda qeyd olunan ölçülərə əsasən mübahisəli torpaq sahəsinin 559 kv.m olduğu müəyyən edilmişdir.

49. Bu qərarın 33-cü bəndində istinad edilən normaya əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpa q sahəsinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.

50. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənara çıxaraq, iddiaçı tərəfindən qeyd edilən ünvanda mülkiyyətində olan mənzilə bitişik əlavə 60 kv.m sahə inşa olunmasının, həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsinin mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istisna etdiyini, həmin halın da sözügedən mənzilin yerləşdiyi torpaq sahəsinin texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ ilə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasını və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsini mümkünsüz etdiyini qeyd etmişdir.

51. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçının ümumi sahəsi 62,9 kv.m olan həmin mənzilə (fərdi yaşayış evinə) mülkiyyət hüququ artıq dövlət qeydiyyatına alınmışdır və hazırkı mübahisəyə münasibətdə də iddiaçı əlavə tikilinin qeydə alınması ilə bağlı hər hansı tələb irəli sürməmişdir. İddiaçının hazırkı iş üzrə tələbi mülkiyyətində olan həmin mənzilin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinin sözügedən mənzilə dair Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mü lkiyyət hüququ ilə qeydiyyata alınmasına və həm həmin evə (çıxarışda göstərilən ölçüdə), həm də torpaq sahəsinə münasibətdə vahid əmlaka dair çıxarışın verilməsinə yönəlmişdir.

52. Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasını istisna edən hal kim qiymətləndirilə bilməz (bununla bağlı bax: Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-95/2023 nömrəli qərarları). Belə ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyy ətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

53. Bu baxımdan cavabdehin kassasiya şikayətində əlavə tikili ilə bağlı, eləcə də zəbtlə və mühafizə zolağı ilə bağlı istinad etdiyi dəlillər iddiaçının hazırkı məzmunda tələbinin təmin olunmasından imtina üçün yetərli əsas kimi qiymətləndirilə bilməz.

54. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğ una vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

56. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 21(103)-1216/2023 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. ünvan 1 ünvanında yerləşən xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 2 saylı (fərdi evin) mənzilin yerləşdiyi torpaq sahəsinin, xx.xx. 1999-cu il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ əsasında dövlət reyestrində onun adına qeydiyyata alınması və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar