Məhkəmə qərarları › İş №2-1(102)-420/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-420/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-420/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 47 yaşı tamam olan tarixdən 2003-2005-ci illərin o rta aylıq əmək haqqısı nəzərə alınmaqla güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-585/18 saylı 30 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cu il təvəllüdlü iddiаçı Iddiaçı 12.10.1976-cı il tarixdən 02.11.1978-ci il tarixədək Bakı şəhərində yerləşən “Dəmirbeton” trestinin “Şıxlar” qum zavodunda fəhlə, 02.11.1978-ci il tarixdən 15.09.1993-cü il tarixədək “Şıxlar” qum zavodu azbest istehsalı sexində çeşidləyici, 01.10.1993-cü il tarixdən 30.05.2005-ci il tarixədək 445 nömrəli Təmir Tikinti İdarəsində izolyasiyaçı işləmişdir. İddiaçı 29.05.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətini 21.06.2018-ci il tarixli ****** nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, “Şıxlar” qum zavodu və 445 nömrəli Təmir Tikinti İdarəsi hazırda fəaliyyət göstərmədiyindən onun işlədiyi illərin yerində qarşılıqlı yoxlanılması mümkün olmamış və həmin illər iş stajı kimi hesablanmamışdır. İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və 01.01.2006-cı il tari xədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 47 yaşı tamam olan tarixdən 2003-2005-ci illərin orta aylıq əmək haqqısı nəzərə alınmaqla güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli, 2-1(84)-1226/2018 saylı qərarı ilə (hаkim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Mingəçevir şəhər şöbəsinin üzərinə iddiaçı Iddiaçı 29.05.2015-ci il tarixdən “Əmək Pensiyaları haqqında Qanunun 9.8-ci və 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların Pensiya Təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən 2003-2005-ci illərin orta aylıq əmək haqqısı nəzərə alınmaqla güzətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi Şəki İnzibаti İqtisаdi Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli, 2-1(84)-1226/2018 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-585/18 saylı 30 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli, 2-1(84)-1226/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, əmək kitabçası iş stajını təsdiq edən sənəd olduğu ndan həmin illər onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də, sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-585/18 saylı 30 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Iddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan 12.1 0.1976-cı il tarixdən 15.09.1993-cü il tarixədək “Şıxlar” qum zavodunda və 01,10.1993-cü il tarixdən 30.05.2005-ci il tarixədək “Azərnəqliyyatyoltikinti” ASC-nin 445 nömrəli tikinti idarəsində işləmə faktının qaydalara uyğun yoxlanılması mümkün deyil. Əmək kitabçasında qeyd olunan “Şıxlar” qum zavodu və “Azərnəqliyyatyoltikinti” ASC-nin 445 nömrəli tikinti idarəsi hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda 01.01,2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda əmək pensiyalarının əmək haqqı və ya orta aylıq əmək haqqı il ə hesablanması nəzərdə tutulmamışdır. Kassator MPM-nin 405. 407, 417.1.3, 418-ci maddələrinə, İPM-nin 91-96-cı maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-585/18 saylı 30 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-585/18 saylı 30 oktyabr 2018-ci il tarixli qər arı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin a bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər in Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 06 ayını ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 06 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 15 il ümumi iş stajı, 07 il 06 ay xüsu si iş stajı olmalıdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.****-cu il təvəllüdlü iddiаçı Iddiaçı 12.10.1976-cı il tarixdən 02.11.1978-ci il tarixədək Bakı şəhərində yerləşən “Dəmirbeton” trestinin “Şıxlar” qum zavodunda fəhlə, 02.11.1978-ci il tarixdən 15.09.1993-cü il tarixədək “Şıxlar” qum zavodu azbest istehsalı sexində çeşidləyici, 01.10.1993-cü il tarixdən 30.05.2005ci il tarixədək 445 nömrəli Təmir Tikinti İdarəsində izolyasiyaçı işləmişdir. İddiaçının əmək stajı 12.10.1976-cı il tarixli Xx-x seriyalı ***** nömrəli əmək kitabçası ilə təsdiq olunur. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 12.10.1976-cı il tarixdən 02.11.1978-ci il tarixədək Bakı şəhərində yerləşən “Dəmirbeton” trestinin “Şıxlar” qum zavodunda fəhlə, 02.11.1978-ci il tarixdən 15.09.1993-cü il tarixədək “Şıxlar” qum zavodu azbest is tehsalı sexində çeşidləyici, 01.10.1993-cü il tarixdən 30.05.2005-ci il tarixədək 445 nömrəli Təmir Tikinti İdarəsində izolyasiyaçı işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nın XIV. Tikinti materialları istehsalı bölməsinin, 11402000

1. Azbest istehsalı bəndinin, 1140200a-18627 yarımbəndində çeşidləyicilər əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər. Beləliklə **.**.****-cu il təvəllüdlü iddiaçı 01.0 1.2006-cı il tarixdək 15 ildən ümumi stajı, o cümlədən 7 il 6 aydan artıq xüsusi stajı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə iddiaçı ona güzəştli şərtlərlə 47 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sü but etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar q əbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-585/18 saylı 30 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar